Məhkəmə qərarları › İş №e-2-2(4-15)-290/2026

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-15)-290/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(4-15)-290/2026 24.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada152490 manat borcun və ödənilmiş 442.49 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə ödənilməli olan dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 442,49 manat təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına 442,49 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən "xxxx" ASC tərəfindən verilmiş, xx.xx.2026-cı il tarixli qəbz əlavə edilsə də, lakin həmin qəbz üzrə ödəniş məlumatları “Elektron məhkəmə” informasiya sistemində aşkar edilməmişdir. Nəticədə qəbzin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa iddiaçı iddia ərizəsində “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında “bu ödəniş rüsumdan azaddır” seçmiş, səbəbini isə iddiaçının büdcə təşkilatı olması kimi qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC büdcə təşkilatı olmadığından dövlət rüsumunu ödəməkdən azad deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsmunun ödənilməsi təmin edilməmiş və nəticədə iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMCyə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar