Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-435/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi, ləğv, təmin) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız hesablanmış 1100 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən ona məxsus evdə elektrik enerjisindən istifadə edildiyinə görə küçədə MP-*** nömrəli elektrik sayğacı quraşdırılmışdır. ## ######## 2025-ci il tarixdə o, evdə olmayan zaman X2 tərəfindən saxta ******** nömrəli akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, E.E.İ.Q-na uyğun olaraq yoxlama aparan zaman məlum olmuşdur ki, abonent əlavə 6 mm mis naqillə giriş faz yuvasından çıxış faz xəttinə sayğac olan kənar xət çəkmişdir. Iddiaçı qeyd etmişdir ki, heç bir kənar xətt qoşulmamışdır və bunu təsdiq edə biləcək heç bir sübut akta əlavə edilməmişdir. O, elelektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş akt və həmin akt əsasında hesablanmış 1100 manat məbləğin əsassız hesablandığını, ona görə də əsassız hesablanmış məbləğin silinməli olduğunu qeyd etmişdir.
3. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) iddiaçı İddiaçı cavabdeh xxxx ASC tərəfindən akt əsasında hesablanmış 1100 manat məbləğində borcun hesabdan silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş Elektrik Qurğularının quraşdırılması Qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”na istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ## ######## 2025-ci il tarixli ******* nömrəli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, xxxx ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında *************** saylı kod altında ## ###### 2006-cı il tarixdən istehlakçı kimi qeydiyyatdadır və onun 1407,71 manat borcu vardır. ## ######## 2025-ci il tarixli, ****** saylı aktdan görünür ki, EEIQ-na uyğun olaraq abonentə məxsus uçot dəstinə baxış keçirilən zaman məlum olmuşdur ki, abonent əlavə 6 mm.kv mis naqillə giriş faz yuvasından çıxış faz xəttinə qoşulmaqla elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. 01 ədəd video diskdə sayğaca baxış keçirilməsini əks etdirən video görüntüdən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı iştirakı ilə abonentə məxsus olan elektrik hesablaşma sayğacına baxış keçirilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı iddiasının əsaslı olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən təqdim edilmiş video görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixində Cavabdeh ASC-nin fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı abonent tərəfindən əlavə mis naqillə giriş faza yuvasından çıxış faza xəttinə qoşulma, naqilin sayğacın işinə təsir etdiyi və dövrəyə qoşulmuş olduğu müəyyən edilir. Istehlakçının bu hissələrə (xüsusilə giriş fazasına) hər hansı kənar naqil qoşması, sistemin zavod konstruksiyasını və layihə sxemini pozmağa, funksiyasının (enerjinin tam uçotunun) dövrədən çıxarılmasına xidmət edən addımdır. Digər tərəfdən video görüntüdə cavabdehin əməkdaşı tərəfindən aşkar olunan hallar sadalandıqca iddiaçı hər hansı etiraz bəyan etmir, qanunsuz qoşulma halına yol vermədiyini bildirməmişdir. Bu hallar məhkəmə tərəfindən iddiaçının elektrik enerjisindən kənar xətlə istifadə istifadə etməsi barədə nəticəyə gəlməsinə əsas verir.” Halbu ki, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə tamamilə əsassızdır. Həmin video montaj olunmuş və süni intelekt vasitəsi ilə düzəldilmişdir. O, bir neçə ay öncə elektrik xəttinə qanunsuz qoşulma etsə də, bu hal cavabdeh təşkilat tərəfindən aşkar edildikdən sonra həmin hallara yol veməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş video görüntü qanunsuz qoşulmanı sübut etmir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsi tərəfindən dəqdim edilmiş videoçəkilişlərə istinad etmişdir ki, həmin videoçəkilişin iş üzrə mötəbər sübut kimi qəbul edilməsi üçün ilk öncə həmin videogörüntü ekspertizaya təqdim edilməli və həmin videoyazının montaj olub olmaması, suni intelekt vasitəsi ilə hazırlanıb hazırlanmaması barədə kompyuter texniki ekspertiza təyin edilməli idi. Həmçinin iddiaçı tərəfindən təqdim edilən səs yazılarının ona məxsus olub olmasının həmin səs yazılarının müxtəlif proqramlar və ya süni intelekt vasitəsi ilə düzəldilib düzəldilməməsinin müəyyən edilməsi üçün müvafiq kompyuter texniki və fonoskopik ekspertiza təyin edilməli idi.
8. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh ASC məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş Elekytrik Qurğularının quraşdırılması Qaydaları: 1.2.14-cu bəndinə əsasən cərəyandaşıyıcı hissə – elektrik qurğusunun işçi gərginlik altında olan elektrik hissəsidir. 1.2.15-ci bənidnə əsasən cərəyankeçirici – elektrik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş, izolə olunmamış və ya izolə olunmuş naqillərdən və onlara aid izolyatorlardan, mühafizə örtüklərindən, budaqlanma elektrik qurğularından, saxlayıcı və dayaq konstruksiyalarından ibarət qurğudur. 2.1-ci bəndinə əsasən yeni və ya yenidənqurmadan sonra istismara verilən 500 kVdək gərginlikli sabit və dəyişən cərəyanlı maşınların, aparatların, cihazların və digər elektrik avadanlıqlarının, həmçinin kabellərin və naqillərin konstruksiyası, icrası, quraşdırılma üsulu, izolyasiyasının sinfi və xarakteristikaları şəbəkə və ya elektrik qurğusunun parametrlərinə, iş rejimlərinə, ətraf mühit şəraitinə və bu Qaydaların tələblərinə uyğun olmalıdır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”: “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Istehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. Qaydaların 7.19-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
23. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddiasının əsaslı olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən təqdim edilmiş video görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixində Cavabdeh ASC-nin fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı abonent tərəfindən əlavə mis naqillə giriş faza yuvasından çıxış faza xəttinə qoşulma, naqilin sayğacın işinə təsir etdiyi və dövrəyə qoşulmuş olduğu müəyyən edilir. Istehlakçının bu hissələrə (xüsusilə giriş fazasına) hər hansı kənar naqil qoşması, sistemin zavod konstruksiyasını və layihə sxemini pozmağa, funksiyasının (enerjinin tam uçotunun) dövrədən çıxarılmasına xidmət edən addımdır. Digər tərəfdən video görüntüdə cavabdehin əməkdaşı tərəfindən aşkar olunan hallar sadalandıqca iddiaçı hər hansı etiraz bəyan etmir, qanunsuz qoşulma halına yol vermədiyini bildirməmir. Bu hallar məhkəmə tərəfindən iddiaçının elektrik enerjisindən kənar xətlə istifadə istifadə etməsi barədə nəticəyə gəlməsinə əsas verir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdeh xxxx ASC tərəfindən akt əsasında hesablanmış 1100 manat məbləğində borcun hesabdan silinməsi tələbinə dair iddiası təmin edilməməlidir.
25. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nda qeyd edilmişdir ki, pozuntulara mütəmadi yol verildikdə, istehlakçı şəbəkədən açılır və təqsirkar şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə enerji təchizatı müəssisəsi tərəfindən məsələ qaldırılır.
27. Lakin iddiaçı İddiaçı məsuliyyətə cəlb edilməsi barədə enerji təchizatı müəssisəsi tərəfindən məsələ qaldırılmasını və ya məsuliyyətə cəlb edilməsini təsdiq edən hər hansı sənəd və ya sübut iş materiallarında mövcud deyildir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir.
29. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.
30. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, ****** nömrəli akt əsasında *************** saylı abonent koduna hesablanmış 1100 (bir min bir yüz) manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.