Məhkəmə qərarları › İş №e-2-2(4-11)-867/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-867/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-867/2026 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh “X1 Science and Technology Corp.” Şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ19060001 nömrəli avadanlıqların satışına dair alqı-satqı müqaviləsi üzrə cavabdehə ödənilmiş 2.033.610,25 ABŞ dolları İddiaçı MMC-yə geri ödənilməsi; İddiaçı MMC ilə cavabdeh “X1 Science and Technology Corp.” Şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ19060001 nömrəli avadanlıqların satışına dair alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə təqdim edilmiş avadanlıqların geri alınmasının cavabdeh “X1 Science and Technology Corp.” Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(4-11)- 867/2026 nömrəli kommersiya işinin e-2-2(113)-8286/2025 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Science and Technology Corp.” Şirkəti cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” ilə məhkəməyə müraciət etmiş və e-2- 2(113)-8286/2025 nömrəli həmin iş hazırda hakim Pərviz Zamanlının icraatındadır. Hər iki iş üzrə iddia eyni iddiaçı və cavabdeh tərəfindən eyni predmet və əsasla əlaqədar verildiyi üçün onları bir icraatda birləşdirmək barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə vəsatəti materiallarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, hazırkı iş onunla əlaqəli olan iddiaçı “X1 Science and Technology Corp.” Şirkətinin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə e-2-2(113)-8286/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, işə baxılarkən məlum olmuşdur ki, iddiaçı “X1 Science and Technology Corp.” Şirkəti cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” tələbinə dair iddiası üzrə e-2- 2(113)-8286/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin digər hakiminin (P.Zamanlı) icraatındadır. Hər iki iş üzrə mübahisə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən irəli gəlir. Belə olan halda məhkəmə yuxarıda göstərilən iki işin eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğunu nəzərə alaraq hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair e-2-2(4-11)-867/2026 saylı iş, onunla əlaqəli olan iddiaçı “X1 Science and Technology Corp.” Şirkətinin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair e-2- 2(113)-8286/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə e- 2-2(113)-8286/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar