Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-146/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı Istahsalat Birliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X2 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, iddiaçı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı Istahsalat Birliyinin (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları 1.
2. Müqaviləyə əsasən, icraçı olan iddiaçı təyin edilmiş ərazidən “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi” öhdəliyini, sifarişçı olan cavabdeh isə həmin xidmətlərin dəyərini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı 2535,74 manat pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh VÖEN ********** əsasında fəaliyyət göstərən hüquqi şəxs Cavabdeh MMC ilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Istehsalat Birliyi arasında bağlanan ************* №-li ##.##.2025ci il tarixli xidmət müqaviləsinə əsasən Birlik tərəfindən Gəncə şəhəri ərazisində, X1 prospekti 1 ünvanında yerləşən cavabdehə məxsus sahibkarlıq obyektinə (yanacaqdoldurma məntəqəsi və restoran) bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti göstərilir. Həmin xidmət müqaviləsi üzrə Birlik tərəfindən yığılıb, daşınıb zərərsizləşdirilən bərk məişət tullantılarının hər 1 kub metri üçün aylıq 155.36 manat, illik 1864.32 manat xidmət haqqı məbləği olaraq tərəflər arasında razılaşdırılıb. Lakin cavabdeh tərəfindən həmin xidmət müqaviləsi üzrə ödənişlər vaxtında və tam şəkildə ödənilməyib. Hazırda cavabdehin həmin xidmət müqaviləsi üzrə Birliyə 2024-cü il üçün 571.86 manat, 2025-ci il üçün 1186.08 manat, 2026-cı ilin may ayının 21-i üçün 776.80 manat olmaqla ümumilikdə cəmi 2535.74 manat debitor borcu var. Cavabdehin Birliyə 2535.74 manat debitor borcu olmasına baxmayaraq tərəflərindən həmin xidmət müqaviləsi üzrə öhdəliklər yerinə yetirilir və cavabdehə xidmət göstərilməsi davam edir. Cavabdehə tərəflərindən pretenziya ilə ##.##.2026-cı il tarixində elektron məhkəmə kabineti vasitəsi ilə, ##.##.2026-cı il tarixində isə poçt vasitəsi ilə müraciət edilməsinə baxmayaraq bu günə qədər cavabdeh tərəfindən pretenziyamıza münasibət bildirilməyib.
4. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır.
5. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 66 B, mənzil 159 ünvanıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Xətai rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Buna görə də yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş ərazi aidiyyəti qaydalarının pozulması ilə verilmişdir və mübahisəyə baxmaqda Gəncə Kommersiya Məhkəməsi səlahiyyətli deyildir.
6. Birinci instansiyası məhkəməsinin mövqeyi ilə razlaşmayan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməklə işin icraata qəbul ediməsini xahiş etmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
8. Cavabdehlə iddiaçı arasında bağlanan müqavilənin icra yeri cavabdehin faktiki fəaliyyət göstərdiyi yer olan Gəncə şəhəridir ki, həmin şəhər üzrə kommersiya mübahisələrinin həlli aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
9. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
11. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.
12. Maddə 36.11. Icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
13. Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
14. Maddə 152.3. Iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” ************* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı olan iddiaçı təyin edilmiş ərazidən “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi” öhdəliyini, sifarişçı olan cavabdeh isə həmin xidmətlərin dəyərini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.
18. Iddiaçının əsasnaməsinə əsasən, iddiaçı Gəncə Şəhər Icra Hakimiyyəti başçısının sərəncamına əsasən yaradılmış və onun fəaliyyət istiqamətləri Gəncə şəhərinin sanitar təmizliyini, şəhər ərazisindən məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirlməsinin təşkili və təmini və sairdir.
19. Belə olan halda iddiaçının fəaliyyətinin dairəsi Gəncə şəhərinin ərazisi ilə məhdudlaşır ki, cavabdehlə bağlanmış müqavilənin icra yeridə məhz Gəncə şəhərinin ərazidir.
20. Prosessual qanunvericiliyinin tələbinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər ki, tərəflər arasında bağlanmış müqavilədə icra yeri göstərilməsə də işin halları müqavilənin icra yerinin məhz Gəncə şəhərinin ərazısı olmasını mübahisəsiz edir.
21. Belə olan halda iddiaçı MPM-in 36-cı maddəsinin tələblərindən çıxış edərək iddia tələbi ilə müqavilənin icra yeri üzrə məhkəməyə müraciət etsə də birinci instansiyası məhkəməsi bu hala ümumiyyətlə münasibət bildirməmişdir.
22. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olmadığından şikayət təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı tamamilə ləğv edilərək iş sonrakı prosesual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılmalıdır.
23. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
24. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Iddiaçı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı Istahsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı tamamilə ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.