Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-287/2026 15.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “miras üzərində qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Açar sözlər: (miras əmlakdan payın müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “miras üzərində qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları
1. Iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2025 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqların X4na aid olan hissə üzərində bütöv, X5 Agabali qızına aid olan hissənin isə ½ hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında bizə paylar müəyyən edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun və 300 manat vəkil xidmət haqqının, cəmi 400 manat pulun cavabdehdən alınıb ona, yəni, iddiaçı1 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Iddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçı iddiaçı1 atası, digər iddiaçı iddiaçı2 əridir. X5 isə iddiaçı iddiaçı1 nənəsi, digər iddiaçı iddiaçı2 isə qaynanasıdır. X4 ilə iddiaçı2 1991-ci ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. (nikah şəhadətnaməsi) X4 ## ###### 2022-ci il tarixdə vəfat etmişdir. X5 isə ## ###### 2009-cu il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün sonuncunun öldüyü gündən miras qalmış əmlakı əldə etmək üçün notariusa, məhkəməyə, reyestr idarəsinə və sair təşkilatlara aktiv müraciət etməklə nümayişkarcasına miras əmlaka sahib durmaq istəmiş, lakin Zabaninin digər oğlu hər yerdə maneələr yaratmışdır. Bu faktlar iddiaya əlavə edilmiş məhkəmə qərarları ilə sübuta yetirilir. Mərhumlardan miras qalmış əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariusa müraciət etmişlər. Lakin notarius ##.##.2025-ci il tarixli *** nömrəli imtina məktubu ilə X7 digər vərəsələri ilə aralarında mübahisə olduğu üçün payı müəyyən edə bilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Miras qalmış torpaq sahəsinin bir hissəsi Muhaməd Əhmədova, bir hissəsi isə Zabani Əhmədovaya, digər hissəsi isə Zabaninin qızı Cavabdeh məxsusdur. Zabaninin Muhaməd və Narıngüldən başqa digər vərəsələri var, lakin onlar mirası qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşlər, ona görə də onlara Zabanidən miras qalmış əmlakdan hər hansı pay verilə bilməz. Onlar öz təsərrüfatlarını ayıraraq başqa ünvana köçmüş və başqa ünvanda yaşayırlar. Narıngül və Muhaməd isə sözü gedən miras qalmış əmlakın yerləşdiyi təsərrüfatda qeydiyyatda olmaqla, həmin əmlak (torpaq) onların ümumi birgə əmlakıdır və Muhamədin bizdən başqa birinci növbəli vərəsəsi olmadıgına görə ondan miras qalmış əmlak üzərində bizim bütovlükdə pay huququmuz vardır. Muhaməd Əhmədov, anası Zabani Əhmədovadan sonra öldüyünə görə, o anasından miras qalmış əmlakı faktiki olaraq qəbul və idarə etmişdir. Belə ki, torpaq sahəsinə dair çıxarışdan görünür ki, Zabani və oğlu bir təsərrüfatda olmaqla həmin torpaq onların ümumbirgə mülkiyyəti olmuşdur. Belə olan halda mirası qəbul etmək üçün olan müddət tətbiq edilmir. O, mirası qəbul etdikdən sonra vəfat etmişdir. Muhaməd Əhmədov vəfat etdiyinə görə anası Zabani Əhmədovadan ona çatacaq miras payı ona verilməlidir. Mülki Məcəllə maddə 1252. Irsi transmissiya. Mülki Məcəllənin 1159.1-ci maddəsində deyilir ki:- 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları... Muhaməd Əhmədovun isə birinci növbəli vərəsələri iddiaçılardır. Buna görə Muhaməd Əhmədovdan miras qalmış əmlakın bütöv hissəsi üzərində, Zabani Əhmədovadan miras qalmış əmlakın isə ½ hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında onlara paylar müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində icraat
3. Cavabdeh Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı Muhəmməd 1977-ci ildən ünvan 1 ünvanda qeydiyyatında idi, 1984-ci ildən Qazaxıstanın Cezgazgan şəhərinin Nekrasov 69-33 ünvanında yaşayırdı, bugünədək aktiv olaraq qalmaqdadır, o, ##.##.1987-ci ildə ailə qurmuşdur, onun bir qızı Diana adlı qızı dünyaya gəlmişdir. Qardaşı Məhəmmədin nikahı qızının doğumu haqqında rəsmi qaydada aktiv olaraq qalmaqdadır. Bütün bu rəsmi sənədləri məhkəməyə təqdim etmişlər, qardaşının 1991-ci ildə Xalidə ilə bağlanmış nikah tamamı ilə qurulmuş və xəbərsiz düzəlişlərdir. Xalidənin qardaşının bacanağı qəsəbə icra nümayəndəliyində müavini işləyirdi. Çünki, onlar rəsmi qaydada yaşamayıblar, bunların hamısı əsassızdır, bu sənədlər qardaşının ölümündən sonra düzəldilmiş saxta əsassız sənədlərdir. Qardaşı Xalidə ilə yaşayarkən onun uşağı yox idi, ondan əvvəl o. Vəliyev Xasməmməd adlı qəsəbə sakinin ilə evli idi, onunla da uşağı yox idi. Diana 1996-cı ildə dünyaya gəldikdə o, Hacıyeva Arzu idi, həmin vaxtda qardaşı Qazaxıstanda yaşayırdı. 1996-cı ildəki Əliabad qəsəbəsində xəstəxanada olan ona aid anketi götürülmüşdür. (gizlədilib) Ona görə də təkrarən bildirmək istəyir ki, qardaşı Məhəmmədə atası şəhərdə S.Qazıyevada 74-dəki həyət evi vermişdir, atasının ölümündən sonra satıb aradan çıxmışdır. Xalidəylə yaşamadığı üçün o, boşansa da boşanmasa da boşanmış hesab edilir, miras payı düşmür, Xalidə qardaşının yanına yaşamağa getmişdir, qardaşı onu qəbul etməmişdir, ondan sonra onlar evi və aliment tələb etməyindən qorxulu idilər, çünki bu sirr açıla bilər. Məhəmməd onları qəbul etmirdi. Məhəmmədin dəfnində iştirak etməmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh Cavabdeh nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı Əhmədov Muhammad 1976- cı ildən Zaqatala şəhər Sevil Qazıyevada qeydiyyatda idi, orda yaşayırdı. 1984-cü il 10.11 tarixdən çıxıb Qazağıstanın Cezgazgan şəhərinə yaşayır və oranın vətəndaşı olmuşdur. 1987-ci ildən oranın vətəndaşı X21 ilə ailə həyatı qurmuş və həmin evlilikdən bir qız uşağı dünyaya gəlmişdir. Qardaşı Muhamməd 1992-ci ildə anası Əhmədova Zabani qəsəbələrindəki mirası ona və bacılarına vəsiyyət etmişdir, lakin bütün bunlara baxmayaraq, Xalidə və Diana saxta sənədləri toplayaraq məhkəməyə qardaşının vəfatından sonra torpaq miras tələb etməyə başlamışdırlar. Sənədlərdən də məlumdur ki, açıq aşkar yalan və saxtakarlıqa yol verilir. Xalidənin Muhammad sağ var ikən heçnə tələb edə bilmirdilər. Heç yas mərasiminin dəfnində olmuyublar, iddiaçı tərəfin guya Muhamməd anası Zabaninin vəfatından sonra gələrək mirası qəbul etmişdir, sonra anasına məxsus evi 1986-cı ildə tikilmişdir. Rəsmi sənəd olaraq sübutdur, həmin ev 1965- ci ildə tikilmişdir, 2013cü ildə zəlzələ zamanı yararsız hala düşmüşdür, həmçinin bütün əsassız iddialardır, 1987ci ildə qardaşının nikah haqqında bağlamış müqavilə ola-ola halhazırda qüvvədədir, necə ola bilər bir arvadla boşanmamış pasportda nikahlı ola ola ikinci nikah düzəldirlər, qanunda heç vaxt olmayıb iki nikah bir pasportda bu işdə cinayət xarakterli işdir, bunları düzüb qoşan Xalidənin qardaşının bacanağı həmin müddətdə qəsəbənin icra nümayəndəliyini katib Osmanov Fazilin cinayət işidir, o, bu xəbəri tutan kimi qorxusundan dünyasını dəyişmişdir. iddiaçı1 əvvəllər anadan olanda Aişa, sonra Arzu xəbəri tutandan sonra mərhum Məhəmmədin qanuni Diana qızı olduğunu bilən kimi ad dəyişdirilmişdir. 5.Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 Muhamed qızının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, iddia ərizəsinə uyğun çıxış etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və cavabdeh Cavabdeh məhkəməyə ünvanladıqları ərizələrin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. 7.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 izahatında bildirmişdir ki, iddiaçı Xalidə 3 ay onların gəlini olub. Qardaşı Muhammedlə 3 ay evli olub.Onun qardaşından uşağı olmayıb. Diana qardaşı uşağı deyil. Uşaq anasıgildə doğulub onlar uşaq görməyiblər. Xalidə onun qardaşı ilə yaşamayıb. Qardaşının yasında nə qız, nə Xalidə iştirak etməyib. O, 1966-cı ildən çıxıb evdən, amma qardaşı Əlibəy istifadə edib. Aralarında torpaqla bağlı əmlakla bağlı heç vaxt mübahisə olmayıb. Evin sənədi olmasa da qardaşı əlibəy həmişə evlə torpaqla maraqlanıb və orda olub. O da vərəsə kimi payını istəyir.
8. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdeh Zaqatala rayon * saylı Notariat ofisinin xüsusi notariusu X14 və iddiaçılar məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Məmmədova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ##.##.2022-ci il tarixdə ölmüş X2 aid hissə üzərində iddiaçılar iddiaçı2 və iddiaçı1 qanun üzrə vərəsəlik hüququ əsasında paylarının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ##.##.2009-cu il tarixdə ölmüş X7 aid hissə üzərində ##.##.2022-ci il tarixdə ölmüş X2 çatacaq 1/2 hissədə iddiaçılar iddiaçı2 və iddiaçı1 qanun üzrə vərəsəlik hüququ əsasında paylarının müəyyən edilməsi, 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkil xərci cavabdeh Cavabdeh alınaraq iddiaçı iddiaçı1 ödənilməsi qət edilmişdir. 10.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X7 ##.##.2009-cu il tarixdə ölmüşdür. X7 vəfat etdikdən sonra onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, Cavabdeh, X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adında vərəsələri qalmışdır. X7 vərəsələrindən olan X2 ## ###### 2022-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri iddiaçılar iddiaçı2 və iddiaçı1dır. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, X2 və X8 mülkiyyətindədir. Iddiaçılar həmin torpaq sahəsinin X2 məxsus hissəsi üzərində qanun üzrə vərəsəliyin və X7 aid olan hissənin isə ½ hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsini tələb edirlər.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə iddia tələbinin Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X7 aid olan hissəsi üzərində 1/2 hissədə qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, X7 4 vərəsəsi olsa da onlardan yalnız X2 və X8 mirası faktiki qəbul etmələri müəyyən olunur. X7 vərəsələri olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamasına dair sübutlar yoxdur və eyni zamanda həmin vərəsələrin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdirlər.
12. əsələrin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar X2 vərəsələri kimi X7 miras qalmış əmlakda ½ payın müəyyən edilməsini tələb etməkdə haqlıdırlar.
13. Məhkəmə iddia tələbinin Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X2 aid hissədə qanun üzrə vərəsəlik hüququ əsasında paylarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 X2 birinci növbədən olan vərəsələridir və miras qoyan X2 vəsiyyətnamə qoymamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 miras qalmış əmlak qanun üzrə vərəsəlik qaydalarına uyğun vərəsələr arasında bölünməli və iddiaçılar iddiaçı2 və iddiaçı1 həmin əmlakdan ½ hissədə pay almalıdırlar.
14. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ##.##.2022-ci il tarixdə ölmüş X2 aid hissə üzərində iddiaçılar iddiaçı2 və iddiaçı1 qanun üzrə vərəsəlik hüququ əsasında payları müəyyən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ##.##.2009-cu il tarixdə ölmüş X7 aid hissə üzərində ##.##.2022-ci il tarixdə ölmüş X2 çatacaq 1/2 hissədə iddiaçılar iddiaçı2 və iddiaçı1 qanun üzrə vərəsəlik hüququ əsasında payları müəyyən edilməlidir.
15. Iddia təmin edildiyindən iddiaçı iddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı rüsum cavabdeh Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehlərdən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab eetmişdir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və 100 (bir yüz) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1, 1159.1.1, 1159.1.3, 1160, 1166, 1167, 1168, 1177, 1243.1, 1243.2,1243.3, 1246, 1252, 1262, 1268.1, 1272, 1273-1, 1301, 1321.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ###### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən apellyasiya şikayəti verilmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında çıxışı zamanı mərhum anası X9 məxsus miras əmlakla bağlı vəsiyyətnamənin mövcud olduğunu bildirsə də məhkəmə bu halı nəzərə almamış və həmin məsələ üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik yalnız o halda tətbiq edilir ki, miras qoyan vəsiyyətnamə qoymamış olsun və ya vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılsın. Birinci instansiya məhkəməsində işə baxılan dövrdə mərhum anası X9 vəsiyyətnaməsinin mövcud olması barədə məhkəməyə məlumat versə də bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.
20. Bundan əlavə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsində iki ədəd fərdi yaşayış evi mövcuddur. Həmin evlərdən biri 2013-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, digər fərdi yaşayış evi isə onun tərəfindən 2000-ci ildə inşa edilmişdir. 2000-ci ildə inşa etdiyi fərdi yaşayış evində hazırda o və ailəsi yaşamaqda davam edir. Belə olan halda miras əmlakının 2000- ci ildən etibarən onun tərəfindən istifadə və idarə olunmasına baxmayaraq necə hesab edilə bilər ki, o, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 həmin əmlakı faktiki olaraq qəbul etməmişdir? Halbuki məhkəmə tərəfindən torpaq sahəsinə baxış keçirildiyi təqdirdə qeyd etdiyi halların öz təsdiqini tapması mümkündür.
21. Həmçinin qeyd etməlidir ki, iddiaçılar ümumiyyətlə miras əmlakı qəbul etməmişlər. Onlar həm qardaşının dəfn mərasimində belə iştirak etməmiş, qardaşının vəfatından sonra bir gün belə həmin əmlakı idarə etməmişlər. Bundan başqa, mülki iş üzrə cavabdeh Əhmədova Naringülün miras əmlakındakı payı məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə iclasında verilmiş izahatlarda Naringül və Xanım bildirmişlər ki, FHN tərəfindən tikilmiş fərdi yaşayış evində Narıngül yaşamış, mübahisəli əmlaklar digər cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 faktiki olaraq tərəfindən idarə olunmuşdur. Mülki iş üzrə iddiaçılar miras əmlakı nə notariat orqanına müraciət etməklə, nədəki, faktiki qəbul etmədiyindən miras əmlak üzərində yalnız Cavabdeh və o, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payı müəyyən edilməlidir.
22. Bundan başqa qeyd etmək istəyir ki, qətnamədə miras payı da düzgün hesablanmamışdır. Belə ki, məhkəmə qətnaməsində X7 payından (1/2 hissə) yalnız X3 və Cavabdeh faktiki qəbul etmiş vərəsə kimi tanındığı göstərilmişdir. Lakin mövcud vəsiyyətnamə əsasında apellasiya şikayətçisi olan onun da bu torpaq sahəsindən müvafiq pay almaq hüququ vardır. Mülki Məcəllənin 1252-ci maddəsi (irsi transmissiya) əsasında X3 mirasın açılmasından sonra, lakin onu qəbul etməzdən əvvəl vəfat etdiyi üçün onun payının müəyyən edilməsi zamanı bu maddənin tətbiqi ilə onun hüquqları nəzərə alınmalıdır. Məhkəmə bu məsələni araşdırmamış, yalnız iddiaçıların xeyrinə qərar çıxarmışdır.
23. Birinci instansiya məhkəməsi işə baxarkən işin düzgün və ədalətli həlli üçün zəruri olan bütün halları tam və hərtərəfli araşdırmamışdır. Halbuki mülki məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan və qanunlardan irəli gələn hüquq və qanuni mənafelərinin məhkəmə qaydasında müdafiəsini təmin etməkdir. Eyni zamanda məhkəmə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq olunması üçün lazımi şərait yaratmalıdır. Lakin mövcud iş üzrə bu prinsipə riayət olunmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən vəsiyyətnamənin mövcudluğu məsələsi araşdırılmamışdır.
24. Odur ki, Zaqatala Rayon Məhəkəməsin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi, mərhumlardan miras qalmış əmlaklar üzərində miras payının qanunvericiliyə uyğun müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi Zaqatala Rayon Məhəkəməsin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi, mərhumlardan miras qalmış əmlaklar üzərində miras payının qanunvericiliyə uyğun müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Iddiaçılar iddiaçı1, iddiaçı2, cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Muhamadovna, X19, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Muhamed qızı və Zaqatala Rayon * saylı notariat ofisinə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və II.azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1177. Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyatorlar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X7 ##.##.2009-cu il tarixdə ölmüşdür. X7 vəfat etdikdən sonra onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, Cavabdeh, X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adında vərəsələri qalmışdır. X7 vərəsələrindən olan X2 ## ###### 2022-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri iddiaçılar iddiaçı2 və iddiaçı1dır. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, X2 və X8 mülkiyyətindədir. Iddiaçılar həmin torpaq sahəsinin X2 məxsus hissəsi üzərində qanun üzrə vərəsəliyin və X7 aid olan hissənin isə ½ hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsini tələb etmişlər.
37. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, X7 4 vərəsəsi olsa da onlardan yalnız X2 və X8 mirası faktiki qəbul etmələri müəyyən olunur. X7 vərəsələri olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı darə etməyə faktik başlamasına dair sübutlar yoxdur və eyni zamanda həmin vərəsələrin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər.
38. Birinci instansiya məhkəməsi iddia tələbinin Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X2 aid hissədə qanun üzrə vərəsəlik hüququ əsasında paylarının müəyyən edilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 X2 birinci növbədən olan vərəsələridir və miras qoyan X2 vəsiyyətnamə qoymamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 miras qalmış əmlak qanun üzrə vərəsəlik qaydalarına uyğun vərəsələr arasında bölünməli və iddiaçılar iddiaçı2 və iddiaçı1 həmin əmlakdan ½ hissədə pay almalıdırlar.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılşır və qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
40. Işdən müəyyən olunur ki, tərəflərin niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.
41. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
42. Miras açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
43. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə kollegiyasının iclasında izahatında özü etiraf etmişdir.) X7 ##.##.2009-cu il tarixdə vəfat etdikdən sonra mərhumdan miras qalmış əmlakı qanun üzrə vərəsə hazırkı iş üzrə cavabdeh Cavabdeh idarə etmiş, miras qoyanın digər birinci növbə vərəsələri, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamışdır.
45. Iddiaçı iddiaçı1 atası iddiaçı2 əri X2 isə X7 miras qalmış 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin payçısı olduğundan miras onun tərəfindən avtomatik olaraq qəbul olunmuş sayılır.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
47. Göründüyü kimi X7 miras qalmış əmlak onun birinci növbə vərəsələri Cavabdeh və X2 tərəfindən qəbul edilmiş, digər vərəsələr isə mirasın nə faktiki, nədə ki, qanuni əsaslarla qəbul edilməsi barədə sübut təqdim edə bilməmişlər.
48. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2025-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, X2 və X8 mülkiyyətindədir.
49. Eyni zamanda Zaqatala RIHB-nin Əliabad qəsəbə Inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ##.##.2023-cüil tarixdə verilmiş arayışdan görünür ki, X10 adına olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahələrinin vergi borcunu Cavabdeh ödəyib.
50. Belə olan təqdirdə kollegiya hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 anası X10 miras qalmış əmlakla bağlı mirasın qəbulu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən mirasdan pay almaq hüququnu itirmişdir.
51. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, X2 birinci növbə vərəsələri mövcud olduğundan digər növbə vərəsə kimi cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 sonuncudan qalmış miras əmlakdan pay almaq hüququ istisna olunur.
52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin göstərişinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhum X9 məxsus miras əmlakla bağlı vəsiyyətnamənin mövcud olması, birinci instansiya məhkəməsi tərəfindən həmin məsələ üzrə hər hansı araşdırma aparılmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbinin mahiyyəti araşdırılarkən müəyyən olunmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamış, tərəf mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir. Belə olantəqdirdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 anası X10 miras qalmış əmlakdan pay almaq hüququnu itirdiyindən qeyd olunan halların araşdırılması üçün zərurət qalmamışdır.
54. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçıların birbaşa vəzifəsidir.
56. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
58. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
60. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.