Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-159/2026 15.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülkiyyətində olan nəqliyyat vasitəsinin geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə (Açar söz: nəqliyyat vasitəsinin geri qaytarılması və pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X2 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülkiyyətində olan nəqliyyat vasitəsinin geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarında olan ##.##.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən buraxılış ili 2011-ci il, dövlət qeydiyyat nişanı **BN*** olan HONDA INSIGHT (HIBRID) minik markalı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində olması aydın olur.
2. Iş materiallarında olan ##.##.2022-ci il tarixli beh müqaviləsindən İddiaçı həmin nəqliyyat vasitəsini 21400 (iyirmi bir min dörd yüz) manata cavabdeh2 satması, sonuncunun müqavilə imzalandığı andan 21400 (iyirmi bir min dörd yüz) manatın 400 (dörd yüz) manatını beh olaraq İddiaçı notariusun depozit hesabı vasitəsi ilə ödəməyi, 21.000 (iyirmi bir min) manatı isə aylıq 500 (beş yüz) manat olmaqla 42 (qırx iki) ay müddətinə ödəməyi öhdəsinə götürdüyü aydın olur. Həmin müqavilənin IV bəndində qeyd olunur ki, nəqliyyat vasitəsinin dəyəri tam ödənildiyi andan İddiaçı nəqliyyat vasitəsinin üzərində olan bütün hüquqları itirilmiş hesab ediləcək və nəqliyyat vasitəsi cavabdeh2 adına keçirilməsini satıcı öz öhdəliyinə götürür.
3. Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair ##.##.2023-cü il tarixli etibarnamədən İddiaçı cavabdeh1 həmin nəqliyyat vasitəsini idarə etməyi ##.##.2030-cu il tarixədək etibar etməsi aydın olur.
4. ##.##.2025-ci il tarixli notarial qaydada verilmiş ərizədən İddiaçı ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində cavabdeh2 verdiyi etibarnaməni ləğv etməsi, eyni zamanda ##.##.2025-ci il tarixli notarial qaydada verilmiş ərizədən İddiaçı ##.##.2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində cavabdeh1 verdiyi etibarnaməni ləğv etməsi aydın olur.
5. Iş materiallarına əlavə edilmiş qəbzlərdən ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2025-ci il tarixdə 500 manat olmaqla cəmi 7000 manat məbləğində pulun İddiaçı ödənilməsi aydın olur. II. Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 2011-ci il buraxılışlı, HONDA INSIGHT (HIBRID) minik markalı, **BN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh1, ##.##.2022-ci il tarixli müqavilə üzrə bu günə qalan 7.000 (yeddi min) manat borcun isə cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus 2011-ci il buraxılışlı, HONDA INSIGHT (HIBRID) minik markalı, **BN*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq barədə cavabdeh2 ilə notarial qaydada “Beh müqaviləsi” bağlamışlar. Müqavilənin şərtlərinə görə Kənan nəqliyyat vasitəsini 21400 (iyirmi bir min dörd yüz) manata Namiqə satmağı, sonuncu isə bunun 400 (dörd yüz) manatını beh olaraq notariusun depozit hesabı vasitəsi ilə, qalan 21.000 (iyirmi bir min) manatı isə aylıq 500 (beş yüz) manat olmaqla 42 (qırx iki) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Namiq 400 manat ilkin ödəniş etmiş, qalan pulu hər ay 500 manatdan 2025-ci ilin aprel ayınadək ödəmiş, aprel, may və iyun ayının ödənişlərini etməmişdir. Kənan ##.##.2023-cü ildə Namiqin xahişi ilə tır sürücüsü olan digər cavabdeh cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermiş, həmin etibarnamə əsasında Zakirin maşını Naxçıvana aparıb sürdüyünü sonradan öyrənmişdir. Bundan sonra sonuncudan maşını geri istəmiş, vermədikdə hər ikisinə verdiyi etibarnamələri ləğv etdirmişdir.
8. Babək Rayon Məhkəməsinin (işə baxan hakim Günay Ismayıl) ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 2011-ci il buraxılışlı, HONDA INSIGHT (HIBRID) minik markalı, **BN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh1 alınaraq İddiaçı geri qaytarılması, 10.000 (on min) manat pulun İddiaçı alınaraq cavabdeh1 qaytarılması, qətnamənin eyni vaxtda icra olunması, 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh2 arasında ##.##.2022-ci il tarixdə “beh müqaviləsi” adlandırılmasına baxmayaraq beh və nisyə alğı-satqı müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilə notarial qaydada bağlanmış, həmin müqaviləyə əsasən satıcı özünə məxsus nəqliyyat vasitəsini 21.400 manata cavabdeh2 satmağı, alıcı isə digər tərəfə verəcəyi ödənişlər hesabına 400 manatı beh kimi, qalıq 21.000 manatı isə 42 ay müddətinə hər ay 500 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər aralarında bağlanmış razılaşmanı “beh” müqaviləsi adlandırsalar da faktiki hüquq münasibətlərinin məzmunu müqavilənin qarışıq olmaqla həm “beh”, həm də “alğı-satqı” müqaviləsinin ünsürlərini əhatə etdiyini göstərir. İddiaçı ilə cavabdeh2 sonrakı davranışları, nəqliyyat vasitəsinin alıcıya faktiki təhvil verilməsi, alıcının uzun müddət həmin nəqliyyat vasitəsindən istifadə etməsi və aylıq ödənişlərin həyata keçirilməsi, nəqliyyat vasitəsinin dəyərinin hissə-hissə ödənilməsi barədə razılıq tərəflərin həqiqi iradəsinin də mülkiyyət hüququnun tam ödənişədək satıcıda saxlanılması şərti ilə hissəhissə ödəniş əsasında alğı-satqı münasibətləri yaratmaqdan ibarət olduğunu göstərir. Buna görə də tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə mülkiyyət hüququnun saxlanılması şərti ilə bağlanmış nisyə alğı-satqı münasibətləri kimi qiymətləndirilməlidir. Məhkəmə əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması məsələsini yoxlayaraq qeyd etmişdir ki, mülki dövriyyədə nəqliyyat vasitəsinin mülkiyyət hüququnun ötürülməsi iradə ifadəsi ilə yanaşı, həmin iradənin qanunauyğun şəkildə rəsmiləşdirilməsini də tələb edir. Müəyyən olunmuşdur ki, etibarlı razılaşma üzrə satıcının müqavilədə göstərilən malı alıcıya verməsi, alıcının isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyi olmuşdur. Işin məhkəmə tərəfindən müəyyən olunan halına görə cavabdeh2 müqavilə bağlandıqdan və nəqliyyat vasitəsinə sahiblik etməyə başladıqdan sonra razılaşdırılmış 500 manat aylıq hissəvi ödənişi 2023-cü ilin avqust ayınadək həyata keçirmiş, bundan sonra iddiaçı tərəfindən cavabdeh1 etibarnamə verilməklə nəqliyyat vasitəsinin faktiki olaraq sonuncuya verilməsinə razılıq verilmiş, nəqliyyat vasitəsi iddiaçının razılığı ilə cavabdeh2 tərəfindən cavabdeh1 verilmiş, müqavilə tərəfləri arasında razılaşdırılmış aylıq ödəniş 2023-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək cavabdeh1 tərəfindən 7000 (yeddi min) manat ödəniş iddiaçıya edilmiş, 2025-ci ilin aprel ayından etibarən cavabdeh1 ödənişlərin edilməsini dayandırmış, 2025-ci ilin ## #### tarixində iddiaçı hər iki cavabdehə verdiyi etibarnaməni ləğv etdirmiş və nəqliyyat vasitəsi hazırda cavabdeh1 sahibliyindədir. Məhkəmə iddia tələbinin cavabdeh2 müqavilə üzrə qalıq 7000 manat pulun qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki işdə isə satıcı nisyə alğı-satqı müqaviləsinin predmeti olan nəqliyyat vasitəsinin alıcı tərəfindən eyni ödəniş şərtləri ilə üçüncü şəxsə verilməsinə razılıq verməklə aralarında mövcud olan nisyə hissə-hissə ödəmə şərti ilə alğı-satqı müqaviləsini vaxtından əvvəl alıcının təqsiri olmadan ləğv etməklə qarşılıqlı öhdəliklərə xitam vermişdir. Iddiaçı nəqliyyat vasitəsinin Bakıdan Naxçıvana gətirilməsinə köməklik göstərilməsi məqsədilə Namiqin xahişi ilə Zakirə etibarnamə verdiyinə istinad etsə də, sözügedən hal öz təsdiqini tapmamışdır. Belə ki, əgər iddiaçının dəlili əsaslı olsaydı o halda iddiaçı etibarnaməni 6 il 7 ay 21 gün müddətə deyil, qısa müddətə verməli və keçici məqsədlə verdiyi etibarnaməni həmin vəziyyət aradan qalxdıqdan sonra ləğv etdirməli idi. Buna baxmayaraq iddiaçı ödənişlərin dayandırıldığı vaxta qədər hərəkətsiz qalmaqlacavabdeh1 tərəfindən edilən ödənişləri qəbul etmişdir. Belə olan halda isə İddiaçı ilə cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi vaxtından əvvəl tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilmişdir. Beləliklə alıcının müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməməsi əsası ilə qalıq məbləğin ödənilməsinə dair iddiaçının tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdeh1 nəqliyyat vasitəsinin mülkiyyətçinin sahibliyinə geri qaytarılmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdeh1 uzun müddətli nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə verməklə cavabdeh2lə sonlandırdığı müqavilə münasibətlərini onunla davam etdirmək niyyətində olmuş, müqavilə qiymətinin eyni şərtlərlə ödənilməsi davam etdirilmiş, nəqliyyat vasitəsi cavabdeh1 təhvil verilmiş, bununla belə heç bir rəsmiləşdirmə aparılmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı ilə cavabdeh1 arasında olan şifahi razılaşma əhəmiyyətsiz olmaqla etibarsızdır və əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır və restitusiya tərəflərin əqd bağlanmamışdan əvvəlki vəziyyətinin bərpa edilməsinə yönəlmiş hüquqi nəticədir. Cavabdeh cavabdeh2 izahatında nəqliyyat vasitəsinin alınması zamanı iddiaçıya 1.000 manat ilkin ödəniş etdiyini, lakin bunun iddiaçının xahişi ilə müqavilədə 400 manat göstərildiyini, bundan sonra isə iddiaçıya 6 ay müddətində hər ay 500 manatdan cəmi 3.000 manat ödəniş etdiyini, cavabdeh cavabdeh1 isə nəqliyyat vasitəsini faktiki qəbul edərkən cavabdeh2 3.000 manat verdiyini, bundan sonra aylıq ödənişlər şəklində birbaşa iddiaçıya ödəniş etdiyini göstərmişdir. Iş materiallarında olan qəbzlərlə ##.##.2023-##.##.2025-ci il tarix aralığında ümumilikdə 7.000 manat məbləğində pulun İddiaçı ödənilməsi təsdiq olunur. Sözügedən qəbzlərin cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunması isə izahatlarla və həmin tarixdən sonuncuya etibarnamənin verilməsi ilə birlikdə dəyərləndirildikdə ödənişlərin həmin vaxtdan cavabdeh1 tərəfindən edildiyini göstərir. Belə ki, cavabdeh2 iddiaçının razılığı ilə nəqliyyat vasitəsini cavabdeh1 ötürərkən həmin vaxta qədər iddiaçıya etdiyi 3000 manat pulu sonuncudan tələb etməsi və iddiaçıya həmin vaxta qədər etdiyi ödənişlə əvəzləşdirməsi ağlabatandır və sözügedən hal cavabdehlərin üst-üstə düşən izahatları və işin müəyyən olunmuş halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, müqavilə üzrə 7.000 manat qalıq borc tələb etməklə müqavilə qiymətinin əhəmiyyətli hissəsinin faktiki olaraq ödənildiyini iddiaçı özü də təsdiq etmişdir. Beləliklə cavabdeh1 tərəfindən ümumilikdə 10000 manat məbləğində vəsaitin nəqliyyat vasitəsi qarşılığında iddiaçıya ödənilməsi müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, restitusiyanın tətbiqi nəticəsində 2011-ci il buraxılışlı, HONDA INSIGHT (HIBRID) markalı, **BN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh1 alınaraq İddiaçı, cavabdeh1 nəqliyyat vasitəsinin əldə olunması ilə əlaqədar ödədiyi 10.000 (on min) manat məbləğində pul vəsaiti isə İddiaçı alınaraq cavabdeh1 qaytarılmalı, qətnamə eyni vaxtda icra olunmalıdır. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, ##.##.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən buraxılış ili 2011-ci il, dövlət qeydiyyat nişanı **BN*** olan “HONDA INSIGHT” (HIBRID) minik markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir və ##.##.2022-ci il tarixli beh müqaviləsinə görə İddiaçı həmin nəqliyyat vasitəsini 21400 (iyirmi bir min dörd yüz) manata cavabdeh2 satmağı,sonuncu müqavilə imzalandığı andan 21400 (iyirmi bir min dörd yüz) manatın 400 (dörd yüz) manatını beh olaraq İddiaçı notariusun depozit hesabı vasitəsi ilə ödəməyi, 21.000 (iyirmi bir min) manatı isə aylıq 500 (beş yüz) manat olmaqla 42 (qırx iki) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Aralarında bağlanmış Beh Müqaviləsinin 6-cı bəndinə görə: Razılaşdırılmış vaxt ərzində cavabdeh2 nəqliyyat vasitəsinin dəyərini 5 gündən gec ödəyərsə, maşın iddiaçının sərəncamımda qalır və müqavilə qüvvəsini itirmiş hesab edilir. Həmçinin cavabdeh2 tərəfindən ödənilmiş məbləğ onda qalır. Işə baxan məhkəmə iddia tələbindən kənara çıxaraq iş üzrə qarşılıqlı iddia olmadığı halda, ondan 10.000 manat pulun cavabdeh cavabdeh1 alınıb verilməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə bərabərlik və çəkişmə prinsipini pozaraq cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Cavabdeh ona qarşı iddia qaldırmamışdır ki, onun xeyrinə hər-hansı məbləğdə pulun alınıb-verilməsinə dair qətnamə qəbul edilsin. Hazırki qətnamədən belə çıxır ki, cavabdeh cavabdeh1 4 il müddətində onun maşınını idarə edir, maşının dəyərini təşkil edən pul vəsaitinin yarısını verir, sonra da, maşını (hansı vəziyyətdə qaytarılması qətnamədə göstərilmədən) ona qaytarır və üstəlik ondan Zakirin xeyrinə 10.000 manat pul tutulub verilməlidir. Absurd bir qətnamədir. 4 ay müddətində baxılmalı olduğu halda, 1 il ərzində iddia tələbinə baxılır və yekunda da yanlış nəticəyə gələrək ondan cavabdehin xeyrinə pul vəsaiti tutulur. 4 ildir maşınını çapıb-talayıb, indi nasaz vəziyyətdə maşınını ona qaytarması heç bir qanuna sığmır. Qətnamədə maşının ona saz vəziyyətdə qaytarılması da qeyd edilməmişdir. O, qanunlara görə bilirdi ki, iş 4 ay müddətində baxılmalıdır. 2025-ci ilin aprel ayından bu günədək, yəni 15 ay ərzində ona 1 manat pul ödənilməmişdir. 15 ay ərzində ona hər ay 500 manatdan 7.500 manat ödəməli idi. Heç olmasa, həmin məbləği ona qaytarmaqla, maşının onlarda qalmasına dair qətnamə qəbul etsə idi, haradasa razılaşmaq olardı. Indi belə çıxır ki, maşın 4 il ərzində idarə edildikdən sonra, nasaz vəziyyətdə dəyəri xeyli aşağı düşmüş maşını ona qaytarırlar, bu illər ərzində maşını idarə etdikdən sonra, ondan əlavə 10.000 manat pul qazanırlar. Maşınının hazırki vəziyyətdə dəyəri müəyyən edilmədən, ondan 10.000 manat pulun tutulması qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş, cavabdehlər iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmiş, iddiaçı isə kollegiyanın ünvanına ərizə ilə müraciət edərək, maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında işitrak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
17. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
18. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
19. Maddə 394. Əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
20. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
21. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
22. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
23. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
24. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
25. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
26. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. b) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarı
28. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; c) "Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərardadı
29. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi isə həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. V. Apellyasiya baxışının hədləri
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
46. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.
47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materialları ilə təsdiq olunan hallara görə, ## ###### 2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2011-ci il, dövlət qeydiyyat nişanı **-BN-*** olan “HONDA INSIGHT (HIBRID)” markalı minik avtomobili iddiaçı İddiaçı Şakir oğlunun mülkiyyətində olmuşdur. Tərəflər arasında ## ###### 2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində “Beh müqaviləsi” adlandırılmış müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən iddiaçı avtomobili 21.400 manat müqabilində cavabdeh2 oğluna satmağı, sonuncu isə 400 manatı beh olmaqla, qalan 21.000 manatı 42 ay müddətində hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
48. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, ## ###### 2023-cü il tarixdə İddiaçı tərəfindən cavabdeh1 həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən və ## #### 2030-cu ilədək qüvvədə olan etibarnamə verilmiş, ## #### 2025-ci il tarixdə isə həm cavabdeh2, həm də cavabdeh1 verilmiş etibarnamələr İddiaçı tərəfindən ləğv edilmişdir. Iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən isə ## ###### 2023-cü il tarixdən ## #### 2025-ci il tarixədək müxtəlif tarixlərdə, ümumilikdə 7.000 manat məbləğində vəsaitin İddiaçı ödənilməsi təsdiq olunur.
49. Iş materiallarında olan qəbzlərlə həmin razılaşma üzrə müxtəlif tarixlərdə 7.000 manat məbləğin, həmçinin tərəflərin izahatları ilə ümumilikdə 14.000 manat vəsaitin iddiaçıya ödənilməsi təsdiq olunur.
50. Həmçinin tərəflərin izahatlarından da müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirildiyi və hazırda müqavilə qiymətindən 7.000 manat məbləğində hissənin ödənilmədiyi müəyyən olunur. Başqa sözlə, mülki işin araşdırılmış halları və apellyasiya şikayətinin məzmunu o qənaətə gəlməyə əsas verir ki, müqavilə üzrə ödənilmiş və ödənilməmiş məbləğə dair tərəflər arasında mahiyyət etibarilə mübahisə yoxdur.
51. Bununla yanaşı, iş üzrə mübahisəli hal ilk növbədə İddiaçı ilə cavabdeh2 arasında ## ###### 2022-ci il tarixdə bağlanmış müqavilənin hüquqi mahiyyətinin, həmin müqavilə üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin sonrakı münasibətlər nəticəsində davam edib-etməməsinin və cavabdeh2 müqavilə üzrə qalan ödənişlərə görə məsuliyyət daşıyıb-daşımamasının müəyyən edilməsindən ibarətdir.
52. Həmçinin mübahisənin predmeti olan nəqliyyat vasitəsinin cavabdeh1 sahibliyindən İddiaçı qaytarılmasının hüquqi əsaslarının, belə qaytarılma halında cavabdeh1 ödədiyi pul vəsaitlərinin ona qaytarılıb-qaytarılmamasının, habelə qarşılıqlı iddianın olmadığı halda hazırki nəticəyə gəlmək üçün hüquqi əsasların mümkünlüyü ilə bağlıdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələləri qiymətləndirərkən tərəflər arasında mövcud olan ilkin müqavilə münasibətlərinin hüquqi mahiyyətini düzgün müəyyən etməmiş, müqavilənin sonradan üçüncü şəxsin iştirakı ilə faktiki icra edilməsini həmin müqavilə üzrə tərəfin dəyişdirilməsi və ilkin müqaviləyə xitam verilməsi kimi qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
54. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdə əsaslanaraq verilmiş iddianın düzgün hüquqi həlli üçün ilk növbədə həmin əqdin etibarlı olub-olmaması, daha sonra isə həmin əqd əsasında tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarında da müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmənin ilk vəzifəsinin həmin əqdin etibarlı olubolmadığını müəyyən etməkdən ibarət olduğu vurğulanmışdır.
55. Hazırkı işdə iddia tələbinin əsasını ## ###### 2022-ci il tarixli, notarial qaydada bağlanmış “Beh müqaviləsi” təşkil edir. Həmin müqavilənin tərəfləri İddiaçı Şakir oğlu və cavabdeh2 oğludur. Müqavilənin predmetini konkret olaraq müəyyən edilmiş nəqliyyat vasitəsinin 21.400 manat müqabilində özgəninkiləşdirilməsi və həmin məbləğin müəyyən hissəsinin beh, qalan hissəsinin isə hissə-hissə ödənilməsi təşkil etmişdir. Hazırkı müqavilənin şərtlərindən aydın olur ki, tərəflər arasında konkret nəqliyyat vasitəsinin müəyyən edilmiş qiymət müqabilində satılması və alıcının həmin qiyməti müəyyən müddət ərzində hissə-hissə ödəməsi barədə razılaşma (öhdəliklər) mövcud olmuşdur.
56. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin müqaviləni mahiyyət etibarilə qarışıq olmaqla həm “beh”, həm də “alğı-satqı” müqaviləsi kimi qiymətləndirməsi müəyyən mənada əsaslı olsa da, həmin müqavilə münasibətlərinin sonradan avtomobilin cavabdeh1 Həsən oğluna verilməsi ilə tərəflərin dəyişməsi və ilkin müqaviləyə xitam verilməsi və beləliklə həmin müqavilənin tərəfləri arasında müəyyən olunmuş öhdəliklərə də xitam verilməsi barədə gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmır.
57. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Eyni zamanda, Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər və bunun nəticəsində həmin şəxs əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə görə isə borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
58. Bu normalardan irəli gələn hüquqi nəticə ondan ibarətdir ki, mövcud öhdəlik münasibətində tərəfin üçüncü şəxslə əvəz olunması və ya tələbin üçüncü şəxsə ötürülməsi sadəcə faktiki hərəkətlə, şifahi razılaşma ilə və ya əşyanın üçüncü şəxsin istifadəsinə verilməsi ilə baş vermir. Bunun üçün qanunvericiliyin tələb etdiyi hüquqi əsas-yəni yazılı müqavilə mövcud olmalıdır. Əgər ilk (əsas) müqavilə notarial qaydada təsdiqlənibsə öhdəliklərin keçirilməsi müqaviləsi də müvafiq olaraq notarial qaydada təsdiqlənməli və ya dövlət qeydiyyatından keçirilməlidir.
59. Mülki işin müəyyən olunmuş hallarından isə İddiaçı oğlu ilə Qurbanov Zakir Həsən oğlu arasında avtomobilin nisiyə alğı-satqısına, ilkin müqavilə üzrə borclunun öhdəliklərinin üçüncü şəxsə ötürülməsinə və beləliklə öhdəliyin üçüncü şəxsə keçməsinə dair yazılı müqavilə mövcud olmamışdır. Tərəflər arasında belə münasibətin notarial qaydada rəsmiləşdirilməsini təsdiq edən hər hansı sənəd də iş materiallarına əlavə edilməmişdir.
60. cavabdeh1 ## ###### 2023-cü il tarixdə verilmiş etibarnamə də özlüyündə alğısatqı müqaviləsi və ya borcun üçüncü şəxsə ötürülməsi barədə müqavilə hesab edilə bilməz. Etibarnamə bir şəxsin digər şəxsə müəyyən hərəkətləri onun adından həyata keçirmək üçün verdiyi səlahiyyəti təsdiq edən sənəd olmaqla, öz-özlüyündə nəqliyyat vasitəsinə mülkiyyət hüququnun özgəninkiləşdirilməsinə və ya müqavilə üzrə borclunun dəyişdirilməsinə yönəlmiş əqd deyildir. Bu baxımdan, avtomobilin Qurbanov Zakir Həsən oğlunun faktiki istifadəsinə və sahibliyinə keçməsi ilə ## ###### 2022-ci il tarixli müqavilənin tərəfi olan Hacıyev Namiq Hidayət oğlunun həmin müqavilədən irəli gələn öhdəliklərinin avtomatik olaraq cavabdeh1 Həsən oğluna keçməsi barədə nəticəyə gəlmək üçün hüquqi əsas yoxdur. Aylıq ödənişlərin cavabdeh1 tərəfindən icra olunması da satıcı ilə üçüncü şəxs arasında hüquqi münasibətlərin etibarlı hüquqi münahibətlər olması anlamına gəlmir. Bu vəziyyət daha çox müqavilə öhdəliyi olan tərəfin-hazırki halda isə cavabdeh2 adından ödənişlə bağlı hərəkətlərin həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
61. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” ## #### 2025-ci il tarixli qərardadında da qanunvericilikdə müəyyən əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin həmin əqdlərin etibarlılıq şərti kimi müəyyən edildiyi, o cümlədən dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin, o cümlədən avtomobilin alqı-satqısının müvafiq məcburi formada bağlanmasının zəruriliyi vurğulanmışdır.
62. Kollegiya bir daha qeyd edir ki, hazırkı işdə iddiaçı ilə Hacıyev Namiq Hidayət oğlu arasında belə bir müqavilə mövcuddur və həmin müqavilə notarial qaydada rəsmiləşdirilmişdir. Müqavilənin etibarsızlığına səbəb ola biləcək hallar müəyyən edilməmişdir. Tərəflər müqaviləni faktiki olaraq icra etmiş, avtomobil alıcıya verilmiş, alıcı tərəfindən müqavilə qiymətinin əhəmiyyətli hissəsi ödənilmişdir. Buna görə də ## ###### 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yoxdur.
63. Bununla belə, ## ###### 2022-ci il tarixli müqaviləyə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 21.400 manat müəyyən edilmiş, bunun 400 manatı beh olaraq, 21.000 manatı isə 42 ay müddətində hər ay 500 manat olmaqla ödənilməli olmuşdur. Iş materialları ilə müqavilə üzrə müəyyən məbləğlərin ödənilməsi təsdiq edilmiş və tərəflərin öz izahatlarında da müqavilə üzrə ödənişlərin həyata keçirildiyi etiraf olunmuşdur. Iddiaçı tərəfindən tələb olunan 7.000 manat məbləğinin isə müqavilə üzrə ödənilməmiş qalıq borc olduğu işin halları ilə müəyyən edilir.
64. Bu baxımdan, Hacıyev Namiq Hidayət oğlunun müqavilə üzrə öhdəlikdən azad edilməsi üçün hüquqi əsas mövcud deyildir. Avtomobilin sonradan cavabdeh1 oğlunun faktiki istifadəsinə keçməsi özü-özlüyündə cavabdeh2 oğlunun ilkin müqavilə üzrə borclu statusuna xitam verməmişdir. Belə xitam yalnız qanunla nəzərdə tutulmuş qaydada və kreditorun müvafiq razılığı ilə həyata keçirilə bilər.
65. Odur ki, kollegiya hesab edir ki, müqavilə üzrə 7.000 manat məbləğində ödənilməmiş borcun cavabdeh2 Hidayət oğlundan tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
66. Çünki yuxarıda da qeyd olunduğu kimi iş materiallarına əsasən İddiaçı oğlu ilə Hacıyev Namiq Hidayət oğlu arasında bağlanmış müqavilə notarial qaydada icra edilmiş, belə olan halda isə Mülki qanunvericilik tələb edirdi ki, öhdəliklərin üçüncü şəxsə ötürülməsi baş vermişdirsə, bu da tərəflər arasında yazılı qaydada icra olunsun. Bu tələbə əməl olunmaması isə İddiaçı oğlu ilə Qurbanov Zakir Həsən oğlu arasında avtomobilin alğı-satqısına və ilkin müqavilə üzrə borclunun öhdəliklərinin üçüncü şəxsə ötürülməsinə dair münasibətləri etibarsız edir.
67. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh2 Hidayət oğlu müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi tam icra etdikdən sonra, əgər onun tərəfindən ödənilmiş məbləğlər faktiki olaraq Qurbanov Zakir Həsən oğlunun verdiyi vəsait hesabına qarşılanmışdırsa, aralarındakı daxili münasibətlərdən irəli gələn hüquqi tələbləri, o cümlədən müvafiq hallarda reqress qaydasında tələb irəli sürmək hüququnu həyata keçirə bilər.
68. Həmçinin kollegiya iddiaçının diqqətinə çatdırır ki, həmin müqavilənin IV bəndində qeyd olunur ki, nəqliyyat vasitəsinin dəyəri tam ödənildiyi andan İddiaçı nəqliyyat vasitəsinin üzərində olan bütün hüquqları itirilmiş hesab ediləcək və nəqliyyat vasitəsi cavabdeh2 adına keçirilməsini satıcı öz öhdəliyinə götürür.
69. Məhkəmə kollegiyası avtomobilin cavabdeh1 oğlundan alınaraq iddiaçıya qaytarılması barədə tələbə münasibətdə isə hesab edir ki, həmin tələb təmin edilə bilməz.
70. Belə ki, tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli “Beh müqaviləsi”nin şərtlərinə əsasən nəqliyyat vasitəsinin dəyərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə ödənilməsi alıcının üzərinə qoyulmuş əsas öhdəlik olmuş, həmin öhdəliyin tam icra edilməsindən sonra nəqliyyat vasitəsinin alıcıda qalması nəzərdə tutulmuşdur. Başqa sözlə, müqavilə üzrə ödəniş öhdəliyinin lazımi qaydada icra edilməsi nəqliyyat vasitəsinin alıcıda qalmasının hüquqi əsasını təşkil etmişdir.
71. Belə ki, həmin müqavilənin IV bəndindən nəqliyyat vasitəsinin dəyəri tam ödənildiyi andan İddiaçı nəqliyyat vasitəsinin üzərində olan bütün hüquqlarının itirilmiş hesab ediləcəyi və nəqliyyat vasitəsinin cavabdeh2 adına keçirilməsini öz öhdəliyinə götürməsi aydın olur.
72. Hazırkı iş üzrə isə iddiaçının əsas tələbi müqavilə üzrə qalan 7.000 manat borcun cavabdeh2 tutulmasına yönəlmişdir. Məhkəmə kollegiyası həmin tələbi əsaslı hesab edərək təmin etdiyindən, müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə nəqliyyat vasitəsinin də iddiaçıya qaytarılması barədə əlavə tələb irəli sürülməsinə hüquqi əsas qalmır.
73. Belə ki, eyni müqavilə münasibətindən irəli gələn pul öhdəliyinin icrasının tələb edilməsi ilə yanaşı, həmin öhdəliyin icrasından asılı olan nəqliyyat vasitəsinin də geri qaytarılmasının tələb edilməsi hazırkı halda bir-birini istisna edən hüquqi nəticələr yaradır. Müqavilə üzrə qalan borcun tutulması yolu seçildiyi halda, müqavilənin predmetini təşkil edən nəqliyyat vasitəsinin də iddiaçıya qaytarılması tələb oluna bilməz.
74. Bu baxımdan, iddiaçının müqavilə üzrə qalan 7.000 manat borcun tutulmasına dair tələbi təmin edildiyi qənaətinə gəlindiyindən, nəqliyyat vasitəsinin cavabdeh1 alınaraq iddiaçıya qaytarılması barədə tələb əsassız hesab edilməli və həmin hissədə iddia rədd edilməlidir.
75. Həmçinin apellyasiya şikayətində iddiaçı, ilk növbədə birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq, qarşılıqlı iddia olmadığı halda ondan 10.000 manat pulun cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul etdiyini, bununla da məhkəmənin tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozduğunu bildirmişdir.
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşaraq qeyd edir ki, mülki iş üzrə məhkəmə, bir qayda olaraq, tərəflərin irəli sürdükləri tələb və etirazların hədləri daxilində mübahisəyə baxmalı, tərəflərin irəli sürmədikləri və predmetini təşkil etməyən müstəqil tələbi onların əvəzinə formalaşdıraraq təmin etməməlidir. Hazırkı iş üzrə cavabdeh1 tərəfindən iddiaçı İddiaçı qarşı avtomobilə görə ödədiyi iddia olunan 10.000 manatın qaytarılması barədə müstəqil qarşılıqlı iddia verilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi restitusiyanın tətbiqi nəticəsində həmin məbləğin iddiaçıdan tutulması barədə nəticəyə gəlmişdir.
77. Halbuki, belə nəticəyə gəlməklə məhkəmə mübahisənin predmetini tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmışdır.
78. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmamışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilmədən əsassız qətnamə qəbul edilmişdir.
79. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
81. Kollegiya belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından iddiaçı İddiaçı tərəfindən iddia qaldırılan zaman qiymətləndirilən iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmadığından qiymətləndirilməyən iddiaya görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
82. Həmçinin apellyasiya şikayəti də qismən təmin olunduğundan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumunun yarısı 50.50 (əlli manat, əlli qəpik) məbləğində dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir.
83. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh cavabdeh2 ##.##.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 7000 (yeddi min) manat pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia tələbi 2011-ci il buraxılışlı, HONDA INSIGHT (HIBRID) minik markalı, **BN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh1 alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilsin. Iddiaçı İddiaçı tərəfindən iddia qaldırılan zaman qiymətləndirilən iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh2 alınaraq iddiaçıya ödənilsin, iddia qalan hissədə təmin olunmadığından qiymətləndirilməyən iddiaya görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilsin. Iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumunun yarısı 50.50 (əlli manat, əlli qəpik) məbləğində dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh2 alınaraq iddiaçıya ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.