Məhkəmə qərarları › İş №e-2-2(3-9)-66/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-66/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-66/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)- ****/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pu” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 46800 manat avans məbləğin, 70,20 manat komissiya haqqının və 246 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 4680 manat dəbbə pulunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli KOL-SY-SC-*** saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya “Yalama-Sumqayıt Dəmir Yolu xəttinin bərpası üzrə Dizayn, Təchizat və Quraşdırılma işləri (Strukturlar daxil)” layihəsi üzrə ** nömrəli körpü (sol tərəf) üçün ön gərməli beton tirlərin müvafiq tələblər əsasında hazırlanıb təhvil verilməsi vəzifəsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı müqavilənin ümumi dəyərinin, yəni 156000 manatın 30%-ni, yəni 46800 manatı avans olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan avans məbləğini ##.##.2023-cü il tarixdə iddiaçı cavabdehin bank hesabına köçürmüşdür. Cavabdeh müqavilənin 2.4-cü bəndinə əsasən üzərinə düşən öhdəliyi icra etməmiş həmçinin, dəfələrlə müraciət edilməsinə baxmayaraq ödənilmiş avans məbləğinin geri qaytarılmasından imtina etmişdir. Bununla da iddiaçıya 46800 manat ödənilmiş avans məbləğ və 70,20 manat komissiya haqqı olmaqla toplamda 46870,20 məbləğində zərər dəymişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 46800 manat avans məbləği, 70,2 manat komissiya haqqı olaraq cəmi 46870,2 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 230,61 manat hissəsinin cavabdeh Cavabdeh ASC-dən alınaraq iddiaçı “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, işə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 387.2-ci, 398.1-ci, 425.1 və 442-ci maddələrinə istinad etməli olduğu halda, bunu etməmişdir. Halbuki, qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi, cavabdehin öz öhdəliyini icra etməməsi o halda baş verə bilərdi ki, iddiaçının tələb etdiyi müddətdə alqı-satqı müqaviləsi üzrə mal təqdim edilməsin. Lakin bildirmək istəyirik ki, cavabdeh tərəfindən malın sifarişi müqavilədə göstərilən qaydada həyata keçirilməmişdir. Bu səbəbdən də, iddiaçının malın təqdim edilməsini gözləməsi başadüşülən deyil. Birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Bu isə onların hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Izahatında göstərdi ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla, dəlilləri əsaslandırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmil olunmamış və bunun üzrlü səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nmayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə cavabdeh Cavabdeh ASC arasında KOL- SY-SC-*** saylı ##.##.2023-cü il tarixli “körpülər üçün ön gərməli beton tirlərin hazırlanması” barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" QSC ilə "X2 Sanayi ve Ticaret A.Ş" ve "xxxx" MMC arasında imzalanmış "Yalama - Sumqayıt Dəmir Yolu xəttinin Bərpası üzrə Dizayn, Təchizat və Quraşdırılma işləri (Strukturlar daxil)" layihəsi üzrə inşa ediləcək ** nömrəli körpü (sol tərəf) üçün ön gərməli beton tirlərin təsdiq edilmiş layihə cizgiləri və layihə texniki şərtnaməsi tələbləri əsasında hazırlayıb təhvil verməsini Satıcı öz öhdəsinə götürür. Alıcı isə bu müqavilənin şərtlərinə uyğun olaraq Satıcı tərəfindən görülmüş işlərin dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə görüləcək işlərin ümumi dəyəri aşağıdakılar daxil olmaqla ƏDV-siz 156000 manat müəyyən olunur. ƏDV-si mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənəcəkdir. Müqavilə üzrə qeyd edilən işin həcmi və dəyəri verilən layihəyə uyğun olaraq dəyişərsə, müqavilə əlavəsi olaraq qarşılıqlı razılaşdırılacaqdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı satıcıya müqavilə dəyərinin 30%-i olan məbləğ 46800 manat avans şəklində ödəniş edəcəkdir. Avans məbləği alıcının son ödənişindən kəsiləcəkdir. Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən, təmin etdiyi materialı alıcının hazırda icra etdiyi tikinti layihəsində təhvil verir. Müqavilə qiymətinə təmin edilən materialın yüklənmə, çatdırılma xidməti daxildir. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən, satıcı ön gərmə beton tirlərin hazırlığıyla bağlı alıcını mütəmadi olaraq məlumatlandırmalıdır. Satıcı tirlərin istehsalı zamanı alıcının laboratoriyası ilə qarşılıqlı əlaqədə olacaq, keyfiyyətin yoxlanılması üçün şərait yaradacaq, alıcı tərəfindən satıcının istehsalat sahəsindəki qəbul edilməyən hər hansı beton tirin daşınması həyata keçirilməyəcəkdir. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən, alıcı tələb olunan keyfiyyətə uyğun olmayan tikinti işlərini qəbul etməkdən imtina etmə hüququna malikdir və bu işlərin dəyərini ödəməkdən azaddır. Həmin müqavilənin 3.2.5-ci bəndinə əsasən, alıcı satıcının əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində məruz qaldığı zərərin məbləğini satıcıya xəbərdarlıq etmədən onun ödənişindən kəsəcəkdir. Həmin müqavilənin 3.2.7-ci bəndinə əsasən, alıcı gərəkli gördüyü hər hansı bir vəziyyət, heç bir səbəb göstərmədən, qismən ya da tamamilə bu müqaviləni əhatə edən işləri müqavilədən çıxara bilər ya da başqa bir təşkilata həvalə edə bilər. Belə olduğu halda satıcı bu işlərdən hər hansı bir iddia tələbi olmayacağını qəbul edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, alıcı heç bir səbəb göstərmədən satıcıya 7 gün öncədən məlumat verməklə bu müqaviləyə xitam vermək hüququna malikdir. Bildiriş alındıqdan sonra fəaliyyət dərhal dayandırılmalıdır. Bu halda alıcı müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməlidir. Iş materiallarında olan ##.##.2023-cü il tarixli “A” formatlı ödəniş tapşırığı və digər sənəd(lər)in surətlərindən görünür ki, “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh ASC-nin hesabına 46800 manat məbləğində pul vəsaiti (əlavə olaraq 70,2 manat komissiya məbləği çıxılmışdır) köçürmüşdür. Iş materiallarına əlavə edilmiş “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “xxxx” MMC arasında KOL-SY-SC-***A saylı ##.##.2023-cü il tarixli “körpülər üçün ön gərməli beton tirlərin hazırlanması” barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Iş materiallarında olan sənədlərdən (elektron qaimə-fakturalar, ödəniş tapşırıqları, köçürmənin aparılması haqqında bildirişlər) görünür ki, “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən “xxxx” MMC-nin hesabına pul vəsaitləri köçürülmüşdür. Iş materialında olan iddiaçı “X2 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Cavabdeh ASC-yə ünvanladığı ##.##.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə avans məbləğinin geri ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cü maddəsinə əsasən, aabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı bir sübut birinci instansiya məhkəməsinə verilməmiş, apellyasiya şikayətinə əlavə edilməmişdir. Tərəflər arasında bağlamış müqavilə üzrə öhdəliyini icra etməyən cavabdeh əşya üçün qabaqcadan aldığı məbləği qaytarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar