Məhkəmə qərarları › İş №e-2-2(3-8)-48/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-48/2026

21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-48/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdehin nümayəndəsi vəkil Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)-1806/2025 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli ACO/##.##.****/AZE nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarını (gələcəkdə yem adlandırılacaqdır) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin yemləri qəbul edib, əvəzində bu müqavilənin şərtləri əsasında vaxtında alınmış yemlərə dair müvafiq ödənişləri aparmağı öz öhdəsinə götürür.

2. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş satıcı tərəfindən malların alıcıya qaiməfaktura əsasında, təqdim edildiyi gündən, alıcı tərəfindən gecikmələrə yol verilmədən 60 (altmış) təqvim günü ərzində tam ödənilməlidir. Ödənişlər tərəflərin yazılı razılaşmasına əsasən hissəhissə də həyata keçirilə bilər.

3. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alqı-satqı əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar yaranmış uyğunsuzluqlar qarşılıqlı razılaşma, habelə mühasibatlıq qaydalarına uyğun olaraq üzləşmə aparmaqla nizama salınır və həll edilir.

4. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı (2.3 bəndində göstərilən müddəti keçərsə) ödənişlərin gecikdirilməsinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş hər gün üçün 0,5 % dəbbə pulu (cərimə) tətbiq olunur. Dəbbə pulu (cərimə) alıcının yaranmış borcuna əsasən müəyyən olunur.

5. İş materiallarında olan ## ###### 2025-ci il tarixli S102.020106.**** nömrəli satış fakturasına əsasən 21359,6 manat, ## ###### 2025-ci il tarixli S102.020109.**** nömrəli satış fakturasına əsasən 11453,20 manat, ## ###### 2025-ci il tarixli S102.020113.**** nömrəli satış fakturasına əsasən 6480 manat, ## ###### 2025-ci il tarixli S102.020113.**** nömrəli satış fakturasına əsasən 10110 manat, ## ###### 2025-ci il tarixli S102.020113.**** nömrəli satış fakturasına əsasən 2260 manat, ## ###### 2025-ci il tarixli S102.020117.**** nömrəli satış fakturasına əsasən 16810 manat, ## ###### 2025-ci il tarixli S102.020120.**** nömrəli satış fakturasına əsasən 6820 manat, ## ###### 2025-ci il tarixli S102.020120.**** nömrəli satış fakturasına əsasən 10230 manat, ## ###### 2025-ci il tarixli S102.020120.**** nömrəli satış fakturasına əsasən 11380 manat, ## ###### 2025-ci il tarixli S102.020121.**** nömrəli satış fakturasına əsasən 25020 manat, ## ###### 2025-ci il tarixli S102.020129.**** nömrəli satış fakturasına əsasən 2260 manat, ## ###### 2025-ci il tarixli S102.020131.**** nömrəli satış fakturasına əsasən 6880 manat, ## ###### 2025-ci il tarixli S102.020131.**** nömrəli satış fakturasına əsasən 10170 manat, ## ###### 2025-ci il tarixli S102.020218.**** nömrəli satış fakturasına əsasən 1150 manat, ## ###### 2025-ci il tarixli S102.020220.**** nömrəli satış fakturasına əsasən 6480 manat, ## ###### 2025-ci il tarixli S102.020220.**** nömrəli satış fakturasına əsasən 9720 manat, ## ###### 2025-ci il tarixli S102.020221.**** nömrəli satış fakturasına əsasən 16200 manat, ## ###### 2025-ci il tarixli S102.020226.**** nömrəli satış fakturasına əsasən 22800 manat, ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli satış fakturasına əsasən 11360 manat, ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli satış fakturasına əsasən 11400 manat, ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli satış fakturasına əsasən 9080 manat, ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli satış fakturasına əsasən 7910 manat dəyərində mal Cavabdeh təhvil verilmişdir.

6. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ilə Cavabdeh arasında bağlanmış ## ### 2025-ci il tarixli ACO/##.##.****/AZE nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləğində borcunun olduğunu etiraf edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu Cavabdeh ## ### 2025-ci il tarixindən başlayaraq ## ###### 2025-ci il tarixinə qədər 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borc məbləğini hissə-hissə tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən borclu borcunu 2 ay ardıcıl ödəmədikdə tələbkar ümumi məbləğin tələbi ilə bağlı məhkəməyə müraciə edə bilər.

7. İş materiallarında olan cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, müəyyən müddət problemlərinin olması səbəbindən Cavabdeh cəmiyyətə olan borcunu tam şəkildə ödəyə bilməmişdir. Cavabdeh cəmiyyətə hal-hazırda 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borcu yaranmışdır. Nəğd şəkildə pulu olmadığından borcu ödəyə bilmir, bu səbəbdən də borc məbləğini ödəmək üçün ## ### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək qədər 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş edir.

8. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış ## ### 2025-ci il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktda göstərilir ki, ## ### 2025-ci il tarixinə Cavabdeh 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borcu mövcuddur.

9. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış qarşılıqlı üzləşmə aktında ## ### 2025-ci il tarixinə Cavabdeh qalıq borcunun 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləğində olması təsdiq edilmişdir.

10. İş materiallarında olan Məhkəmə ekspertizası mərkəzinin ## ###### 2025-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ## ###### 2025-ci il tarixli ACO/03.02.**/AZE nömrəli alqı-satqı müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar və razılaşdırılmışdır hissəsində alıcı qrafasında “Cavabdeh" yazları; ## ### 2025-ci il tarixli AC0/01.05.**/AZE nömrəli mövcud borcun etirafı haqqında müqavilədə “3.2 Borclu" qrafasında olan imza; ## ### 2025-ci il tarixli qarşılıqlı üzləşmə “Aktı”da “4 Müştəri (ticarət nöqtəsi üzrə məsul şəxs)” qrafasındakı imza və “Cavabdeh” yazıları”; ## ### 2025-ci il tarixli ərizədə “İmza: Cavabdeh” qrafasındakı imza və “Cavabdeh” yazıları; ## ### 2025-ci il tarixli (borc məbləğinin müəyyən edilməsi haqqında) aktda “Cavabdeh” qrafasındakı imza; ##/##/2024 tarixinə Cavabdeh Vidadi oğlu Narin Yem arasında üzləşmə “Aktı”nın sağ hissəsində “imza:” qrafasındakı imza və "Cavabdeh” yazıları; ## ###### 2025-ci il tarixli S102.020106.**** nömrəli “Satış fakturasın”da “Təhvil aldı: qrafasındakı imza və “Nicat” yazısı; ## ###### 2025-ci il tarixli S102.020109.**** nömrəli “Satış fakturasın”da “Təhvil aldı qrafasındakı imza və “Nicat” yazısı; ## ###### 2025-ci il tarixli S102.020113.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020113.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020113.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020117.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020120.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020120.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020120.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020121.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020129.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020131.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020131.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020218.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020220.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020220.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020221.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## ###### 2025-ci il tarixli S102.020226.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; ## #### 2025-ci il tarixli S102.020301.**** nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı Cavabdeh tərəfindən icra edilmişdir. Həmin rəyə əlavə edilmiş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

11.İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas bоrc, 48774 (qırx səkkiz min yeddi yüz yetmiş yeddi) manat məbləğində məbləğində dəbbə pulu və 484 (dörd yüz səksən dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 194485,80 (yüz doxsan dörd min dörd yüz səksən beş manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə İddiaçı ASC arasında ##.##.2025-cü il tarixli ACO/03.02.**/AZE saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin yemləri qəbul edib, əvəzində bu müqavilənin şərtləri əsasında vaxtında alınmış yemlərə dair müvafiq ödənişləri aparmağı öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı hər partiya üzrə satıcıdan almaq istədiyi mala dair məlumatları sifariş verir, satıcı ilə alınacaq malın adı, təsnifatı, çeşidi, markası, miqdarı, tara və qablaşdırması, eləcə də arzu olunan təchizat müddəti və digər xüsusiyyətləri barədə sifariş formasında (sifariş vərəqəsi) razılığa gəlir. Alıcı tərəfindən sifariş vərəqəsinin göndərilməsi elektron poçt (e-mail), telefon, fax və digər rabitə vasitələri ilə həyata keçirilə bilər. İddiaçı tərəfindən cavabdehin sifarişləri üzrə ona S102.020106.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 21359,60 (iyirmi bir min üç yüz əlli doqquz manat altmış qəpik) manat, S102.020109.**** nömrəli ##.##.2025- ci il tarixli satış fakturasına əsasən 11453,20 (on bir min dörd yüz əlli üç manat 20 qəpik) manat, S102.020113.**** nömrəli ##.##.2025ci il tarixli satış fakturasına əsasən 6480 (altı min dörd yüz səksən) manat, S102.020113.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 10110 (on min yüz on) manat, S102.020113.**** nömrəli ##.##.2025- ci il tarixli satış fakturasına əsasən 2260 ( iki min iki yüz altmış) manat, S102.020117.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 16810 (on altı min səkkiz yüz on) manat, S102.020120.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 6820 (altı min səkkiz yüz iyirmi) manat, S102.020120.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 10230 ( on min iki yüz otuz) manat, S102.020120.**** nömrəli ##.##.2025ci il tarixli satış fakturasına əsasən 11380 (on bir min üç yüz səksən) manat, S102.020120.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 25020 (iyirmi beş min iyirmi) manat, S102.020129.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 2260(iki min iki yüz altmış) manat, S102.020131.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 6880 (altı min səkkiz yüz səksən) manat, S102.020131.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 10170 (on min bir yüz yetmiş) manat, S102.020218.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 1150 (min yüz əlli) manat; 15. S102.020220.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 6480 (altı min dörd yüz səksən) manat, S102.020220.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 9720 (doqquz min yeddi yüz iyirmi) manat, S102.020221.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 16200 (on altı min iki yüz) manat, S102.020226.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 22800(iyirmi iki min səkkiz yüz) manat, S102.020301.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 7910 (yeddi min doqquz yüz on manat) manat, S102.020301.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 9080 (doqquz min səksən) manat, S102.020301.**** nömrəli ##.##.2025ci il tarixli satış fakturasına əsasən 11400 (on bir min dörd yüz) manat və S102.020301.**** nömrəli ##.##.2025-ci il tarixli satış fakturasına əsasən 11360 (on bir min üç yüz altmış) manat dəyərində mallar satılmışdır. Beləliklə, iddiaçı tərəfindən Cavabdeh ümumilikdə 237332,80 (iki yüz otuz yeddi min üç yüz otuz iki manat səksən qəpik) manat dəyərində mal satılmış, cavabdeh tərəfindən iddiaçının balansına ödənişlər həyata keçirilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş satıcı tərəfindən malların alıcıya qaimə-faktura əsasında, təqdim edildiyi gündən, alıcı tərəfindən gecikmələrə yol verilmədən 60 təqvim günü ərzində tam ödənilməlidir. Ödənişlər tərəflərin yazılı razılaşmasına əsasən hissə-hissə də həyata keçirilə bilər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı (2.3 bəndində göstərilən müddəti keçərsə) ödənişlərin gecikdirilməsinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş hər gün üçün 0.5 % dəbbə pulu (cərimə) tətbiq olunur. Dəbbə pulu (cərimə) alıcının yaranmış borcuna əsasən müəyyən olunur. Qeyd olunanlarına əsasən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan ümumilikdə 48774 (qırx səkkiz min yeddi yüz yetmiş yeddi) manat dəbbə pulu hesablanmışdır. Beləliklə, tərəflər arasındakı alqı-satqı əməliyyatları üzrə Cavabdeh cəmiyyətə 145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat əsas bоrc, 48774 (qırx səkkiz min yeddi yüz yetmiş dörd) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 194001,80 (yüz doxsan dörd min bir manat səksən qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında ## ### 2025-ci ildə bağlanmış ACO/##.##.****/AZE nömrəli mövcud borcun etirafı müqaviləsinə əsasən cavabdeh 147727 manat borcunu etiraf etmişdir. ## ###### 2025-ci ilədək müqavilənin bağlandığı tarixdən hissə-hissə ödənişlərlə borcu ödəyəcəyini öhdəliyinə götürsə də, bu dövrdə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. 13.Cavabdeh Cavabdeh nümayəndəsi vəkil Vəkil ## ####### 2025-ci il tarixdə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbini “təsdiq edən sənədlərə” əlavə etdiyi sənədlər içərisində ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsi, satış fakturaları, ## ### 2025-ci il tarixli üzləşmə aktı və mövcud borcun etirafı haqqında müqavilə mövcuddur. Qeyd edilən sənədlər Cavabdeh tərəfindən verilən məlumata əsasən onun tərəfindən imzalanmamışdır. Belə ki, ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsinin ilk səhifəsində tarix olaraq ## ###### 2025 tarixi qeyd edilsə də, həmin müqavilənin ** saylı əlavəsinə baxdıqda görünür ki, orada qeyd edilən tarix ## ####### 2024-cü ildir. Necə olur ki, ## ###### 2025-ci il tarixli müqavilənin əlavəsi 2024-cü il tarixə aiddir?. Eyni zamanda ## ### 2025-ci il tarixli mövcud borcun etirafına dair müqavilədə olan imza da Cavabdeh aid deyil. Həmin tarixdə imzalanan sənədlərə diqqət edəndə görünür ki, eyni tarixdə həm üzləşmə aktı, həm də iddiaçının rəhbərinin adına cavabdeh tərəfindən ərizə “imzalanmışdır”. Bir şəxs eyni tarixdə nə üçün həm borcun etirafına dair müqavilə, həm üzləşmə aktı, həm də ərizə imza edir?. İddia ərizəsinə əlavə edilən satış fakturaları guya malların verildiyini və cavabdeh tərəfindən imzalanaraq qəbul edildiyini təsdiq edən sənəd kimi təqdim edilmişdir. Halbuki qeyd edilən satış fakturalarının bir qisminə diqqət edəndə görünür ki, onlardan 14 ədədi ## ###### 2025-ci il tarixdən əvvəlki tarixə aid olan fakturalardır. Necə olur ki tərəflər arasında ## ###### 2025-ci il tarixində müqavilə bağlandığı halda həmin müqavilə üzrə daha əvvəlki tarixə satış fakturaları tərtib edilmişdir. Cavabdeh tərəfindən ümumiyyətlə satış fakturası imzalanmamışdır.

14. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)-1806/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas bоrc, 4000 (dörd min) manat məbləğində dəbbə pulu və 439,23 (dörd yüz otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 149667,23 (yüz qırx doqquz min altı yüz altmış yeddi manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin cavabdеh Cavabdeh tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında ## ###### 2025-ci il tarixli ACO/##.##.2025/AZE alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif tarixlərdə müxtəlif dəyərdə mallar satmış, Cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini tam ödəməmişdir. Bununla bağlı tərəflər arasında ## ### 2025-ci il tarixli ACO/##.##.****/AZE nömrəli mövcud borcun etirafı haqqında müqavilə imzalanmış, cavabdeh iddiaçıya 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləğində borcunun yarandığını etiraf etmiş və borc məbləğini ## ### 2025-ci il tarixindən başlayaraq ## ###### 2025-ci il tarixinə qədər 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borc məbləğini hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin borcunu tam ödəmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 467, 567, 600.1, 600.4, 882.1, 882.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 107, 119.1,218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)-1806/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin ilk səhifəsində tarix olaraq ##.##.2025 tarixi qeyd edilsə də, həmin müqavilənin ** saylı əlavəsinə baxdıqda görünür ki, orada qeyd edilən tarix ##.##.2024-cü ildir. Burada sual meydana çıxırki, necə olur ##.##.2025-ci il tarixli müqavilənin əlavəsi 2024-cü il tarixə aiddir. Məhkəmə bununla da müqavilənin bağlanması üçün zəruri olan iradə ifadəsinin formalaşmamasını nəzərə almamışdır. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən satış fakturalarının 14 ədədi ##.##.2025-ci il tarixdən əvvəlki tarixə aid olan fakturalardır. Yəni cavabdehin Müqavilə ilə bağlı iradə ifadəsindən daha əvvələ aid olan fakturalar üzrə borc tələb edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən ilk səhifəsində tarix olaraq ##.##.2025-cil tarixi qeyd edilən, lakin həmin müqavilənin ** saylı əlavəsində tarix olaraq ##.##.2024 qeyd edilən sübutu araşdırmamış və tədqiq etməmişdir. Bundan əlavə satış fakturalarının 14 ədədi ##.##.2025-ci il tarixdən əvvəlki tarixə aid olan fakturalarla bağlı araşdırma apararaq ziddiyyətin səbəbini müəyyən etməmişdir.

Apellyasiya şikayətinə etiraz

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

20. Məhkəmə kollegiyasının 06.05.206-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.Sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 882.1-ci madəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci madəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsinin ** saylı əlavəsinin ## ####### 2024-cü il tarixinin göstərilməsinə, habelə satış fakturalarının bir qisminin müqavilənin bağlanma tarixindən əvvəl tərtib olunmasına istinad edərək müqavilə münasibətlərinin mövcudluğunu və borcun yaranmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri iş üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirərək onların əsassız olduğu qənaətinə gəlir.

26. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ## ###### 2025-ci il tarixli müqavilədən əvvəl olmuş, həmin müqavilə ilə cavabdeh iddiaçı qarşısında 147.727 manat məbləğində borcunun mövcud olduğunu qəbul etmiş, bu borcu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Sonradan isə həmin öhdəliyi yerinə yetirməmişdir.

27. Bundan əlavə, cavabdehin müqavilədə, fakturalarda və digər sənədlərdə olan imzaların ona məxsus olmaması barədə etirazları iş üzrə keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə tam təkzib edilmişdir. Ekspert rəyinə əsasən alqı-satqı müqaviləsində, mövcud borcun etirafı haqqında müqavilədə, qarşılıqlı üzləşmə aktında, ərizədə və malların təhvil verilməsinə dair bütün satış fakturalarında olan imzalar və əlyazmalar məhz Cavabdeh tərəfindən icra edilmişdir. Cavabdeh həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən istinad olunan tarix uyğunsuzluqları özlüyündə tərəflər arasında faktiki münasibətlərinin mövcud olmamasını və ya borcun yaranmamasını sübut etmir. Belə ki, iş materiallarında mövcud olan sübutlar cavabdehin iddiaçıya qarşı öhdəliyinin olduğunu təsdiq edir.

29. Yuxarıdakı xüsusatlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)-1806/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar