Məhkəmə qərarları › İş №e-2(3-10)-605/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-605/2026

28.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-605/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X2 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçının babası olan Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 6) ünvanında yerləşən ev və həyətyanı torpaq sahəsi miras qalmışdır. ## #### 1987-ci il tarixli vəsiyyətnamə ilə Süleymanov Ramazan Nəbi oğlu, ona məxsus Şəki şəhəri, Əkinçilər küçəsində yerləşən ** nömrəli evin 1/3 hissəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir. ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ## ###### 1990- cı il tarixdə vəfat etmiş Süleymanov Ramazan Nəbi oğlunun vərəsəsi cavabdeh2 miras əmlak olan ünvan 7 ünvanında yerləşən 0,1012 hektar torpaq sahəsi və onun üzərində tikilmiş 166 m2 daşınmaz əmlakdan tam hissə irs almış, ünvan 7, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.1012 hektar olan torpaq sahəsində yerləşən 166 m2 fərdi yaşayış evi cavabdeh2 tam paylı mülkiyyətində olmaqla Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 404013117419- ***** reyestr nömrəli çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən cavabdeh cavabdeh2 adına verilmiş ## ###### 2021-ci il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş ## ###### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 6) ünvanında yerləşən ev və həyətyanı torpaq sahəsi miras qalmışdır. Babasının ölümündən sonra onun, X9 (arvadı, 1996-cı ildə ölüb), X6 (##.##.2021-ci ildə ölüb), X10 (1994-cü ildə ölüb), X8 (2019-cu ildə ölüb), X7 (2002-ci ildə ölüb), X3 (1999-cu ildə ölüb), cavabdeh2 ibarət vərəsələri qalmışdır. X4 ## ######## 2021-ci il tarixdə ölmüşdür. O, babasından miras qalmış evdə doğulub boyabaşa çatmış, orada yaşamış, babasının dəfnində iştirak etmişdir. Bundan başqa babası Süleymanov Ramazan Nəbi oğlu öldükdən sonra atası miras qalmış ünvan 4 ünvanda yerləşən evdə abadlıq, təmir-tikinti işləri aparmışdır. Göründüyü kimi atası babasından qalmış miras əmlaka sahiblik etmiş, əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və miras onun tərəfindən qəbul edilmişdir. Atası ölən gününədək onlarla, yəni ailə üzvləri ilə birlikdə yaşamışdır. Babası Süleymanov Ramazan Nəbi oğlu ## #### 1987-ci il tarixli, 18/**** reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus ünvan 3 ünvanda yerləşən evin 1/3 hissəsini ona vəsiyyət etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək ## ###### 1990- cı il tarixdə ölmüş babası Süleymanov Ramazan Nəbi oğlundan qalmış miras əmlakdan özünə düşən miras paya dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin notariat ofisinin xüsusi notariusu Əli Hacıyev tərəfindən ## ###### 2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərar qəbul edilmiş və miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, ## ###### 2021-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 2V-** reyestr nömrəsi ilə Süleymanov Ramazan Nəbi oğlundan qalmış miras əmlaka dair cavabdeh1spublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən tam hissədə vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən cavabdeh cavabdeh2 adına babası Süleymanov Ramazan Nəbi oğlundan miras qalmış əmlaka dair tam hissədə ## ###### 2021-ci il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında da cavabdeh2 adına həmin daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən cavabdeh Süleymanov Ramazan Bayraməli oğlunun adına verilmiş ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və ## ###### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı qanunsuz və əsassız hesab edir. Həmin sənədlər etibarsızdır. Belə ki, notariat ofisi tərəfindən digər vərəsələr nəzərə alınmadan, payları saxlanılmadan cavabdeh cavabdeh2 adına qanunsuz şəhadətnamə verilmişdir. Cavabdehlərin belə qanunsuz hərəkətləri nəticəsində o və digər vərəsələr babasından qalmış miras əmlakdan və vərəsəlik hüququndan məhrum olmuşlar.

4. Cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı tərəfindən Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ünvanlanaraq Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən cavabdeh cavabdeh2 adına verilmiş ##.##.2021- ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd olunmalıdır. Belə ki, iddia onunla əsaslandırmışdır ki, X4 ## ######## 2021-ci il tarixində ölmüşdür. O, sözügedən babasından miras qalmış evdə doğulub boya-başa çatmış, orada yaşamış, babasının dəfnində iştirak etmişdir. Bundan başqa babası Süleymanov Ramazan Nəbi oğlu öldükdən sonra atası babasından miras qalmış ünvan 2 ünvanında yerləşən evdə abadlıq, təmir-tikinti işləri aparmışdır. Göründüyü kimi atası babasından qalmış miras əmlaka sahiblik etmiş, əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və miras onun tərəfindən qəbul edilmişdir. Atası ölən gününədək onlarla, yəni ailə üzvləri ilə birlikdə yaşamışdır. Onu da qeyd etmək istəyir ki, babası Süleymanov Ramazan Nəbi oğlu ## #### 1987- ci il tarixli 18/**** reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsini ona vəsiyyət etmişdir. Iddiaçının əsaslandığı bütün hallar əsassızdır beləki o ümumiyyətlə mirasla bağlı heç vaxt müraciət etməmişdir. Iş materiallarındanda göründüyü kimi iddiaçının atası miras əmlakdan heç bir pay almadan yəni öz hüquqlarını rəsmiləşdirmədən dünyasını dəyişmiş və müddət ötürülmüşdür. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (## ######## 1964-cü ildə qəbul edilmiş); 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Miras qoyan Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-cı il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də baxılan iddia tələbi üzrə mübahisəli hüquq münasibətinə ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş 1964 cü il redaksiyada cavabdeh1spublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə miras açılarkən qüvvədə olan qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

5. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının babası Süleymanov Ramazan Nəbi oğlunun mülkiyyətində olmuşdur. Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçi, ## #### 1987-ci il tarixli, 18/**** reyestr nömrəli vəsiyyətnamə ilə ona məxsus Şəki şəhəri, Əkinçilər küçəsində yerləşən ** nömrəli evin 1/3 hissəsini nəvəsi olan hazırkı iş üzrə iddiaçı İddiaçı vəsiyyət etmişdir. Iddiaçı sözügedən evdə təmir-tikinti işləri aparmış və sözügedən əmlaka faktiki sahiblik etmişdir. Buna baxmayaraq Süleymanov Ramazan Nəbi oğlunun sağ qalan digər vərəsəsi, iş üzrə cavabdeh cavabdeh2 adına sözügedən əmlaka dair ## ###### 2021-ci il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə əsasında cavabdeh2 adına sözügedən əmlaka dair hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 404013117419-***** reyestr nömrəli çıxarış verilmişdir. Iddiaçı ona babası tərəfindən verilmiş vəsiyyətnamə əsasında miras qalmış əmlaka dair vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət edən zaman Süleymanov Ramazan Nəbi oğlunun vərəsəsinə artıq vərəsəlik şəhadətnaməsi verilməsi əsası ilə imtina edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mərhum Süleymanov Ramazan Nəbi oğlu tərəfindən yazılmış ## #### 1987-ci il tarixli, 18/**** reyestr nömrəli vəsiyyətnamə hal-hazırda hüquqi qüvvədə olan əqddir və həmin əqdin etibarsızlığını müəyyən edən və ya qüvvədə olmamasını istisna edən hall mövcud deyil. Bu səbəbdən iddiaçının gözlənilən hüquqlarını pozaraq həmin vəsiyyətnaməni nəzərə almadan mübahisə predmeti olan miras əmlaka dair yalnız cavabdehin tam irs alması nəticəsinə gəlmək qanunvericiliyə ziddir.

8. Bundan əlavə məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış keçirilmiş və həmin evin tiraltı ev olması müəyyən edilmişdir. Evin bir hissəsində cavabdeh yaşayır. Digər hissəsi isə iddiaçının faktiki sahibliyindədir. Evin iki girişi və iki işıq, su və qaz sayğacı mövcuddur. Yəni miras əmlak cavabdeh cavabdeh2 tərəfindən faktiki qəbul edildiyi kimi, iddiaçının atası tərəfindən və iddiaçı tərəfindən də faktiki olaraq qəbul edilmişdir.

9. Məhkəmə, iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin ikinci hissəsi birinci hissəsi ilə əlaqəlidir. Iddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edildiyindən həmin hissədə də iddia tələbi təmin edilməlidir.

10. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia tələbi təmin edilmiş, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən cavabdeh cavabdeh2 adına verilmiş ## ###### 2021-ci il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh2 adına verilmiş ## ###### 2021- ci il tarixli, 404013117419-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh cavabdeh2 90 (doxsan) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan SSRI Mülki Məcəlləsinin 528, 532, 533 və 552-ci, cavabdeh1spublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 11**.1, 1152, 1159.1.1, 1166, 1167, 1170.1, 1179.1, 1243.1, 1243.2, 1291, 1321.1, 1321.3 və 1325-ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AA ****** nömrəli doğum haqqında şəhadətnamə; ****** nömrəli doğum haqqında şəhadətnamə; ****** nömrəli ölüm haqqında şəhadətnamə; ## #### 1987-ci il tarixli vəsiyyətnamə; ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 404013117419-***** reyestr nömrəli çıxarış; ## ###### 2025-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina barədə qərar; ## ######## 2025-ci il tarixli, *-********** nömrəli qəbz.

13. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 166 kv.m fərdi yaşayış evi və 0.1012 ha torpaq sahəsi cavabdeh2 tam mülkiyyətindədir. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-cı il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. Bundan əlavə olaraq iddiaçının əsaslandığı bütün hallar əsassızdır, belə ki o ümumiyyətlə mirasla bağlı heç vaxt müraciət etməmişdir. Miras qoyan Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-cı il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də baxılan iddia tələbi üzrə mübahisəli hüquq münasibətinə ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş 1964cü il redaksiyada cavabdeh1spublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

15. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Cavabdehlər Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, cavabdeh1spublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan SSRI Mülki Məcəlləsi: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.

21. cavabdeh1spublikası Mülki Məcəlləsi: (vərəsəlik açıldığı zaman qüvvədə olan redaksiyada) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 11**.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

22. Qərarlar: cavabdeh1spublikası Konstitusiya Məhkəməsi Plenumunun cavabdeh1spublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin cavabdeh1spublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2021-ci il tarixli Qərarı: cavabdeh1spublikası Mülki Məcəlləsinin 1291-ci və cavabdeh1spublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır.

23. cavabdeh1spublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “cavabdeh1spublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”: 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir.

24. cavabdeh1spublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. cavabdeh1spublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. cavabdeh1spublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Hazırki qətnamənin 14-cü bəndində sadalanmış apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 166 kv.m fərdi yaşayış evi və 0.1012 ha torpaq sahəsi cavabdeh2 tam mülkiyyətindədir. Miras qoyan Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-cı il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir: Iş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçının babası Süleymanov Ramazan Nəbi oğlunun mülkiyyətində olmuşdur. Süleymanov Ramazan Nəbi oğlu ## ###### 1990-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçi, ## #### 1987-ci il tarixli, 18/**** reyestr nömrəli vəsiyyətnamə ilə ona məxsus Şəki şəhəri, Əkinçilər küçəsində yerləşən ** nömrəli evin 1/3 hissəsini nəvəsi olan hazırkı iş üzrə iddiaçı İddiaçı vəsiyyət etmişdir. Iddiaçı və onun atası mirası qəbul etmiş, sözügedən evdə təmir-tikinti işləri aparmış və sözügedən əmlaka faktiki sahiblik etmişdir. Buna baxmayaraq Süleymanov Ramazan Nəbi oğlunun sağ qalan digər vərəsəsi, iş üzrə cavabdeh cavabdeh2 adına sözügedən əmlaka dair ## ###### 2021-ci il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə əsasında cavabdeh2 adına sözügedən əmlaka dair hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 404013117419- ***** reyestr nömrəli çıxarış verilmişdir. Iddiaçı ona babası tərəfindən verilmiş vəsiyyətnamə əsasında miras qalmış əmlaka dair vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət edən zaman Süleymanov Ramazan Nəbi oğlunun vərəsəsinə artıq vərəsəlik şəhadətnaməsi verilməsi əsası ilə imtina edilmişdir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum Süleymanov Ramazan Nəbi oğlu tərəfindən yazılmış ## #### 1987-ci il tarixli, 18/**** reyestr nömrəli vəsiyyətnamə hal-hazırda hüquqi qüvvədə olan əqddir və həmin əqdin etibarsızlığını müəyyən edən və ya qüvvədə olmamasını istisna edən hal mövcud deyil. Bu səbəbdən iddiaçının gözlənilən hüquqlarını pozaraq həmin vəsiyyətnaməni nəzərə almadan mübahisə predmeti olan miras əmlaka dair yalnız cavabdehin tam irs alması nəticəsinə gəlmək qanunvericiliyə ziddir. Bundan əlavə məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış keçirilmiş və həmin evin tiraltı ev olması müəyyən edilmişdir. Evin bir hissəsində cavabdeh yaşayır. Digər hissəsi isə iddiaçının faktiki sahibliyindədir. Evin iki girişi və iki işıq, su və qaz sayğacı mövcuddur. Yəni miras əmlak cavabdeh cavabdeh2 tərəfindən faktiki qəbul edildiyi kimi, iddiaçının atası tərəfindən və iddiaçı tərəfindən də faktiki olaraq qəbul edilmişdir.

31. cavabdeh1spublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin bir hissəsi ## ###### 1990-ci il tarixində yarandığından həmin vaxt qüvvədə olan Azərbaycan SSRI Mülki Məcəlləsinin müvafiq normaları da tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.

32. Işin hallarından, tərəflərin izahatlarından göründüyü kimi miras əmlak həm iddiaçının X4 tərəfindən, həm də iddiaçı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həm Azərbaycan SSRI Mülki Məcəlləsinin 552-ci maddəsindən, həm də hazırda qüvvədə olan cavabdeh1spublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsindən görünür ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. Cavabdeh apellyasiya şikayətində vurğulamışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 166 kv.m fərdi yaşayış evi və 0.1012 ha torpaq sahəsi cavabdeh2 tam mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi ## #### 1987-ci il tarixli vəsiyyətnamə ilə Süleymanov Ramazan Nəbi oğlu, ona məxsus Şəki şəhəri, Əkinçilər küçəsində yerləşən ** nömrəli evin 1/3 hissəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vəsiyyətnamə hal-hazırda hüquqi qüvvədə olan əqddir və həmin əqdin etibarsızlığını müəyyən edən və ya qüvvədə olmamasını istisna edən hal mövcud deyil. cavabdeh1spublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

34. Iş materiallarında olan ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində qeyd edilmişdir ki, ## ###### 1990- cı il tarixdə vəfat etmiş Süleymanov Ramazan Nəbi oğlunun vərəsəsi cavabdeh2dur və o, miras əmlak olan ünvan 7 ünvanında yerləşən 0,1012 hektar torpaq sahəsi və onun üzərində tikilmiş 166 m2 daşınmaz əmlakdan tam hissə irs almalıdır. Iddiaçının gözlənilən hüquqlarını pozaraq ## #### 1987-ci il tarixli vəsiyyətnaməni nəzərə almadan mübahisə predmeti olan miras əmlaka dair yalnız cavabdehin tam irs alması nəticəsinə gəlmək qanunvericiliyə ziddir.

35. Həmçinin məhkəmə iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə iddia tələbinin ikinci hissəsinin birinci hissəsi ilə əlaqəli olduğunu, iddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edildiyindən həmin hissədə də iddia tələbinin təmin edilməli olduğunu qeyd etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılaşır. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və cavabdeh1spublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh1spublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) cavabdeh1spublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar