Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-69/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 362287,32 manat pulun, 32403,20 manat cərimə məbləğinin və 684,69 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavə protokolda nəzərdə tutulan müxtəlif adda malların satın alınması ilə əlaqədar ##.##.2021-ci il tarixli, CD**/**** nömrəli alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən malın miqdarı, dəyəri, çatdırılma müddəti və ödəniş şərtləri hər partiya üzrə tərtib edilərək tərəflər arasında razılaşdırılan və müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavə protokolla tənzimlənir. Cavabdeh malları qəbul etdikdən sonra mövcud müqavilənin 2-ci bəndinə əsasən əlavə protokolda göstərilən öhdəliklərini yerinə yetirməmişdir. Alınmış malların dəyəri vaxtında və tam ödənilməmişdir. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2025-ci ilin aprel ayından avqust ayınadək “malların təhvil-qəbul aktı”na əsasən müxtəlif adda elektronika malları təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra cavabdehə ödənişlərin həyata keçirilməsi üçün aşağıda göstərilən elektron qaimə-fakturları göndərilmişdir. 1 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 101209,19 manat; 2 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 54518,83 manat; 3 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 27030,26 manat; 4 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 16574,99 manat; 5 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 52784,94 manat; 6 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 4335,08 manat; 7 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 14874,61 manat; 8 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 23961,66 manat; 9 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 1496 manat; 10 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 4335,08 manat; 11 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 1516,39 manat; 12 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 5610,02 manat; 13 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 25486,33 manat; 14 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 42720,72 manat; 15 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 2295,01 manat; 16 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 3238,50 manat; 17 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 1870,01 manat; 18 - ##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 2040 manat; 19 -##.##.2025-ci il tarixli, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 6289,99 manat. Göründüyü kimi cavabdehə ümumilikdə 392187,61 manat dəyərində mal təhvil verilmişdir. Mallar təhvil verildikdən və qəbul edildikdən sonra elektron qaimə göndərilsədə, malların ümumi dəyərinin 29900,29 manat hissəsi ödənilmiş, 362.287,32 manat hissəsi isə bugünədək ödənilməmiş qalmışdır. Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam icra edilməsinin vacibliyi dəfələrlə həm şifahi, həm də yazılı qaydada cavabdehə bildirilmişdir. Lakin malların dəyərinin ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən müvafiq malların qəbul edilməsindən növbəti 60 - 90 gün müddətində tam olaraq dəyəri ödənilməlidir. Müqavilənin 5-ci bəndinə əsasən satıcı malın təhvil verilməsini, yaxud alıcı dəyərinin ödənilməsini bu müqavilədə nəzərdə tutulduğu müddətdən gec həyata keçirdikdə hər gecikdirilmiş gün üçün malın dəyərinin və ya ödənişinin 0,1% miqdarda cərimə ödəyir. Həmin cərimə 10%dən artıq ola bilməz. Iddia ərizəsinə əlavə edilmiş cədvəldən göründüyü kimi hər satış üzrə gecikdirilmiş ödənişlərin ümumi cərimə məbləği 32403,20 manat təşkil edir. Iddiaçının fəaliyyəti ölkə daxilində müxtəlif növ elektronika mallarının satışından ibarətdir. Satılmış malların dəyərinin ödənilməsi vaxtında həyata keçirilmədikdə digər müştərilərin şifarişlərinin vaxtında çatdırılmasında maneələr yaranır və iddiaçı bu səbəbdən maddi zərərə uğrayır. Bu səbəbdən cavabdeh 362287,32 manat məbləğində ödənişin gecikdirildiyi hər gün üçün məbləğin 0,1% hissəsini təşkil edən cəriməni də ödəməlidir. Sonradan iddiaçı tələbinin həcmini azaldaraq, 172979,63 manat pulun, gecikdirilmiş məbləğin 0,1% hissəsini təşkil edən 10000 manat cərimə məbləğinin və 684,69 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 183664,32 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı saylı qətnaməsi ilə iddia təmin olunaraq, 172979,63 manat borcun, 10000 manat cərimənin, cəmi 182979,63 manat məbləğində pul vəsaitinin və 684,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edib, iddia tələbinin əsas borcun tutulması hissəsində qismən təmin edilməsi, cərimə borcunun tutulması hissəsində isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, məhkəmə heç bir əsaslandırma aparmadan qeyd etmişdir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın borcun və cərimənin tutulması hissələri əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissələri təmin edilməlidir (səhifə 4, abzas 7). Məhkəmənin əsas borcun müəyyən hissəsi və cərimənin tam tutulması hissəsində gəldiyi qənaət əsassızdır. Belə ki, cavabdeh tərəfindən əsas borcdan ödənişlər edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Əsas borcun məbləği də mübahisəlidir. Halbuki bu barədə mühasibatlıq ekspertizası təyin edilə bilərdi. Lakin məhkəmə cəriməni yüksək məbləğdə tutmuşdur. Bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmədə nümayənədləri vasitəsi ilə təmsil olunmamış və nümayəndələrin iştirak etməməsinin üzrlü səbəbləri barədə qabaqcadan məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ləğvini, əsas borc hissədə iddianın qismən, cərimə borcu hissədə isə təmin edilməməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Bununla belə, apellyasiya şikayətində əsas borcu hansı hissədə qəbul etməsinə aydınlıq gətirməmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Iş materiallarından görünür ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında CD-**/**** nömrəli, ##.##.2021-ci il tarixli “alqı-satqı müqaviləsi” və sazişlər bağlanmışdır. Elektron qaimə fakturaların surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMCyə mallar satmışdır. Cavabdehin 172979,63 manat məbləğində borcu qalmışdır. İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC və “xxxx” MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, 1. Tərəflər qəbul edirlər ki, İddiaçı MMC-nin ("Iddiaçı"nın) "xxxx" MMCyə ("Cavabdeh"ə) qarşı 362.287,32 manat məbləğində pulun, 32.403,20 manat cərimə məbləğinin və 684,69 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması tələbi üzrə iddia ərizəsinə dair e-*-*(***)-****/**** saylı iş Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. 2. "xxxx" MMC-nin ("Cavabdeh") bu Sazişin imzalanması gününədək İddiaçı MMC-yə ("Iddiaçı") qalan borcunun tərkibi aşağıdakılardan ibarətdir: qalıq borcun məbləği 300757,5; borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə (cərimə) pulunun məbləği - 10000,0 manat; dövlət rüsümünün məbləği - 684.69,0 manat; cəmi 311.442,19 manat. 3. "Cavabdeh" Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)- ****/**** saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və yaranmış 300.757,5 manat məbləğində borcu, 10.000 manat cərimə məbləğini və dövlət rüsumuna görə ödənilmiş 684,69 manat pulu, Ümumilikdə 311.442,19 manat məbləğində borcunu ##.##.2026-cı il tarixədək tam ödəməyi öhdəsinə götürür. 4. Cavabdeh bu Sazişin 3-cü bəndində qeyd olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2025-ci ilin dekabr ayının sonunadək 85806,15 manat, 2026-cı ilin yanvar ayı ərzində 130000 manat, 2026-cı ilin fevral ayının 3-dək isə qalan 95636,04 manat məbləğində pul vəsaitinin iddiaçının hesablaşma hesabına ödəmək öhdəliyini üzərinə götürür.
5. Bu Saziş natorial qaydada təsdiq edildikdən sonra həmin gün "Iddiaçı" Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 162.1-ci maddəsinə uyğun olaraq "Cavabdeh"ə qarşı yönəlmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edir. 6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 ve 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər. 7. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.
8. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin könüllü yerinə yetiriləcəyini nəzərə alaraq, Şirvan Kommersiya Məhkəməsindən Sazişin qəbul edilməsini və ##.##.2026-cı il tarixinə təyin olunmuş baxış iclasında iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. 9. X1 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri Iddiaçıda, ikincisi Cavabdehdə, üçüncü nüsxə isə notarius ofisində saxlanılır. “xxxx” MMC-nin vəkili Vəkil məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 172979,63 manat (146.888,133 manat + 26.091,5 manat ƏDV) məbləğindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsində əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Iş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən “xxxx” MMC-nin satıcı qismində çıxış edən İddiaçı MMC qarşısında almış olduğu mallara görə, malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Belə ki, iddiaçı tərəfindən lazımi qaydada tərtib olunaraq göndərilmiş, ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə fakturaları üzrə borc məbləğinin yaranması aşkardır. Bu həmçinin tərəflər arasında ## ###### 2025-ci il tarixdə bağlanmış barışıq sazişindən təsdiqini tapır. Sazişin 3cü bəndinə əsasən cavabdeh Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)- ****/**** saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və yaranmış 300757,5 manat məbləğində borcu, 10000 manat cərimə məbləğini və dövlət rüsumuna görə ödənilmiş 684,69 manat pulu, ümumilikdə 311442,19 manat məbləğində borcunu # ###### 2026-cı il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh sazişlə üzərinə götürdüyü öhdəliyini tam icra etməmiş, 172979,63 manat (146888,133 manat borc + 26091,5 manat ƏDV) borcunu, 10000 manat cərimə məbləğini ödəməmişdir. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən cavabdeh 10000 manat cəriməni də, # ###### 2026-cı il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməsi razılaşdırılmış cərimənin məbləği əsas borcun 5.8 faizini təşkil edir. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyası kimi çıxış etdiyindən, kreditor sazişlə razılaşdırılmış cərimə məbləğinin bütövlükdə cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2., 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov