Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-12/2026 27.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı tərəfindən cavabdeh "Organic Lab” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “lizinq müqaviləsinin ləğv edilməsi, borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "Organic Lab” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 may 2024-cü il tarixli AL\ML\3171 saylı lizinq müqaviləsinin ləğv edilməsi, 01 may 2024-cü il tarixli AL\ML\3171 saylı lizinq müqaviləsi üzrə 155421,24 (yüz əlli beş min dörd yüz iyirmi bir manat iyirmi dörd qəpik) manat əsas borc, 6472,27 (altı min dörd yüz yetmiş iki manat iyirmi yeddi qəpik) manat faiz borcu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1800 (min səkkiz yüz) manat xidmət haqqı və 451,89 (dörd yüz əlli bir manat səksən doqquz qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 164145,4 (yüz altmış dörd min yüz qırx beş manat qırx qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq predmeti olan bir ədəd taxılyığan kombayn Deutz-Fahr c7206 TS markalı və bir ədəd ot küləş presləyən UM-BLY 02Y markalı kənd təsərrüfat texnikalarının cavabdedən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 23 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək tərəflər arasında mübahisənin məhkəmdən kənar həll edilməsinə dair müvafiq razılıq əldə edildiyini, bu səbəbdən hazırda işin məhkəmə araşdırmasına zərurət qalmadığını bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh "Organic Lab” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən cavabdeh "Organic Lab” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “lizinq müqaviləsinin ləğv edilməsi, borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən 11 dekabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 451,89 (dörd yüz əlli bir manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 11 dekabr 2025-ci il, saat 12:42; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “iddia ərizəsinin qaytarılması barədə” ərizəsi təmin edilsin. İddiaçı tərəfindən cavabdeh "Organic Lab” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “lizinq müqaviləsinin ləğv edilməsi, borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 11 dekabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 451,89 (dörd yüz əlli bir manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 11 dekabr 2025-ci il, saat 12:42; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-12/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-12/2026
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver