Məhkəmə qərarları › İş №e-2-2(3-9)-104/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-104/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-104/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh cavabdeh2 MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş üzrə. Q Ə T N A M Ə S İ Açar sözlər: debütor borc tələbi, borcun silinməsi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçıİB-nin nümayəndəsi Nümayəndə və cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh cavabdeh2 MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) ilkin iddia üzrə cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ”Azəriqaz” İstehsalat Birliyi cavabdeh cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən istixanada təbii qazdan istifadə etdiyinə görə 235412800000019 və *************** nömrəli abonent kodları üzrə yaranmış ümumilikdə 87853,11 manat məbləğində əsas borc məbləğinin, 353,56 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2021-ci il tarixli AMX****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozaraq Sabirabad rayonu ərazisində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və ##.##.2025-ci il tarixə *************** nömrəli abonent kodu üzrə 3289,82 manat, ##.##.2025-ci il tarixə *************** nömrəli abonent kodu üzrə 84563,29 manat, ümumilikdə qeyd olunan abonent hesabları üzrə İddiaçı İstehsalat Birliyinə 87853,11 manat məbləğində borcu yaranmışdır. İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, *************** nömrəli abonent kodu üzrə olan borcundan 21200 manat ödəniş etmiş, 84563,29 manat qalıq borcunu ödəməmişdir. *************** nömrəli abonent kodu üzrə olan 3289,82 manat borcunu isə ödəməmişdir. Bununlada kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "Azəriqaz İstehsalat Birliyinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, qarşılıqlı iddia üzrə cavabdeh "Azəriqaz İstehsalat Birliyi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 məxsus Sabirabad rayonu Nizami kəndində yerləşən istixananın qaz sərfiyyatına görə hesablanmış 23541280000002001 ve 23541280000001901 abonent kodlu sayğaclar üzrə cəmi 87853,11 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh "Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək cavabdeh2 23541280000002001 abonent kodlu sayğaca üzrə 84563,3 manat və 23541280000001901 abonent kodlu sayğac üzrə isə 3289,81 manat borcunun olduğunu bildirmişdir. Bu hesablamalar "Azəriqaz” İstehsalat Birliyinin tərtib etdiyi cavabdeh2 MMC-yə məxsus ***************** saylı və ***************** saylı abonent saldolarında göstərilmişdir. Lakin Sabirabad rayon Nizami kəndində yerləşən cavabdeh2 MMC-yə məxsus istixana "Azəriqaz” İstehsalat Birliyinin saldosunda borc kimi göstərilən qədər qaz istifadə etməmiş, göstərilən həmin sərfiyyat "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən şişirdilərək artırılmışdır. Buna görə də cavabdeh2 MMC-yə əlavə olaraq ümumilikdə 87853,11 manat borc hesablanmışdır. Həmin borc məbləğı qanunsuz hesablandığı üçün ödənilməmiş və bu səbəbdən də cavabdeh2 MMC-yə verilən qaz təchizatı dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsalat Birliyinin nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsalat Birliyinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh2 MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 87853,11 manat məbləğində əsas borc və ödənilmiş 353,56 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 88206,67 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə cavabdeh cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İstehsalat Birliyinin iddiası təmin edilərək cavabdeh2 MMC-dən 87.853,11 manat məbləğində təbii qaz borcu və 353,56 manat dövlət rüsumunun tutulması qət edilmiş, cavabdeh2 MMC-nin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq yarandığına görə həmin 87.853,11 manat borcun silinməsi barədə tələbi təmin olunmamışdır. Şikayətçi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qeyri-qanuni qətnamə qəbul etmişdir. Göstərilmişdir ki, hesablanmış borc qanunsuz olduğundan ödənilməmiş, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən istehlakçıya verilən qazın keyfiyyət göstəriciləri, o cümlədən sıxlığı dövlət standartlarına uyğun olmalı olduğu halda bu tələblərə əməl edilməmişdir. Şikayətçi bildirmişdir ki, cavabdeh2 MMC-yə məxsus 23541280000002001 və 23541280000001901 abonent kodlu sayğacların saldolarından görünür ki, sayğacların mexaniki göstəriciləri ilə elektron göstəriciləri arasında müxtəlif aylar üzrə fərqli əmsallar mövcuddur və İddiaçı İstehsalat Birliyinin əməkdaşları bunu qazın sıxlığı və havanın temperaturunun dəyişməsi ilə əlaqələndirsələr də, qanunvericiliyə əsasən istehlakçıya verilən qazın sıxlığının da dövlət standartlarına uyğun olması təmin edilməlidir. Həmçinin göstərilmişdir ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli AMX-****/** saylı müqavilənin 2.1-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçını keyfiyyət göstəriciləri dövlət standartlarına uyğun olan qazla fasiləsiz təmin etməli, verilən qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalı olduğu halda həmin öhdəliklər yerinə yetirilməmişdir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, Şirvan Kommersiya Məhkəməsində mütəxəssis qismində iştirak etmiş Energetika Nazirliyi yanında X6 Agentliyinin Şirvan filialının ##.##.2026-cı il tarixli rəyində mübahisəli məsələlərə aydınlıq gətirilməmiş, Agentliyin İddiaçı İstehsalat Birliyinə göndərdiyi sorğunun cavabı olduğu kimi təkrarlanmış, bu səbəbdən təkrar mütəxəssis rəyi alınması üçün verilmiş vəsatət isə əsassız olaraq təmin edilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İlkin iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilmiş və onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh cavabdeh2 MMC-yə qarşı borcun ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilmiş, lakin həmin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Bildirilmişdir ki, cavabdeh2 MMC tərəfindən mübahisələndirilən borc sayğac vasitəsilə hesablanmış qazın dəyəridir və borcun tam ödənilməməsi səbəbindən yaranmışdır. Belə ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2021-ci il tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq Sabirabad rayonu ərazisində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə ##.##.2025-ci il tarixə *************** nömrəli abonent kodu üzrə 3289,82 manat, ##.##.2025ci il tarixə *************** nömrəli abonent kodu üzrə 84563,29 manat, ümumilikdə qeyd olunan abonent hesabları üzrə İddiaçı İstehsalat Birliyinə 87853,11 manat məbləğində borcu yaranmışdır. İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq, o, *************** nömrəli abonent kodu üzrə olan borcundan 21200 manat ödəniş etmiş, 84563,29 manat qalıq borcunu ödəməmiş, *************** nömrəli abonent kodu üzrə olan 3289,82 manat borcunu isə ümumiyyətlə ödəməmişdir. Həmçinin göstərilmişdir ki, İddiaçı İB tərəfindən cavabdeh2 MMC-yə Sabirabad rayonunun Nizami kəndində yerləşən istixanada təbii qazdan istifadəyə görə yaranmış borcla bağlı aylar üzrə elektron hesab-fakturalar göndərilmiş, cavabdeh2 MMC təqdim olunmuş hesab-fakturalara heç bir etiraz bildirməmiş, qaz sərfiyyatının artıq hesablanması ilə bağlı müraciət etməmişdir. İddiaçı İB tərəfindən borcun ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh2 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin qarşılıqlı iddia ərizəsində qeyd olunan halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan başqa, etirazda qeyd olunmuşdur ki, verilmiş apellyasiya şikayəti cavabdeh2 MMC tərəfindən məhkəmə prosesinin aşkar surətdə uzadılmasına, məhkəmə prosesi başa çatanadək istifadə etdiyi qaza görə yaranmış cari borcun ödənilməməsinə və mövcud borcun ödənilməsi müddətinin süni surətdə uzadılmasına yönəlmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi cavabdeh1 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. İddiaçı İddiaçıİB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, qaz sayğacları verilən zaman əsas məsələ qarşı tərəfin sərfiyyatı olmuşdur. Əgər sayğacın qazburaxma gücü 10.m3 yuxarıdırsa o zaman elektron göstəricili syğacdan istifadə edilir. Elektron tipli qaz ayğacı iki hissədən ibarətdir mexaniki və elektron tipli hissələrdən. Qaz birinci mexaniki hissədən keçir daha sonra isə elektron sayğaca daxil olur. Elektron hissə qazın təzyiqi və havanın temperaturnu nəzərə almaqla orada hesablama aparır. Biz saldoya baxdıqda da görürük ki, sayğacda iki nəticə olur: mexaniki və elektron göstərici. Həmin sayğaclardan biri Elster G- 1000, digəri isə G 16 tipli sayğacdır. İkinci sayğacın maksimal qazburaxma gücü 25.m3-a qədərdir. G-1000 markalı sayğacın maksimal qaz buraxma güçü 1500.m3-a qədərdir. Yəni hər ikisində mexaniki göstərici mövcuddur, amma sayğaclar elektron sayğaclardır. Sırf mexaniki sayğaclar isə bizim adi məişətdə, evdə işlətdiyimiz sayğaclardır. Qarşı tərəf uzun müddətdir ki, elektron qaz sayğacı ilə işləyir. Axı niyə indiyə qədər qazın elektron şəkildə hesablanması ilə bağlı hər hansı bir şikayət yaxud pretenziya məktubu göndərilməyib. 2021ci ildən indiyinə qədər qaşı tərəf Azəriqazın hesabına elektron dövriyyəyə uyğun ödəniş edib. Axı niyə ancaq biz qarşı tərəfi məhkəməyə verdikdən sonra qarşı tərəfin belə bir etirazı və şikayəti meydana çıxır. İkincisi isə Azərbaycan Respublikasında Qaz təsərrüfatına istismarın nəzarət orqanı Enerji Tənzimləmələri üzrə Dövlət Agentliyidir ki, birinci instansiya məhkəməsində işə cəlb edilərək, mütəxəssis qismində işə cəlb ediliblər və sizin sayğacın arxivini də, sərfiyyatı da, yekunu da yoxlayıblar.Belə nəticəyə gəliblər ki, hazırda hesablanan borcla bağlı heç bir kənarlaşma yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli AMX-****/** nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh2 arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarında olan abonent saldosunun surətindən görünür ki, İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdeh2 23541280000002001 abonent kodu üzrə 84563,29 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonent saldosunun surətindən görünür ki, İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdeh2 23541280000001901 abonent kodu üzrə 3289,81 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan İddiaçı İstehsalat Birliyi Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdeh2 iş və xidmətlər göstərilmişdir. İş materiallarında olan debitor borcunun ödənilməsi barədə pretenziya məktubunun surətindən görünür ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh2 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı”na dair müqaviləyə əsasən yaranmış 87853,11 manat debitor borcunun 10 gün müddətində tam şəkildə ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh2 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialı tərəfindən məhkəmə sorğusuna cavab olaraq məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli mütəxəssiz rəyindən görünür ki, X5 Agentliyinin Şirvan filialına daxil olmuş, cavabdeh2 MMC-yə məxsus istixananın qaz hesabında yaranmış borc məbləğinin araşdırılması ilə əlaqədar ray verilməsi ilə bağlı Şirvan Kommersiya Məhkəməsinin müraciətinə baxılmışdır. Təqdim edilən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2020-ci il tarixli ******* nömrəli aktdan məlum olur ki, istixananın qaz xətti üzərində G1000 markalı ******** nömrəli qaz sayğacı quraşdırılmış və cavabdeh2 MMC adına *************** nömrəli fərdi qaz hesabı açılmışdır. Həmin bu sənədə əsasən qaz sayğacının quraşdırılarkən göstəriciləri mexaniki və elektron hissədə 450 m³ olmuşdur, qaz hesabında istehlakçının borcu olmamışdır. Saldoya əsasən ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacla müəyyənləşən sərfiyyatlara əsasən 3524160 m³ qaz sərfinin dəyəri dövr üçün qüvvədə olan tarif qiymətlərinə uyğun 786039,58 manat məbləğində hesablanaraq saldoya daxil edilmiş, 701476,29 manat məbləğində ödəniş edilmiş, ##.##.2025-ci il tarixinə 84563.29 manat məbləğində borc yaranmışdır. Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2021-ci il tarixli 9022374 nomrəli akta əsasən məişət qaz qurğularında təbii qazdan istifadə olunması üçün qaz xətti üzərində G-16 markalı ******** nömrəli qaz sayğacı quraşdırılmış, cavabdeh2 MMC adına *************** nömrəli fərdi qaz hesabı açılmışdır. Quraşdırılarkən göstəriciləri mexaniki və elektron hissədə 3 kub.metr olmuşdur, qaz hesabında istehlakçının borcu olmamışdır. Saldoya əsasən ##.##.2021-ci il tarixdən 01 .09.2025-ci il tarixədək sayğacla muüəyyənləşən sərfiyyata əsasən 67618 m3 qaz sərfinin dəyəri dövr üçün daxil olan tarif qiymətlərinə uyğun 17273,72 manat məbləğində borc hesablanaraq saldoya daxil edilmiş, 13983,90 manat məbləğində ödəniş edilmiş, ##.##.2025-ci il tarixinə 3289,82 manat məbləğində borc yaranmışdır.Ümumilikdə cavabdeh2 MMC-nin qaz hesablarında 87853,11 manat məbləğində borc yaranmışdır. Göründüyü kimi ilkin iddia təmin edilmiş, qətnamədən ilkin iddia üzrə cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İstehsalat Birliyinin iddiası təmin edilərək cavabdeh2 MMC-dən 87.853,11 manat məbləğində təbii qaz borcu və 353,56 manat dövlət rüsumunun tutulması qət edilmiş, cavabdeh2 MMC-nin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq yarandığına görə həmin 87.853,11 manat borcun silinməsi barədə tələbi təmin olunmamışdır. Şikayətçi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qeyriqanuni qətnamə qəbul etmişdir. Göstərilmişdir ki, hesablanmış borc qanunsuz olduğundan ödənilməmiş, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən istehlakçıya verilən qazın keyfiyyət göstəriciləri, o cümlədən sıxlığı dövlət standartlarına uyğun olmalı olduğu halda bu tələblərə əməl edilməmişdir. Şikayətçi bildirmişdir ki, cavabdeh2 MMC-yə məxsus 23541280000002001 və 23541280000001901 abonent kodlu sayğacların saldolarından görünür ki, sayğacların mexaniki göstəriciləri ilə elektron göstəriciləri arasında müxtəlif aylar üzrə fərqli əmsallar mövcuddur və İddiaçı İstehsalat Birliyinin əməkdaşları bunu qazın sıxlığı və havanın temperaturunun dəyişməsi ilə əlaqələndirsələr də, qanunvericiliyə əsasən istehlakçıya verilən qazın sıxlığının da dövlət standartlarına uyğun olması təmin edilməlidir. Həmçinin göstərilmişdir ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli AMX-****/** saylı müqavilənin 2.1-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçını keyfiyyət göstəriciləri dövlət standartlarına uyğun olan qazla fasiləsiz təmin etməli, verilən qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalı olduğu halda həmin öhdəliklər yerinə yetirilməmişdir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, Şirvan Kommersiya Məhkəməsində mütəxəssis qismində iştirak etmiş Energetika Nazirliyi yanında X6 Agentliyinin Şirvan filialının ##.##.2026-cı il tarixli rəyində mübahisəli məsələlərə aydınlıq gətirilməmiş, Agentliyin İddiaçı İstehsalat Birliyinə göndərdiyi sorğunun cavabı olduğu kimi təkrarlanmış, bu səbəbdən təkrar mütəxəssis rəyi alınması üçün verilmiş vəsatət isə əsassız olaraq təmin edilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında əvvəlcə ##.##.2021-ci il tarixli AMX-****/** nömrəli, sonradan isə ##.##.2021-ci il tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən İddiaçı İstehsalat Birliyi istehlakçını təbii qazla fasiləsiz təmin etməyi, cavabdeh2 MMC isə qaz sayğacının göstəricilərinə əsasən hesablanmış qazın dəyərini müəyyən edilmiş müddətdə tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.3-cü bəndlərində istehlakçının istifadə etdiyi qazın dəyərini tam ödəməsinin onun əsas müqavilə öhdəliklərindən biri olduğu açıq şəkildə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də tərəflər arasında yaranmış hüquq münasibətini məhz bu müqavilələr əsasında düzgün müəyyən etmişdir.

2. Məhkəmə tərəfindən araşdırılmış abonent saldoları, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlar, debitor borcunun ödənilməsi barədə pretenziya məktubu və digər yazılı sübutlarla müəyyən edilmişdir ki, 23541280000002001 abonent kodu üzrə 84.563,29 manat, 23541280000001901 abonent kodu üzrə isə 3.289,82 manat olmaqla, ümumilikdə 87.853,11 manat borc yaranmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, G1000 markalı ******** nömrəli sayğac quraşdırılarkən mexaniki və elektron göstəricilər eyni, yəni 450 kubmetr, G-16 markalı ******** nömrəli sayğac quraşdırılarkən isə hər iki göstərici 3 kubmetr olmuş, sonrakı sərfiyyat və borc məbləğləri həmin sayğacların göstəricilərinə əsasən formalaşdırılmışdır. Beləliklə, borcun hesablanmasının müqavilə və qanunvericiliyin tələb etdiyi qaydada məhz sayğac göstəricilərinə əsaslandığı iş materialları ilə təsdiq edilmişdir.

3. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, sayğacların elektron və mexaniki göstəriciləri arasında fərqlər mövcuddur, bu fərqlər qazın sıxlığının və temperaturun dəyişməsi ilə əlaqədardır, buna görə də hesablanmış borc qanunsuzdur və silinməlidir. Kollegiya hesab edir ki, bu dəlillər fərziyyə xarakteri daşıyır və mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən qazın keyfiyyət göstəricilərinin dövlət standartlarına uyğun olmaması və ya məhz həmin səbəbdən sərfiyyatın yanlış hesablanması barədə hər hansı ekspertiza rəyi və ya digər texniki sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, cavabdeh yalnız ehtimallara əsaslanmış, lakin borcun düzgün hesablanmadığını təsdiq edən sübutlar təqdim etməmişdir.

4. Əksinə, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında X5 Agentliyinin Şirvan filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində abonent hesabı araşdırılmış, qaz sayğaclarının quraşdırılması aktları, saldolar və sərfiyyat göstəriciləri təhlil edilmiş, nəticədə 87.853,11 manat məbləğində borcun sayğac göstəricilərinə uyğun hesablandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu rəyi digər sübutlarla birlikdə qiymətləndirərək ona sübuti əhəmiyyət vermişdir. Şikayətçi həmin rəyin obyektiv olmadığını və Agentliyin İddiaçı İstehsalat Birliyinin cavabını təkrarladığını bildirsə də, bu iddianı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Təkrar mütəxəssis rəyi alınması barədə vəsatətin təmin edilməməsi də özlüyündə mövcud rəyin etibarsızlığını göstərmir, çünki iş üzrə mövcud sübutlar mübahisənin həlli üçün kifayət etmişdir.

5. Apellyasiya şikayətində “Qaz təchizatı haqqında” Qanunun qazın keyfiyyət göstəricilərinə dair müddəalarına istinad olunsa da, həmin normalar istehlakçıya verilən qazın keyfiyyətinə dair ümumi tələbləri müəyyən edir və konkret halda qazın keyfiyyətsiz verilməsi faktı sübuta yetirilmədiyi üçün bu normalara istinad borcun silinməsi üçün hüquqi əsas yaratmır. Əksinə, iş materialları ilə müəyyən edilmişdir ki, qaz istehlak edilmiş, sayğaclar vasitəsilə sərfiyyat qeydə alınmış, hesablar təqdim olunmuş, lakin onların tam ödənişi həyata keçirilməmişdir. Bu baxımdan Mülki Məcəllənin 385.1, 425.1 və 427.3-cü maddələrinə uyğun olaraq cavabdeh müqavilədən irəli gələn pul öhdəliyini lazımi qaydada və müəyyən olunmuş müddətdə icra etməli idi. Eyni zamanda “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə və “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısı istehlak edilmiş qazın dəyərini sayğac göstəricilərinə əsasən hesablayır, istehlakçı isə təqdim edilmiş hesabı bir ay müddətində ödəməlidir. Birinci instansiya məhkəməsi məhz bu maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

6. Şikayətçi həmçinin məhkəmənin sübutları tam qiymətləndirmədiyini və MPM-in 88, 217 və 218-ci maddələrinin tələblərini pozduğunu göstərsə də, kollegiya bu dəlilləri əsaslı hesab etmir. Qətnamədən görünür ki, məhkəmə tərəflər arasında bağlanmış müqavilələri, abonent saldolarını, qaz sayğaclarının quraşdırılması aktlarını, pretenziya məktubunu, X5 Agentliyinin mütəxəssis rəyini, tərəflərin izahatlarını və digər sübutları birgə qiymətləndirmiş, hər bir sübutun qəbul edilməsinin səbəblərini əsaslandırmış, nəticədə qarşılıqlı iddianın sübut edilmədiyi qənaətinə gəlmişdir. Buna görə də məhkəmənin sübutların qiymətləndirilməsi qaydalarını pozduğu barədə apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur.

7. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İlkin iddia üzrə cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar