Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-123/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Birinci iş üzrə iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə, digər iş üzrə iddiaçı cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pulun və qüsurlu əşyanın qaytarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli, *** №-li Hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilə üzrə ödənilməmiş 19000 manat, öhdəliyin icrasının gecikdirildiyi müddət üzrə hesablanmış 920 manat dəbbə pulunun və 150 manat təşkil edən məhkəmə xərclərinin tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçı cavabdeh2 da cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, hüquq və öhdəliklərin ötürülməsi barədə cavabdehlə onun arasında bağlanmış ##.##.2023- cü bil tarixli, *** №-li müqavilənin etibarsız hesab edilməsi, cavabdehə ödədiyi 26000 manatın cavabdehin hesabından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı hüquq və öhdəliklərin ötürülməsi barədə cavabdehlə onun arasında bağlanmış ##.##.2023-cü il tarixli *** nömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehə ödədiyi 26000 manat pulu vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə qeydə alınmış *(***)-****/**** saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı cavabdeh2 (üçüncü şəxs cavabdeh1) cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair e-*-*(***)-****/**** nömrəli işin iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair e-2-2(115)- ****/**** saylı işlə birləşdirilməsi və birlikdə baxılması üçün göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı cavabdeh2 (üçüncü şəxs cavabdeh1) cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair e-*-*(***)-****/**** nömrəli kommersiya işi iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair e*-*(***)-****/**** saylı kommersiya işinə birləşdiriməsi, birləşmiş işlərə e-2-2(115)- 1467/2025 nömrəsinin verilməsi qərara alınmışdır. Daha sonra iddiaçı cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğvini, cihaz üçün ödədiyi 26000 manat pulun alınıb ona verilməsi və qüsurlu əşyanın İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın təmin edilməsi, iddiaçı cavabdeh2 ilə cavabdeh İddiaçı arasında bağlanılmış ##.##.2023-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilə ləğv edilməsi, Alex Med (Aleksandrit PRO üst yazı) markalı, SN-22090000041722010 seriya nömrəli lazer aparatı üçün ödənilmiş 26000 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı cavabdeh2 ödənilməsi, Alex Med (Aleksandrit PRO üst yazı) markalı, SN-22090000041722010 seriya nömrəli lazer aparatı cavabdeh İddiaçı onun hesabına geri qaytarılması qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC e-2-2(115)- ****/**** nömrəli qətnaməni yalnız ## ### 2026-cı il tarixində əldə etmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemi üzərindən yerləşdirilən qətnaməni hüquqi savadı olmadığından, müvafiq sistemlə işləmə bacarığı, ümumiyyətlə qətnamənin rəsmi qaydada məhz həmin sistemə yerləşdirilməsi barədə məlumatı olmadığından əldə edə bilməmişdir. Ümumiyyətlə, bu məhkəmə prosesinin aparılmasına əvvəldən başqa şəxs köməklik göstərmişdir və qətnamənin yerləşdirilməsi ilə bağlı da heç bir məlumat verməmişdir. Poçt vasitəsilə də qətnamə təqdim edilməmişdir. Eyni zamanda qətnamənin rəsmi qaydada təqdim edilməsi ilə bağlı iddiaçı İddiaçı MMC-ni prosesin aparılması ilə bağlı köməklik göstərən şəxs də məlumatlandırmamışdır. Icra sənədindən göründüyü kimi qətnamə ## ### 2026-cı il tarixdə qanuni qüvvəyə minib və həmin qətnamənin rəsmi qaydada verilməsindən isə iddiaçı İddiaçı MMC yalnız 10 günlük könüllü icra müddətinin başlanması ilə əlaqədar icra şöbəsindən məlumat verilərkən məlumatlı olmuşdur. Məlumatlı olduqdan sonra onunla müqavilə bağlanmışdır və o, qətnaməni əldə etmişdir. Belə ki, həmin müddətdən sonra 3 qeyri-iş gününün olmasını, şikayət vermək üçün ötürülmüş müddətin qısa olmasını, iddiaçının elektron məhkəmə informasiya sistemi ilə işləmə bacarığının olmamasını, hüquqi savadlılığın olmamasını, eyni zamanda iddiaçıya prosesin aparılması ilə bağlı köməklik göstərən şəxsin qətnamə barədə məlumat verməməsi halları nəzərə alınaraq qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Ramiq Qələndərzadə) Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi; Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması; Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 76 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardaddan birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC e-2-2(115)- ****/**** nömrəli qətnaməni yalnız ## ### 2026-cı il tarixdə əldə etmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemi üzərindən yerləşdirilən qətnaməni hüquqi savadlılığı olmadığından, müvafiq sistemlə işləmə bacarığı, ümumiyyətlə qətnamənin rəsmi qaydada məhz həmin sistemə yerləşdirilməsi barədə məlumatı olmadığından əldə edə bilməmişdir. Ümumiyyətlə bu məhkəmə prosesinin aparılmasına əvvəldən başqa şəxs köməklik göstərmişdir və qətnamənin yerləşdirilməsi ilə bağlı da heç bir məlumat verməmişdir. Poçt vasitəsilə də qətnamə təqdim edilməmişdir. Eyni zamanda qətnamənin rəsmi qaydada təqdim edilməsi ilə bağlı iddiaçı İddiaçı MMC-ni prosesin aparılması ilə bağlı köməklik göstərən şəxs də məlumatlandırmamışdır. Icra sənədindən göründüyü kimi 5 may tarixində qanuni qüvvəyə minib və həmin qətnamənin rəsmi qaydada verilməsindən isə iddiaçı İddiaçı MMC yalnız 10 günlük könüllü icra müddətinin başlanması ilə əlaqədar icra şöbəsindən məlumat verilərkən məlumatlı olmuşdur. Məlumatlı olduqdan sonra vəkillə müqavilə bağlanmışdır və bundan sonra qətnaməni əldə etmişdirlər. Məhkəmə qərardadda iddiaçının bir çox işlərdə tərəf olduğunu qeyd etmişdir. Beləliklə MMC-yə hüquqi işlərdə köməklik göstərən şəxslə bağlı olan istinadı bir növ üzrsüz hal kimi təqdim etməyə çalışmışdır. Lakin bildirmək istəyir ki, iddiaçının elektron məhkəmə informasiya sistemi ilə işləmə bacarığı olmadığından köməklik göstərən şəxs texniki məsələləri həll etmişdir və köməklik göstərmədikdən sonra isə qətnamə barədə MMC məlumatsız qalmışdır. Hazırki işdən də göründüyü kimi MMC faktiki olaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Əslində qeyd edilən məlumatlar MMC-nin həqiqətən üzrlü səbəbdən köməksiz qaldığı üçün qətnamədən məlumatlı olmadığını sübut edir. Digər tərəfdən isə e-mehkeme sistemi ilə işləmə bacarığının olmmaması barədə məlumatı ərizədə qeyd etməyinə baxmayaraq məhkəmə şikayətin vəkil tərəfindən verildiyi təqdirdə vəkili vaxtında kabinetə əlavə etməməsi və vəkilə iclasın keçirilmə vaxtı barədə bildiriş göndərməməsi və bildirişi qərardadda yazıldığına görə yenə də sistemlə işləmə bacarığı olmayan MMC-yə göndərməsi də şübhəli məqamdır. Məhz bu səbəbdən o, vəkil olaraq iclasın keçirilməsindən məlumatlı olmamışdır. Lakin qarşı tərəf iclasa dəvət olunub hətta etiraz da sistemə yerləşdirib. O, isə yalnız # #### 2026-cı il tarixində sistemə əlavə olunmuşdur. Bununla bağlı ona mesaj da gəlməyib. MMC isə yenə də sistemlə işləmə bacarığı olmadığından iclasın vaxtı barədə məlumat verə bilməyib. Beləliklə prosessual hüquqları iş üzrə pozulub. Əsaslandırığı hallara əsasən məhkəmənin qərardadı düzgün əsaslandırılmamışdır və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Qərardad iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə qeyd etdiyi normaların tələblərini nəzərə almayaraq yalnış qərardad qəbul etmişdir və hesab edir, ki bu qərardad ləğv edilməli və ərizələri təmin edilməlidir. Belə ki, şikayət vermək üçün ötürülmüş müddətin qısa olmasını, iddiaçının elektron məhkəmə informasiya sistemi ilə işləmə bacarığının olmamasını, hüquqi savadlılığın olmamasını, eyni zamanda iddiaçıya prosesin aparılması ilə bağlı köməklik göstərən şəxsin qətnamə barədə məlumat verməməsi hallarını və sair nəzərə alaraq qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddəti bərpa edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsinin surəti ##.##.2026-cı il tarixdə İddiaçı MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmişdir. İddiaçı MMC qətnamənin ona rəsmi qaydada verilmədiyini bildirsə də, lakin nəzərə almaq lazımdır ki, MPM-nin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin maddənin 5-ci bəndinə görə isə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bu mənada, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)- ****/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdehə rəsmi qaydada verilmiş sayılır. Beləliklə, qətnamədən apellyasiya şiayəti verilməsi üçün prosessual müddət axımı başlamış, müddətin son günü ##.##.2026-cı il tarixə, yəni qeyri-iş gününə düşdüyündən MPMnin 129.2-ci maddəsinə əsasən müddətin qurtarma günü sonrakı iş günü, yəni ##.##.2026-cı il tarix olmuşdur. Buna baxmayaraq, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ##.##.2026-cı il tarixdə, yəni apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət bitdikdən 24 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmişdir. Eyni zamanda, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş vermiş olması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir, İddiaçı MMC tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı). Şərh edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-7)-123/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-123/2026
23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver