Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-51/2026 12.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci ildə İddiaçı MMC və “Cavabdeh MMC arasında bağlanmış “Xidmət” müqaviləsi əsasında 19 222,60 AZN məbləğində xidmət haqqı üzrə borcun, gecikdirilmiş icra səbəbindən 961,13 AZN, Hüquqi yardım ilə əlaqədar Vəkil ilə bağlanmış müqavilə üzrə 521 AZN, həmçinin iddia ərizəsi üçün ödənilmiş 153 AZN dövlət rüsumu olmaqla cəmi 20 857,73 AZN Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyirinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci ildə direktor X1 şəxsində təmsil olunan İddiaçı MMC (İcraçı) və Cavabdeh MMC (Sifarişçi) direktor Qanuni nümayəndə şəxsində təmsil olunan otel xidmətlərinin görülməsinə dair “Xidmət” müqaviləsi bağlayıb. Həmin müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-yə otel xidmətləri yerinə yetirməli, sifarişçi bunun müqabilində göstərilən xidmətlərin dəyərini ödəniş etməyi üzərinə götürmüşdür. Sözügedən müqavilənin 7-ci bəndidə əsasən Sifarişçi müvafiq ödənişi İcraçıya qonaqların otelə gəlməsindən öncə tam şəkildə (100%) həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. İcraçı İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilərək sifarişçiyə xidmətlər lazımi qaydada göstərilmişdir, lakin sifarişçi müqavilə öhdəliklərini pozaraq ödənişləri vaxtında etməmiş və nəticədə göstərilən xidmətlər üzrə ümumi (19222,60) manat borc yaranmışdır. Göstərilən xidmətlər üzrə cəmiyyətimiz tərəfindən elektron-qaimə fakturalar göndərilmiş və sifarişçi tərəfindən təsdiq olunmuşdur. Sözügedən elektron-qaimə fakturalar sifarişçi tərəfindən təsdiqlənsə də, yaranmış borclar üzrə ödənişlər icra edilməmişdir, bu səbəbdən Cavabdeh MMC-yə İddiaçı MMC direktoru Anar Hüseynov tərəfindən 10 dekabr 2025-ci il tarixli pretenziya məktubu ünvanlanmışdır. Qeyd olunan pretenziya məktubunda tərəflərindən tələb edilmişdir ki, məktub Cavabdeh MMC-yə daxil olduqdan sonra 5 (beş) gün ərzində müqavilə öhdəliklərini yeriə yetirərək yaranmış borclar ödənsin, əks təqdirdə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq, müqavilə ilə bağlı xərclərin və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəkdir. Lakin sifarişçi məktubuna rəsmi cavab verməmiş və borcu qeyd olunan müddət ərzində ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış 2025-ci il tarixli, 133 nömrəli müqavilədən görünür ki, icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürür.
7. Həmin müqavilənin 7-ci bəndinə əsasən, sifarişçi müvafiq ödənişi icraçıya qonaqların otelə gəlməsindən öncə tam şəkildə (100%) həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür.
8. MT2502 seriyalı, 10963326 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 172,98 manat ƏDV daxil olmaqla, ümumilikdə 1134 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
9. MT2502 seriyalı, 10967327 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 29,74 manat ƏDV daxil olmaqla, ümumilikdə 194,99 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
10. MT2503 seriyalı, 10326054 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 272,13 manat ƏDV daxil olmaqla, ümumilikdə 1783,99 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
11. MT2505 seriyalı, 10153723 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 762,71 manat ƏDV daxil olmaqla, ümumilikdə 5000 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
12. MT2506 seriyalı, 12161782 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 450,61 manat ƏDV daxil olmaqla, ümumilikdə 2954 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
13. MT2506 seriyalı, 12162579 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 111,66 manat ƏDV daxil olmaqla, ümumilikdə 732 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
14. MT2506 seriyalı, 12163425 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 486 manat ƏDV daxil olmaqla, ümumilikdə 3186 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
15. MT2506 seriyalı, 12164159 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, 646,41 manat ƏDV daxil olmaqla, ümumilikdə 4237,60 manat dəyərində Cavabdeh MMC-yə mehmanxana xidməti göstərmişdir.
16. X2 Baku tərəfindən (xarici dildə) tərtib edilmiş xx.xx.2025-ci il tarixli invoysdan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında xx.xx.2025-xx.xx.2025-ci illər üzrə X2 Baku tərəfindən 3186 manat dəyərində bir neçə xarici vətəndaş üçün mehmanxana xidmətləri göstərilmişdir.
17. X2 Baku tərəfindən (xarici dildə) tərtib edilmiş xx.xx.2025-ci il tarixli invoysdan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında xx.xx.2025-xx.xx.2025-ci illər üzrə X2 Baku tərəfindən 927 manat dəyərində bir neçə xarici vətəndaş üçün mehmanxana xidmətləri göstərilmişdir.
18. X2 Baku tərəfindən (xarici dildə) tərtib edilmiş xx.xx.2025-ci il tarixli invoysdan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında xx.xx.2024-xx.xx.2025-ci illər üzrə X2 Baku tərəfindən 5872 manat dəyərində bir neçə xarici vətəndaş üçün mehmanxana xidmətləri göstərilmişdir.
19. X2 Baku tərəfindən (xarici dildə) tərtib edilmiş xx.xx.2026-cı il tarixli invoysdan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında xx.xx.2025-xx.xx.2025-ci illər üzrə X2 Baku tərəfindən 9237,60 manat dəyərində bir neçə xarici vətəndaş üçün mehmanxana xidmətləri göstərilmişdir.
20. X2 Baku ilə Cavabdeh MMC-nin nümayəndələri arasında müxtəlif vaxtlarda aparılmış WHATSAPP (9 səhifə) yazışmalarından görünür ki, tərəflər arasında “pulun çatdırılması, ödənişlərin edilməsi, prosesimiz yekunlaşır-vəsait gösləyirik, -satdığımız bir torpaq var, behini veriblər, bağlamağını gözləyirik, biz satış prosesi gözləyirik, satış tamamlanan kimi borcumuzu ödəyəcəyik, - ödəyəcəm, - çox qısa bir zaman qalıb, - Şəms xanım qısa müddətdə bağlayacam, üstündə iş gedir, - mən əmirlikdəyəm, bir neçə şirkətdən ödənişlərim var, ala bilmirəm, gəlmişəm onları yığmağa, qayıdan kimi bir miqdarı bağlayacağam, - vəsait gösləyirik Şəms xanım” kimi yazışmalar aparılmışdır.
21. Яндекс-360 elektron portala məxsus 2025-ci ilin yanvar - may ayları üzrə aparılmış yazışmalardan görünür ki, mailto:reservations@sapphire.azElektron ünvan 1 ilə mailto:reservations@azerbaijantripdmc.comElektron ünvan 2 arasında mehmanxana xidmətləri üçün rezervasiya ilə bağlı yazışmalar aparılmışdır.
22. İddiaçı MMC ilə “Mirzəyev və Partnyorları” Vəkil Bürosu arasında imzalanmış xx.xx.2025-ci il tarixli, EM-2884VK-73665/25 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar 521 manat məbləğində rüsum ödənilmişdir.
23. İşə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.
24. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 2025-ci il tarixli, 133 nömrəli (mehmanxana xidmətinin göstərilməsi) müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan mehmanxana xidmətləri göstərmiş, lakin cavabdeh ona göstərilmiş xidmətlər üzrə hər hansı ödəniş etməmiş və bununla da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş 19222,58 manat məbləğində pul öhdəliyi yaranmışdır.
26. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Həmin Məcəllənin Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh MMC-dən 2025-ci il tarixli, 133 nömrəli müqaviləyə əsasən (8 elektron qaimə üzrə hesablanmış) 19222,58 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə (02 qəpik) təmin edilməməlidir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Məhkəmə iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 961,13 manat məbləğində vəsaitin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
35. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
36. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da iddiaçının cavabdehin sifarişi əsasında xidmətlər göstərməsinə baxmayaraq həmin xidmətlərin dəyərinin ödənilmədiyini, başqa sözlə icranın gecikdirilməsini təsdiq edir. Belə ki, gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq, ondan sonra öhdəliliyin borclu tərəfindən icra edilməməsi başa düşülür.
37. Hazırki işin hallarından müəyyən olunur ki, tərəflər arasındakı müqaviləyə əsasən cavabdeh qonaqların otelə gəlməsindən öncə tam şəkildə (100%) ödəməli olsa da (bənd 7.), ödənişi nəinki əvvəlcədən, hətta xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci tarixlərdə elektron qaimə-fakturalar tərtib edilməsinə baxmayaraq ötən müddətdə müvafiq ödəniş həyata keçirilməyərək, əksinə gecikdirilmişdir.
38. Beləliklə, işin müəyyən edilmiş halları ilə vaxtı çatmış öhdəliyin gecikməsində cavabdehin təqsirinin olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
39. Lakin məhkəmə araşdırması zamanı elektron qaimələr (8 qaimə) üzrə hesablama aparılarkən müəyyən edilmişdir ki, qaimələrin ümumi dəyəri 19222,58 manat təşkil edir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilərək gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 961,12 (19222,58 x 5 : 100 = 961,12) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 2025-ci il tarixli, 133 nömrəli müqaviləyə əsasən 19222,58 manat məbləğində xidmət haqqı və gecikdirilmiş vaxt üçün isə illik 5% məbləğində hesablanmaqla 961,12 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-cı maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. İş materiallarından İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli, EM-2884VK-73665/25 saylı müqavilə üzrə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 521 manat məbləğində ödəniş etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilərək hüquqi yardıma görə 521 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırda iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 150,55 manatı Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2025-ci il tarixli, 133 nömrəli müqaviləyə əsasən 19222,58 (on doqquz min iki yüz iyirmi iki manat 58 qəpik) manat məbləğində xidmət haqqı, gecikdirilmiş vaxt üçün isə illik 5% məbləğində hesablanmaqla 961,12 (doqquz yüz altmış bir manat 12 qəpik) manat, hüquqi yardıma görə 521 (beş yüz iyirmi bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 150,55 (bir yüz əlli manat 55 qəpik) manat olmaqla, ümumilikdə 20855,25 (iyirmi min səkkiz yüz əlli beş manat 25 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə