Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-432/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı alqısatqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi, kiçik iddia, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ## ###### 2026-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******** nömrəli, ##.##.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə dəyəri 649.98 (altı yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində SAMSUNG CHARGER, qızıl zəmanət Ultra 2 il xidməti, paket L xidməti, IMEI kodu 353182203735757 SAMSUNG GALAXY A15 markalı telefon əldə etmiş, onun dəyərini “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******** nömrəli, ##.##.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 1217.52 (bir min iki yüz on yeddi manat əlli iki qəpik) manat məbləğində BOROFONE qulaqlıq, IMEI kodu 355195302073506 SAMSUNG GALAXY S23, qızıl zəmanət Ultra 2 il xidməti əldə etmiş, onun dəyərini “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******** nömrəli ##.##.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 1579.20 (bir min beş yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində FIONA TRUMO, 2 ədəd FIONA tumba, FIONA çarpayı, FIONA dolab, FLORA matras, 5 ədəd zəmanət, 1 il xidmət əldə etmiş, onun dəyərini “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəllərinin 2.6-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-“xxxx” MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən SAMSUNG CHARGER, qızıl zəmanət Ultra 2 il xidməti, paket L xidməti, IMEI kodu 353182203735757 SAMSUNG GALAXY A15 markalı telefon üçün 216.64 (iki yüz on altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 21.66 (iyirmi bir manat altmış altı qəpik) manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən BOROFONE qulaqlıq, IMEI kodu 355195302073506 SAMSUNG GALAXY S23, qızıl zəmanət Ultra 2 il xidməti üçün 472.83 (dörd yüz yetmiş iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 47.28 (qırx yeddi manat iyirmi səkkiz qəpik) manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən FIONA TRUMO, 2 ədəd FIONA tumba, FIONA çarpayı, FIONA dolab, FLORA matras, 5 ədəd zəmanət, 1 il xidmət üçün 1117.47 (bir min bir yüz on yeddi manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 111.75 (bir yüz on bir manat yetmiş beş qəpik ) manat cərimə ümumilikdə 2011.23 manat borc, 40.12 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il, ##.##.2024-ci il, ##.##.2024-ci il tarixli müqavilələrə əsasən, Imei kod 353182203735757 SAMSUNG GALAXYA15, SAMSUNG CHARGER, QIZIL ZƏMANƏT ULTRA2 IL XIDMƏTI, PAKETL XIDMƏTI, BOROFONE QULAQLIQ, Imei kod 355195302073506 SAMSUNG GALAXY S23,QIZIL ZƏMANƏT ULTRA 2 IL xidməti, FIONA TRUMO, 2 ƏDƏD FIONA TUMBA, FIONA ÇARPAYI, FIONA DOLAB, MATRAS FLORA,5 ƏDƏD ZƏMANƏT + 1 IL XIDMƏT almış və nəticədə 2011.23 (iki min on bir, 23 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 649.98(altı yüz qırx doqquz, 98 qəpik) manat (18 ay x 36.11 manat + 0 manat ilkin ödəniş) olan Imei kod 353182203735757 SAMSUNG GALAXY A15,SAMSUNG CHARGER, QIZIL ZƏMANƏT ULTRA 2 IL XIDMƏTI,PAKET L XIDMƏTI üçün ümumilikdə, 238.30 (iki yüz otuz səkkiz, 30 qəpik ) manat olmaqla ondan, 216.64 (iki yüz on altı, 64 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.66 (iyirmi bir, 66 qəpik) manat cərimə; ##.##.2024-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1217.52 (min iki yüz on yeddi, 52 qəpik) manat (18 ay x 67.64 manat + 0 manat ilkin ödəniş) olan BOROFONE QULAQLIQ, Imei kod 355195302073506 SAMSUNG GALAXY S23,QIZIL ZƏMANƏT ULTRA2 IL xidməti üçün ümumilikdə, 543.71 (beş yüz qırx üç, 71 qəpik) manat olmaqla ondan, 472.83 (dörd yüz yetmiş iki, 83 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum ,müştəriyə güzəşt olunaraq 47.28 (qırx yeddi, 28 qəpik) manat cərimə; ##.##.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1579.2 (min beş yüz yetmiş doqquz, 20 qəpik) manat (24 ay x 65.8 manat + 0 manat ilkin ödəniş) olan FIONA TRUMO,2 ƏDƏD FIONA TUMBA, FIONA ÇARPAYI,FIONA DOLAB,MATRAS FLORA,5ƏDƏD ZƏMANƏT + 1 IL XIDMƏTI üçün ümumilikdə, 1229.22 (min iki yüz iyirmi doqquz, 22 qəpik) manat olmaqla ondan, 1117.47 (min yüz on yeddi, 47 qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 111.75 (yüz on bir, 75 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1639.76 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış ##.##.2024-cü il, ##.##.2024-ci il, ##.##.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın IMEI kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən Innovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.
4. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 216.64 (iki yüz on altı manat altmış dörd qəpik) manat əsas borc və 08 (səkkiz) manat cərimə borcu, ******** nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 1117.47 (bir min bir yüz on yeddi manat qırx yeddi qəpik) manat əsas borc və 40 (qırx) manat cərimə borcu, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 472.83 (dörd yüz yetmiş iki manat səksən üç qəpik) manat əsas borc və 12 (on iki) manat cərimə borcu olmaqla, cəmi 1866.94 (bir min səkkiz yüz altmış altı manat doxsan dörd qəpik) manat borc tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş 40.12 (qırx manat on bir qəpik) manat dövlət rüsumunun 1.45 (bir manat qırx beş qəpik) manatının iddiaçıya aid edilməsi, 38.67 (otuz səkkiz manat altmış yeddi qəpik) manatının isə cavabdeh Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1 448.2, 458.1, 462.1, 465.2, 467, 598.2, 600.1, 600.4 və 601.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, halhazırda ailəsinin vəziyyəti yaxşı deyildir. Qətnamədən narazıdır. Qeyd edilən məbləği ödəməyə onun imkanı yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir.
8. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 284-1-ci mаddəsinə əsаsən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 394-1.1-ci mаddəsinə əsаsən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.3-cü mаddəsinə əsаsən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
15. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
16. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
17. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır.
20. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından müəyyən olundu ki, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 649.98 manat məbləğində SAMSUNG CHARGER, qızıl zəmanət Ultra 2 il xidməti, paket L xidməti, IMEI kodu 353182203735757 SAMSUNG GALAXY A15 markalı telefon, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 1217.52 manat məbləğində BOROFONE qulaqlıq, IMEI kodu 355195302073506 SAMSUNG GALAXY S23, qızıl zəmanət Ultra 2 il xidməti , ******** nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 1579.20 manat məbləğində FIONA TRUMO, 2 ədəd FIONA tumba, FIONA çarpayı, FIONA dolab, FLORA matras, 5 ədəd zəmanət, 1 il xidməti alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəllərinin 2.6-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1.2 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh SAMSUNG CHARGER, qızıl zəmanət Ultra 2 il xidməti, paket L xidməti, IMEI kodu 353182203735757 SAMSUNG GALAXY A15 markalı telefon, BOROFONE qulaqlıq, IMEI kodu 355195302073506 SAMSUNG GALAXY S23, qızıl zəmanət Ultra 2 il xidməti , FIONA TRUMO, 2 ədəd FIONA tumba, FIONA çarpayı, FIONA dolab, FLORA matras, 5 ədəd zəmanət, 1 il xidmət verilərək ##.##.2024- cü il tarixli, ##.##.2024-cü il tarixli və ******** nömrəli ##.##.2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini cavabdeh Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 216.64 manat məbləğində əsas borc, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 472.83 manat məbləğində əsas borc və ******** nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 1117.47 manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 21.66 manat, ******** nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 111.75 manat, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 47.28 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 21.66 manat cərimə 08 manat, ******** nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 111.75 manat cərimə 40 manat, ##.##.2025-cü il tarixli müqaviləyə əsasən hesablanmış 47.28 manat cərimə 12 manat həddində təmin edilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “innovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə 23.60 manat məbləğində pul tələb edilmişdir. Iddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın IMEI kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 4.4-cü bəndinə əsasən Innovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda “xxxx” MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın IMEI kodunun deaktiv olunması üsulu ilə hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, sübut etməlidir ki, cihahız aktiv və ya deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək mötəbər sübut əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş hər hansı arayış həmin hissədə iddia tələbinin əsaslı olması nəticəsinə gəlmək üçün yeganə əsas təşkil edə bilməz. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 216.64 manat əsas borc və 08 manat cərimə borcu, ******** nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 1117.47 manat əsas borc və 40 manat cərimə borcu, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 472.83 manat əsas borc və 12 manat cərimə borcu olmaqla cəmi 1866.94 manat borc tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi maddi imkanının olmaması ilə bağlı dəlillər isə apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. Göründüyü kimi iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.