Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-2010/2026 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsini və iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3279,95 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 10523,4 manat, İşsizlikdən sığorta fonduna olan 394,63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1659,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1991ci il, Doğulduğu yer - AZƏRBAYCAN, ZƏNGİLAN; MİNCİVAN QƏS., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilən sənədləri araşdıraraq hesab edirəm ki, ərizə aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Ərizəçi Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinin məktubuna əsaslanaraq, Maraqlı şəxs rəsmi qeydiyyat ünvanı Zəngilan rayonu olsa da, faktiki məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonunun yerləşdiyi ərazinin məhkəməsinə müraciət etmişdir. Hesab edirəm ki, qanunvericiliyin tələbi baxımından Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir, eyni zamanda şəxs olduğu yer üzrə də qeydiyyata alınmalıdır və hər iki halda qeydiyyat AR-nın Daxili İşlər Nazirliyi tərəfindən aparılır. Dövlət Komitəsinin arayışı isə şəxsin-məcburi köçkünün olduğu yer üzrə qeydiyyatını təsdiq edən sənəd deyildir. Analoji məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli, e-2-2(3-6)-91/2026 saylı və xx.xx.2026-cı il tarixli, 2-2(3-6)-195/2026 saylı qərardadları qəbul edilmişdir. Beləliklə aşağıda göstərilən normalara əsaslanaraq hesab edirəm ki, hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı və ya olduğu yer Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olmadığından ərizə geri qaytarılmalı və ərizəçiyə nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi geri qaytarılsın. Ərizəçiyə nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-2010/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-2010/2026
13.03.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver