Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1065/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-1065/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1065/2026 04.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə alqı-satqı müqaviləsi üzrə 743,72 manat, 50 manat ilkin mediasiya xərci, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 823.72 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ümumilikdə 1283.72 manat (ƏDV daxil olmaqla) malın dəyərini, tərəflərin razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməli olduğu halda, bu günədək cəmi 540 manat ödəniş edilmiş, geri qalan 743.72 manat ödənilməmişdir. Aralarında bağlanılan alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Cavabdehdən pretenziya qaydasında qalan məbləğin tələb edilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Borcun ödənilməsi ilə bağlıİddiaçı MMC tərəfindən Bakı 8 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 ilə Bakı 8 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, lakin razılığa gəlinməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən maddi zərərə məruz qalmışdır. Belə ki, iddiaçıya həm müqavilə üzrə 743.72 manat, həm də 50 manat ilkin mediasiya xərci, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, materiala əlavə edilmiş; xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müştəri sifarişlərindən görünür ki, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus Hikmət Marketə ümumilikdə (hər üç sifariş üzrə) 281,84 manat məbləğində sifariş olunmuş müxtəlif adda mallar təhvil verilmişdir. Seriya EBCO, 880562 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 32,06 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 210,16 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (Vodka Xortitsa AYS 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDA, 283257 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 18,69 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 122,44 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (X6 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDB, 261290 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 11,12 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 72,92 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (Vodka Moroşa 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDB, 657641 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 13,20 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 86,48 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (Vodka Xortitsa AYS 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDD, 087451 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 9,34 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 61,20 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (Vodka Moroşa 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDG, 376633 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 8 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 52,48 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (**********-X7 Red Dry 14% 0,75L (1x6) və s.) malları təhvil verilmişdir. Seriya EBDH, 759311 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 62,74 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 411,24 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (********** X3 Ozera 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDJ, 006217 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 8,20 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 53,76 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (********** X5 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDL, 822098 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 8,20 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 53,76 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (********** Vodka Moroşa 0,7L və s.) malları təhvil verilmişdir. Seriya EBDL, 822098 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 8,20 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 53,76 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (********** Vodka Moroşa 0,7L və s.) malları təhvil verilmişdir. İddiaçı MMC-yə məxsus kassa mədaxil orderlərindən (16 ədəd) görünür ki, Cavabdeh (VÖEN: **********-Hikmət Market) tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə (Seriya EBCO, 880562, Seriya EBDA, 283257, Seriya EBDB, 261290, Seriya EBDB, 657641, Seriya EBDD, 087451, Seriya EBDG, 376633, Seriya EBDH, 759311, Seriya EBDJ, 006217, Seriya EBDL, 822098 və Seriya EBDL, 822098 nömrəli elektron qaimələr üzrə) 495 manat məbləğində ödəniş etmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, M,B/8/2025/02720 nömrəli arayışdan görünür ki, hər iki tərəfin nümayəndəsi keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəflər razılığa gələ bilməmişlər. İddiaçı MMC-nin nümayəndəsi ümumilikdə 50 (40 manat İMS və 10 manat poçt kargüzar xərci) manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qaimələrə əsasən xx.xx.2026-cı il tarixinə əsas borcu 743,72 manat təşkil edir. xx.xx.2026-cİ il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu təchizat müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında malların alqı-satqısı barədə rəsmi qaydada müqavilə bağlanmasa da, işdə olan sübutlarla (ödəniş qəbzi, elektron qaimə və s.) müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları təhvil vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli və Cavabdeh 743,72 (yeddi yüz qırx üç manat 72 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, eləcə də mediasiya xərci üçün ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 743,72 (yeddi yüz qırx üç manat 72 qəpik) manat məbləğində əsas borc, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 823,72 (səkkiz yüz iyirmi üç manat 72 qəpik) İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar