Məhkəmə qərarları › İş №e-2(3-1)-96/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2(3-1)-96/2026

14.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-96/2026 14.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh və onun vəkil-nümayəndəsi vəkil1 işə sədrlik edən hakim Məmmədov Mehrab Fərmayıl oğluna etdiyi etiraz (Açar sözlər: işə sədrlik edənə etiraz) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh və onun vəkil-nümayəndəsi vəkil1 Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğluna işə onun sədrliyi ilə baxılmasına dair etdikləri etiraza Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və etirazın əsasları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi, ev 18 ünvanında 0.2010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.45 kv.m olan fərdi yaşayış evinin əsas divarına bitişik (ara məsafəsi gözlənilmədən) ünvan 1 ünvanında tikilmiş eni 7.50 m, uzunluğu 8 metr olan tikilinin bitişik olan hissəsinin tamamilə cavabdehin vəsaiti hesabına sökülməsi; tam mülkiyyət hüququ ilə ona məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi, ev 18 ünvanında 0.2010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.45 kv.m olan fərdi yaşayış evinin əsas divarına bitişik (ara məsafəsi gözlənilmədən) ünvan 1 ünvanında tikilmiş eni 7.50 m, uzunluğu 8 metr olan tikilinin bitişik olan hissəsinin söküldükdən sonra cavabdehin vəsaiti hesabına boşaldılması; tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında 0.2010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.45 kv.m olan fərdi yaşayış evinin əsas divarına bitişik (ara məsafəsi gözlənilmədən) ünvan 1 ünvanında tikilmiş eni 7.50 m, uzunluğu 8 metr olan tikilinin bitişik olan hissəsi söküldükdən sonra iddiaçıya məxsus fərdi yaşayış evinin əsas divarının əvvəlki vəziyyətdə cavabdehin vəsaiti hesabına təmir-bərpa olunması (əvvəlki vəziyyətə gətirilməsi); cavabdeh X1 tərəfindən Culfa şəhəri, Elşad Nağıyev küçəsi, ev 18 ünvanında 0.2010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.45 kv.m fərdi yaşayış evinə vurulmuş maddi ziyan olan 5.000 manatın, dövlət rüsumu üçün ödənilmiş 170 manat pulun, ümumilikdə 5170 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Cavabdeh və onun vəkil-nümayəndəsi vəkil1 ## ### 2026-cı il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına sədrlik edən hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılmasına etiraz etdiklərini bildirmişlər.

3. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi tamamilə əsassızdır. Belə ki, onun mülkiyyətində olan qeyd edilən obyekt aidiyyəti dövlət orqanlarından qanunla müəyyən edilmiş razılıq alınmış və istismarına icazə verilmişdir. Iddiaçı tərəfin tələbi heç bir qanuni əsasa dayanmır. Belə ki, ona məxsus obyektin tikilməsinə, eləcə də tikintisinə icazəni aidiyyəti dövlət orqanları vermişdir. Hakim tərəfindən qeyd edilən iddia tələbinin icraata qəbul edilməsini əsassız hesab edir. Iddiaçının tələbinə tikintinin həyata keçirilməsinə icazə vermiş dövlət orqanları cavab verməlidir. Hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı olduğu halda icraata qəbul edilmiş və bununla da onda hakimin işə qeyri-obyektiv baxacağı barədə qənaət yaranmışdır. Hazırkı iddia tələbi üzrə işə baxılmasının başqa hakimə həvalə edilməsini xahiş edirlər.

4. Culfa Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı ilə etiraz ərizəsi mülki işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. II. Tətbiq edilən hüquq (istinad edilən plenum qərarları) a) Azərbaycan Respublikası Konstitusiyası

5. Maddə 125. 1-ci bənd. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

6. Maddə 127. 1-3-cü bəndlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

7. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

8. Maddə 19.1.7. Hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir.

9. Maddə 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.

10. Maddə 23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. c) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## ###### 2005-ci il tarixli, * saylı Qərarı

11. Bənd 1. “Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özüözünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.”

12. Bənd 3.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında işdə iştirak edən şəxslərin inzibati məhkəmə icraatının iştirakçılarının cinayət məhkəmə icraatında cinayət prosesi iştirakçılarının hakimə (məhkəmə tərkibinə) etiraz etmələri həmin şəxslərin subyektiv hüquqları olub, onların öz mülahizələrinə əsasən həyata keçirilir.

13. Bənd 5.1. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır.

14. Bənd 5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır.

III. Məhkəmə kollegiyasının mövqeyi

15. Məhkəmə kollegiyası etirazda göstərilən dəlilləri iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsassızdır və təmin edilməməlidir.

16. Kollegiya iş üzrə cavabdeh Cavabdeh və onun vəkil-nümayəndəsi vəkil1 məhkəmə iclasına sədrlik edən Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğluna etdikləri etirazı tamamilə mülahizə xarakterli hesab edərək əsassız sayır və qeyd edir ki, ərizədə göstərilən dəlillərin hər hansı hüquqi və faktiki əsası yoxdur.

17. Belə ki, Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinin tələbinə əsasən hakimin işə baxmasına yalnız onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, yaxud obyektivliyi və qərəzsizliyi barədə əsaslı şübhə yaradan kifayət qədər hallar mövcud olduqda yol verilmir. Qanunvericilik həmin əsasların konkret faktlar, obyektiv məlumatlar və sübutlarla təsdiq olunmasını zəruri şərt kimi müəyyən etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## ###### 2005-ci il tarixli * saylı Qərarının 5.1-ci və 5.5-ci bəndlərində də göstərilmişdir ki, hakimə etiraz əsaslandırılmalı, hakimin obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret hansı hallarda ifadə olunması göstərilməli və həmin halları təsdiq edən sübutlar təqdim edilməlidir.

19. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkil1 tərəfindən etiraz ərizəsində göstərilən dəlillərə münasibətdə qeyd edir ki, etirazın əsasını təşkil edən hallar mahiyyət etibarilə iddia tələbinin qanuniliyi və əsaslılığı ilə bağlı cavabdeh tərəfin mövqeyindən ibarətdir. Cavabdeh tərəf ona məxsus tikilinin aidiyyəti dövlət orqanlarının icazəsi əsasında inşa olunduğunu, istismara qəbul edildiyini və bu səbəbdən iddia tələbinin əsassız olduğunu bildirmişdir.

20. Lakin həmin hallar mübahisənin mahiyyəti üzrə araşdırılmalı və işə baxılması zamanı qiymətləndirilməli olan xüsusatlar olmaqla, özlüyündə hakimə etiraz üçün nəzərdə tutulmuş qanuni əsas kimi çıxış edə bilməz. Belə ki, iddia ərizəsinin icraata qəbul edilməsi işin mahiyyəti üzrə iddia tələbinin əsaslı hesab olunması anlamına gəlmir və yalnız mübahisənin məhkəmə baxışına qəbul edilməsini ifadə edən prosessual hərəkətdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin iddia ərizəsinin geri qaytarılmalı olduğu barədə mövqeyi hakimin prosessual fəaliyyətinə münasibətdə subyektiv hüquqi qiymətləndirmədən ibarətdir. Tərəfin məhkəmənin qəbul etdiyi prosessual qərarla razılaşmaması isə hakimin obyektivliyinə və qərəzsizliyinə dair əsaslı şübhənin mövcudluğunu təsdiq edən hal hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Etiraz ərizəsində hakimin tərəflərdən hər hansı biri ilə şəxsi münasibətdə olması, işin nəticəsində maraqlı olması, əvvəlcədən mövqeyini ifadə etməsi, tərəflərdən birinə üstünlük verməsi və ya obyektivliyinə şübhə yaradan digər konkret hallar barədə hər hansı mötəbər sübut və ya məlumat təqdim edilməmişdir. Cavabdeh tərəfin etirazda göstərdiyi hallar mahiyyət etibarilə hakimin həyata keçirdiyi prosessual hərəkətlərlə razılaşmamasından ibarətdir ki, bu da qanunvericiliyə görə hakimə etiraz üçün əsas hesab edilə bilməz.

23. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər müstəqildir, yalnız Konstitusiyaya və qanunlara tabedirlər və işlərə qərəzsiz baxırlar. Hakimin prosessual fəaliyyətinə dair tərəfin subyektiv narazılığı, həmin narazılığı təsdiq edən obyektiv hallar mövcud olmadığı təqdirdə, hakimin qərəzliliyinin göstəricisi kimi qəbul edilə bilməz.

24. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin fəaliyyəti və hakimlərin müstəqilliyi Azərbaycan Respublikasının ali qanunu olan Azərbaycan Respublikası Konstitusiyasında, həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda öz təsbitini tapmışdır. Belə ki, istinad olunan normalardan da aydın olur ki, hakimlər işlərə baxarkən müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

25. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh Cavabdeh və onun vəkil-nümayəndəsi vəkil1 Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğluna işə onun sədrliyi ilə baxılmasına dair verdikləri etiraz təmin edilməməli və mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Culfa Rayon Məhkəməsinə qaytarılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Etiraz təmin edilməsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Culfa Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar