Məhkəmə qərarları › İş №e-2-2(4-11)-309/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-309/2026

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-309/2026 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh və iddiaçı arasında bağlanmış “15” Avqust 2025-ci il tarixli, 01-15/08 nömrəli Müqavilə”yə əsasən ödənilməmiş 41825.83 manat məbləğində pul vəsaiti, öhdəliyin vaxtında icra edilməməsinə görə müqavilə ilə müəyyən edilən və gecikdirilən məbləğin 10 faizi həcmində hesablanmış 4182 manat məbləğində dəbbə pulu (cərimə), eləcə də dövlət rüsumuna görə ödənilmiş 228 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 46235.83 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixdə ərizə ilə müraciət edərək, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Tərəflər iddiaçı ilə cavabdeh arasında xx.xx.2026-cı il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. İddiaçı MMC və Cavabdeh MMC razılaşırlar və təsdiq edirlər ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas borcu 41825.83 (qırx bir min səkkiz yüz iyirmi beş manat səksən üç qəpik) manat təşkil edir və qeyd edilən borc məbləğini Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada ödəyəcəkdir.

2. Bunun müqabilində isə İddiaçı MMC məhkəmənin icraatında olan e-2-2(4-11)- 309/2026 saylı mülki (kommersiya) işdə iddia ərizəsi üzrə cavabdehdən tələb etdiyi 4182 (dörd min bir yüzsəksən iki) manat məbləğində cərimə-dəbbə pulunu və vəkilə hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat məbləğin ½ hissəsini (500 (beş yüz) manat) cavabdehə güzəşt edir.

3. Cavabdeh MMC öhdəlik götürür ki, bu Sazişin 1-ci bəndində göstərilən 41825.83 (qırx bir min səkkiz yüz iyirmi beş manat səksən üç qəpik) manat borcun 21825.83 (iyirmi bir min səkkiz yüz iyirmi beş manat, səksən üç qəpik) manat həcmdə hissəsini xx.xx.2026-cı il tarixədək, 20000 (iyirmi min) manat həcmdə digər hissəni, eləcə də 500 (beş yüz) manat həcmdə vəkil xərcini və 228 (iki yüz iyirmi səkkiz manat) manat hcəmdə dövlət rüsumunu, ümumilikdə 20728 (iyirmi min yeddi yüz iyirmi səkkiz) manat pul vəsaitini isə xx.xx.2026-cı il tarixədək tam şəkildə İddiaçı MMC-yə ödəyəcəkdir. Göstərilən şərtlərlə tərəflər arasında hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(4-11)-309/2026 saylı kommersiya işi üzrə məhkəmə mübahisəsi tam həcmdə hazırki Saziş çərçivəsində barışıq yolu ilə həll edilmiş hesab ediləcəkdir.

4. Barışıq Sazişi təsdiq edildikdən sonra İddiaçı MMC tərəfindən e-16(4-11)- 70/2026 saylı iş üzrə müvəqqəti təminat tədbirinin götürülməsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

5. Tərəflər razılaşır və təsdiq edirlər ki, Cavabdeh MMC bu Sazişin 3- cü bəndində göstərilən öhdəliyini həmin bənddə müəyyənləşdirilmiş qaydada və məbləğdə icra etməzsə və yaxud qismən icra edərsə və ya gecikdirərsə, İddiaçı MMC, ümumi iddia tələbini təşkil edən 46235.83 manat (qırx altı min iki yüz otuz beş manat səksən üç qəpik) məbləğində pul vəsaitinin (ödəniş hissəvi olaraq icra edildikdə icra edilən hissə çıxılmaqla) Cavabdeh MMC-dən tutulması məqsədi ilə müvafiq icra sənədinin verilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəkdir.

6. Tərəflər razılaşır və təsdiq edirlər ki, Cavabdeh MMC bu Sazişin 3- cü bəndində göstərilən pul öhdəliyini vaxtından əvvəl tam icra edə bilər və İddiaçı MMC bununla bağlı hər hansı pretenziyası olmayacaqdır.

7. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəflər arasında imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T. Abduləlimov tərəflər arasında imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2026-cı il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:

1. İddiaçı MMC və Cavabdeh MMC razılaşırlar və təsdiq edirlər ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas borcu 41825.83 (qırx bir min səkkiz yüz iyirmi beş manat səksən üç qəpik) manat təşkil edir və qeyd edilən borc məbləğini Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada ödəyəcəkdir.

2. Bunun müqabilində isə İddiaçı MMC məhkəmənin icraatında olan e-2-2(4-11)- 309/2026 saylı mülki (kommersiya) işdə iddia ərizəsi üzrə cavabdehdən tələb etdiyi 4182 (dörd min bir yüzsəksən iki) manat məbləğində cərimə-dəbbə pulunu və vəkilə hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat məbləğin ½ hissəsini (500 (beş yüz) manat) cavabdehə güzəşt edir.

3. Cavabdeh MMC öhdəlik götürür ki, bu Sazişin 1-ci bəndində göstərilən 41825.83 (qırx bir min səkkiz yüz iyirmi beş manat səksən üç qəpik) manat borcun 21825.83 (iyirmi bir min səkkiz yüz iyirmi beş manat, səksən üç qəpik) manat həcmdə hissəsini xx.xx.2026-cı il tarixədək, 20000 (iyirmi min) manat həcmdə digər hissəni, eləcə də 500 (beş yüz) manat həcmdə vəkil xərcini və 228 (iki yüz iyirmi səkkiz manat) manat hcəmdə dövlət rüsumunu, ümumilikdə 20728 (iyirmi min yeddi yüz iyirmi səkkiz) manat pul vəsaitini isə xx.xx.2026-cı il tarixədək tam şəkildə İddiaçı MMC-yə ödəyəcəkdir. Göstərilən şərtlərlə tərəflər arasında hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(4-11)-309/2026 saylı kommersiya işi üzrə məhkəmə mübahisəsi tam həcmdə hazırki Saziş çərçivəsində barışıq yolu ilə həll edilmiş hesab ediləcəkdir.

4. Barışıq Sazişi təsdiq edildikdən sonra İddiaçı MMC tərəfindən e-16(4-11)- 70/2026 saylı iş üzrə müvəqqəti təminat tədbirinin götürülməsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

5. Tərəflər razılaşır və təsdiq edirlər ki, Cavabdeh MMC bu Sazişin 3-cü bəndində göstərilən öhdəliyini həmin bənddə müəyyənləşdirilmiş qaydada və məbləğdə icra etməzsə və yaxud qismən icra edərsə və ya gecikdirərsə, İddiaçı MMC, ümumi iddia tələbini təşkil edən 46235.83 manat (qırx altı min iki yüz otuz beş manat səksən üç qəpik) məbləğində pul vəsaitinin (ödəniş hissəvi olaraq icra edildikdə icra edilən hissə çıxılmaqla) Cavabdeh MMC-dən tutulması məqsədi ilə müvafiq icra sənədinin verilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəkdir.

6. Tərəflər razılaşır və təsdiq edirlər ki, Cavabdeh MMC bu Sazişin 3-cü bəndində göstərilən pul öhdəliyini vaxtından əvvəl tam icra edə bilər və İddiaçı MMC bununla bağlı hər hansı pretenziyası olmayacaqdır.

7. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar