Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1208/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1208/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1208/2026 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “alğısatqı müqavilələri üzrə borc” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X1" MMC-dən 32 367,68 manat əsas borcun, 6 538 manat məbləğində hesablanmış cərimənin, 206,72 manat iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 39 112,40 manat məbləğində pulun, Cavabdeh1 MMC-dən 417 504,73 manat əsas borcun, 78 073 manat məbləğində hesablanmış gecikmə faizinin, 785,58 manat iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 496 363,31 manat məbləğində pulun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində iki cavabdeh şirkətə qarşı bir-biri ilə əlaqədar olmayan iki tələbi birləşdirmişdir. Belə ki, iddiaçının iddia tələbi Cavabdeh2 MMC-dən xx.xx.2023-cü il tarixli İR-011123/AS №-li alğı-satqı müqaviləsi, digər Cavabdeh1 MMC-dən isə xx.xx.2025-ci tarixli İR-SHG 0707/25 №-li alğısatqı müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlıdır. İddiaçı eyni, iddia tələbi alğı-satqı müqaviləsi üzrə olsa da, cavabdehlər və faktiki əsaslar fərqlidir, iddiaçı həmin cavabdehlərə qarşı ayrı-ayrılıqda iddia qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “alğısatqı müqavilələri üzrə borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar