Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-595/2026 30.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı X2 cavabdeh X3rşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh X3rşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, 2000 (iki min) manat, dövlət rüsumuna görə ödənilmiş 44 (qırx dörd) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat, etibarnamə verilməsi üçün ödənilmiş 17 (on yeddi) manat olmaqla, cəmi 2361 (iki min üç yüz altmış bir) manat pulun cavabdeh X1 alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, sadələşdirilmiş qaydada baxılması barədə ərizənin qəbul edilməsindən imtina edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmuşdursa, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxıla bilər. Hazırkı iş cavabdehdən pul vəsaitinin tutulması ilə bağlıdır. Ərizəyə verilmiş tələbi təsdiq edən sənədlər əlavə olunmamışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz; 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269, 284–1, 284–4-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı X2 cavabdeh X3rşı borcun silinməsi tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-595/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-595/2026
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver