Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-103/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Şirvan şəhəri, # #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 17090,45 manat məbləğində (o cümlədən, vergilər üzrə 12511,31 manat, faizlər üzrə 4579,14 manat) olmaqla, ümumilikdə 17090,45 manat borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 17090,45 manat məbləğində (o cümlədən, vergilər üzrə 12511,31 manat, faizlər üzrə 4579,14 manat) olmaqla, ümumilikdə 17090,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi və maraqlı şəxs Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, vergi ödəyicisi olan ##.##.1996-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş və Sabirabad Şəhəri, İ. İsgəndərov Küçəsi, Ev 28 ünvanında olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, maraqlı şəxs Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və işin faktiki hallarının araşdırılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə Maraqlı şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Hüququnun məhdudlaşdırılmasına səbəb kimi onun xəbəri olmadan adına vergi orqanı tərəfindən VÖEN açılması, həmin VÖEN üzrə vergi borcunun və faizlərin hesablanması göstərilmişdir. Bu barədə məlumat əldə edildikdən sonra tərəfləri tərəfindən Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək həm vergi borcunun, həm də VÖEN-in ləğv edilməsi xahiş edilmişdir. Şikayətdə qeyd edilmişdir ki, borcun mövcudluğu barədə məlumat əldə edə biləcəkləri hər hansı portal olmamış, VÖEN vergi orqanının özü tərəfindən açılmış, vergi məbləği və qərar da həmin orqan tərəfindən qəbul edilmiş, bu barədə isə onlara heç bir məlumat verilməmişdir. Həmçinin bildirilmişdir ki, borc 2022-ci il gəlir vergisi üzrə analoji hesablama üsulu ilə hesablanmışdır. Halbuki analoji hesablama vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadıqda tətbiq edilir. Bu halda isə VÖEN vergi orqanı tərəfindən açıldığı halda, müvəkkilin fəaliyyətinin necə müəyyən edildiyi və ona hansı əsasla əlavə vergi hesablandığı izah edilməmiş, buna görə də hesablanmış vergi məbləğinin tamamilə əsassız olduğu göstərilmişdir. Bununla yanaşı, ölkədən getmək hüququnun məhdudlaşdırılması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrində nəzərdə tutulmuş qanunilik və mütənasiblik tələblərinə, eləcə də İnsan Hüquqları və X1 haqqında Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsinin tələblərinə əməl edilmədiyi, məhdudiyyətin demokratik cəmiyyətdə zəruri olub-olmamasının məhkəmə tərəfindən araşdırılmadığı irəli sürülmüşdür. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə maraqlı şəxs apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və işin faktiki hallarının araşdırılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, fiziki şəxs haqqında məlumatdan görünür ki, maraqlı şəxs Maraqlı şəxs vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (6803255732) verilmişdir. O, ##.##.1996-ci il tarixdə Sabirabad rayonunda doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA7344145) və hazırda Sabirabad Şəhəri, İ. İsgəndərov Küçəsi, Ev 28 ünvanında qeydiyyatdadır. Maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə 17090,45 manat məbləğində (o cümlədən, vergilər üzrə 12511,31 manat, faizlər üzrə 4579,14 manat) təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər maraqlı şəxs Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir Göründüyü kimi, ərizə təmin edilmiş, qətnamədən maraqlı şəxs narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə Maraqlı şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Hüququnun məhdudlaşdırılmasına səbəb kimi onun xəbəri olmadan adına vergi orqanı tərəfindən VÖEN açılması, həmin VÖEN üzrə vergi borcunun və faizlərin hesablanması göstərilmişdir. Bu barədə məlumat əldə edildikdən sonra tərəfləri tərəfindən Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək həm vergi borcunun, həm də VÖEN-in ləğv edilməsi xahiş edilmişdir. Şikayətdə qeyd edilmişdir ki, borcun mövcudluğu barədə məlumat əldə edə biləcəkləri hər hansı portal olmamış, VÖEN vergi orqanının özü tərəfindən açılmış, vergi məbləği və qərar da həmin orqan tərəfindən qəbul edilmiş, bu barədə isə onlara heç bir məlumat verilməmişdir. Həmçinin bildirilmişdir ki, borc 2022-ci il gəlir vergisi üzrə analoji hesablama üsulu ilə hesablanmışdır. Halbuki analoji hesablama vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadıqda tətbiq edilir. Bu halda isə VÖEN vergi orqanı tərəfindən açıldığı halda, müvəkkilin fəaliyyətinin necə müəyyən edildiyi və ona hansı əsasla əlavə vergi hesablandığı izah edilməmiş, buna görə də hesablanmış vergi məbləğinin tamamilə əsassız olduğu göstərilmişdir. Bununla yanaşı, ölkədən getmək hüququnun məhdudlaşdırılması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrində nəzərdə tutulmuş qanunilik və mütənasiblik tələblərinə, eləcə də İnsan Hüquqları və X1 haqqında Konvensiyanın * saylı Protokolunun 2ci maddəsinin tələblərinə əməl edilmədiyi, məhdudiyyətin demokratik cəmiyyətdə zəruri olubolmamasının məhkəmə tərəfindən araşdırılmadığı irəli sürülmüşdür. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. Belə ki, iş materiallarından müəyyən edilir ki, maraqlı şəxs Maraqlı şəxs vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) verilmiş, onun şəxsi hesab vərəqəsinə əsasən ##.##.2026-cı il tarixə dövlət büdcəsinə 17.090,45 manat, o cümlədən 12.511,31 manat vergi və 4.579,14 manat faiz borcu yaranmışdır. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq ##.##.2025-ci il tarixli bildirişlə həmin borcun beş gün müddətində ödənilməsi tələb edilmiş, həmçinin iş materiallarından həmin bildirişin maraqlı şəxsin elektron kabinetinə yerləşdirildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, qanunla müəyyən edilmiş müddətdə vergi öhdəliyi yerinə yetirilməmiş, borc ödənilməmiş və bununla əlaqədar vergi orqanı Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə ona verilmiş səlahiyyətdən istifadə edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də məhz bu sənədlərə və qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğuna əsaslanaraq ərizəni təmin etmişdir.
2. Apellyasiya şikayətində əsas dəlil kimi vergi borcunun şikayətçinin xəbəri olmadan açılmış VÖEN əsasında hesablandığı, həmin VÖEN və borcun ləğvi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırıldığı, vergi məbləğinin analoji üsulla əsassız hesablandığı və bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunsuz olduğu göstərilmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər hazırkı xüsusi icraat işinin predmetinə aid olmayıb birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini təkzib etmir. Çünki ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iş üzrə məhkəmə vergi öhdəliyinin yaranmasının maddi-hüquqi əsaslarını və ya verginin düzgün hesablanıbhesablanmamasını həll etmir. Məhkəmənin araşdırma predmeti yalnız qanunvericilikdə nəzərdə tutulmuş vergi borcunun mövcudluğu, həmin borcun müəyyən edilmiş qaydada ödənilməməsi və vergi orqanının müraciəti üçün zəruri hüquqi şərtlərin mövcud olubolmamasıdır. İş materialları ilə bu hallar tam təsdiq olunduğundan, vergi borcunun qanuniliyi ilə bağlı ayrıca inzibati mübahisənin mövcudluğu öz-özlüyündə xüsusi icraat qaydasında qəbul edilmiş qətnamənin qanunsuz hesab edilməsinə səbəb ola bilməz. İnzibati məhkəmədə belə bir iddianın verilməsi də vergi borcunu mövcud olmaması kimi qiymətləndirilə bilməz və vergi öhdəliyini dayandırmır.
3. Kollegiya apellyasiya şikayətində istinad edilən Konstitusiyanın 28 və 71-ci maddələrinə, İnsan Hüquqları və X1 haqqında Konvensiyanın * saylı Protokolunun müddəalarına, eləcə də Avropa Məhkəməsinin qərarlarına dair dəlilləri də əsaslı hesab etmir. Belə ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması birbaşa Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və MPM-in 355-5-ci maddəsində nəzərdə tutulmuş qanuni mexanizm əsasında tətbiq edilmişdir. Məhdudlaşdırmanın məqsədi dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsidir və bu məhdudiyyət daimi xarakter daşımayıb, yalnız vergi öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalır. Həm Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsi, həm də birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan dərhal sonra onun götürülməsi vergi orqanının vəzifəsidir.
4. Apellyasiya şikayətində məhkəmə bildirişlərinin lazımi qaydada təqdim edilməməsi və MPM-in 135, 138 və 140-cı maddələrinin pozulması barədə irəli sürülən dəlillər də iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, vergi orqanının göndərdiyi borcun ödənilməsinə dair bildirişlər isə maraqlı şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayətində həmin halları təkzib edən hər hansı yeni və mötəbər sübut təqdim edilməmişdir. Məhz buna görə də prosessual normaların pozulması barədə iddialar ehtimala əsaslanır və qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.