Məhkəmə qərarları › İş №e-2-2(4-15)-3/2026

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-15)-3/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(4-15)-3/2026 17.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavab deh Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə 2200,30 manat məbləğində pulun, habelə 42 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığını bildirmiş və həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2026-ci il tarixli barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2026-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim edilmişdir. Məhkəmə xx.xx.2026-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən bu məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən və tərəflərin buna səlahiyyəti olduğundan, habelə qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 2.1. “İkinci tərəf” (Cavabdeh) “Birinci tərəf”-ə (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) olan 2200,30 manat borcunun 550 manat hissəsini “Birinci tərəf'ə bu saziş bağlananadək ödədi və qalıq 1650,30 manat məbləği 3 ay ərzində, hər ay 550 manat olmaqla ödəyəcəyini öhdəsinə götürür. Ödəniş 2026-cı ilin mart ayından başlamaqla, hər ayın 15-dən gec olmayaraq həyata keçirilməlidir. 2.2. "İkinci tərəf” “Birinci tərəf”-in məhkəməyə müraciət etmək üçün ödədiyi 42 manat dövlət rüsumunun əvəzini sonuncu ödənişlə birlikdə “Birinci tərəf”-ə ödəyəcək. Beləliklə, sonuncu ödəniş məbləği cəmi 592,30 təşkil edəcək. 2.3. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərelər tərəflərin özünə aid ediləcək. 2.4. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, birbirinin əleyhinə istifadə etməyəcəklər. 3.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar