Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-317/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı bağışlanmış əmlaka vərəsəlik üzrə məcburi pay hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “bağışlanmış əmlaka vərəsəlik üzrə məcburi pay hüququnun tanınması” tələbi, qüvvə) Hakimlər X12 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı bağışlanmış əmlaka vərəsəlik üzrə məcburi pay hüququnun tanınması barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı cavabdehə qarşı bağışlanmış əmlaka vərəsəlik üzrə məcburi pay hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları ## ###### 2009-cu il təvəllüdlü X10 və ## ###### 2013-cü il təvəllüdlü X8 mərhum ataları X1 tərəfindən mülkiyyət hüquqi ilə ona məxsus olan və sağlığında Cavabdeh bağışlanmış ünvan 3 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə dair 1/6 hissədə məcburi pay hüquqlarının tanınması, bununla bağlı ## ###### 2024-cü il tarixli bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, həmin bağışlama müqaviləsinə dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 ilə ## ###### 2008- ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan iki övladları-## ###### 2009-cu il təvəllüdlü qızı X10 və ## ###### 2013-cü il təvəllüdlü qızı X8 doğulmuşlar. Nikahları ## #### 2015-ci il tarixdə Ucar Rayon Məhkəməsi tərəfindən pozulmuş, hər iki uşağa görə aliment müəyyən olunmuşdur. X2 tərəfindən həmin aliment üzrə borc ödənilməmiş və 2025-ci il tarixə yığılıb qalmış 20000 manata yaxın aliment borcu olmuşdur. X4 şəhəri, Koroğlu küçəsi, 48 ünvanda yerləşən yaşayış evinə və torpaq sahəsinə 1/3 hissədə mülkiyyət hüququ olmuş, lakin yeganə yaşayış yeri olduğu üçün icra qurumu tərəfindən borcun həmin əmlaka yönəldilməsi mümkün olmamışdır. Mahir Hacıyev ağır xəstə olmuş, 2024-cü ilin son aylarında bacı-qardaşı tərəfindən xəstəxanaya yatırılmış və ## ###### 2025-ci il tarixdə X1 vəfat etmişdir. Ağır xəstə olduğu vaxt bacı və qardaşı tərəfindən notariat orqanına aparılaraq mülkiyyətində olan həmin payla bağlı ## ###### 2024-cü il tarixdə bütün səlahiyyətlərin bacısı Mahirə Hacıyevaya verilməsi barədə etibarnamə verdirilmişdir. Bacısı Mahirə də plan üzrə həmin etibarnamə ilə ## ###### 2024-cü ildə onun əmlakını qardaşları-hazırkı iş üzrə cavabdeh Cavabdeh bağışlamışdır. Faktiki göründüyü kimi, cavabdeh, Mahir ağır vəziyyətdə xəstə olduğu üçün (yaxın vaxtlarda vəfat edəcəyini bildiyi üçün) vəfat edəcəyi halda miras əmlakı iki azyaşlı qız övladına qalmasın deyə bu planı həyata keçirmişdir. Lakin bu zaman qanunvericiliyin tələblərinə əsasən həmin əmlakı bu şəkildə mirasdan qaçırıb əldə etmələrinə baxmayaraq, məcburi olaraq iki qız övladının payının olmasını yəqin ki, hesaba alınmamışdır. Belə ki, məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən onların-övladlarının miras qoyan (Hacıyev Mahir) tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Belə ki, həmin maddəyə əsasən, miras qoyan (Hacıyev Mahir) əşyanı üçüncü şəxsə (Cavabdeh) bağışladıqda, məcburi paya hüququ olan şəxs (## ###### 2009-cu il təvəllüdlü X10 və ## ###### 2013-cü il təvəllüdlü X8) əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Eyni zamanda, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Işin faktiki halından göründüyü kimi, Mahir Hacıyev əmlakını bağışlayarkən, həmin əmlak övladlarının vərəsəlik hüququ ilə məhdudlaşmış olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ###### 2021-ci il tarixli Qərarında verdiyi şərhlər və gəldiyi nəticə ilə hazırkı münasibət tam tənzimlənmişdir. Qeyd olunan bu qanunvericilik tələblərinə və işin faktiki hallarına görə hesab edir ki, hazırkı iddia tələbi təmin olunmalıdır.
3. Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri 39500 (otuz doqquz min beş yüz) manat müəyyən edilsin. X1 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olmuş və Cavabdeh bağışlanmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair X1 övladları-## ###### 2009-cu ildə doğulmuş X10 və ## ###### 2013-cü ildə doğulmuş X3 altıda bir hissədə məcburi paylarının müəyyən olmasının nəzərə alınmaqla cavabdeh Cavabdeh 6583 (altı min beş yüz səksən üç) manat 33 (otuz üç) qəpik məbləğində pulun tutulub iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1166, 1193, 1195,1196, 1200, 1201, 1203.1, və 1203.2-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 268.6 kv.metr olan fərdi yaşayış evi və 0.0285 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət növü üzrə paylı mülkiyyət hüququ ilə (hər birinin üçdə bir hissədə payları olmaqla) Cavabdeh, X9 vəı X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində ## ####### 2017-ci ildə qeydiyyata alınmışdır. Iş materiallarında olan Azərbaycan Respubılikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2022- ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçılar X9, X1 və Cavabdeh xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ## #### 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdrilmədən saxlanılmışdır. Iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası X1 və anası X5 olan X10 ## ###### 2009-cu ildə və X3 ## ###### 2013- cü ildə doğulmuşlar. Iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X5 nikahı Ucar Rayon Məhkəməsinin ## #### 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və nikaha ## #### 2015-ci ildə xitam verilmişdir. Bu barədə ## #### 2016-cı il tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeyd edilmişdir. Iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## ###### 2025-ci ildə ölmüşdür. Iş materiallarında olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, **/**IS/******-** nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə- X1 aid ## ###### 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Iş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2onal “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, **/**IS/******-** nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə-X1 aid ## ###### 2024- cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:
1. Atası: Hacıyev Tahir Qafur oğlu (##.##.1949) (ölüb),
2. Anası: X15 (##.##.1955) (ölüb),
3. Bacısı: X9 (##.##.1978),
4. Bacısı: X6 (##.##.1982) (ölüb),
5. Qardaşı: Cavabdeh (##.##.1984),
6. Qızı: X10 (##.##.2009),
7. Qızı: X3 (##.##.2013). Iş materiallarında olan etibarnamənin surətindən görünür ki, etibar edən X1 etibar edilən X9 ## ###### 2024-cü ildə səlahiyyətlər vermiş, etibarnamə həmin tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2onal “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E/14491 nömrəsi ilə qeyd edilmişdir. Iş materiallarında olan ## ###### 2024-cü ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2onal “ASAN xidmət” mərkəzində notariat ofisində hədiyyə verən X1 ilə hədiyyyə alan Cavabdeh arasında bağlanmış və reyestrdə 4Ə-881 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə alanın mülkiyyətinə vermişdir. Tərəflər bağışlanan əmlakı qiymətləndirməmişlər. Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ## ### 2025-ci il tarixli, 3-21-3-36/2- ****/**** nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda paylı mülkiyyətdə olmaqla X9 (fərdi yaşayış evi 1/3 hissə və 1/3 hissə torpaq sahəsi) və Cavabdeh (fərdi yaşayış evi 2/3 hissə və 2/3 hissə torpaq sahəsi) adına ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iş materiallarında olan “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **-***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, ünvan 4 ünvanında 0.0285 ha torpaq sahəsi üzərində yerləşən 268 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ## ###### 2025-ci il tarixinə bazar dəyəri 40500 manat və likvid dəyəri 34500 manat, ünvan 4 ünvanında 0.0285 ha torpaq sahəsinin ## ###### 2025-ci il tarixinə bazar dəyəri 5800 manat və likvid dəyəri 5000 manat təşkil edir. Iş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, Dədə Qorqud küçəsi, ev 11, mənzil 3-də qeydiyyatdadır. Iş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, ünvan 4-də qeydiyyatdadır.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmiş,nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırki şəraitdə bağışlanmış əmlakın miras kütləsinə daxil edilməsi əsassızdır. Iş materiallarından görünür ki,mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin və 0.0285 haölçüdə torpaq sahəsinin mərhum Mahir Hacıyevə düşən üçdə bir hissəsi,bacısı Mahirə Hacıyevaya verilmiş etibarnamə ilə qardaşı Cavabdeh bağışlama müqaviləsi əsasında cavabdehə verilmişdir. MM-nin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsinə görə bağışlayan şəxs əmlakı əvəzsiz olaraq digər şəxsin mülkiyyətinə verir. Eyni zamanda MM-nin 1151-ci maddəsinə əsasən miras qoyanın ölümündən sonra yalnız onun mülkiyyətində olan əmlak miras kütləsini təşkil edir. Belə olan halda bağışlama müqaviləsi ilə verilmiş əmlak artıq mirasqoyanın mülkiyyətində olmadığından həmin əmlak miras kütləsinə daxil edilə bilməz. Məcburi pay hüququnun predmeti isə yalnız miras kütləsidir.Belə ki,AR MM-nin 1193-cü maddəsinə əsasən məcburi pay hüququ yalnız miras kütləsinə daxil olan əmlak üzərində həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi isə bağışlanmış əmlakı miras kütləsinə daxil etməklə maddi hüquq normasını yanlış tətbiq etmişdir. Belə ki,##.##.2024-cü il tarixli bağışlama müqaviləsi qüvvədədir.Iddiaçı tərəfindən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə ayrıca iddia irəli sürülməmişdir. AR MM-nin 337-ci maddəsinə əsasən isə müqavilə yalnız qanunla müəyyən edilmiş hallarda etibarsız hesab edilə bilər. Müqavilə qüvvədə olduğu halda isə bağışlanmış əmlakdan məcburi pay tələb edilməsi hüquqi əsasdan məhrumdur.Buna görə də miras qoyanın sağlığında bağışlama müqaviləsi əsasında digər şəxsin mülkiyyətinə verilmiş əmlak miras kütləsinə daxil edilə bilməz və həmin əmlak məcburi payın hesablanması zamanı nəzərə alınmır. Bununla bağlı Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə (Marckx v.Belgium,Pla and Puncernau v.Andorra işləri) miras münasibətlərinə müdaxilə mülkiyyət hüququnun qorunması prinsipinə uyğun olmalıdır.Şəxsin sağlığında bağışlama müqaviləsi ilə digər şəxsin mülkiyyətinə keçmiş əmlakın sonradan miras kütləsinə daxil edilməsi Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Əgər ##.##.2021-ci il tarixli Konstitutsiya Məhkəməsinin “AR MM-nin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərhedilməsinə dair “ Qərarına baxsaq onda aşağıda göstərilən hallara əsasən iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan AR Ali Məhkəməsi MK-nın ##.##.2022-ci il tarixli,2(102)- ****/**** saylı qərarından görünür ki,Şəki Apellyasiya Məhkəməsi MK-nın *(***)-***/**** nömrəli,## #### 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsi MK-nın *(***)-***/**** nömrəli,##.##.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki,Ucar Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli,2(063)- ***/**** saylı qətnaməsilə iddia təmin edilmiş və cavabdeh İddiaçı 10 000 (on min) manat məbləğində kompensasiya verilməklə yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mübahisəli əmlakdan çıxarılması qət edilmişdir.Iddiaçıya 10 000 (on min) manat məbləğində kompensasiya cavabdeh tərəfindən ödənilmişdir.Iddiaçı azyaşlı övladları ilə birlikdə Ucar Şəhəri,Koroğlu küçəsində yerləşən ** saylı fərdi yaşayış evində çıxmış və yeni ünvanda yəni Ucar şəhəri,Dədə Qorqud küçəsi,ev 11.mənzil 3-də qeydiyatdadır və orada yaşayırlar. Iddiaçının ən çox istinad etdiyi AR MM-nin 1200-cü maddəsinə əsasən məcburi payın tamamlanması tələb olunsa da,pay artıq əvvəlcədən məhz cavabdeh tərəfindən ödənilib və bu səbəbdən də artıq əlavə tələb irəli sürmək mümkün deyil.B elə ki,bağışlanmış əmlakın özü mirasa daxil edilməsə də,mərhumun övladlarına qanuni olaraq çatmalı məcburi pay ödənilmişdir. Buna görə də mərhum Mahir Hacıyevin övladları Məhruzə və Əsma məcbui payın tamamlanması hüququndan istifadə etmişlər və iddiaçının məhkəmədə əlavə tələb irəli sürmək hüququ yoxdur.B uradan da belə nəticəyə gəlmək olar ki,bağışlama qanunidir,bağışlanmış pay miras kütləsinə daxil edilmir və məcburi pay hüququnun tamamlanması mirasqoyanın sağlığında ödənilib.
8. Ona görə də, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2025- ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə mərhum X1 nikahlarını ## ###### 2008-ci ildə bağlamışlar. Onların birgə nikahlarından ## ###### 2009-cu ildə X10 və ## ###### 2013-cü ildə X3 adlı iki uşaqları doğulmuşlar. X1 şəhəri, Koroğlu küçəsi, 48 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin və 0,0285 ha ölçüdə torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini (üçdə bir hissədə) ## ###### 2024-cü ildə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hazırkı iş üzrə cavabdehə bağışlamışdır. X1 ## ###### 2025-ci il tarixdə ölmüşdür. Beləliklə, müəyyən olunur ki, miras kütləsinə daxil olan əmlaklar ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin və 0.0285 ha ölçüdə torpaq sahəsinin üçdə bir hissəsidir. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyanın öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 0# ###### 2021-ci il tarixli Qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. Istisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Mülki Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulubpozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilibverilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə də qeyd olunan sərəncamlarla onun pozulubpozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində də göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir. ## ###### 2009-cu ildə doğulmuş X10 və ## ###### 2013-cü ildə doğulmuş X3 mərhum Mahir Hacıyevin övladları olmaqla birinci növbəli vərəsələridir. Hazırda iddiaçı, ## ###### 2009-cu ildə doğulmuş X10 və ## ###### 2013-cü ildə doğulmuş X3 çatmalı olan məcburi payın tamamlanmasını tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.” Iddia tələbinə düzgün münasibət bildirilməsi üçün ilk əvvəl Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə miras kütləsinə daxil olan əmlaklar - ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 268 kv.metr olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin (0,0285 ha ölçüdə) hazırkı bazar və likvid dəyərinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş və “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **-***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 4 ünvanında 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 268 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ## ###### 2025-ci il tarixinə bazar dəyəri 40500 manat və likvid dəyəri 34500 manat, ünvan 4 ünvanında 0.0285 ha torpaq sahəsinin ## ###### 2025-ci il tarixinə bazar dəyəri 5800 manat və likvid dəyəri 5000 manat müəyyən edilmişdir.
23. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, apellyator şikayətində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin ona məxsus hissəsinin Cavabdeh bağışlanması səbəbindən bağışlama müqaviləsi ilə verilmiş əmlakın artıq mirasqoyanın mülkiyyətində olmadığından həmin əmlakın miras kütləsinə daxil edilə bilmədiyini qeyd etsə də məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
26. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# ###### 2021-ci il tarixli Qərarından görünür ki, HYPERLINK "http://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
27. Iş materiallarında olan ## ###### 2024-cü ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2onal “ASAN xidmət” mərkəzində notariat ofisində hədiyyə verən X1 ilə hədiyyyə alan Cavabdeh arasında bağlanmış və reyestrdə 4Ə-881 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə alanın mülkiyyətinə vermişdir.
28. Eyni zamanda iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## ###### 2025-ci ildə ölmüşdür.
29. Göründüyü kimi mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il müddət keçməmişdir.
30. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin miras kütləsinə daxil edilməməsinə dair şikayətin dəlilləri əsassızdır.
31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ucar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.