Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-91/2026 17.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 568,5 manat, İşsizlikdən Sığorta Fonduna 22,75 manat, dövlət büdcəsinə 25332,32 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 90,9 manat, “xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 10755,97 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 280,5 manat, İşsizlikdən sığorta fonduna 11,22 manat, İcbari Tibbi Sığorta Fonduna 44,84 manat olmaqla, ümumilikdə 37107 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx.xx.1995-ci il, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyiciləri olan “xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 568,5 manat, İşsizlikdən Sığorta Fonduna 22,75 manat, dövlət büdcəsinə 25332,32 manat məbləğində (o cümlədən, vergilər üzrə 23045,08 manat, faizlər üzrə 2287,24 manat), İcbari Tibbi Sığorta Fonduna 90,9 manat, “xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 10755,97 manat məbləğində (o cümlədən, vergilər üzrə 9134,87 manat, faizlər üzrə 1621,1 manat), Dövlət Sosial Müdafiə Fonduna 280,5 manat, İşsizlikdən sığorta fonduna 11,22 manat, İcbari Tibbi Sığorta Fonduna 44,84 manat olmaqla, ümumilikdə 37107 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********131100, xx.xx.2025-ci il tarixli **********384800, xx.xx.2025-ci il tarixli **********055700, xx.xx.2025-ci il tarixli **********386200, xx.xx.2025-ci il tarixli **********056400, xx.xx.2025-ci il tarixli **********286400, xx.xx.2025-ci il tarixli **********385500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxsin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərdab rayon RMX PHŞ Polikilinka Şöbəsinin xx.xx.2025-ci il tarixli 594 saylı arayışına əsasən xx.xx.2008-ci il tarixədən “yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Ağdaş şəhəri, X8 küçəsi, ev 1/3 ünvanında qeydiyyatda olan X5 onu aldadaraq ünvan 2 xidmətə aparmış, adından səlahiyyətlər əldə etmək məqsədi ilə 08 və 12 fevral 2025-ci il tarixlərdə 7E-3175, 7E-3401 və 7E-3403 nömrəli üç ədəd etibarnamə rəsmiləşdirmişdir. X5 etibarnamələri rəsmiləşdirdikdən sonra onun adına "xxxx" MMC və "xxxx" MMC-ni təsis edərək onu həmin müəssisələrin vergi orqanında qanuni təmsilçi kimi qeydə aldırmış, fərdi sahibkar kimi rəsmiləşdirmiş, adına bank hesabları açmışdır. X5 etibarnamələri rəsmiləşdirdikdən və onu qanuni təmsilçi kimi qeydə aldıqdan sonra qanunsuz əldə etdiyi səlahiyyətlərdən istifadə edərək cinayət əməlləri törətmişdir. 9 saylı Ərazi Vergilər İdarəsindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli vergi orqanına dəvət edilməsi və məlumatlarının əldə edilməsi haqqında məktubunda göstərildiyinə görə baza məlumatlarının təhlili zamanı xx.xx.2022-xx.xx.2025-ci il tarixi aralığına birbaşa və ya dolayısı ilə adına açılmış bank hesabına 217465,65 manat vəsaitin daxil olması, həmçinin onun idxal əməliyyatı olmamasına baxmayaraq bank hesabına daxil omuş 217465,65 manat vəsaitin 217441,33 manatının Dövlət Gömrük Komitəsinə köçürüldüyü müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsi və 9 saylı Ərazi Vergilər İdarəsinin qəbul etdiyi qərarlardan və həmin qərarların icraya yönəldilməsi haqqında qərarlarından, ona təqdim edilən bildirişlərdən göründüyü kimi X3 onun adına qeydə aldırdığı hüquqi şəxslərin və fərdi sahibkar kimi özünün böyük məbləğdə vergi və icbari sığorta borcları yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən şikayətlə Baş Prokurorluğa müraciət edib. Hazırda həmin şikayət və ona əlavə edilən sənədlər Baş Prokurorluğun İstintaq idarəsində istintaq qrupu tərəfindən çoxsaylı oxşar cinayətlərlə bağlı CM-in 179.3.2, 193.2.2, 193.2.3, 213.2.2, 313 və 308.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli böyük həcmli cinayət işinə əlavə olunaraq araşdırılır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəyə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, maraqlı şəxs hüquq mühafizə orqanlarına müraciət etsə də, o hazırda “xxxx" MMC-nin və “xxxx" MMC-nin rəhbəridir. O özü etibarnamə verərək adına VÖEN açılmasına razılıq vermişdir. Hazırda da qeyd olunan şirkətlərin borcu ödənilməmişdir. Vergi qanunvericiliyinə əsasən hüquqi şəxsin rəhbəri barəsində müvafiq tədbir görülə bilər. Maraqlı şəxs bu işlə bağlı zərərçəmiş kimi tanınması barədə istintaq orqanının qərarı yoxdur. Bu səbəbdən ərizənin təmin edilməsini məhkəmədən xaiş etdi. Maraqlı şəxsin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1995-ci il tarixdə Zərdab rayonunda doğulmuş Maraqlı şəxs Ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sərəncamlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün onun “X4” ASC-də olan bank hesablarına sərəncamlar verilmişdir Maraqlı şəxs rəhbəri olduğu hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqələri ilə təsdiq edilir ki, hüquqi şəxslərin xx.xx.2026-cı il tarixinə dövlət büdcəsinə ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hər hansı daşınar, daşınmaz əmlakı və ya aktivləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2026-cı il tarixli məlumatda qeyd olunmuşdur ki, Maraqlı şəxs Baş Prokurorluğa ünvanladığı adına müəssisə təsis edilməsi və vergi borcunun yaranması barədə müraciəti ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işin əlavə edilmişdir.Hazırda cinayət işi üzrə ibtidai istintaqın obyektiv aparılmasının təmin edilməsi və sübut edilməli halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir. Zərdab Rayon Mərkəzi xəstəxanası tərəfindən verilən xx.xx.2025-ci il tarixli 594 nömrəli arayışda qeyd olunmuşdur ki, Maraqlı şəxs Zərdab Rayon Mərkəzi xəstəxanasının Polikilinka şöbəsində xx.xx.2008-ci il tarixdən “yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Xəstə 2008-ci il tarixdən 2016-cı il tarixə kimi əlillik almışdır. 2016-cı ildən əlillik dayandırılıb. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin qanunun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrnə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi vergi ödəyicisi olan “xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 568,5 manat, İşsizlikdən Sığorta Fonduna 22,75 manat, dövlət büdcəsinə 25332,32 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 90,9 manat, “xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 10755,97 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 280,5 manat, İşsizlikdən sığorta fonduna 11,22 manat, İcbari Tibbi Sığorta Fonduna 44,84 manat olmaqla, ümumilikdə 37107 manat məbləğində olmaqla borcu vardır. Məhkəmə qeyd edir ki, maraqlı şəxsin nümayəndəsi və vəkili etiraz ərizəsində Maraqlı şəxs müraciəti əsasında Baş Prokurorluğunda onun adına müəssisə təsis edilməsi və vergi borcunun yaranması barədə ibtidai istintaq aparıldığı bildirsə də, Maraqlı şəxs zərərçəkmiş şəxs qismində tanınması və qeyd olunan hüquqi şəxslərin faktiki rəhbəri olmaması, həmçinin borcun onun fəaliyyəti nəticəsində yaranmamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü, Zərdab rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) “xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 568,5 manat, İşsizlikdən Sığorta Fonduna 22,75 manat, dövlət büdcəsinə 25332,32 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 90,9 manat, “xxxx" MMC-nin dövlət büdcəsinə 10755,97 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 280,5 manat, İşsizlikdən sığorta fonduna 11,22 manat, İcbari Tibbi Sığorta Fonduna 44,84 manat olmaqla, ümumilikdə 37107 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(4-15)-91/2026
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-15)-91/2026
17.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver