Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-146/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MTK İstehsalat Kommersiya” MMC) cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən xam-pambığın alqı-satqı müqaviləsi əsasında avans vəsaitə görə yaranmış 4415,74 manat əsas, hesablanmış 1674,36 manat cərimə, o cümlədən zaminliklə təmin olunmuş öhdəliyə görə yaranmış 7439,95 manat borcların və ödənilmiş dövlət rüsumuna görə 130,6 manat olmaqla, ümumilikdə 13 660,65 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin # ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 4415,74 manat əsas borc, 100 manat cərimə və zaminliklə təmin olunmuş öhdəliyə görə yaranmış 7439,95 manat olmaqla, cəmi 11955,69 (on bir min doqquz yüz əlli beş manat, altmış doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 125,86 manat pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, 4,74 manat dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları # #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə müvafiq olaraq apellyasiyanın mümkünlüyü yoxlanılarkən cavabdeh tərəfindən qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki halda ödənilməli olan dövlət rüsumunun məbləği iddiaya münasibətdə 130,60 manat müəyyən olunur. Belə olan halda isə qətnamədən apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 65,30 manat təşkil etməlidir. Lakin cavabdeh tərəfindən 61,60 manat məbləğində rüsum ödənilmişdir. Qeyd olunan çatışmamazlığın aradan qaldırılmasından ötrü # #### 2026-cü il tarixdə cavabdehə məsus elektron kabinetə bildiriş yerləşdirillmiş, həmçinin həmin tarixdə cavabdehə rəsmi bildiriş göndərilərək ## #### 2026-cı il tarixinədək çatışmamazlığın aradan qaldırılması xahiş olunmuş, əks halın apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi ilə nəticələnəcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, çatışmamazlığın aradan qaldırılmasına dair məlumat təqdim edilməmişdir və məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Cavabdehin apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Qeyd edilən hala isə birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməyərək, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq apelyasiya şikayətini geri qaytarmalı olduğu halda, qəbul edərək işlə birlikdə baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin # ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin # ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Mirlətif Sadıqov Mahir Əsədli
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-146/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-146/2026
20.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver