Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-127/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsinin təmin edilməsi, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri ##.##.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair maraqlı şəxs Maraqlı şəxs ərizəsi təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (qəbz № **********) geri qaytarılmışdır Maraqlı şəxs Maraqlı şəxs şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli rayonundan məcburi köçkün düşmüş şəxsdir və 2000-ci ildən etibarən ünvan 1 ünvanında məskunlaşmışlar. Hazırda da həmin ünvanda daimi yaşayır. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi, habelə prosessual hüquq və vəzifələrinin izahına dair bildiriş qanunvericiliyin tələblərinə uyğun qaydada ona təqdim edilməmişdir. Nəticədə, məhkəmə iclasında iştirak etmək imkanından məhrum olmuş, iş üzrə təqdim edilmiş ərizəyə münasibətini bildirmək, sübutlarımı təqdim etmək və müdafiə hüququmdan istifadə etmək imkanını itirmişdir. Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin guya ##.##.2026-cı il tarixində ona sifarişli poçt vasitəsilə təqdim edildiyi göstərilsə də, həmin qətnamə faktiki olaraq ona təqdim edilməmişdir. Zərurət yaranacağı təqdirdə, qətnamənin guya ona təqdim edilməsini təsdiq edən poçt qəbzinin və ya digər sənədlərin məhkəmə ekspertizasına göndərilərək imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsini xahiş edir. Həmçinin, ərizəyə baxılması üçün ##.##.2026-cı il tarixə saat 10:45-ə təyin edilmiş məhkəmə iclası barədə də o lazımi qaydada məlumatlandırılmamışdır. Ərizədə əlaqə nömrəsini göstərməyinə baxmayaraq, ona heç bir zəng edilməmiş, SMS göndərilməmiş və ya digər qaydada məlumat verilməmişdir. Eyni zamanda, "E-Məhkəmə" sistemindən istifadə etmək bacarığı və bu sahədə məlumatı yoxdur. Hazırda ağır xəstəlik səbəbindən uzunmüddətli müalicə alır. Türkiyə Respublikasında yerləşən Çankaya Xəstəxanasında üzərində mürəkkəb cərrahi əməliyyat aparılmış, orqanizminin bir hissəsi həkimlər tərəfindən çıxarılmışdır. Müalicə prosesi hazırda da davam edir və yaxın vaxtlarda yenidən müalicə məqsədilə Türkiyə Respublikasına aparılmağı zəruridir. Ankolojı xəstə olduğuna dair bütün arayışları apellyasiya şikayətinə əlavə etməyinə baxmayaraq Şirvan Kommersiya Məhkəməsi həmin subutlara qiymət verməmişdir. Səhhəti son dərəcə ağır olması səbəbindən Bakı şəhərindən Şirvan şəhərinə gələrək məhkəmə iclasında iştirak etməyə fiziki imkanı yoxdur. Hazırda həyatı və sağlamlığı uğrunda mübarizə aparır. Bu səbəbdən məhkəmədən xahiş edir ki, səhhəti ilə bağlı vəziyyətini, müdafiə hüququnun təmin olunmamasını və məhkəmə bildirişlərinin ona lazımi qaydada təqdim edilməməsini nəzərə alaraq müraciətinə ədalətli və obyektiv qiymət versin. Apellyasiya şikayətinə Məhkəmənin qətnaməsindən şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizə tərəfindən əlavə edilmişdir. Şirvan Kommersiya Məhkəməsi ##.##.2026-cı il tarixli, № e-*-*(*-**)-***/**** nömrəli Qərardadı ilə 22.05.2026cı il tarixli Apellyasiya şikayətini əsassız olaraq qeri qaytarılmışdır. Məhkəmə Qərardadı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Prosessual qanunuvericiliyin tələblərinə müvafiq olaraq şikayət və ona əlavə edilmiş sənədlər iş materialları ilə birlikdə araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, apellyasiya şikayəti, onun verilməsi müddəti buraxılmaqla verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin guya ##.##.2026-cı il tarixində ona sifarişli poçt vasitəsi ilə xəbərnaməyə imza etdirilməklə təqdim edilmişdir. Məhkəmənin qərardadı ilə razı deyildir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin guya ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə ona təqdim edilməyib və heç bir xəbərnaməni imza etməmişdir. Xəbərnamədə göstərilən əlyazma və imza ona məxsus deyildir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu Şirvan Kommersiya Məhkəməsinə elektron məhkəmə sistemindən şəxsi kabinet vasitəsi ilə rəsmi qaydada təqdim edilmişdir, ərizəsinə məhkəmə iclasında baxılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir nəticədə imzası müəyyən etmədən Şirvan Kommersiya Məhkəməsi tərəfində əsassız olaraq qərardat qəbul etmişdir. ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə qətnamənin o təqdim edilmsini təsdiq edən, xəbərnamədə olan əlyazmanın, imzanın ona məxsus olmadığını müəyyən edilməsi üçün məhkəmə xətşunasılıq ekspertizası təyin edəsiniz. Əlyazma və imzanın ona aid olmadığını müəyyən edib, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, № e-*-*(*-**)-***/**** nömrəli Qərardadının ləğv edilməsiniz və Apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə qərar qəbul edəsiniz. Zərurət yaranacağı təqdirdə, qətnamənin guya ona təqdim edilməsini təsdiq edən poçt qəbzinin və ya digər sənədlərin məhkəmə ekspertizasına göndərilərək imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsini xahiş edir. Eyni zamanda, "E-Məhkəmə" sistemindən istifadə etmək bacarığı və bu sahədə məlumatı yoxdur. Hazırda ağır xəstəlik səbəbindən müalicə alır. Türkiyə Respublikasında yerləşən Çankaya Xəstəxanasında üzərində mürəkkəb cərrahi əməliyyat aparılmış, orqanizminin bir hissəsi həkimlər tərəfindən çıxarılmışdır. Müalicə prosesi hazırda da davam edir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin dövlət büdcəsinə olan 19.809,76 manat vergi və digər məcburi ödənişlər üzrə borcunun ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Maraqlı şəxs həmin qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş və eyni zamanda prosessual müddətin bərpasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, qətnamə ##.##.2026-cı il tarixdə sifarişli poçt vasitəsilə MPM 147-ci maddəsinə əsasən Füzuli rayon İH-ti tərəfindən ona təqdim edilmiş, beləliklə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş bir aylıq müddət ##.##.2026-cı il tarixdə başa çatmış, apellyasiya şikayəti isə yalnız ##.##.2026-cı il tarixdə verilmişdir. Bu səbəbdən MPM-in 130.1, 133 və 363.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayətdə əsas etiraz ondan ibarətdir ki, guya ##.##.2026-cı il tarixli qətnamə ona təqdim edilməmiş, poçt xəbərnaməsindəki imza və əlyazma ona məxsus olmamış, bu səbəbdən məhkəmə xəttşünaslıq ekspertizası təyin etməli idi. Kollegiya həmin dəlili əsaslı hesab etmir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi yalnız şikayətçinin subyektiv mülahizəsinə deyil, iş materiallarında olan rəsmi poçt təqdimetmə sənədlərinə əsaslanaraq qətnamənin ##.##.2026-cı il tarixdə maraqlı şəxsə çatdırılması faktını müəyyən etmişdir. Şikayətçi isə həmin rəsmi sənədlərin etibarsızlığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız imzanın ona məxsus olmadığını bildirməklə kifayətlənmişdir. Prosessual qanunvericilik isə yalnız tərəfin belə iddiasına əsasən məcburi qaydada ekspertiza təyin edilməsini nəzərdə tutmur. MPM-in 97.1-ci maddəsinə görə ekspertiza xüsusi bilik tələb edən hallarda və bunun üçün zərurət olduqda təyin edilir. Hazırkı halda isə iş materiallarında qətnamənin təqdim edilməsini təsdiq edən rəsmi sübutlar mövcud olduğu halda, həmin sübutları şübhə altına alan obyektiv məlumatlar təqdim edilmədiyindən məhkəmənin ekspertiza təyin etməməsi prosessual pozuntu hesab oluna bilməz. Şikayətçi həmçinin bildirmişdir ki, ##.##.2026-cı il tarixli məhkəmə iclası, eləcə də ##.##.2026-cı il tarixdə müddətin bərpası barədə ərizəyə baxılması ilə bağlı məhkəmə iclası haqqında lazımi qaydada məlumatlandırılmamış, ona zəng və ya SMS göndərilməmiş, "E- Məhkəmə" sistemindən istifadə etmək bacarığı olmamışdır. Lakin həmin dəlillər də qərardadın qanuniliyini şübhə altına almır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həm əsas iş üzrə, həm də müddətin bərpası barədə ərizəyə baxılması ilə əlaqədar məhkəmə bildirişləri qanunvericiliyin tələblərinə uyğun qaydada göndərilmişdir. Bundan əlavə, MPM-in 133.2-ci maddəsinə əsasən, müddətin bərpası haqqında ərizəyə məhkəmə iclasında baxılır və işdə iştirak edən şəxslərin gəlməməsi həmin məsələnin həllinə mane olmur. Deməli, şikayətçinin iclasda iştirak etməməsi və ya iştirak edə bilməməsi özözlüyündə müddətin bərpası üçün əsas hesab edilə bilməz. Şikayətdə istinad edilən digər hal şikayətçinin onkoloji xəstə olması, Türkiyə Respublikasında əməliyyat keçirməsi və uzunmüddətli müalicə alması ilə bağlıdır. Kollegiya hesab edir ki, ağır xəstəlik müəyyən hallarda prosessual müddətin üzrlü səbəblə buraxılması kimi qiymətləndirilə bilər. Lakin belə nəticəyə gəlmək üçün həmin xəstəliyin məhz prosessual müddətin axdığı dövrdə şəxsin məhkəməyə müraciət etmək imkanını obyektiv surətdə aradan qaldırmasını təsdiq edən tibbi sənədlər təqdim edilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, ərizəyə əlavə olunmuş sənədlərin əksəriyyəti 2024-cü ilə aid olmuş, həmin sənədlərdən şikayətçinin hansı xəstəlikdən əziyyət çəkməsi, xəstəliyin ağırlıq dərəcəsi və məhz ##.##.2026–##.##.2026-cı il tarixləri arasında apellyasiya şikayəti verməsinin qeyri-mümkün olması aydın müəyyən edilməmiş, həmçinin müvafiq həkim rəyi və ya digər tibbi sənədlər təqdim edilməmişdir. Buna görə də məhkəmənin həmin dəlilləri üzrlü səbəb kimi qəbul etməməsi MPM-in 133.1-ci maddəsinin düzgün tətbiqinin nəticəsidir. Şikayətçi eyni zamanda Füzuli rayonundan məcburi köçkün olması, faktiki olaraq Bakı şəhərində yaşaması və Şirvan şəhərinə gəlmək imkanının olmamasına da istinad etmişdir. Lakin göstərilən hallar prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Çünki apellyasiya şikayəti elektron qaydada təqdim edilmişdir və iş materiallarından da görünür ki, şikayətçi sonradan "Elektron məhkəmə" sistemi vasitəsilə müraciət etmək imkanından istifadə etmişdir. Deməli, onun elektron qaydada prosessual hüquqlarını həyata keçirmək imkanı mövcud olmuşdur və yaşayış yerinin Şirvan şəhərindən kənarda olması müddətin bərpası üçün kifayət edən hüquqi əsas yaratmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 130.1, 133.1, 133.2, 133.5, 133.6 və 363.1.3-cü maddələrinin tələblərini düzgün tətbiq etmiş, müddətin bərpası barədə ərizədə göstərilən bütün dəlilləri ayrıca qiymətləndirmiş, həmin dəlillərin prosessual müddətin buraxılmasının üzrlü səbəbini təsdiq etmədiyini əsaslandırmışdır. Şikayətdə isə həmin hüquqi qiymətləndirməni təkzib edən yeni sübut və ya iş üçün əhəmiyyətli yeni hal təqdim edilməmiş, yalnız birinci instansiya məhkəməsində irəli sürülmüş eyni dəlillər təkrar olunmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-127/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-127/2026
09.07.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver