Məhkəmə qərarları › İş №e-2-2(3-9)-68/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-68/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-68/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi nümayəndə1 iştirakları ilə, ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələblərinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 140976 manat məbləğində pul vəsaiti və 430,98 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2024-cü ilin mart ayında xxxx qəsəbəsində yerləşən “xxxx” marketi Şahin Əsgərov adlı şəxsdən icarəyə götürmüş və ##.##.2025-ci il tarixədək işlətmişdir. Orada olan mallar (qida və digər təyinatlı) ona məxsus olmuşdur. Obyekti təhvil verərkən 188000 manat dəyərində olan ərzaq və qeyri ərzaq malları orda qalmışdır. “xxxx” marketi yeni icarəyə götürən cavabdeh iddiaçıdan xahiş etmişdir ki, həmin mallar orada qalsın, onları satıb pulunu ona verəcəkdir. Lakin bu günə kimi cavabdeh iddiaçıya 12000 manat pul və əmtəə (mal) şəkilində cəmi 47024 manat qaytarmışdır. Cavabdehin iddiaçıya bu günə 140976 manat borcu qalmışdır. İddiaçı cavabdehdən Hacıqabul rayon Polis Şöbəsinə şikayət etmiş, polis şöbəsində araşdırma aparılmış və izahatlar alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, ##.##.2025-ci il tarixdə xxxx qəsəbəsində yerləşən Şahin Həsənova məxsus olan marketi icarə müqaviləsi əsasında icarə götürmüş, bu zaman marketin içərisində 187291 manat dəyərində ərzaq və qeyri-ərzaq malları, həmçinin inventar və avadanlıqlar qalmışdır. Sonradan müəyyən qədər pul qaytarmışdır. Lakin bunu təsdiq edən hər hansı bir mötəbər sübutu yoxdur. Dəfələrlə söz verməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56837 manat məbləğində pul vəsaiti və 135 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, cavabdeh (İddiaçı) marketi 2024-cü ilin mart ayında deyil, ##.##.2024-cü il tarixdə Şahin Əsgərov adlı şəxsdən deyil, Zabil Məmmədov adlı şəxsdən icarəyə götürmüşdür. Cavabdehin iddia ərizəsində göstərilən yalanlar sübut edir ki, iddia yalan, saxta, qərəzli və məqsədlidir. "xxxx" market təhvil verilərkən ##.##.2025-ci ildə marketdə cavabdehlə birlikdə yoxlama təftişi aparılmış və məlum olmuşdur ki, marketin satış rəflərində və anbarında 187291 manat dəyərində ərzaq və qeyri ərzaq malları vardır. Həmin 187291 manat məbləğində pulu cavabdehin xahişi ilə "xxxx" market kollektivi satış üçün mədaxil edilmiş mallara görə şirkətlərə olan borcun 48115 manatını ödənilməsi öhdəliyini götürmüş və həmin məbləği tam ödəmişdir. Cavabdehin marketlə bağladığı icarə müqaviləsinə qədər şirkətlərə olan 10241 manatını da, onun xahişi ilə market ödəmiş və bu məbləğ də anbar qalığından çıxılmışdır. 10693 manat məbləği isə cavabdehin marketi təhvil verənə qədər xərclənən: 1. işçilərin əmək haqqı– 4620,55 manat; 2. marketin işıq pulu 1673,25 manat; 3. marketin icarə pulu - 4400 manat, cəmi 10693,8 manat pulu market ödəmişdir. Yuxarıda qeyd edilən xərclər çıxıldıqdan sonra marketin anbar qalığı 118224 manat olmuşdur. "xxxx" marketdən cavabdehə edilən növbəti pul, mal ödənişləri aşağıdakı kimi olmuşdur: 1) ##.##.2025ci il tarixdə cavabdeh təhvil verdiyi marketdən 270,14 manat dəyərində "Berqa" çaylarını aparmışdır; 2) ##.##.2025-ci il tarixdə cavabdeh marketdən 1735,14 manat dəyərində "Azərsun" çaylarını aparmışdır; 3) ##.##.2025-ci il tarixdə cavabdehin işçisi Eynulla tərəfindən dəyəri 86,2 manat olan "İsti su" meniral suları aparılmışdır; 4) ##.##.2025-ci il tarixdə cavabdeh 12095,48 manat dəyərində BETA çaylarını aparmışdır, məhsulu cavabdehin Camal adlı işçisi qəbul etmişdir; 5) ##.##.2025-ci il tarixdə marketdən cavabdeh 1540,1 manat dəyərində "Azərsun" tomat məhsullarını və yuyucu məmulatları aparmışdır; 6) ##.##.2025-ci il tarixdə marketdən Siyəzən Broylerə cavabdehin borcundan 3042 manat ödənmişdir, həmin pul şirkətin nümayəndəsi Nicata verilmişdir; 7) ##.##.2025 ci il tarixdə marketdən 3755,15 manat məbləğində qarışıq mallar onun işçiləri tərəfindən aparılmışdır, 8) ##.##.2025-ci il tarixdə cavabdeh işçisi Camal ilə bir yerdə özünə məxsus şəxsi minik avtomobilində marketdən 15713,38 manat dəyərində siqaret məhsullarını aparmışdır; 9) ##.##.2025-ci il tarixdə cavabdeh şəxsi minik avtomobili ilə marketdən 3728,98 manat dəyərində müxtəlif markalı çay məhsulları aparmışdır; 10) ##.##.2025-ci il tarixdə marketdən 199,42 manat pul cavabdehin xahişi ilə mədaxil edilmiş "xxxx" tok batareyalarına görə şirkətin satış nümayəndəsinə verilmişdir; 11) ##.##.2025-ci il tarixdə 1482 manat pul cavabdehin xahişi ilə "xxxx" tumları məhsullarına görə şirkətin nümayəndəsi Şahin adlı şəxsə ödənilmişdir; 12) ##.##.2025-ci il tarixdə yenə cavabdehin xahiş və tapşırığı ilə market 4436 manat pulu firmanın satış nümayəndəsi Rəşada vermiş və o, təsdiq edə bilər. 2025-ci ilin mart ayından isə cavabdeh artıq iddiaçının icarəyə götürdüyü marketdən iddiaçı tərəfindən mədaxil edilmiş mallardan istəmişdir. Lakin iddiaçı və market kollektivi buna etiraz edərək, cavabdehə bildirmişdirlər ki, gəlib öz dövründə və özü tərəfindən mədaxil etdiyi marketdə qalan ərzaq və qeyri ərzaq mallarını aparsın. Bu haqlı tələb cavabdehin xoşuna gəlmədiyindən o, market kollektivini hədələyərək, onları şərləyib polisə şikayət edəcəyini və onlara xeyli ziyan vuracağını demişdir. Bunu market kollektivi təsdiq edə bilər. Cavabdeh ##.##.2025-ci il tarixdə market kollektivindən qərəzli və əsassız narazılığını bildirərək, barələrində polisə yalan, böhtan məzmunlu ərizə ilə şikayət etmişdir. Polis araşdırması zamanı məlum olmuşdur ki, cavabdehin şikayəti yalandır. Etiraz edərək market sahibi və kollektivin tərəfində dayandığı üçün cavabdehin iddiaçıya olan münasibəti düşmən münasibətinə çevrilmişdir. Belə ki, cavabdeh 2024-cü ilin yanvar ayında xxxx marketi X5 icarəyə götürmüş və bu icarə müqaviləsi ##.##.2025-ci ildə bitmişdir. ##.##.2025-ci ildə isə iddiaçı "xxxx" marketin sahibi X5 ilə icarə müqaviləsi bağlanmışdır. Həmin vaxtlar xxxx market cavabdehə olan qalıq 118242 manat borcdan 48083,99 manat ödəmişdir və marketin cavabdehə 70158 manat borcu qalmışdı. Hacıqabul rayon Polis Şöbəsində cavabdehin yalan ərizəsinin araşdırması zamanı məlum oldu ki, cavabdeh iddiaçını, marketin icarə müqaviləsini pozan market sahibi Zabil Məmmədovun qohumu və marketin alış-satışına birbaşa rəhbərlik erdən X7 şərləmək üçün həmin ona məxsus malları qəsdən artıq təhvil verdiyi “xxxx” marketdə saxlamışdır. Polisin məsləhət və göstərişindən sonra cavabdeh marketdə saxladığı təxmini 70158 manat malları aparmağa başlamışdır; 13) ##.##.2025-ci il tarixdə İddiaçı "Ateqo" markalı yük avtomobili ilə xxxx marketə gəlib 14744 manat dəyərində qarışıq malları aparmışdır. Bunların hamısının açıqlaması fakturalar formasında vardır. Bundan sonra marketin cavabdehə olan borc qalığı 55413,22 manat təşkil etdi; 14) Cavabdehin marketdə inventar olaraq 27500 manat dəyərində şirniyyat evinə dair avadanlığı vardır. Həmin avadanlığın dəyəri market tərəfindən cavabdehə ödənilmişdir. Bundan sonra marketin qalıq borcu 27913,22 manat olmuşdur; 15) Marketin kafe bölümü üçün cavabdeh tərəfindən alınmış 8350 manat dəyərində avadanlığın pulu da tamlığı ilə iddiaçıya ödənilmişdir. Artıq marketin borcu 19563,22 manat olmuşdur; 16) Cavabdehin icarəsi dövründə marketin anbarında 13500 manat dəyərində taxta və dəmir örtüklərdən hazırlanmış arakəsmə quraşdırılmışdır. Həmin məbləğ də cavabdehə market tərəfindən tam ödənilmişdir. Bundan sonra marketin anbar qalığı borcu 6063,22 manat olmuşdur. Lakin daha sonra cavabdeh marketdə apardığı bəzi təmir işlərini və marketın həyətinə asfalt örtük çəkilməsi işlərinə görə iddiaçı, marketin məsul işçisi Cəfər Cəfərov və kompüter işlərinə baxan Ülvü Salmanovdan həmin 6063,22 manat daxil olmaqla, cəmi 82250 manat pulu marketdən almışdır. Marketin yeni icarədarının, yəni iddiaçının etdiyi hesablamalardan belə nəticəyə gəlmişdir ki, cavabdehin "Malı marketdə qalsın, eybi yoxdur, satıb pulunu verərlər" əməliyyatına görə marketdən 26837 manat artıq pul almışdır, həmin məbləğin cavabdehdən geri qaytarılmasını tələb edir. Həmçinin şirniyyat evinin avadanlığı, kafe avadanlıqlarını çox yüksək, şişirdilmiş qiymətlə marketin borc balansına mədaxil etmişdir. Həmçinin marketdə gördürdüyü anbara akəsmə tikinti işi və marketdə görülmüş bəzi təmir işlərini hesab edir özünə sərf edən şişirdilmiş qiymətlərlə aparmışdır. Cavabdehin özünün qoyduğu qiymətlərlə hesabladığı şirniyyat evi və kafe üçün olan avadanlıqların cəmi qiyməti 35850 manat təşkil edir. Bu avadanlıqlardan istifadə edilmədiyindən marketdə anbara qoyulub salamat vəziyyətdə saxlanılır. “xxxx” marketin icarə müqaviləsini cavabdeh iddiaçı ilə deyil, Şirvan şəhər sakini X5 ilə bağlamışdır. İddiaçı "xxxx" marketi 2025-ci ilin fevral ayının ortalarında icarəyə götürmüş və həmin vaxt cavabdehə marketi işlədənlər tərəfindən, yəni X6, kompüterdə hesablamaları aparan X2 və iddiaçı tərəfindən anbar qalığına görə, şirniyyat sexi və kafe üçün alınan avadanlıq, habelə marketdə aparılmış təmir işlərinə görə borcunun hamısı, hətta artıqlaması ilə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı və cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 ilk iddianı müdafiə edib təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı İddiaçı Hacıqabul rayonu, xxxx qəsəbəsində yerləşən “xxxx” marketi 2024 cü ilin mart ayında icarəyə götürmüş və ##.##.2025-ci il tarixədək işlətmişdir. Həmin vaxt cavabdeh Cavabdeh qeyd edilən marketdə işçi olaraq işləmişdir. Marketdə olan mallar, yəni qida və digər təyinatlı mallar iddiaçıya məxsus olmuşdur. Sonradan, yəni ##.##.2025-ci il tarixdə qeyd edilən market cavabdeh tərəfindən icarəyə götürülmüşdür. İddiaçı obyekti təhvil verərkən marketi yeni icarəyə götürən cavabdehin xahişi əsasında marketdə olan ərzaq və qeyri-ərzaq malları orda qalmışdır. Belə ki, tərəflərin iştirakı ilə marketdə mövcud olmuş iddiaçıya məxsus mal qalığını müəyyən edən ##.##.2025-ci il tarixli siyahı (cədvəl) tərtib edilmiş və həmin tarixdə qeyd edilən marketdə mövcud olan iddiaçıya məxsus mal qalığının olması müəyyən edilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən marketdə qalan və iddiaçıya məxsus olan malların dəyəri sonradan cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdi. Lakin, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər tam şəkilndə yerinə yetirilməmiş, iddiaçıya pul və mal şəkilində ümumilikdə 47024 manat qaytarılmış, qalan məbləğ qaytarılmamışdır. İddiaçı cavabdehdən Hacıqabul rayon Polis Şöbəsinə şikayət etmiş və şikayətində 184000 manat dəyərində marketdə ərzaq və qeyri-ərzaq mallarının qaldığını bildirmişdir. Polis şöbəsində araşdırma aparılmış və izahatlar alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, ##.##.2025-ci il tarixdə xxxx qəsəbəsində yerləşən Şahin Həsənova məxsus olan marketi icarə müqaviləsi əsasında icarə götürmüş, bu zaman marketin içərisində 187291 manat dəyərində ərzaq və qeyri-ərzaq malları, həmçinin inventar və avadanlıqlar qalmışdır. Eyni zamanda sonradan müəyyən qədər pul vəsaitini iddiaçıya qaytardığını bildirmişdir. Lakin bunu təsdiq edən hər hansı bir mötəbər sübutu təqdim etməmişdir. iddiaçı və cavabdeh Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilk iddianın təmin olunmamasını xahiş edib izahatında göstərmişdir ki, market 2024-cü ildə İddiaçı tərəfindən icarəyə götürülmüşdür. Zabil Məmmədov matketin sahibi olub, Cəfər Cəfərovla ortaqlıqları olmuşdur. O, İddiaçı işçisi olmuşdur. Mallar üçün yoxlama oldu, 4-5 nəfər yoxlamada iştirak etdi. Sonradan qeyd edilən market onun tərəfindən icarəyə götürülmüşdür. İddiaçı obyekti təhvil verərkən marketdə olan ərzaq və qeyri-ərzaq malları orda qalmışdır. Polis şöbəsinə verdiyi izahatda qeyd etdiyi 187291 manat məbləği təsdiq edir. İddiaçı dostu və mağazadakı əsas adamı olmuşdur. Sonradan şirkətlərə, işçilərə ödədiyi məbləğləri də qeyd etmişdir. 187291 manatlıq mal marketin anbarında olmuşdur. İddiaçı ondan xahiş etmişdir ki, mağaza sahibləri malları ona qaytarsınlar. İddiaçı ##.##.2025-ci il tarixdə bir mərhələli surətdə mart ayının 31-nə qədər 62000 manat məbləğində mal aparmışdır. Şahidlər və sübutlar vardır. İddiaçı sonradan şirkətlərə onun fırıldaqçı olduğunu, ona mal verməmələrini bildirmişdir. O, bundan sonra İddiaçıla birlikdə işləmək istəmədiyini bildirmişdir. Cəfər Cəfərovu çağırmış, onunla haqqhesablaşmışdır. Cəfər Cəfərova İddiaçı malını verməsini bildirmişdir. Onun istədiyi mal sonradan icarəyə götürülmüş mağaza üçün şirkətlərdən götürdüyü “Bizon” və “Azərsun” məhsulları idi. Cəfər Cəfərov dedi ki, istədiyin vaxt malları apara bilərsən. İddiaçı isə onları polisə verəcəyini bildirmişdir. Aprel ayının 1-də onlar polis şöbəsinə çağrılmış və məsələ aydınlaşdırılmışdır. Polis İddiaçı malı ordan götürməsini bildirmişdir. Aprel ayının 4-də 14442 manatlıq mal aparılmışdır. Malın hələ qaldığı deyilsə də, gələn olmadı. İddiaçı və işçiləri 114000 manatlıq malı apardı. Son olaraq, təxminən 55000 manat məbləğində borc qalmışdır. İnventarlar qalmışdır. İddiaçı 82250 manat məbləğində inventarı aparsın, əvəzində 82250 manat pulumu geri qaytarsın. Qarşılıqlı iddia tələbində 30000 manat ona dəyən mənəvi ziyan, 26837 manat isə 82250 manatı ödədikdən sonra onun borcunu çıxdıqda yaranmış fərqdir. 30000 manat məbləğində iddiaçı onun karyerasına ziyan vurmuşdur. İşə əlavə edilən Hacıqabul rayonu, xxxx qəsəbəsində yerləşən “xxxx” marketdə mövcud olmuş iddiaçıya məxsus mal qalığını müəyyən edən ##.##.2025-ci il tarixli siyahı operator vəzifəsində çalışan Ülvi və Camal tərəfindən tərtib edilmişdir. Siyahıda göstərilənlər doğrudur. Lakin, o, həmin siyahını imzalamamışdır. İddiaçıya məxsus 82250 manat dəyərində inventar onlardadır. 82250 manat məbləğində İddiaçı ödəniş etmişdir. 55413 manat məbləğində mal marketdə qalmışdır. İddiaçı 82250 manatı ödədikdə, 55413 manat məbləğində onların borclarını ödənmiş olur. İddiaçı ona 26837 manat borcu qalmış olur. Polis şöbəsində 187291 manat dəyərində malın qalmasına dair izahat yazarkən ona hər hansı bir təzyiq olunmamışdır. Sərbəst formada izahat vermişdir. İddiaçı malı Cəfər Cəfərovdan götürmüşdür. 55413 manat iddiaçıya borcları var. Bu borcun yaranma səbəbi mal qalığıdır. Lakin, borc onun deyil, marketin borcudur. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq 136976 manat məbləğində borc və 426,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1,442, 567, 600.1, 427.1-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Hacıqabul rayonu, xxxx qəsəbəsində yerləşən “xxxx” marketi 2024-cü ilin mart ayında icarəyə götürmüş və ##.##.2025-ci il tarixədək işlətmişdir. Həmin vaxt cavabdeh Cavabdeh qeyd edilən marketdə işçi olaraq işləmişdir. Marketdə olan mallar (qida və digər təyinatlı) iddiaçıya məxsus olmuşdur. Sonradan, yəni ##.##.2025-ci il tarixdə qeyd edilən market cavabdeh tərəfindən icarəyə götürülmüşdür. İddiaçı obyekti təhvil verərkən marketi yeni icarəyə götürən cavabdehin xahişi əsasında marketdə olan ərzaq və qeyriərzaq malları orda qalmışdır. Belə ki, tərəflərin iştirakı ilə marketdə mövcud olmuş iddiaçıya məxsus mal qalığını müəyyən edən ##.##.2025-ci il tarixli siyahı (cədvəl) tərtib edilmiş və həmin tarixdə qeyd edilən marketdə mövcud olan iddiaçıya məxsus 184936,77 manat dəyərində mal qalığının olması müəyyən edilmişdir. Həmin vaxt belə bir siyahının tərtib edilməsi işin mübahsəsiz halıdır. Tərəflər arasında olan razılaşmaya əsasən marketdə qalan və iddiaçıya məxsus olan malların dəyəri sonradan cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdi. Lakin, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər tam şəklində yerinə yetirilməmiş, iddiaçıya pul və mal şəkilində ümumilikdə 47024 manat qaytarılmış, qalan məbləğ qaytarılmamışdır. İddiaçı cavabdehdən Hacıqabul rayon Polis Şöbəsinə şikayət etmiş və şikayətində 184000 manat dəyərində marketdə ərzaq və qeyri-ərzaq mallarının qaldığını bildirmişdir. Polis şöbəsində araşdırma aparılmış və izahatlar alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, ##.##.2025-ci il tarixdə xxxx qəsəbəsində yerləşən Şahin Həsənova məxsus olan marketi icarə müqaviləsi əsasında icarə götürmüş, bu zaman marketin içərisində 187291 manat dəyərində olan ərzaq və qeyri-ərzaq malları, həmçinin inventar və avadanlıqlar qalmışdır. Eyni zamanda sonradan müəyyən qədər pul vəsaitini iddiaçıya qaytarmışdır. Lakin bunu təsdiq edən hər hansı bir mötəbər sübutu təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında ərzaq malların nisyə alqı-satqısı münasibətləri yaranmış, cavabdeh öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Bununla belə ilk iddia cavabdehdən borcun tutulması xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehdən Hacıqabul rayon Polis Şöbəsinə şikayət edərkən öz şikayətində marketdə 188000 manat deyil, 184000 manat dəyərində ərzaq və qeyri ərzaq mallarının qaldığını bildirmiş, sonradan izahatında cavabdeh tərəfindən ona pul və mal şəkilində ümumilikdə 47024 manat qaytarıldığını göstərmişdir. Belə olan halda cavabdehin iddiaçı qarşısında aldığı mallara görə borcu (184000-47024 = 136976) 136976 manat müəyyən olunur, ilk iddia həmin hissədə təmin olunmalı qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia isə, bütövlüklə rədd edilmədidir, belə ki, iddiaçının marketdə apardığı bəzi təmir işlərini və marketın həyətinə asfalt örtük çəkilməsi işlərinə görə cavabdeh, marketin məsul işçisi Cəfər Cəfərov və kompüter işlərinə baxan Ülvü Salmanovdan cəmi 82250 manat pul alması, bununla da marketdən 26837 manat məbləğində artıq pul alması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək ilk iddianın təmini hissəsində tam ləğv edilərək, ilk iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, İddiaçı məhkəməyə ünvanlandığı iddia ərizəsində mağazanı təhvil verərkən mağazada 188000 manat ərzaq və qeyri-ərzaq mallarının qalmasını, Hacıqabul rayon polis şöbəsinə yazdığı ## #### 2025-ci il tarixli ərizəsində isə mağazanı təhvil verərkən mağazada 184000 manatlıq ərzaq və qeyri-ərzaq mallarının qalmasını göstərmişdir. 188000-184000=4000 manat tələbdə fərq yaranır. Mağazanı təhvil verəndən sonra ona pul və əmtəə şəkilində 47024 manat ödənildiyini qeyd edir. 2024-cü ilin mart ayında “xxxx” marketi Şahin Əsgərovdan icarəyə götürərək ## ###### 2025-ci ilədək işlətdiyini qeyd edir. Lakin cavabdeh “xxxx” marketi ## ###### 2025-ci ildə Şahin Həsənovdan icarəyə götürmüşdür. İddiaçı işdən gedərkən marketdə qalan ərzaq, qeyri-ərzaq və inventarları Cavabdeh deyil, orada baş inzibatçı işləyən X7 təhvil vermişdir. Bunu məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Cəfər Cəfərov da öz ifadəsində təsdiq etdi. ## ###### 2026-cı il tarixli, İddiaçı tərəfindən təhvil verilməsi ehtimal olunan çox vərəqli təhvil-təslim aktında malların ştirxkodu, miqdarı, ölçüsü, qiyməti və məbləği qeyd edilsədə, sonda təhvil verən və təhvil alan şəxsin adı və imzası qeyd edilməmişdir. İddiaçı Hacıqabul rayon polis şöbəsinə etdiyi ## #### 2025-ci il tarixli müraciəti ilə bağlı ## ##### 2025-ci tarixdə cavabdehin izahatında bildirilmişdir ki, marketi icarəyə götürərkən marketin içərisində 187291 manatlıq ərzaq və qeyri-ərzaq malları olmuş, həmin məbləğin 48115 manatı şirkətlərə olan borc idi, 10241 manat ondan öncə Elçin (Şahin Həsənovun kürəkənindən) qalan borc, 10603 manat isə 22 gün üçün işçilərin əmək haqqı, elektrik enerjisinə görə (izahatda qeyd etməsə də məbləğ 1673.25 manat olmuşdur) borc idi. Həmin borcdan mal şəkilində İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər 61859.21 manat mal və pul şəkilində geri qaytarılmış, hal-hazırda inventar (avadanlıq), mal və Elçindən (Şahin Həsənovun kürəkəni) qalan ümumi borcu 56382.70 manatdır, həmin məbləğdə mal və inventarı istədiyi vaxt gəlib apara bilər. İddiaçı xxxx marketə olan köhnə borclarının siyahısı 11 adda, 10241 manatlıq, Siyasət Kətimovun ##.##.2025-ci il tarixinə xxxx marketin tədarükçülərə olan borcunun siyahısı 23 adda 48115 manatlıq, xxxx marketdən İddiaçı verilən və alınan malların siyahısı 14 adda, verilən mallar 62828.78 manat, alınan mallar 391.50 manat, ##.##.2025-ci-##.##.2025 tarixləri aralığında xxxx marketin xərclərinin siyahısı 15 adda 10639.80 manat məbləğində, ##.##.2025-ci ildə xxxx marketdə elektrik enerjisinə görə ödənilən 1673 manatın hesab vərəqini və qəbzi elektron məhkəmədə olan şəxsi kabinətinə yerləşdirmişdir. Bundan başqa, X6, X3, X9 və öz imzası ilə təsdiq etdiyi ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək olan müddəti əhatə edən malların tədarükçüyə qaytarılması barədə olan, malın ştirixkodunu, miqdarını, ölçü vahidini və qiymətini özündə əks etdirən çox vərəqli sənədləri elektron məhkəmədə olan şəxsi kabinetə yerləşdirilmişdir. Bütün bunları məhkəmə qərzsiz və obyektiv araşdırıb hüquqi qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin və qarşılıqlı iddia ərizəsinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, İddiaçı şikayəti əsasında polisdə araşdırma aparılarkən izahatını polisin inzibati binasında deyil, öz iş yerində vermişdir. Təhqiqatçı markaetə gəlmiş, ofisində ondan izahat almışdır. İzahatı özü yazmış, ona qarşı hər hansı bir təsir göstərilməmişdir. Məhkəmədə iddiaçı və cavabdeh Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, ilk iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, mağazanı təhvil verən zaman cavabdehə təhvil verdiyi mallar onun öz malları idi, dəyəri şirkətlərə tərəfindən ödənilmişdi. Elə mallar ola bilərdi ki, dəyəri ödənilməmiş olsun, ancaq həmin malları firmalar ona təhvil vermişdi və ödənilməyən dəyərinə görə məsuliyyət də, tam olaraq onun üzərində olmuşdur. İddiasında qeyd etdiyi kimi cavabdeh tərəfindən pul və əmtəə şəklində ona ümumilikdə 47024 manat pul qaytarılmışdır. Cavabdeh onun əvəzinə firmalara mallara görə pul ödəməmişdir, onun cavabdehə belə bir göstərişi, yaxud tapşırığı olmamışdır. Cavabdehə marketi təhvil verən zaman mallar həm satış şöbəsinin piştaxtalarında olmuş, həmdə anbarda olmuşdur. ##.##.2025ci ildə sayım aparılaraq market cavabdehə təhvil verilmişdir, sayım aparılarkən cavabdeh özü orada olmuşdur. Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, heç bir sübuta söykənmədiyini bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ilk iddia üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunan hissəsində ləğvini, iddianın həmin hissədə rəddini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən ilk iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ilk iddia üzrə cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “xxxx” marketdə baş inzibatçı vəzifəsində işləyir. 2024-cü il və 2025-ci il tarixlərində “xxxx” marketdə İddiaçı işçisi olmuşdur. İnzibatçı olaraq işləmişdir. Cavabdeh də İddiaçı işçisi olmuşdur. Onu da 2024-cü ildən tanıyır. ##.##.2025-ci il tarixdə İddiaçı icarəyə götürdüyü “xxxx” marketdə olan mal qalığı Cəfər Cəfərova təhvil veriləndə 187291 manat dəyərində olmuşdur. İddiaçı şirkətlərə olan 48115 manat borcu, 10241 manat əvvəldən qalan borc, market işçilərinin əmək haqqı, işıq pulu borcları 10693 manat olmaqla, onun tərəfindən ödənilmişdir. Bundan sonra borcun cəmi qalığı 118242 manat olmuşdur. 13 adda mal qaytarılmışdır. Cəmi 62437,28 manat olmuşdur. ##.##.2025-ci il tarixdə bu mallar şəxsən onun tərəfindən İddiaçı qaytarılmışdır. İddiaçıla aralarında mehribançılıq olduğu üçün təhvil-təslim aktı tərtib edilməmişdir. Çünki İddiaçı demişdir ki, mehribançılıqla ayrılsınlar. 187000 manatlıq mallar qalsın, hissə hissə qaytararlar. Malların hamısını yazılı surətdə hissə-hissə olmaqla iddiaçıya qaytarılmışdır. İnvertar qalmaq şərti ilə 82500 manat pul nağd şəkildə İddiaçı ödənilmişdir. Ona 55804,72 manat borc qalmışdır. Onunda 82500 manat borcu vardır. Çünki inventarı verəndə pulu ona verməyi, köməklik edəcəyini, mal verəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hal-hazırda “X12”nda mühasib olaraq işləyir. İddiaçı 2024-cü ilin iyul ayından “Elit 6” marketdə işçisi olduğu müddətdən tanıyır. Mal qəbul etmiş, bir növ mühasib kimi işləmişdir. Cavabdeh isə 2024-cü ilin oktyabr ayından İddiaçı işçisi kimi “xxxx” marketdən tanıyır. İddiaçı onu “xxxx” marketə Cavabdeh üçün köməkçi olaraq göndərmişdir. O, mal qəbul etmiş və təhvil vermişdir. Cavabdeh sərbəst işlədikdən sonra İddiaçı malları qaytarmışdır. İddiaçı malı götürəndə hər hansı bir elektron qaimə, rəsmi sənəd verilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2008-ci ildən “xxxx” marketdə fəhlə olaraq işləyir. İddiaçı həmin marketdə işləyən vaxtdan tanıyır. Cavabdeh də qeyd edilən marketdə işlədiyi vaxtdan tanıyır. Cavabdeh marketdə İddiaçı sonra 2-ci adam idi. Cəfər müəllim onu çağırmış, o da ərzaq və qeyri-ərzaq malları yığmış və maşınlara yükləmişdir. Mallar gəlirdi, boşaldılırdı, daha sonra yoxlanılırdı. Firma işçiləri vururdu, qalan malları mağazanın işçiləri yerləşdirirdi. İddiaçı neçə dəfə maşınla mal götürdüyünü deyə bilmir. Lakin maşınlar gəlib, siqaret, qida və qeyri-qida məhsulları yığılmışdır. Bütün bunlar təhviltəslimdən sonra olmuşdur. Təhvil-təslimin kimlər arasında olduğunu bilmir. İş materiallarından görünür ki, “xxxx” Firması MMC ilə Cavabdeh arasında **/** saylı tarixsiz icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Hacıqabul rayonu, xxxx qəsəbəsi ünvanında yerləşən sahəsi 500 kv.m olan mağaza icarəyə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh və X5 arasında ##.##.2025-ci il tarixli */M nömrəli təhvil-təslim aktı imzalanmışdır. İş materiallarında olan “İddiaçı ##.##.2025-ci il tarixdə Hacıqabul rayon Polis Şöbəsinə yazmış olduğu ərizə əsasında toplanmış material”a əlavə edilmiş arayışın surətindən görünür ki, araşdırma zamanı İddiaçı izahatında 2024-cü ilin mart ayından 2025-ci ilin yanvar ayına kimi Şahin Həsənova məxsus "xxxx Market" adlı sahibkarlıq obyektini icarə müqaviləsi əsasında işlətdiyini, obyekti təhvil verərkən 188.000 manat dəyərində olan ərzaq və qeyri-ərzaq mallarını oranı yeni icarəyə götürən Cavabdeh təhvil verdiyini, şikayət ərizəsindən sonra indiyədək 12.000 manat, ümumilikdə Cavabdeh tərəfindən ümumi borcdan 47.024 manat dəyərində olan malın (əmtəə) geri qaytarıldığını bildirmişdir. Qarşı tərəf ünvan 1 ünvanında qeydiyyatda olan, 1967-ci təvəllüdlü Cavabdeh izahatında ##.##.2025-ci il tarixdən Şahin Həsənova məxsus "xxxx Market" adlı sahibkarlıq obyektini icarə müqaviləsi əsasında icarəyə götürdüyünü, bu zaman marketin içərisində 187.291 manat dəyərində olan ərzaq və qeyri-ərzaq mallarının, həmçinin invertar və avadanlıqların qaldığını bildirmişdir. Həmçinin, ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixədək nağd pul və mal şəklində ümumi borcdan 61.859,21 manat borcun qaytarıldığını və İddiaçı olan yekun borcun mal, invertar (avadanlıq), Şahin Həsənovun kürəkəni Elçindən qalan köhnə borc daxil olmaqla cəmi 56.382,79 manat olduğunu qeyd etmişdir. Eyni zamanda İddiaçı istədiyi zaman ona məxsus olan mal və avadanlıqları gəlib apara biləcəyini də, izahatına əlavə etmişdir. Həmin materiala əlavə edilən İddiaçı Hacıqabul Rayon Polis Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, Hacıqabul rayon, xxxx kənd ərazisində, magistral yolun kənarında “xxxx” adlı market işlətmişdir. ##.##.2025-ci il tarixindən həmin marketi işlətmək üçün Saatlı rayon sakini Tahir adlı şəxsə təhvil vermişdir. Təhvil verərkən marketdə 184000 manat dəyərində ərzaq və qeyri ərzaq malları var idi. Tahirlə aralarındakı razılığa əsasən, həmin məhsulları o, hissə-hissə satıb, İddiaçı pulunu qaytarmalı idi. Lakin bu günə qədər Tahirin razılığa əməl etmir, həmin ərzaq məhsullarını satsa da, ərimov Siyasətin pulunu vermir. Dəymiş ziyanın ödənilməsi üçün Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd edilən materiala əlavə edilmiş Cavabdeh ##.##.2025-ci il tarixli izahatının surətindən görünür ki, İddiaçı yazdıqları və dedikləri həqiqətə uyğun deyildir. Belə ki, ##.##.2025-ci il tarixdə xxxx qəsəbəsində yerləşən Şahin Həsənova məxsus olan marketi icarə müqaviləsi ilə icarəyə götürdüyü zaman marketdə 187291 manat dəyərində ərzaq və qeyri-ərzaq malları qalmışdır. O məbləğin 48115 manatı şirkətlərə olan borc, 10241 manatı ondan öncə Elçindən (Şahin Həsənovun kürəkəni) qalan borc, 10603 manatı isə 22 günlük icarə, işçilərin əmək haqqı, elektrik enerjisinə olan borc idi. Yekun olaraq, Cavabdeh İddiaçı söz verərək, ona mal və invertar (avadanlıq) şəklində borcu olduğunu, sonra həmin borcdan mal şəklində ona ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər 61859,21 manat dəyərində borcu mal və pul şəklində geri qaytarmışdır. Hazırda invertar (avadanlıq), mal və Elçindən qalan ümumi borcun 56382,79 manat məbləğində olduğunu, həmin məbləğli mal və invertarı istədiyi vaxt gəlib apara biləcəyini bildirmişdir. Göstərilən materiala əlavə olunan İddiaçı ##.##.2025-ci il tarixli izahatının surətindən görünür ki, 2024-cü ilin mart ayında xxxx qəsəbəsində yerləşən “xxxx” marketi Şahin Həsənovdan icarəyə götürmüşdür. Orada olan mallar (qida və digər) ona məxsusdur. Oranı ##.##.2025-ci il tarixədək işlətmişdir. Bundan sonra marketi icarəyə götürən Cavabdeh orada olan və dəyəri 188000 manat olan ərzaq və qeyri ərzaq mallarının həmin marketdən çıxarılmamasını xahiş etmiş və söz vermişdir ki, qısa müddətdə satıb, pulunu geri ödəyəcəkdir. Lakin 188.000 manat ümumi borcdan mal şəklində cəmi 47024 manat qaytarmışdır. İşə əlavə edilən Hacıqabul rayonu, xxxx qəsəbəsində yerləşən “xxxx” marketdə mövcud olmuş iddiaçıya məxsus mal qalığını müəyyən edən ##.##.2025-ci il tarixli siyahıdan (cədvəldən) görünür ki, həmin tarixdə qeyd edilən marketdə mövcud olan iddiaçıya məxsus 184936,77 manat dəyərində mal qalığının olması müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Üç ulduzla indeksləşdirilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının *(***)-***/**** saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi belədir ki, mülki hüquqda faktlar dedikdə mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır və MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib göstərilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur. İddiaçının iddia ərizəsində gətirdiyi əsaslandırma məhz cinayət təqibi orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında müəyyən etdiyi faktiki hallarla bağlıdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki işlər, kommersiya mübahisələri üzrə preyudisial əhəmiyyət daşımır. Odur ki, istintaq və təhqiqat orqanının qərarına istinadla əsaslandırılmış tələb digər sübutlarla təsdiq olunmadığı halda, birmənalı olaraq iddianın təmini üçün əsas ola bilməz. Tərəflərin izahatları, təhqiqat materialları ilə müəyyən olunur ki, tərəflər arasında ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş ərzaq və qeyri ərzaq mallarının alqı-satqısından irəli gələn münasibətlər formalaşmışdır. Belə ki, ilk iddia üzrə iddiaçı Hacıqabul rayonu ərazisində yerləşən "xxxx" marketi rəsmi qaydada icarə müqaviləsi əsasında işlədən sahibkar olmuş, həmin marketi ## ###### 2025-ci il tarixinədək işlətmişdir. Sonradan həmin marketi icarə hüququ əsasında cavabdeh işlətməyə başlamış, tərəflərin həqiqiliyini təsdiq etdiyi ## ###### 2025-ci il tarixli sayım aktı ilə marketdə ilk iddia üzrə iddiaçı İddiaçı məxsus mal qalığı 180720 manat təşkil etmişdir. ## ###### 2025-ci il tarixindən # ###### 2025-ci il tarixinədək market bağlı olmuş, # ###### 2025-ci il tarixində market mülkiyyətçisi tərəfindən yeni icarədər olan cavabdeh X4 təhvil verilmişdir. Cavabdeh polis şöbəsində aparılan araşdırma zamanı öz xətti ilə yazdığı izahatında marketi icarəyə götürərkən içərisində 187291 manat məbləğində ərzaq və qeyri ərzaq məhsullarının olduğunu bildirmişdir. Bundan başqa cavabdeh qarşılıqlı iddiasında da, "xxxx" market təhvil verilərkən ## ###### 2025-ci ildə birlikdə yoxlama təftişi aparıldığını və marketin satış rəflərində və anbarında 187291 manat dəyərində ərzaq və qeyri ərzaq mallarının qaldığını bildirmişdir. Kommersiya münasibətləri digər mülki münasibətlərdən fərqli olaraq daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyət olduğundan, bu münasibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları (yazılı müqavilənin mövcudluğu, mühasibat uçotu sənədləri, audit rəyləri, vergi bəyannamələri, bank əməliyyatları və s.) daha yüksəkdir. Cavabdeh qəbul etdiyini etiraf etdiyi 187291 manat məbləğində malın bütövlüklə qaytarılmasına, yaxud dəyərinin bütövlüklə ödənilməsinə dair birinci instansiya məhkəməsinə həqiqiliyi şübhə doğurmayan, inandırıcı sübutlar verməmiş, iddiaçı isə izahatında cavabdeh tərəfindən ümumilikdə ona pul və əmtəə şəklində 47024 manat dəyərində malın qaytarıldığını bildirmişdir. Kollegiya hesab edir ki, cavabdehin təhqiqat materiallarında olan izahatı, qarşılıqlı iddiasında marketi icarəyə götürərkən içərisində 187291 manat məbləğində ərzaq və qeyri ərzaq məhsullarının olduğunu bildirməsi işin faktiki hallarının müəyyən olunması baxımından vacib əhəmiyyət kəsb edir, yazılı sübutdur. Odur ki, cavabdehin iddiaçı qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər aparılmış araşdırmanın nəticəsi olaraq təsdiqini tapmadığından, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar