Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-117/2026 20.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 23 yanvar 2026-cı il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145,8 kv.m. olan qeyriyaşayış sahəsinin **********3 nömrəli abonent koduna hesablanmış 500 (beş yüz) manat məbləğində borcun silinməsi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahatında bildirdi ki, borcun mövcudluğu ilə bağlı onda hansısa sənəd mövcud deyildir. Cavabdeh təşkilatın nümyəndəsi ilə əlaqə saxlanıldığı zaman borc barədə məlumat verilmişdir. Ola bilər ki, cavabdeh təşkilatın nümayəndəsi ona yanlış məlumat vermişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təqdim edərək məhkəmədən həmin ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının hazırkı vaxtda hər hansı borcu mövcud deyildir. Ümumiyyətlə, iddiaçının əvvəlki dövrə də borcu olmamışdır. İddiaçı tərəfindən elektron kabinetə əlavə edilmiş abunə haqqında sənədə əsasən, iddiaçının dəyəri 500 manat məbləğində olan istifadə edilməmiş elektrik enerjisi mövcuddur. Hazırkı vaxtda yeni əldə edilmiş abunə haqqında çıxarışda isə həmin məbləğ 237 manat məbləğindədir. Belə ki, iddiaçının sərfiyyatına əsasən məbləğ azalmışdır. Abunə haqqında çıxarışın “Sayğac göstəriciləri” bölməsində 05 yanvar və 08 yanvar 2026cı il tarixlərində iddiaçının sərfiyyatının cəmi 478,88 manat məbləğində olduğu qeyd edilmişdir. Həmin çıxarışın “Abunə ödənişləri” bölməsində isə 09 yanvar 2026-cı il tarixində iddiaçı tərəfindən 979 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir. Ödəniş məbləğindən 05 yanvar və 08 yanvar 2026-cı il tarixlərində iddiaçının sərfiyyatı olan məbləğ çıxıldıqdan sonra qalıq məbləğ avans olaraq iddiaçının balansında qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-117/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-117/2026
20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver