Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1249/2026 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi xüsusi icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, xx.xx.2026 tarixli,saat 11:50 də təyin olunmuş e-2-2(4- 11)-937/2026 sayli iş üzrə X1 sədrliyi ilə keçiriləcək məhkəmənin 10 gün təxirə salınmağını xahiş edir. Yaranmış vergi borcunun 199.700,45 azn hissəsi ödənilmişdir və məhkəmə prdmeti olan hissə də yaxın günlərdə tam həcmdə ödənəcəkdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi X1 icraatında olan iş üzrə elektron sistemə ərizə ünvanlamaq əvəzinə, səhvən yeni qaydada xüsusi icraat barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da ərizəçi MPM-nin tələblərinə uyğun olmayan ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1249/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1249/2026
17.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver