Məhkəmə qərarları › İş №e-2-2(3-9)-143/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-143/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-143/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 19838,29 manat məbləğində borcun, 1983,82 manat cərimə məbləğinin və 155,46 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 19838,29 manat məbləğində borcun, 100 manat məbləğində cərimə və ödənilmiş 155,46 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20093,75 manat məbləğində pulun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması və Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 78 manat məbləğində dövlət rüsumu (qəbz № **********) cavabdeh Cavabdeh geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ona qarşı 19838,29 manat məbləğində əsas borcun, 1983,82 manat cərimə məbləğinin və 155,46 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsi iddia ərizəsinə baxaraq iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etmişdir. (sədrlik edən hakim Zaur Abbasov) Həmin qətnaməyə əsasən 19838,29 manat məbləğində borc, 100 manat məbləğində cərimə və ödənilmiş 155,46 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 20.093,75 manat məbləğində pul vəsaiti məndən tutularaq iddiaçıya verilməsi qət edimişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-2(121)- ****/**** saylı qətnaməsini qanunsuz hesab edərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsi apellyasiya şikayətimi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyi əsası ilə apelyasiya şikayətinin geri qaytarılması haqqda e-*-*(***)****/**** nömrəli,##.##.2026-cı il tarixli qərardad qəbul etmişdir. (hakim Abbasov Zaur) Həmin Qərardad poçt vasitəsi ilə ona ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*- *(***)****/**** nömrəli,##.##.2026- cı il tarixli qərardadını əsasız hesab edir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Belə ki, iş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMCnin xeyrinə 19.838,29 manat əsas borc, 100 manat cərimə və 155,46 manat dövlət rüsumu olmaqla ümumilikdə 20.093,75 manat pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin və MPM-ə əlavə edilmiş * saylı Əlavənin tələblərinə uyğun tərtib edilmədiyini müəyyən edərək ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətini geri qaytarmış, eyni zamanda şikayət verilməsi üçün ödənilmiş 78 manat dövlət rüsumunun cavabdehə qaytarılmasını qərara almışdır. Şikayətdə əsas dəlil ondan ibarətdir ki, apellyasiya şikayəti MPM-in * saylı Əlavəsində müəyyən edilmiş formaya tam uyğun tərtib olunmuş, bütün bölmələr doldurulmuş, şikayətin əsasları, tələbləri, məhkəmənin yol verdiyi maddi və prosessual hüquq pozuntuları göstərilmiş, həmçinin xəttşünaslıq ekspertizasının təyin edilməməsi, məhkəmənin hansı maddi və prosessual hüquq normalarını pozduğu barədə dəlillər irəli sürülmüşdür. Şikayətçi hesab etmişdir ki, birinci instansiya məhkəməsi yalnız MPM-in 361-ci maddəsinin mətnini təkrarlamış, lakin apellyasiya şikayətinin konkret olaraq həmin maddənin hansı bəndinin tələblərinə cavab vermədiyini göstərməmiş, bununla da Konstitusiyanın 60 və 71-ci maddələrində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Kollegiya həmin dəlilləri iş materialları ilə müqayisəli şəkildə qiymətləndirərək onları əsaslı hesab etmir. Belə ki, MPM-in 361.1-ci maddəsinin mənasına görə apellyasiya şikayətinin yalnız formal rekvizitləri göstərilməməli, həm də həmin rekvizitlər qanunun tələb etdiyi məzmunda əsaslandırılmalıdır. MPM-ə əlavə edilmiş * saylı Əlavə də yalnız texniki forma deyil, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının hansı səbəbdən pozulduğunun, istinad edilən hər bir normanın konkret iş üzrə necə yanlış tətbiq olunduğunun, məhkəmənin gəldiyi nəticənin hansı sübutlarla təkzib edildiyinin və apellyasiya instansiyasından hansı qərarın qəbul edilməsinin istənildiyinin aydın və hüquqi cəhətdən əsaslandırılmış şəkildə göstərilməsini tələb edir. Birinci instansiya məhkəməsi də məhz bu meyarlar baxımından apellyasiya şikayətini qiymətləndirərək onun forma ilə məzmun arasında vəhdət təşkil etmədiyini müəyyən etmişdir. Şikayətçinin apellyasiya şikayətində xəttşünaslıq ekspertizasının təyin edilməməsinə, imzaların kim tərəfindən icra olunmasının müəyyən edilməməsinə və qətnamənin ləğv edilməsinin zəruriliyinə istinad etməsi öz-özlüyündə MPM-in 361-ci maddəsinin tələblərinin yerinə yetirildiyini göstərmir. Çünki həmin dəlillər mübahisənin mahiyyəti üzrə irəli sürülmüş etirazlar olmaqla, məhkəmənin konkret hansı maddi hüquq normasını hansı səbəbdən düzgün tətbiq etmədiyini, yaxud hansı prosessual hüquq normasını necə pozduğunu sistemli və hüquqi əsaslandırılmış formada əks etdirmir. Eyni zamanda, şikayətdə sadalanan Konstitusiya normalarına ümumi istinad edilməsinə baxmayaraq, həmin normaların birinci instansiya məhkəməsi tərəfindən hansı hərəkət və ya hərəkətsizlik nəticəsində pozulduğu hüquqi dəlillərlə əsaslandırılmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qanunvericiliyin müəyyən etdiyi forma və məzmun tələblərinə cavab vermədiyi barədə gəldiyi nəticə iş materiallarına uyğun olmuşdur. Kollegiya şikayətçinin "qərardadda konkret olaraq MPM-in 361.1.1, 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin hansı hissəsinin pozulduğu göstərilməmişdir" barədə dəlilini də əsaslı hesab etmir. Çünki ##.##.2026-cı il tarixli qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində məhz şikayətin verildiyi məhkəmənin adı və ünvanı, tələbin dəqiq ifadə olunması, məhkəmə aktının düzgün hesab edilməməsinin konkret əsasları, istinad olunan fakt və sübutların qanunun tələb etdiyi formada göstərilməməsini qeyd etmiş, bundan əlavə MPM-ə əlavə edilmiş * saylı Əlavənin tələblərini ayrıca şərh edərək apellyasiya şikayətinin həmin tələblərlə uzlaşmadığını əsaslandırmışdır. Buna görə də qərardadda hüquqi əsaslandırmanın ümumi xarakter daşıdığı barədə şikayət dəlili öz təsdiqini tapmır. Bundan başqa, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı MPM-in 363.1 və 363.1.1-ci maddələrini düzgün tətbiq etmişdir. Həmin normalara əsasən, apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya nəzərə alır ki, məhkəmə müdafiəsi hüququ Konstitusiya ilə təmin olunan hüquq olsa da, həmin hüququn həyata keçirilməsi prosessual qanunvericilikdə müəyyən edilmiş forma və qaydalara riayət edilməsini istisna etmir. Prosessual qanunvericiliyin apellyasiya şikayətinin forma və məzmununa dair müəyyən etdiyi tələblər formal xarakter daşımır. Buna görə də həmin tələblərə əməl edilməməsinin prosessual nəticəsi kimi apellyasiya şikayətinin geri qaytarılması qanunun birbaşa göstərişindən irəli gəlir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar