Məhkəmə qərarları › İş №e-2(3-10)-291/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-291/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-291/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin reqres qaydasında tələb edilməsi) İddiaçı xxxx ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı xxxx ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xxxx ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.221 manat məbləğində vurulmuş zərər və 72,21 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Volkswagen Golf” markalı, **–BY–*** dövlət nömrə nişanlı avtomobil ##.##.2021-ci ildən ##.##.2022-ci ilədək İddiaçı ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə ##.##.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il ######ın ##-də cavabdeh Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “Volkswagen Golf” markalı, **–BY–*** dövlət nömrə nişanlı avtomobillə Ağsu rayonu, Çaparlı kəndi hissəsində “Ford Transıt” markalı, **–DX–*** dövlət nömrə nişanlı və “Ford Transıt” markalı, **–BK–*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində “Volkswagen Golf” markalı, **–BY–*** dövlət nömrə nişanlı avtomobilin sərnişini Babaşova Sənəm Museykazım qızı yüngül dərəcədə xəsarətlər almışdır. Ağsu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarxili, *(***)-***/**** saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi məhkəmənin qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan yüngül xəsarət aldıqda 15 faiz nisbətində ödənilir (5000 manat x 30 faiz = 750 manat). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş ** nömrəli ekspert rəyinə əsasən Babaşova Sənəm Museykazım qızının yüngül dərəcəli xəsarət alması 2022-ci il ######ın ##-də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi, təsdiqini tapmışdır. Avtoservis Masazır tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “Ford Transıt” markalı, **–BK–*** dövlət nömrə nişanlı avtomobilə 1.215 manat məbləğində ziyan dəymişdir. Avtoservis Masazır tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “Ford Transıt” markalı, **–DX–*** dövlət nömrə nişanlı avtomobilə 3.256 manat məbləğində ziyan dəymişdir. İddiaçı ##.##.2022-ci il tarixində 4.*** nömrəli ödəniş tapşırığı ilə 750 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs Babaşova Sənəm Museykazım qızına ödəmişdir. İddiaçı ##.##.2022-ci il tarixində 3.*** nömrəli ödəniş tapşırığı ilə 1.215 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçı ##.##.2022-ci il tarixində 3.256 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X7 ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, hadisə 3 il bundan əvvəl olmuşdur. O, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün günah onda olmuşdur. Bunun üçün 400 manat məbləğində cərimə də edilmişdir. O, “Ford Transit” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla razı deyil, maşına özləri də ziyan verərək pulunun ondan tutulmasını tələb edirlər.

6. Ağsu Rayon Məhkəməsinin (hakim. Anar Əsgərov) ## ###### 2026-cı il tarixli e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 2.540 manat məbləğində pul vəsaiti və ödənilmiş 45,4 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 26,81 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq “xxxx” MMCnin (VÖEN: **********, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: “xxxx” ASCnin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296, SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən və o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 8.İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 72,21 manat dövlət rüsumunun 26,81 manatı iddiaçıya, 45,4 manatı cavabdehə aid edilməlidir. 9.Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan iddiaçı İddiaçı ASC tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

12. Apellyаsiyа şikаyətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi sığortaçının hüququdur. Zərərin miqdarını müəyyələşdirmək hüququ sığortaçıya məxsusdur.

13. İş materiallarından göründüyü kimi, 2022-ci il ######ın ##-də baş vermiş yolnəqliyyat hadisəsinə görə İddiaçı ASC tərəfindən 3 (üç) şəxsə sığorta ödənişi edilmişdir. Ağsu Rayon Məhkəməsi kobud səhvə yol verərək İddiaçı ASC tərəfindən edilmiş 3 (üç) sığorta ödənişindən yalnız birini, yəni ki, “FORD TRANSIT” markalı, **–DX–*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə ödənilmiş məbləği nəzərə almış, digər 2 (iki) ödənişi isə ümumiyyətlə diqqətə almamışdır. Güman edir ki, bu mexaniki səhv nəticəsində baş vermişdir. Çünki, cavabdeh yalnız bir məbləğə, yəni ki, “FORD TRANSIT” markalı, 50– DX–574 dövlət nömrə nişanlı avtomobilə ödənilmiş məbləğə etiraz etmişdir və bu səbəbdən də hakim işi ekspertizaya göndərmiş və ekspert qarşısında yalnız “FORD TRANSIT” markalı, **–DX–*** dövlət nömrə nişanlı avtomobilinə dəymiş zərərlə bağlı sual qoymuşdur. Ekspert öz növbəsində həmin avtomobilə dəymiş zərəri 3256 manatdan 2540 manata endirmişdir. Güman edirlər ki, hakim qətnamə çıxararkən yalnız bu ekspert rəyində göstərilən məbləği rəhbər tutmuş, digət iki zərər məbləğini unutmuş, nəticədə xxxx” ASC-nin bu unudulmuş məbləğlərlə bağlı tələblərini təmin etməmişdir. “FORD TRANSIT” markalı, **–BK–*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 1215 manat və yüngül dərəcədə xəsarət aldığna görə Babaşova Sənəm Museykazım qızına ödənilmiş 750 manat məbləğində pul vəsaiti ilə bağlı tələblər diqqətdən kənar qalmışdır. Bundan əlavə məhkəmə, “FORD TRANSIT” markalı, **–DX–*** dövlət nömrə nişanlı avtomobilə dəymiş və “xxxx “ ASC tərəfindən ödənilmiş zərər məbləği ilə (3256 manat), həmin zərərin ekspert tərəfindən müəyyən edilmiş (2540 manat) məbləği arasındakı kəskin fərqin (716 manat) necə yarandığını araşdırmamışdır.

14. Hakimin iş üzrə bir nəqliyyat vasitəsinə münasibətdə təmin edib digərinə əhəmiyyət verilməməsini sübut edən hər hansı bir əsaslandırma qeyd olunmamışdır. Hesab edirlər ki, hadisənin təfərrüatları barəsində polis sənədlərindən müəyyən edilmişlər iki nəqliyyat vasitəsinə ödəniş olunduğundan bu hala diqqət yetirilməli idi.

15. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddiaçıya dəymiş zərər 5293,21 manat miqdarında müəyyən edilməklə, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 37,00 manat məbləğində dövlət rüsumununun cavabdeh Cavabdeh aid edilməsinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh Cavabdeh baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasını teleqram ünvanlayaraq iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının; 19.1-ci bəndinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 40.4-cü bəndinə əsasən eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümümi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.

21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25- ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

26. İddiaçı xxxx ASC Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator iddianın təmin edilməmiş hissəsində təmin edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.

28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Tərəflər arasındakı münasibətlər sığorta müqaviləsi üzrə, hazırkı mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır.

30. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixdə idarəetmə hüququ olmadan idarə etdiyi “Volkswagen Golf” markalı, **–BY–*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu, Çaparlı kəndi hissəsində “Ford Transıt” markalı, **–DX–*** dövlət nömrə nişanlı və “Ford Transıt” markalı, **–BK–*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində “Volkswagen Golf” markalı, **–BY–*** dövlət nömrə nişanlı avtomobilin sərnişini Babaşova Sənəm Museykazım qızı yüngül dərəcəli bədən xəsarəti almışdır. Ağsu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarxili, *(***)-***/**** saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İddiaçı ASC tərəfindən “Ford Transıt” markalı, **–BK–*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 1.215 manat, “Ford Transıt” markalı, **–DX–*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7 3.256 manat, hadisə nəticəsində yüngül bədən xəsarəti almış Babaşova Sənəm Museykazım qızına 750 manat sığorta ödənişi verilmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə bir nəqliyyat vasitəsinə münasibətdə iddianı təmin edib, digərinə əhəmiyyət verilməməsini sübut edən hər hansı bir əsaslandırmanın qeyd olunmamasına dair dəlili ilə razılaşır.

32. Belə ki, cavabdehin yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olması Ağsu Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ##.##.2022-ci il tarxili, *(***)-***/**** saylı qərarı və işdə olan digər sənədlərlə təsdiq edilmişdir.

33. Birinci instansiyası məhkəməsi isə iddia qismən təmin edərkən, yəni “Ford Transit” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı sığorta şirkəti tərəfindən ödənilmiş ziyanın tutulması hissəsində düzgün nəticəyə gəlsədə, sığorta şirkəti tərəfindən “Ford Transıt” markalı, **–BK–*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 1215 manata və Babaşova Sənəm Museykazım qızına ödənilmiş 750 manata aid hissədə heç bir araşdırma aparmamış, ümumiyyətlə həmin hissədə iddia tələbinə münasibət bildirməməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

35. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan maddi hüquq normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və qismən ləğv olunmalıdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi sığortaçının hüququ olması, zərərin miqdarını müəyyələşdirmək hüququ sığortaçıya məxsus olması, “FORD TRANSIT” markalı, **–DX–*** dövlət nömrə nişanlı avtomobilə dəymiş və “xxxx “ ASC tərəfindən ödənilmiş zərər məbləği ilə (3256 manat), həmin zərərin ekspert tərəfindən müəyyən edilmiş (2540 manat) məbləği arasındakı kəskin fərqin (716 manat) necə yarandığının araşdırılmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə qiymətləndirici ekspert dəvət edilmiş və xxxx MMC-nin ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Ford Transıt” markalı, **–DX–*** dövlət nömrə nişanlı avtomobilin vurulması nəticəsində həmin avtomobilə dəymiş zərərin məbləği (usta haqqı ilə birgə) 2.540 manat müəyyən edilir.

37. Həmçinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ilə yol nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün “Qiymətləndirici-ekspertiza təyin edilmiş, qiymətləndirmə qiymətləndirici təşkilat “xxxx” MMC-yə həvalə edilmişdir.

38. İş materialına əlavə edilmiş “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli, PQ-M-***/**** nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1170 manat təşkil edir.

39. Kollegiya qeyd edir ki, mütəxəssis rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

40. Babaşova Sənəm Museykazım qızının yüngül bədən xəsarəti almasına gəlincə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 ##.##.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Babaşova Sənəm Museykazım qızı ## ###### 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır.

41. İşdə olan ****** nömrəli Sığorta Aktından görünür ki, İddiaçı ASC tərəfindən Babaşova Sənəm Museykazım qızının yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat sığorta ödənişi həyata keçirmişdir.

42. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

43. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın rədd edilmiş 1920 manata və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 19,20 manat dövlət rüsumuna dair hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə təmin edilməli, qətnamə iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat qiymətləndirmə xərci cavabdeh Cavabdeh tutulub xxxx MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi- AZ85ACAB00210100000001318902 VÖEN *********** Müxbir hesab AZ10NABZ0135010000000005644 Bankın kodu-505000) ödənilməlidir.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 1920 manata və 19,20 manat dövlət rüsumuna dair hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaiti və 19.20 (on doqquz manat iyirmi qəpik) dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ASC-nin hesabına ödənilsin. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirici ekspertiza tədqiqatının dəyəri olan 500 manat qiymətləndirmə xərci cavabdeh Cavabdeh tutulub xxxx MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi- AZ85ACAB00210100000001318902 VÖEN *********** Müxbir hesab AZ10NABZ0135010000000005644 Bankın kodu-505000) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar