Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-69/2026 29.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili nümayəndə1, cavabdeh “xxxx” MMCnin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Tərəflər arasında bağlanmış ## ###### 2021-ci il tarixli **/* nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı (iddiaçı “xxxx” MMC) müqavilədə göstərilən qiymətdə və miqdarda pambıq ipliyini alıcıya (cavabdeh “xxxx” MMC-yə) satmağı, alıcı isə hazırkı müqavilədə nəzərdə tutulmuş şərtlərlə malın dəyərini ödəməyi öhdəsinə götürür.
2. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, malların alqı-satqısı tərəflər arasında əlavələrin imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında göstərilən mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər. - 2.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqavilə əlavəsində (sifariş formasında) qeyd edilmiş malların dəyərinə müvafiq olaraq hesablanır. - 2.2-ci bəndinə əsasən, hesablaşma sənədləri alıcıya təqdim edildikdən sonra razılaşdırılmış vaxt üzrə satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyir. - 5.1-ci bəndinə əsasən, tərəflər əlavə qiymət və digər razıalşdırmaları, bu müqaviləyə əlavə protokol ilə razılaşırlar və protokol müqavilənin ayrılmaz hissəsidir.
3. Tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş ## #### 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdehin ## #### 2024-cü il tarixinə iddiaçıya 298630,73 manat məbləğində borcu olduğu qeyd edilmişdir.
4. ## ### 2025-ci il tarixli MT2505 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 22543,79 manat məbləğində, ## ### 2025-ci il tarixli MT2505 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 14526,44 manat məbləğində, ## #### 2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli elektron qaiməfaktura üzrə 4842,95 manat məbləğində və ## #### 2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 2913,88 manat məbləğində olmaqla cəmi 44827,06 manat məbləğində dəyəri olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
5. Iddiaçı “xxxx” MMC-nin “xxxx” ASC-də olan bank hesabından ## ###### 2024-## ###### 2025-ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən ## ### 2025-ci il tarixində 14970 manat, ## ### 2025-ci il tarixində 9930 manat, ## ### 2025-ci il tarixində 5070 manat, ## #### 2025-ci il tarixində 4900 manat və ## #### 2025-ci il tarixində 4994 manat məbləğində olmaqla, cəmi 39864 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür.
6. Iddiaçı “xxxx” MMC-yə məxsus ƏDV sub-uçot hesabından köçürmələrin siyahısı adlanan sənəddən görünür ki, cavabdeh tərəfindən ## ### 2025-ci il tarixində 2694,6 manat, ## ### 2025-ci il tarixində 1800 manat, ## ### 2025-ci il tarixində 900 manat, ## #### 2025-ci il tarixində 882 manat, ## #### 2025-ci il tarixində 900 manat və ## #### 2025-ci il tarixində 898,92 manat məbləğində olmaqla, cəmi 8075,52 manat məbləğində pul vəsaiti iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür.
7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet vergi idarəsinin rəsmi portalından çıxarışdan görünür ki, ## ### 2025-ci il tarixli MT2505 seriyalı ******** nömrəli, ## ### 2025- ci il tarixli MT2505 seriyalı ******** nömrəli, ## #### 2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli və ## #### 2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli elektron qaimə-fakturalar daxil olmaqla, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə-fakturalar “Sistem tərəfindən təsdiqləndi” statusundadır.
8. Iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2026-cı il tarixli maliyyə arayışında göstərilir ki, “... İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında **/* nömrəli, ## ###### 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanaraq “xxxx” MMC tərəfindən ümumi dəyəri 1271456,7 manat olan müvafiq mallar "xxxx" MMC-yə təhvil verilmişdir. Müqavilə üzrə 975938,39 manat məbləğində ödəniş həyata keçirilmiş, lakin həmin tarixdən uzun müddətin keçməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən bugünədək ödənilməli olan 251201,96 manat əsas borc və 44316,35 manat ƏDV borcu olmaqla, cəmi 295518,31 manat məbləğində qalıq borcun ödənilməsi təmin edilməmişdir. Sözügedən müqavilə üzrə mövcud olan 295518,31 manat məbləğində qalıq borc müvafiq malların satılması ilə əlaqədar "xxxx" MMC-yə göndərilmiş ##.##.2023-cü il tarixli EBDG seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDG seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDI seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDI seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDN seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDP seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDQ seriyalı ****** nömrəli və ##.##.2023-cü il tarixli EBDR seriyalı ****** nömrəli elektron qaimə-fakturalar üzrə yaranmışdır. Həmçinin qeyd olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən ##.##.2023-cü il tarixli EBDG seriyalı ****** nömrəli elektron qaiməfaktura üzrə ƏDV borcunun 636,25 manat hissəsi və əsas borcun 1605,54 manat hissəsi ödənilmişdir. Nəticədə, həmin elektron qaimə-faktura üzrə hazırkı dövrə qalan borc məbləği cəmi 1929,21 manat təşkil edir. Eyni zamanda, ##.##.2023-cü il tarixli, EBDG seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 552,73 manat məbləğində ƏDV ödənişi həyata keçirilmiş, hazırkı dövrə qalan borc məbləği isə əsas borc üzrə 3516,80 manat və ƏDV borcu üzrə 80,29 manat olmaqla, cəmi 3597,09 manat təşkil edir. Yuxarıda göstərilən digər qaimələr üzrə isə cavabdeh "xxxx" MMC tərəfindən hazırki dövrədək hər hansı ödəniş həyata keçirilməmişdir. Müqavilə üzrə yaranmış 295518,31 manat qalıq borc məbləği hal-hazırda debitor borc kimi uçotda saxlanılır” qeyd edilmişdir.
9. Iş materiallarına həmçinin iddiaçının qanuni təmsilçisinin cavabdehin qanuni təmsilçisi ilə müqavilə münasibətləri ilə bağlı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalara dair yaddaş kartı əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. Iddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 251201,96 (iki yüz əlli bir min iki yüz bir manat, doxsan altı qəpik) manat məbləğində əsas borc, 44316,35 (qırx dörd min üç yüz on altı manat, otuz beş qəpik) manat məbləğində ƏDV borcu olmaqla, cəmi 295518,31 (iki yüz doxsan beş min beş yüz on səkkiz manat, otuz bir qəpik) manat məbləğində malların dəyərinin, həmçinin 585,52 (beş yüz səksən beş manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ###### 2021-ci il tarixli **/* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq iddiaçı tərəfindən ümumi dəyəri 1271456,7 manat məbləğində olan müvafiq mallar cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə 975938,39 manat məbləğində ödəniş həyata keçirilmiş, lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən bugünədək ödənilməli olan 295518,31 manat məbləğində qalıq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehdən 295518,31 manat məbləğində olan malların dəyəri tutularaq iddiaçıya ödənilməlidir.
12. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında ## ###### 2021-ci il tarixli **/* nömrəli alqı-satqı müqaviləsinin bağlandığı gündən bugünədək cavabdeh iddiaçıdan təhvil aldığı mallara görə bütün ödənişləri həyata keçirmişdir, 295518,31 manat məbləğində qalıq borcun mövcudluğu barədə irəli sürülən arqumentlər həqiqətə uyğun deyildir. Belə ki, müqavilə üzrə təhvil alınmış malların dəyəri cavabdeh tərəfindən tam həcmdə ödənilmişdir. Etirazda göstərilir ki, iddiaçının sübut qismində təqdim etdiyi sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən davamlı olaraq müqavilə üzrə ödənişlər iddiaçının müvafiq hesabına ödənilmişdir. Bundan başqa, müqavilənin 5-ci bəndinə görə, tərəflər əlavə qiymət və digər razılaşmaları bu müqaviləyə əlavə protokolla razılaşdırırlar və protokol müqavilənin ayrılmaz tərkib hissəsidir. Məhkəməyə təqdim edilmiş müqaviləyə * saylı əlavə protokolda qiymətlərin razılaşdırılması protokolu tərəflərin hər ikisi tərəfindən imzalanmış və cavabdeh tərəfindən müvafiq mallar qəbul edilmişdir. Lakin bu protokoldan savayı tərəflər arasında hər hansı digər qiymətlərin razılaşdırılması protokolu rəsmiləşdirilməmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə iddiaçıdan aldığı malları qəbul edərək, ona təqdim olunmuş elektron qaimə-faktura əsasında malların dəyərini ödəmişdir (Bu hal iddiaçının təqdim etdiyi bank çıxarışlarında da öz əksini tapır). Lakin iddiaçının son tələb etdiyi 295518,31 manat məbləğə görə təhvil verdiyi malların növü və həcmi barədə məlumat bəlli deyildir. Iddiaçının tələbinin əsası yalnız elektron qaimə-fakturalara görədir ki, həmin qaimələr də malların təhvil verildiyini sübut edən vasitə deyil, iddiaçının təqdim etdiyi və daxilinə istənilən sayda və növdə malları daxil edə biləcəyi təktərəfli sənəddir. Bu sənədlər üzrə də ödənişin cavabdeh tərəfindən həyata keçirilməsi tələb edilə bilməz, çünki həmin qaimələr üzrə cavabdeh tərəfindən mallar qəbul edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən irəli sürülən tələblər faktiki hallara və tərəflər arasında imzalanmış ## ###### 2021-ci il tarixli **/* nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh həmin müqavilənin şərtlərinə ciddi riayət edərək, təhvil aldığı malların dəyərini tərəflərin razılaşdırdığı qaydada və müddətlərdə tam həcmdə ödəmişdir. Müqavilə münasibətlərinin mahiyyəti etibarilə, malın təhvil alınması və qarşılığında ödənişin edilməsi ilə alıcının öhdəliyi bitmiş hesab olunur. Ödənişlərin tam həyata keçirilməsi faktı, müqavilə üzrə bütün maliyyə öhdəliklərinin bağlandığını və iddiaçı qarşısında hər hansı borcun qalmadığını təsdiq edir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd olunması və məhkəmə xərclərinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh “xxxx” MMC-dən 295518,27 (iki yüz doxsan beş min beş yüz on səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində bоrc və 585,52 (beş yüz səksən beş manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 296103,79 (iki yüz doxsan altı min yüz üç manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Qətnamədən narazı qalan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini, habelə məhkəmə xərclərinin iddiaçının hesabına aid edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri:
15. Cavabdeh apellyasiya şikayətini Mülki Məcəllənin 404, 425.1, 528 və 568-ci maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış müqavilənin şərtlərini düzgün təfsir etməyərək bu normanı pozmuşdur. Qətnamədə müqavilə üzrə yalnız elektron qaimə-fakturanın göndərilməsinin tərəflər arasında işgüzar adət kimi formalaşdığı qeyd olunur. Lakin ## ###### 2021-ci il tarixli müqavilənin 1.2-ci və 5.1-ci bəndlərinə əsasən malların alqı-satqısı və qiymətlər tərəflər arasında mütləq şəkildə imzalanmış və möhürlənmiş əlavələrlə rəsmiləşdirilməlidir. Məhkəmə müqavilənin birmənalı və aydın mənasını kənara qoyaraq iddiaçının birtərəfli vergi rəsmiləşdirməsini qanunsuz olaraq işgüzar adət kimi qəbul etmiş və bununla da müqavilə azadlığı və təfsir prinsiplərini kobud şəkildə pozmuşdur. Bu normaya əsasən öhdəlik lazımınca icra edildikdə ona xitam verilir. Birinci instansiya məhkəməsi cavabdehin bank ödənişləri vasitəsilə öhdəliyini tam icra etməsini nəzərə almamış və artıq xitam verilmiş pul öhdəliyi üzrə iddiaçının xeyrinə qanunsuz olaraq pul vəsaitinin tutulmasına dair qərar qəbul etmişdir. Istinad edilən madddələr əsasən tərəflər öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Cavabdeh şirkət bu prinsipə əməl edərək ödənişləri vaxtında və tam həcmdə həyata keçirmişdir. Məhkəmə iddiaçının birtərəfli sənədlər əsasında süni borc yaratmasını düzgün qiymətləndirməmişdir. Məcəllənin tələblərinə əsasən satıcı əşyanımüqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada alıcıya verməyə, yəni fiziki olaraq təhvil verməyə borcludur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən malın faktiki olaraq cavabdehin sahibliyinə verilməsi faktını hər hansımaddi sübutla müəyyən etmədən yalnız vergi uçotu sənədi olan elektron qaimə-fakturaların sistem tərəfindən təsdiqlənməsini malın verilməsi kimi qiymətləndirmişdir. Qanunvericilik malın birbaşa təhvil verilməsini mülkiyyət hüququnun keçməsi üçün əsas şərt kimi müəyyən etdiyi halda, məhkəmə subyektiv mülahizə ilə birtərəfli sənəd göndərilməsini əsas götürərək bu maddi hüquq normasını işin hallarına düzgün tətbiq etməmişdir. Cavabdeh apellyasiya şikayətində MPM-in 77.1 və 88-ci maddələrinə istinad etməklə bildirmişdir ki, qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı tərəf iddia etdiyi borcun yaranmasını təsdiq edən qarşılıqlı təhvil-təslim aktları və ya hər iki tərəfin razılığı ilə təsdiqlənmiş mötəbər üzləşmə aktı təqdim etməsə də məhkəmə sübutetmə vəzifəsini əsassız olaraq cavabdehin üzərinə keçirmişdir. Məhkəmə sübutlara obyektiv qərəzsiz və hərtərəfli baxmalı onlara hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Məhkəmə isə cavabdehin imzasını mübahisələndirdiyi üzləşmə aktını müvafiq qaydada yoxlamadan və qiymətləndirmədən birbaşa mötəbər sübut kimi qəbul edərək kobud prosessual pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən göndərilmiş elektron qaimə-fakturalarda göstərilən malların faktiki olaraq cavabdehə fiziki formada təhvil verilib-verilməməsi halını ümumiyyətlə aydınlaşdırmamışdır. Elektron qaimə-fakturaların sistem tərəfindən təsdiqlənməsi malların birbaşa olaraq qəbulunu sübut edən yeganə meyar deyildir. Iş üçün son dərəcə əhəmiyyətli olan həqiqi qəbul aktlarının və malların hərəkətini təsdiq edən ilkin mühasibat sənədlərinin mövcudluğu məsələsi məhkəmə tərəfindən araşdırılmadan qərar qəbul edilmişdir. Bu hallar aydınlaşdırılsaydı iddiaçının yalnız birtərəfli cədvəllər əsasında süni qaydada borc formalaşdırdığı tam sübuta yetirilərdi. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində ## #### 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına istinad edərək borcun başlanğıc məbləğini müəyyən etmişdir. Lakin məhkəmə iclasında cavabdeh tərəfindən həmin aktın şirkətin qanuni təmsilçisi tərəfindən imzalanmadığı açıq şəkildə bildirilmişdir. Məhkəmə bu ciddi etirazı nəzərə almadan sənədin həqiqiliyini ekspertiza və ya digər prosessual vasitələrlə təsdiq etməmiş borcun mövcudluğunu şübhəsiz sübut edən qarşılıqlı və mötəbər aktın olmaması faktını qulaqardına vurmuşdur. Məhkəmə öz qətnaməsində cavabdehin iddiaçıya məxsus bank hesabına 39 864 manat və əlavə dəyər vergisi hesabına 8075,72 manat vəsait köçürdüyünü təsdiq edən bank çıxarışlarını iş materiallarında aşkar etmişdir. Həmin ödənişlərin bank sənədləri ilə tam icra olunduğu sübuta yetirilsə də məhkəmə öhdəliyin tam icra olunduğu nəticəsinə gəlmək əvəzinə əsassız riyazi hesablama apararaq borcun qaldığı qənaətinə gəlmiş və işin həqiqi hallarına tamamilə zidd olan nəticə çıxarmışdır.
16. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında bağlanmış ## ###### 2021-ci il tarixli, **/* nömrəli alğı-satqı müqaviləsi üzrə malların təhvil-təslimi və bununla əlaqədar ödənişlər iddiaçının cavabdehə göndərdiyi elektron qaimə-fakturalar əsasında həyata keçirilmiş və elektron qaimə-fakturanın göndərilməsi müqavilənin icra edilməsi baxımından kifayət hesab edilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən malların təhvil verilməsini mübahisələndirsə də, işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh tərəfə müvafiq elektron qaimə-fakturalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun olaraq elektron formada hazırlanaraq vergi orqanında uçotda olan cavabdehə göndərilməklə mallar təhvil verilmişdir. Iddiaçı etirazında həmin Qaydaların 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə istinad etmiş və qeyd etmişdir ki, işin faktiki hallarından və tərəflər arasında bağlanmış ## ###### 2021-ci il tarixli alğı-satqı müqaviləsindən müəyyən edilir ki, tərəflər malların təhvil verilməsini təsdiq edilməsini təhvil-təslim aktının tərtib edilməsi ilə şərtləşdirməmişdir. Halbuki, cavabdeh, təhvil-təslim aktının tərtib edilib təsdiq edilməsini müqavilənin mühüm şərti hesab edirdisə, bu xüsusat tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi. Həmçinin cavabdeh tərəf sözügedən müqavilə üzrə iddiaçıya etdiyi ödənişləri təhviltəslim aktı əsasında həyata keçirdiyinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, elektron qaimə-fakturanın mövcudluğu artıq iddiaçıya cavabdehdən müvafiq məbləği tələb etmək hüququ verdiyindən, malların ona çatdırılmadığını sübut etmək vəzifəsi, məhz cavabdehin üzərinə düşsə də, cavabdeh bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində sözügedən müqavilədən irəli gələn öhdəliklərini tam şəkildə icra etdiyini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ## #### 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh ## #### 2024-cü il tarixinə iddiaçıya 298630,73 manat məbləğində borcu olduğunu qəbul etmişdir. Həmin üzləşmə aktının tərtib edildiyi tarixdən sonra cavabdehə göndərilmiş malların ümumi dəyəri 44827,06 manat təşkil etmiş və cavabdeh tərəfindən həmin qaimə-fakturalar geri qaytarılmamış və ya ləğv edilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində tərəflər arasında imzalanmış ## #### 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında mövcud olan imzanın cavabdehin qanuni təmsilçisinə məxsus olmadığını qeyd etsə də, məhkəmə iclasında qanuni nümayəndənin özü bilavasitə iştirak etməmiş, imza nümunələrinin təqdim edilməsinə cəhd edilməmiş, imza nümunələrinin yoxlanılması üçün məhkəməyə hər hansı vəsatət verməmişdir. Cavabdehin nümayəndəsi, həmçinin iddiaçıya bəzi ödənişlərin nağd qaydada ödənildiyini bildirsə də, bu halı təsdiq edən hansısa təsdiqedici sübut təqdim edilməmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş tərəflərin nümayəndələrinin danışıqlarını əks etdirən səs yazıları dinlənilmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi cavabdehin qanuni təmsilçisinə hazırkı müqavilənin predmeti olan mallardan kənar qaydada da malların təqdim edildiyini bildirərək səs yazılarında olan danışıqların həmin münasibətlərlə bağlı baş tutduğunu qeyd etmiş, cavabdehin nümayəndəsi isə şifahi səsləndirilən nağd ödənişin hazırkı müqavilə münasibətlərindən irəli gəldiyini sübut edə bilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi cavabdeh tərəfindən təsdiqlənmiş elektron qaimə-fakturalar üzrə malların qəbul edildiyini bildirmiş, lakin bütün elektron qaimə-fakturalar sistem tərəfindən təsdiq edilmişdir. Təqdim edilmiş səs yazılarından da göründüyü kimi ki, iddiaçının qanuni təmsilçisi nağd ödənişlərin hazırda tələb edilən borca aidiyyətinin olmadığını bildirir, cavabdehin qanuni təmsilçisi də bu halı inkar etməmişdir. Qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2- 2(119)-2460/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarı: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə tərtib edilmiş elektron qaimə-faktura həmin Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş elektron qaiməfakturaların növlərindən biridir. Həmin Qaydaların 3-cü bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Cari elektron qaiməfaktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bu Qaydaların 2.2.2-ci, 2.2.3cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehin apellyasiya şikayətinin iddia tələbində qeyd olunan elektron qaimə- 26. fakturalara dair malların təqdim olunmaması, iddiaçıya olan bütün borcun ödənilməsi, qarşılıqlı üzləşmə aktındakı imza cavabdehə məxsus olmaması barədə dəlillərinə münasibətdə kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
27. Qeyd olunmalıdır ki, hazırki qətnamənin “Tətbiq edilən hüquq” bölməsinin 20, 22 və 23-cü bəndlərində qeyd edilən maddi hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumu Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
28. Qeyd olunmalıdır ki, malların dəyərinin elektron qaimə-fakturalar əsasında ödənilməsi tərəflər arasında bağlanmış ## ###### 2021-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmamışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən hesablaşma sənədləri “Alıcı”ya təqdim edildikdən sonra razılaşdırılmış vaxt üzrə “Satıcı”nın bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyir.
29. Məhkəmə kollegiyası iş materiallarında olan tərəflərin mübahisələndirmədiyi ## ###### 2021-ci il tarixli alqı-satqı müqaviləsini və həmin tarixli qiymət razılaşma protokolunu, habelə müqavilə üzrə ##.##.2024-cü il tarixinədək tərəflər arasında qarşılıqlı öhdəliklərin üzləşmə aktında qeyd olunan dövriyyə məbləğinin (1226629,90 manat) ödənilən təxminən 4/5 hissəsinin (## ###### 2026-cı il tarixli maliyyə arayışında qeyd edilmiş 975938,39 manat) cavabdeh tərəfindən hər hansı etiraz və ya düzəliş edilməyən elektron qaimə-fakturalar əsasında ödənilməsini Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika kimi qiymətləndirir.
30. Cavabdehin ödənişlərin bir qisminin nağd şəkildə ödənilməsinə dair dəlillərinə münasibətdə iddiaçının nümayəndəsi nağd ödənişlərin mübahisə predmeti olan alqı-satqı müqaviləsi ilə əlaqəsi olmadığını, eləcə də, nağd ödənişlər olunubsa, cavabdeh tərəfindən həmin ödənişlərin təyinatı barədə qəbz və ya hər hansı başqa sübut təqdim edilmədiyini bildirmişdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Kollegiya qeyd edir ki, cavabdeh hazırda tələb olunan məbləğlər üzrə nağd ödənişlər etdiyini iddia edirsə, bunu təsdiq edən müvafiq qəbz və ya digər mötəbər sübut təqdim etmək vəzifəsi daşıyır. Iş materiallarına maddi daşıyıcıda əlavə edilmiş səs yazılarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, tərəflər arasında ödənişin nağd verilməsi yalnız 1 halda, 8160 manat məbləğində olmuşdur. Lakin danışıqların iştirakçısı olan iddiaçının qanuni təmsilçisi həmin ödənişin hazırki müqavilə ilə bağlı olmadığını bildirmiş, cavabdeh isə bu halı inkar etməmiş, əksini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir.
31. Bundan əlavə, cavabdehin nümayəndəsi hər iki hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmış və möhürləri ilə təsdiqlənmiş ## #### 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktındakı imzanın ona məxsus olmadığını bildirsə də bu halı sübut edən dəlillərini birinci instansiya məhkəməsinə və ya apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, habelə aktdakı imzanın cavabdehin nümayəndəsinə məxsus olmadığını sübut etmək üçün müvafiq ekspertizanın keçirilməsinə dair vəsatət təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəflərin mübahisələndirmədiyi ## ###### 2021-ci il tarixli alqı-satqı müqaviləsi və qiymət razılaşma protokolunda cavabdehin direktoru Eldəniz Hüseynova məxsus imzaları cavabdeh tərəfindən həqiqliyi mübahisələndirilən ## #### 2024-cü il traixli qarşılıqlı üzləşmə aktındakı əl imzası ilə vizual müqayisə edərək belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən aktdakı imzanın ümumi əlamətləri (yazının forması, istiqaməti, hərflərin əlaqələndirilmə üsulu) digər imzalarla kifayət qədər yüksək dərəcədə üst-üstə düşür. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin müvafiq dəlili ilə əlaqədar öz təşəbbüsü ilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlinmiş, mübahisələndirilən qətnamə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya, Mülki Məcəllənin yuxarıda istinad edilən maddələrinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə uyğun əsaslandırılmışdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.