Məhkəmə qərarları › İş №e-2(3-10)-343/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-343/2026

05.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-343/2026 05.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh2, cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə iddia tələbinin “Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V- 1011 № reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə” dair hissəsinə xitam verilməsi barədə” Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh2, cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin ## ###### 2022-ci il tarixli, 3M-691 № reyestr nömrəli Miras payın bağışlanması müqaviləsi və ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi mərhum qaynatası X10 mülkiyyətində olmuşdur. Mərhum qaynatası X10 ## ### 1991-ci il tarixdə vəfat etmiş və ondan miras əmlak olaraq ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Qaynatası vəfat edəndən sonra həmin evdə sadəcə olaraq mərhum qaynanası X7 və mərhum əri X3 yaşamışlar və mirası faktiki qəbul etməklə idarə etməyə başlamışlar. Qaynanası X7 ## ###### 2008-ci il tarixdə vəfat etmişdir və ondan sonra həmin evdə sadəcə o, və əri X3 yaşamışlar. ## ######## 2022-ci il tarixdə isə əri X3 vəfat etmişdir. Yoldaşının 40 mərasimindən qısa müddət sonra cavabdeh10 adlı şəxs onun yaşadığı və ərindən miras qalmış evə gələrək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinin iki əməkdaşı ilə yaşadığı evə gələrək mərhum qaynatasının adına çıxarış hazırlatmalı olduğunu bildirmişdir. Həmin vaxtı cavabdeh10 təyziq edərək onu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin keçmiş generalı Əsgər Xəlilovdan göstəriş aldığını bildirmişdir. Lakin onları evə buraxmamışdır. Bir müddət sonra cavabdeh10 ikinci dəfə onun yaşadığı evə gələrək baldızı cavabdeh3 etibarnaməsi olduğunu və bu etibarnamə əsasında evə girməyə icazəsi olduğunu icazə verməyəcəyi təqdirdə evə zorla girəcəyini bildirmiş, o da onun təyziqi nəticəsində məcbur qalaraq cavabdeh10 evə buraxmış və cavabdeh10 evə yeni çıxarış hazırladacağını bildirmişdir. Bir müddət sonra cavabdeh10 ona xəbər göndərmiş ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə gələrək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni götürməyini bildirmişdir. O, sadəcə olaraq, mərhum ərinin vəfat etməsi ilə əlaqədar ödənilməli olan pul vəsaiti ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alacağını ona bildirmişdir. cavabdeh10 da ona narahat olmamağını, həmin şəhadətnaməni götürə biləcəyini bildirmişdir. Lakin daha sonra cavabdeh10 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu cavabdeh2 və notariat ofisinin əməkdaşları ilə sövdələşərək ona boş kitabçaya imza etdirmiş və ona şəhadətnamə vermişdirlər. Baldızı cavabdeh3 şəhadətnamə aldığını söyləmişdirlər. O, həmin şəhadətnamə ilə tanış olarkən görmüşdür ki, onun mərhum qaynatasından miras qalmış fərdi yaşayış evinin 3/4 hissəsinə saxta şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələbinə əsasən mirasın 6 ay sonra qəbuluna yol verilmədiyi halda cavabdeh10, cavabdeh8 notarius cavabdeh2 və digər şəxlsər sövdələşərək 22 il sonra saxta yolla 22 il əvvəl ölmüş şəxsin mirasın qəbul edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Qanunvericiliyin tələbinə əsasən notarius baldızı cavabdeh3 mirasın faktiki qəbulunu təsdiq edəcək məhkəmə qətnaməsi tələb etməli olduğunu qeyd etmişdir. cavabdeh3 Bakı şəhərində yaşamaqla mirası faktiki olaraq qəbul etməmişdir. Bir müddət öncə də o, həmin saxta sənədlərin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi ilə bağlı Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə rəsmi ərizə ilə müraciət etmiş olmuşdursa da, Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 həmin sənədlərin düz olduğunu bildirmişdir. Ona 1/4 payın verildiyini bildirmiş, həmin sənədlərin arxivdə olan nüsxələrinin təsdiq edilmiş surətlərinin ona verilməsindən yayınmışdır. Uzun müddət həmin sənədlər ona təqdim edilməmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1, cavabdeh10 və cavabdeh8 tərəfindən düzəldilən saxta sənədləri onun tərəfindən əldə edilməyindən onu çəkindirmək və buna süni maneələr yaratmağa çalışmışdırlar. O, dəfələrlə təkid və şikayətlər etmiş olduqdan sonra uzun zaman sonra həmin sənədlərin təqdim edilmişdir. Həmin sənədlərlə tanış olarkən nəyə görə həmin sənədlərin ondan gizlədilməsi və həmin sənədlərin əldə edilməsindən çəkindirilməyi ona aydın olmuşdur. Sənədlərlə tanış olduqca daha öncə Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş cavabdeh2, cavabdeh10 və cavabdeh8 tərəfindən hansı saxtakarlıqlara əl atdıqları üzə çıxmışdır. Həmin saxta səndlərin hazırlanmasında Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində baldızı cavabdeh3 nümayəndəsi qismində cavabdeh10, cavabdeh6 və cavabdeh1 oğunun nümayəndəsi qismində isə cavabdeh8 iştirak etmişlər. Həmin vərəsəlik işinin içərisində cavabdeh3 cavabdeh10 verdiyi etibarnamənin surəti əlavə edilmiş olsa da, cavabdeh6 və cavabdeh1 oğunun cavabdeh8 verdikləri etibarmanələrin surətləri iş materiallarında mövcud olmamışdır. Sadəcə olaraq iş materiallarında olan cavabdeh1 cavabdeh8 Bakı şəhəri, ** saylı notariat ofisində ##.##.2022-ci il tarixdə verilmiş 7E**** reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarış və cavabdeh6 cavabdeh8 Bakı şəhəri, ** saylı notariat ofisində ##.##.2022-ci il tarixdə verilmiş 7E-***** reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarışlar mövcuddur. Daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş cavabdeh2, cavabdeh8 nəyə görə qeyd edilmiş olan şəxslərin ona verdikləri etibarnamələri tələb etməmişdir. Daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş cavabdeh2 nəyə görə və hara tələsirmiş ki, tərəfdən etibarnamə tələb etməmiş və sadəcə olaraq elektron notariat sistemindən həmin etibarnaməni əldə edərək vərəsəlik işinə əlavə edirmiş, nəyə görə həmin notariat ofisinə müraciət edən digər şəxslərdən etibarnamənin əsli tələb edilirmiş, cavabdeh3 cavabdeh10 verdiyi etibarnamə ilə tanış olarkən həmin vərəsəlik işi üzrə daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş cavabdeh2la cavabdeh10 və cavabdeh8 ilə əvvəlcədən razılaşdıqları asanlıqla seçilmişdir. Vərəsəlik işində mövcud olan ## ###### 2022-ci il tarixdə verilmiş 7E-***** reyestr nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə 2 ay müddətinə yəni ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixinədək verilmiş, ##.##.2022-ci il tarixində vərəsəlik işi açılmış, ## ###### 2022-ci il tarixdə isə saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək iş yekunlaşmışdır. Cəmi 1 ay 7 gün ərzində tələmtələsik saxta sənədlər hazırlandığını qeyd etmişdir. cavabdeh10 notarius cavabdeh2la daha öncədən bu iş barədə razılaşmamışdırsa onda hardan bilirmiş ki, bu iş 2 ayadək qısa müddətə yekunlaşacaq ki, belə qısa müddətlik etibarnamə almışdır Axı notariat ofislərində vərəsəlik işləri aylarla, illərlə çəkir. Bu iş də uzun müddət tələb edən işlərdəndirmiş, hazırkı işdə mirasqoyan X10 ##.##.1991-ci ildə vəfat etmiş və vərəsəlik işi açılan günə həmin şəxsin vəfat etməsindən 31 il keçmiş, mirasqoyanın 5 vərəsəsindən 4-ü vəfat etmişdir. cavabdeh10 bütün bunları bilə-bilə nəyə və kimə arxeyn olubmuş ki, 1 ay 7 günlük qısa müddətə bu vərəsəlik işini yekunlaşdıracaqmış.Həmçinin cavabdeh1 oğunun cavabdeh8 vermiş olduğu 7E-**** reyestr nömrəli etibarnamənin “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışından görünür ki, həmin etibarnamə 3 ay 5 gün müddətinə yəni ##.##.2022ci il tarixdən ##.##.2023-cü il tarixinədək verilmişdir. Etibarnamənin belə qısa müddətə verilməsi də bu işdə daha öncədən razılaşmanın olmasını təsdiq etmişdir. Həmçinin cavabdeh10 və cavabdeh8 arxayın olmuşdurlar ki, notarius tərəfindən ondan qeyd edilən vərəsələrin mirası faktiki qəbulu və mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tələb edilməyəcəkmiş. 2000ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 552-ci mаddəsinə əsаsən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidirmiş. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirmiş ola bilərlər və bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılırmış. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunurmuş. Həmin Məcəllənin 562-ci mаddəsinə əsаsən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilirmiş. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilərmiş. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmirmiş. Onun mərhum qaynatası X10 ##.##.1991-ci il tarixdə vəfat etmiş və buna görə də daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş cavabdeh2 mərhum qaynatamın vərəslik işi ilə bağlı 2000-ci ilin ########ın #-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə istinad etməli imiş. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin də tələbindən mirasın qəbul edilmiş hesab olunması üçün miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başlamaq və ya mirasa yiyələnməliymiş. Vəsəlik işindən göründüyü kimi onun mərhum ərindən başqa digər vərəsələrin heç biri mirası nə faktiki və qanuni yolla qəbul etməmişlər. Vərəsəlik işindən görünür ki, qeyd edilən şəxslər miras əmlak olan evdə pasport qeydiyyatında olmamaqla orada yaşamırlarmış. Nəinki həmin miras əmlak olan fərdi yaşayış evində hətta miras əmlakın yerləşdiyi şəhərdə belə yaşamamışlar. Vərəsəlik işində açıq aydın bilinir ki, vərəsələrdən cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində, vərəsələrdən X8 vərəsəsi cavabdeh9 ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində, X8 digər vərəsəsi cavabdeh6 Şəhrihar oğlu ünvan 4 ünvanında olmaqla Bakı şəhərində, Məmmədhəsənov Oktay Allahyar oğlunun vərəsəsələri cavabdeh7, cavabdeh11 və cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayırlarmış.Vərəsəlik işində qeyd edilən vərəsələrin mirası fatiki qəbul etməmələri onların yaşadıqları ünvandan açıq aydın görünür və belə olan halda Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş cavabdeh2 nəyə görə cavabdeh10 və cavabdeh8 vərəsələrin mirasın faktiki qəbulunu təsdiq edən və ya mirasın qəbulu üçün müəyyən edilmiş ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tələb etməyiblərmiş? Həmçinin 2001ci ilin sentyabr ayının 1-dən-2023-cü ilin dekabr ayına kimi qüvvədə olmuş MMnin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilərmiş. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmirmiş. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsaəsn mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilərmiş. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılırmış. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülürmüş. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olubmuş, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edirmiş. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olurmuş ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyirmiş. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olurmuş. Mirasa faktiki sahiblik- vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirirmiş və ona sahib dururmuş, onun üzərində fiziki “ağalıq” edirmiş. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilirmiş: vərəsənin miras qoyanın yaşadığı evə köçmüş olması; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşamış olması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etmiş olması. Qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət keçdikdən sonra daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş cavabdeh2, cavabdeh10 və cavabdeh8 tərəfindən 2022-ci ildə baldızının və qayınlarının övladlarının adlarına saxta yolla vərəsəlik rəsmiləşdirilmişlər.Onun mərhum qaynatası 1991-ci ildə vəfat etmiş və həmin dövrdə vərəsələr mirasdan rəsmi qaydada imtina etmişdilər. Qaynanası isə 2008-ci ildə vəfat etmiş onun vəfatından 14 il sonra mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə mövcud olmadığı halda saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ##.##.1991-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra qaynatsı X10 vərəsələri olan cavabdeh3, X8 və Məmmədhəsənov Oktay Allahyar oğlu ayrı ayrılıqda notariat kontorlarına müraciət etmişdirlər. Atalarından miras qalmış fərdi yaşayış evinin anasının adına keçməsinə etiraz etmədiklərini bildirmişlər. ##.##.1991-ci il tarixdə miras əmlakın yerləşdiyi ərazinin məhəllə nümayəndəsi də Şəki şəhər notariat kontoruna arayış təqdim etmişdir. Mirasqoyan vəfat edərkən onun iki vərəsəsinin – arvadı X7 və X3 olması qeyd edilmişdir. Lakin həmin ərizələr notarius tərəfindən bilərəkdən və qəsdən gizlədilmişdir. Mərhum qaynatasının vərəsələrindən X16 doğum haqqında akt qeydində adı “Şəhliyar” kimi qeyd edilmişdir. Onun nikah haqqında akt qeydində “Şəhniyar”, ölüm haqqında akt qeydində “Şəhliyar”, onun vərəsələrindən cavabdeh6 şəxsiyyət vəsiqəsində ata adı “Şəhriyar” kimi qeyd edilmişdir. Bundan əlavə mərhum qaynatasıın vərəsələrindən Məmmədhəsənov Oktay Allahyar oğlunun doğum haqqında akt qeydində ata qrafasında “X10” əvəzinə X11” kimi qeyd edilmişdir.Vərəsəlik işində mövcud vərəsələrdən yuxarıda qeyd edilən şəxslərin vətəndaşlıq vəziyyətəki aktlarında qeyd edilən nöqsanlar olduğu halda notarius cavabdeh2 nəyə görə vərəsələrdən həmin nöqsaların aradan qaldırılmasını tələb etməmiş, tələmtələsik saxta qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir? Qeyd edilmiş faktlar Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V-1011 No reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin ## ###### 2022-ci il tarixli, 3M-691 No reyestr nömrəli Miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. cavabdeh3 etibarnamə üzrə nümayəndəsi cavabdeh10 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinə müraciət edərək mərhum qaynatası X10 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Lakin bunun qanunsuz olduğunu söyləmişdir. Ölmüş şəxsin adına Çıxarış verilə bilməzmiş.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verirmiş. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilirmiş. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırkı mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə mərhum qaynatası X10 adına verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidirmiş. X10 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair həmin evin mərhum X10 məxsus olması barədə arayış verilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V-1011 No reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin ## ###### 2022-ci il tarixli, 3M-691 No reyestr nömrəli Miras payın bağışlanması müqaviləsi və ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız olduğundan həmin sənədlər əsasında verilmiş ##.##.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh3 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının eyni tələbi, eyni əsası ilə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Şəfəq Cəfərova) ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh2, cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı iş üzrə iddia tələbinin “Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” dair hissəsinə xitam verilmişdir. Qərardaddan iddiaçı İddiaçı şikayət verərək Şəki Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırkı iddia ərizəsi ilə cavabdehlər Şəki Regional “Asan Xidmət” MərkəzindəNotariat Ofisi, Azərbaycan Respublikasının Ədliyyə NazirliyiNotariat Qeydiyyat və Reyestr Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsi, cavabdeh3,cavabdeh10, cavabdeh9, cavabdeh6, cavabdeh8, cavabdeh7, cavabdeh11 Okyat qızı, cavabdeh1 Okyat oğlu, ZeynalovNadir Cəmil oğlu və İsmayılov Seymur Bəhram oğluna qarşı yönəlsə də işə baxan birinci instansiya məhkəməsi sadəcə olaraq iddia tələbinin AzərbaycanRespublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsi, cavabdeh10, cavabdeh9, cavabdeh6, cavabdeh8, cavabdeh7, cavabdeh11 Okyat qızı, cavabdeh1 Okyat oğlu və cavabdeh2 dair hissəsinə baxmış, onun cavabdehlər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, cavabdeh3, İsmayılov Seymur Bəhram oğluna aid hissəsinə baxmamış və həmin hissə açıq qalmışdır. İşə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərardadında qeyd etmişdir ki, “Göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, *V-**** nömrəli reyestr nömrəli ## ###### 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi ilə bağlı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamənin qəbul edilməsindən sonra baş vermiş hər hansı dəyişikliyə əsaslanmadan, hər hansı əsasa istinad etmədən iddiaçı həmin maraqlı şəxsə qarşı eyni predmet barəsində eyni əsaslarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi məsələsinə artıq hüquqi qiymət verildiyindən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz”. Daha sonra işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərardadında MPM-nin 261.0.2-ci maddəsinə istinad etsə də həmin maddələri düzgün tətbiq edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Göründüyü kimi qeyd edilən maddə ilə iş üzrə icraata xitam verilməsi üçün qanunvericilik bir sıra hallarla şərtləndirmişdir. 1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindəki tərəflərlə hazırda baxılaniş üzrə tərəflər eyni olmalıdır. 2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin predmeti və əsasları hazırda baxılan işlə eyni olmalıdır. Belə olan halda hazırkı iş üzrə MPM-nin 261.0.2-ci maddəsini tətbiq etmək üçün hazırda baxılan mülki iş üzrə daha öncə Şəki Rayon Məhkəməsinin icraatında olmuş *(***)***/**** saylı mülki iş üzrə tərəflərin eyni olub olmamasına nəzər salmaq lazımdır. Daha öncə Şəki Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki iş üzrə hazırkı iş üzrə iddiaçılar eynilik təşkil etsə də cavabdehlər eynilik təşkil etmir. Belə ki, daha öncə Şəki Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki iş üzrə sadəcə olaraq bir cavabdeh yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisi vardır. Lakin hazırkı iş üzrə on üç cavabdeh (Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsi, cavabdeh3, cavabdeh10, cavabdeh9, cavabdeh6, cavabdeh8, cavabdeh7, cavabdeh11 Okyat qızı, cavabdeh1, cavabdeh2 və İsmayılov Seymur Bəhram oğlu) mövcuddur. Göründüyü kimi hazırki iş üzrə daha öncə Şəki Rayon Məhkəməsinin icraatında olmuş *(***)- ***/**** saylı mülki iş üzrə iddiaçı və cavabdehlərdən sadəcə olaraq biri üst-üstə düşür. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 261.0.2-ci maddəsini tətbiq etməklə həmin maddənin tələblərini kobud şəkildə pozmuşdur. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək hüququ bəzi hallarda qanunla məhdudlaşdırılır. Onlardan biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə daha əvvəl məhkəmədə baxılmış olmasıdır. Bu halda həmin mübahisəyə yenidən baxılması mümkün sayılmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V-1011 No reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxış zamanı iddiaçının ərizəsi əsasında iddia tələbi şəhadətnamələrin etibarsız hesab edilməsi kimi qəbul edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V- 1011 No reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi ilə bağlı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcudddur. Həmin qətnamənin qəbul edilməsindən sonra baş vermiş hər hansı dəyişikliyə əsaslanmadan, hər hansı əsasa istinad etmədən iddiaçı həmin maraqlı şəxsə qarşı eyni predmet barəsində eyni əsaslarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi məsələsinə artıq hüquqi qiymət verildiyindən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh2, cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı iş üzrə iddia tələbinin “Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və ## ###### 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” dair hissəsinə xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya şikayətin daha öncə Şəki Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki iş üzrə sadəcə olaraq bir cavabdehin, hazırkı iş üzrə on üç cavabdeh mövcudluğu barədə dəlili ilə bağlı qeyd edir ki, cavabdehlərin çoxluğu işin mahiyyətini dəyişmir. Belə ki, *(***)-***/**** saylı mülki iş üzrə iddia tələbi qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsızlığına dair, hazırkı mülki işdə isə həmin tələblərlə yanaşı, həmçinin, miras payın bağışlanması müqaviləsi və hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə dair tələblər olduğundan cavabdehlərin sayı artmışdır. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsızlığına dair iddialar həmin şəhadətnamələri verimiş notariat ofisinə qarşı yönəldilməlidir. Yəni həmin iddiaya cavab verməli şəxs notariat orqanlarıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından iddiaçının verdiyi şikayət əsassızdır. Ona görə də iddiaçının Şəki Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar