Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-86/2026 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində borc, 82 (səksən iki) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi, imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1120 (bir min yüz iyirmi) manat olmaqla avadanlığın ehtiyat hissəsi ilə bağlı mal almış, 1120 (bir min yüz iyirmi) manatı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən qrafik üzrə 5 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 300 (üç yüz) manat, cərimə borcu isə 82 (səksən iki) manat təşkil edir. Bununla bağlı cavabdehə pretenziya məktubu da göndərilmişdir (cavabdehin elektron vergi kabinetinə və yaşayış ünvanına). Müqavilənin 4.2-ci bəndinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra alıcı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 448.1, 449, 600.4, 1097-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Təqdim olunan sübutlar:
5. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, 030129 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (Bunda sonra “Əlavə 1” adlandırılacaq) əks olunan texniki avadanlıqları (bundan sonra “Mal” adlanacaq) alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə uyğun olaraq nağd və ya hissəhissə, Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti, rəngi və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış təhvil-təslim aktında (Bundan sonra “Əlavə 2” adlanacaq) öz əksini tapır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satılan mallar tərəflər arasında tərtib olunmuş və imzalanmış “Əlavə 2” əsasında təhvil verilir və alınır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı bəyan edir ki, o, ƏDV ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışdır və bu məqsədlə satılmış mala 18% ƏDV hesablanacaqdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı satılmış malın dəyərini tərəflər arasında razılaşdırılmış, “Əlavə 1” də göstərilən qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə “Əlavə 1”-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir.
6. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 030129 nömrəli malların alqısatqı müqaviləsinə xx.xx.2025-ci il tarixdə 01 nömrəli qiymətlərin razılaşdırılması protokolu adlı Əlavə 1-dən müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən malların qiymətləri (ümumilikdə 1120 manat) barədə razılığa gəlmişdir. Malların hər birinin qiyməti protokolda qeyd edilmişdir. Protokol tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
7. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 030129 nömrəli malların alqısatqı müqaviləsinə xx.xx.2025-ci il tarixdə 02 nömrəli təhvil-təslim aktı adlı Əlavə 2-dən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 1120 manat məbləğində mal(lar) (1. Malın adı – FQ A 31 Lampa DPL MA2/3; miqdar – 1; qiymət – 420; 2. Malın adı – FQ Sapphire Daş SR MA 2/3; miqdar – 1; qiymət – 350; 3. Malın adı – FQ A 31 Sapphire Daş (HR) MA2/3; miqdar – 1; qiymət – 350) təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, 259 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən malların ümumi dəyəri 1120 (bir min bir yüz iyirmi) manat təşkil etmişdir. Cavabdeh malların dəyərinin 0 (sıfır) manatı ilkin ödəniş olaraq ödəmişdir. Qalıq 1120 (bir min bir yüz iyirmi) manat məbləği xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5 ay müddətinə ödəməli idi. Cavabdeh xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 1120 (bir min bir yüz iyirmi) manatdan 820 (səkkiz yüz iyirmi) manat ödəniş etmişdir. Bu günə olan əsas məbləğ üzrə borcu 300 (üç yüz) manat, cərimə üzrə borcu 82 (səksən iki) manat təşkil edir.
9. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı öhdəliyini icra edərək, cavabdehə malları təhvil vermiş, lakin cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Yaramış borc məbləği ödənilmədiyindən İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu göndərilmiş, borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, lakin borc məbləği qeyd edilən müddətdə ödənilməmişdir.
13. İddia tələbinin bir hissəsini 300 (üç yüz) manat məbləğində borcun cavabdehdən tutulması təşkil edir.
14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, Cavabdeh 300 (üç yüz) manat borc məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Borcun mövcudluğu müqavilə, qiymətlərin razılaşdırılması protokolu, təhvil-təslim aktı ilə öz təsdiqini tapır.
15. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh 82 (səksən iki) manat cərimə borcunun tutulması təşkil edir.
16. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, 030129 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə “Əlavə 1”-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir.
17. Məhkəmə tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, 15 (on beş) manat müəyyənləşdirilməli, cərimə məbləğinin tutulması ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.
18. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat borc, 15 (on beş) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 345 (dörd yüz on iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova