Məhkəmə qərarları › İş №e-2-2(4-13)-477/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-477/2026

13.03.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(4-13)-477/2026 13.03.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs X2 qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında maraqlı şəxs X2 qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 fevral 2026-cı il tarixinə hesablanmış hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 218,82 (iki yüz on səkkiz manat səksən iki qəpik) manat məbləğində borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 49,66 (qırx doqquz manat altmış altı qəpik) manat məbləğində borcunun, İşsizlikdən Sığorta Fonduna olan 12,57 (on iki manat əlli yeddi qəpik) manat məbləğində borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 17240,51 (on yeddi min iki yüz qırx manat əlli bir qəpik) manat məbləğində vergi borcunun, “Albassam Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 24972,43 (iyirmi dörd min doqquz yüz yetmiş iki manat qırx üç qəpik) manat məbləğində vergi borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 0,87 (səksən yeddi qəpik) manat məbləğində borcunun, İşsizlikdən Sığorta Fonduna olan 0,33 (otuz üç qəpik) manat məbləğində borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 2,01 (iki manat bir qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxx 1998-ci il təvəllüdlü X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs X3 ərizəyə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxxxx 1998-ci il təvəllüdlü X1 icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 26 fevral 2026-cı il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 218,82 (iki yüz on səkkiz manat səksən iki qəpik) manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 49,66 (qırx doqquz manat altmış altı qəpik) manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 12,57 (on iki manat əlli yeddi qəpik) manat məbləğində borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 26 fevral 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə 17240,51 (on yeddi min iki yüz qırx manat əlli bir qəpik) manat məbləğində vergi borcu, “Albassam Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 26 fevral 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə 24972,43 (iyirmi dörd min doqquz yüz yetmiş iki manat qırx üç qəpik) manat məbləğində vergi borcu, İcbari Tibbi Sığorta Fonduna olan 0,87 (səksən yeddi qəpik) manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna olan 0,33 (otuz üç qəpik) manat məbləğində borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 2,01 (iki manat bir qəpik) manat məbləğində borcu borcu vardır və onlara həmin borclarının ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Albassam Company" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 26 fevral 2026-cı il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 218,82 (iki yüz on səkkiz manat səksən iki qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 49,66 (qırx doqquz manat altmış altı qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 12,57 (on iki manat əlli yeddi qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 17240,51 (on yeddi min iki yüz qırx manat əlli bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, “Albassam Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 24972,43 (iyirmi dörd min doqquz yüz yetmiş iki manat qırx üç qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 0,87 (səksən yeddi qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 0,33 (otuz üç qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 2,01 (iki manat bir qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxx 1998-ci il təvəllüdlü X1 (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar