Məhkəmə qərarları › İş №e-2-2(4-15)-23/2026

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-15)-23/2026

16.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(4-15)-23/2026 16.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmiş onunla Cavabdeh2 ASC arasında bağlanmış 20031-S134812/802843İ nömrəli xx.xx.2020ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, etibarsız müqavilənin bağlanması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat pul vəsaitinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Elekton Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzinin Elektron İnformasiya Məhkəmə Sistemində yaradılan elektron kabineti mövcud olmasa da, VÖEN hesabı mövcuddur. Buna baxmayaraq iş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin nəzərdə tutulan qaydada cavabdehə çatdırılması ilə bağlı tələblərə əməl edilmədiyindən (AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzinə münasibətdə), belə ki, çatdırılmanı təsdiqləyən sənədlər iş materiallarına əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Eyni zamanda məhkəmə iddiaçının diqqətinə çatdırır ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən Cavabdeh2 ASC-yə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabineti vasitəsilə çatdırılmasına cəhd edilsə də, qeyd edilən proses natamam icra edilmiş, həmin prosesin statusu “təsdiqlənmiş” olaraq qalmış, lakin sənəd cavabdehə göndərilməmişdir. Göründüyü kimi hazırkı iş üzrə qeyd edilən cavabdehlərə münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd MPM-in 150.2-ci maddəsinə uyğun olaraq tərəfə çatdırılmamışdır. Yuxarıda göstərilən səbəblərdən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2026-cı il tarixdə **********55 nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2026-cı il tarixdə **********55 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar