Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-194/2026 23.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, iddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3803182"xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3803182"xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən iddiaçı tərəfindən hazırki iddia ərizəsi məhkəməyə verilərkən 42,40 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: **********) ödənildiyi müəyyən olunur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2026-cı il tarixdə iddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3803182"xxxx" MMC Cavabdeh qarşı “pul tələbi” üzrə məhkəməyə müraciət edən zaman xx.xx.2026-cı il tarixində 42,40 manat məbləğində dövlət rüsumunu (qəbz nömrəsi: **********) ödəmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(4-14)-149/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3803182"xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 42,40 manat məbləğində dövlət rüsumunun (qəbzin nömrəsi: **********) iddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3803182"xxxx" MMC-yə geri qaytarılması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən daha öncə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən ********** nömrəli eyni qəbzin iddiaçı tərəfindən təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə edilməsi yolverilməzdir. Ona görə ki, hazırki iddia ərizəsi icraata qəbul edildikdən və müvafiq məhkəmə aktı qəbul edildikdən sonra iddiaçının ********** nömrəli qəbz üzrə ödədiyi dövlət rüsumunu geri alma hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və müvafiq qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5 və 152.1.5ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3803182"xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(4-14)-194/2026
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-194/2026
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver