Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1214/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1214/2026

17.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1214/2026 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi icraata qəbul edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində xüsusi icraat qaydasında verilən ərizələrin qaytarılması əsasları ilə bağlı xüsusi normanın yer almadığını nəzərə alaraq hesab edir ki, prosessual hüquq münasibətinə analogiya üzrə həmin Məcəllənin 152-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 355-5, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar