Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1453/2026 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Abicon” MMC-dən xx.xx.2023-cü il tarixli, 070923-03 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə verilməli olan 4.025,98 (dörd min iyirmi beş) manat 98 qəpik məbləğində borcun, vəkilə hüquqi xidmətə görə ödənilmiş 480 (dörd yüz səksən) manatın, iddia ərizəsinin verilməsi üçün 60,26 (altmış) manat 26 qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 4.556,24 (dörd min beş yüz əlli altı) manat 36 qəpik məbləğində pulun cavabdehdən tulularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 070923-03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC-yə məxsus xırdavat bölməsindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixləri aralığında 2479 manat 71 qəpik dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixləri aralığında 1546 manat 27 qəpik dəyərində xırdavat təmir tikinti malları alınmışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin cavabdeh şirkət tərəfindən müqaviləyə əsasən hazırki günə 4.025,98 (dörd min iyirmi beş) manat 98 qəpik məbləğində borcunu ödəməmişdir. Cavabdeh şirkət borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış,etinasızlıq göstərmişdir. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh şirkət onlara olan 4.025,98 (dörd min iyirmi beş) manat 98 qəpik məbləğində borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh, qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 4.025,98 (dörd min iyirmi beş) manat 98 qəpik məbləğində pulun geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin iddiaçıya vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, materiala əlavə edilmiş; İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 070923- 03 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşlər. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, malların dəyəri malların alıcıya təhvil verildiyi andan təhvil-təslim aktı əsasında 30 (otuz) gün ərzində alıcı tərərfindən ödəniləcəkdir. Seriya EBDX, 790564 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 378,26 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 2479,71 manat dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan (silikon şəffaf və s.) malları təhvil verilmişdir. Seriya MT2406, 11128357 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 235,87 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 1546,27 manat dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan (544 Flex Prinius və s.) malları təhvil verilmişdir. İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV subuçot hesabından köçürmələrin siyahısından görünür ki, xx.xx.2023-cü ildən Cavabdeh MMC (VÖEN: **********) tərəfindən elektron qaimələr üzrə tam və qismən edilmiş ödənişlərin ümumi məbləği 28950,05 manat təşkil edir. İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV subuçot hesabından köçürmələrin siyahısından görünür ki, xx.xx.2023-cü ildən, xx.xx.2023-cü ilədək Cavabdeh MMC (VÖEN: **********) tərəfindən elektron qaimələr üzrə tam və qismən edilmiş ödənişlərin ümumi məbləği 160833,71 manat təşkil edir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2026-cı il tarixli, 07 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən 07 saylı müqavilə üzrə Kredo Vəkil Bürosunun hesabına 480 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC-yə məxsus xx.xx.2026-cı il tarixli, **********1/********** nömrəli qəbzdən gpörünür ki, İddiaçı MMC tərəfindən Kredo Vəkil Bürosunun hesabına 480 manat məvbləğində vəsait ödənilmişdir. xx.xx.2026-cıi il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında malların alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları təhvil vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 070923-03 saylı alqı-satqı müqavilə üzrə 4025,98 (dörd min iyirmi beş manat 98 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının “hüquqi yardıma görə 480 manat xərcin tutulması” tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun məhkəmə tərəfindən konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə müəyyənləşdirildiyi göstərilmişdir. Bu baxımdan məhkəmə, hüquqi yardıma görə xərcin 300 manat (sadələşdirilmiş qaydada ərizə verildiyindən) məbləğində tutulmasını ağlabatan hesab edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlik yerinə yetirmədiyindən, öhdəliyin icrası üçün ödənilməli olan 4025,98 (dörd min iyirmi beş manat 98 qəpik) manat əsas borc və göstərilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində vəsait cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin hesab edirəm ki, ödənilmiş 61 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 070923-03 saylı müqavilə üzrə 4025,98 (dörd min iyirmi beş manat 98 qəpik) manat məbləğində əsas borc, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4386,98 (dörd min üç yüz səksən altı manat 98 qəpik) İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1453/2026
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-1453/2026
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver