Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-357/2026 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə kommersiya mübahisəsi üzrə işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 18 saylı müqaviləyə əsasən ƏDV daxil 7877,11 (yeddi min səkkiz yüz yetmiş yeddi, on bir) manat müqavilə üzrə yaranmış borc pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 900 (doqquz yüz) manat və məhkəmə üçün ödənilmiş 107,80 (yüz yeddi, səksən) manat dövlət rüsumu ilə birgə, cəmi 8884,91 (səkkiz min səkkiz yüz səksən dörd, doxsan bir) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli № 18 saylı müqavilə bağlanmışdır. Müqavilə əsasında İddiaçı Cavabdeh MMC-yə müxtəlif tarixlərdə ƏDV daxil ümumi dəyəri 68322,37 (altmış səkkiz min üç yüz iyirmi iki, otuz yeddi) manat dəyərində mallar (aliminium profil) satılmışdır. Satılmış malların dəyərindən cəmi ƏDV daxil 60445.26 (altmış min dörd yüz qırx beş, iyirmi altı) manat ödəniş edilmişdir. Müqavilə üzrə 7877,11 (yeddi min səkkiz yüz yetmiş yeddi, on bir) manat məbləğində (6675,5 borc, 1201,61 ƏDV) borc məbləği qalmaqdadır. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini layiqincə yerinə yetirmədiyindən iddiaçıya maddi ziyan vurmuşdur. Bununla əlaqədar olaraq iddiaçı pul vəsaitinin ödənilməsi ilə bağlı dəfələrlə danışıqlar aparmış və cavabdehin ünvanına pretenziyada göndərmişdir. Bütün cəhdlərə baxmayaraq cavabdeh bugünədək müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir və ödənilmiş pul vəsaitinin geri qaytarılmasından qərəzli şəkildə yayınmışdır. İddiaçı alüminium metalından profillər hazırlaması istehsalatı və satışı ilə məşğul olur. İddiaçı hazırladığı məhsulun satışı məqsədilə cavabdeh ilə xx.xx.2024-cü il tarixli № 18 saylı müqavilə bağlamışdır. Müqavilə üzrə Cavabdeh MMC tərəfindən sifariş verilmiş məhsullar yüksək keyfiyyətlə hazırlanaraq cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin məhsulları qəbul etmişdir. Müqaviləyə əsasən Cavabdeh MMC aldığı məhsulların dəyərini iddiaçıya ödəməli olduğu halda öz öhdəliklərini tam icra etməmişdir və nəticə etibarı ilə iddiaçıya 7877,11 (yeddi min səkkiz yüz yetmiş yeddi, on bir) manat məbləğində (6675,5 borc, 1201,61 ƏDV) borc məbləği qalmışdır. Hesab edirlər ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli № 18 saylı müqaviləyə əsasən İddiaçınə qalıq borcunu ödəməkdən boyun qaçırtması qanunsuzdur. Göründüyü kimi xx.xx.2024-cü il tarixli № 18 saylı müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin məqsədlə iddiaçı peşəkar hüquqi yardım almaq üçün vəkilə müraciət etmişdir. Alınmış hüquqi yardıma görə 900 (doqquz yüz) manat məbləğində vəkilə xidmət haqqı ödənilmişdir. Həmin vəsaitdə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, materiala əlavə edilmiş; İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18 saylı alqısatqı müqaviləsindən görünür ki, satıcı sifariş olunmuş malları (aliminium materiallardan profil) alıcının sifarişinə uyğun olaraq təhvil verməyi, alıcı isə malları qəbul edərək və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. İddiaçı icraçı direktoru və Cavabdeh MMC-nin direktoru arasında imzalanmış 17 may 2024-cü il tarixli (Seriya MT2405, 10710407 nömrəli) malların təhvil-qəbul aktından görünür ki, 16927,21 manat (2582,11 manat ƏDV daxil olmaqla) məbləğində olan aliminium profilini təhvil almışdır. İddiaçı icraçı direktoru və Cavabdeh MMC-nin direktoru arasında imzalanmış 17 may 2024-cü il tarixli (Seriya MT2405, 10721547 nömrəli) malların təhvil-qəbul aktından görünür ki, 335,87 manat, (51,23 manat ƏDV daxil olmaqla) məbləğində olan aliminium profilini təhvil almışdır. Seriya MT2405, 10710407 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 16927,21 manat, (2582,11 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2405, 10721547 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 335,87 manat, (51,23 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2406, 10585314 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 14719,32 manat, (2245,32 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2406, 11197230 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 221,72 manat, (33,82 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2406, 11536094 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 3241,22 manat, (494,42 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2409, 10607805 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 3962,332 manat, (604,42 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2409, 10652143 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 1077,93 manat, (164,43 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2409, 11098899 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 3672,39 manat, (596,19 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2410, ******* nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 3687,26 manat, (562,46 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2410, 10810890 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 877,21 manat, (133,81 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2410, 11001574 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 4192,77 manat, (639,57 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2411, ******* nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 3925,15 manat, (598,75 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2410, 11327431 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 4623,94 manat, (705,34 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. Seriya MT2505, 11906190 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən cəmi 6857,99 manat, (1046,13 manat ƏDV daxil olmaqla) dəyərində Cavabdeh MMC tərəfindən sifariş olunan aliminium profilləri təhvil vermişdir. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış (doğruluğu imzalarla təsdiq edilmiş) ********** nömrəli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin 6675,50 manat əsas borc, 1201,61 manat ƏDV borcu olmaqla, ümumilikdə 7877,11 manat məbləğində İddiaçınə borcu vardır. xx.xx.2026-cı il tarixli MV1zQSo1 nömrəli ödəniş tapşırığından görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun hesabına 900 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında malların alqı-satqlısı barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları təhvl vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli və Cavabdeh MMCdən xx.xx.2024-cü il tarixli, 18 saylı alqı-satqı müqaviləsi üzrə 7877,11 (yeddi min səkkiz yüz yetmiş yeddi manat 11 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi üçün 900 manat məbləğindən pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edirəm ki, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 900 manat məbləğində pul vəsaitinin 400 manat hissəsi ağlabatan hesab edildiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia qismən təmin edildiyindən hesab edirəm ki, ödənilmiş 107,80 manat dövlət rüsumunun 102,77 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 18 saylı müqavilə üzrə 7877,11 (yeddi min səkkiz yüz yetmiş yeddi manat 11 qəpik) manat məbləğində borc, 400(dörd yüz) manat məbləğində hüquqi xidmət haqqı ödənilmiş və 102,77 (yüz iki manat 77 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8379,88 (səkkiz min üç yüz yetmiş doqquz manat 88 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-357/2026
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-357/2026
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver