Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-621/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmədi, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdeh Cavabdeh 1027.00 (min iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumillikdə isə 1057.00 (min əlli yeddi) manat pulun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 1027 (bir min iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumillikdə isə 1057 (bir min əlli yeddi) manat alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. Iş üzrə cavabdeh Cavabdeh ##.##.2026-ci il tarixdə apellyasiya şikayəti vermiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə edərək Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsi tərəfindən ##.##.2026- cı il tarixli Qərardadla buraxılmış prosessual müddətin təmin edilməməsi ilə məhkəmə əsassız və qanunsuz qərar çıxarmış və hüquqlarını pozmuşdur. Belə ki, Ağdaş rayon Məhkəməsinin icraatında olmuş e-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixdə cavabdeh kimi iştirakı olmadan baxış iclası keçirilmiş, məhkəmənin yekun qərarı qəbul olunmuş və qərar ##.##.2026-cı il tarixdən qanuni qüvvəyə minmişdir. ##.##.2026 tarixində keçirilmiş hazırlıq iclasında iştirak etməklə hüquqlarının müdafiəsini məhkəmədən xahiş etmiş, məhkəmə isə işə mahiyyəti üzrə baxış iclasında baxılacağını bildirməklə hazırlıq iclasını yekunlaşdırmış və tərəflərə baxış iclasının tarixi barədə məlumat veriləcəyini bildirmişdir. Hazırlıq iclasından sonra uzun müddət ona baxış iclası barədə heç bir bildiriş gəlməmiş, hətta müəyyən aralıqlarla bir neçə dəfə (3 dəfə) məhkəmə binasına yaxınlaşıb baxış iclası barədə məlumat əldə etmək cəhdləri uğursuz olmuş, iş üzrə hakim X3 tərəfindən hər dəfə baxış iclası barədə tərəflərə məlumat veriləcəyi bildirilmişdir. Lakin ona heç bir məlumat verilməmişdir. Daha sonra elektron məhkəmə kabinetini yoxlayarkən çox təəccüblü şəkildə ##.##.2026 tarixdə artıq iştirakı olmadan baxış iclasının keçirildiyini və ##.##.2026-cı il tarixdə məhkəmə qərarının qanuni qüvvəyə minməsini görmüşdür. Kabinetin bildirişlər hissəsinə nəzər yetirdikdə, orada baxış iclasının keçirilməsi tarixi və yeri barədə heç bir bildiriş əks olunmur, qeydiyyatda olduğu ünvana bununla əlaqədar hər hansı bildiriş məktubu gəlməmiş, mobil nömrəmə heç bir SMS gəlməmiş (sonuncu SMS ##.##.2026 tarixdə hazırlıq iclası barədə gəlmişdi), zəng edilib məlumat verilməmişdir. AR MPM-in 138.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə iclasın tarixi və yeri barədə tərəfləri xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2- ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə bildirişi vasitəsilə xəbərdar edilirlər. Yuxarıda qeyd olunan hallara əsasən sözügedən iş üzrə məhkəmə qanunvericiliyin imperativ tələbini pozmaqla baxış iclası barədə onu xəbərdar etməmiş, bu səbəbdən də baxış iclasında iştirak etməyi mümkün olmamışdır. Məhkəmə MPM-in 185.2-ci maddəsinin də tələbini pozaraq, onun iştirakı olmadan baxış iclasını təxirə salmayaraq keçirmiş, barəsində qanunvericiliyin tələblərini pozan yekun qərar çıxarmış və qərar qanuni qüvvəyə minmişdir. MPM-in tələblərinin məhkəmə tərəfindən kobud şəkildə pozulması və iştirakı olmadan, qanuni maraqlarını müdafiə etmək imkanı yaradılmadan barəsində yekun məhkəmə qərar çıxarılması ilə AR Konstitusiyasının 60-cı maddəsi ilə müəyyən olunmuş məhkəmə təminatı hüququ sözügedən məhkəmə tərəfindən pozulmuşdur. Əlavə olaraq, məhkəmə qərarında ##.##.2026-cı il tarixli iclasda (buraxılmış prosessual müddətin bərpasına dair) ona məlumat verildiyini və qəbzi imzaladığını bildirsə də, bunlar həqiqəti əks etdirmir. Belə ki, o sonuncu iştirak etdiyi ##.##.2026 tarixli hazırlıq iclasında heç bir qəbz imzalamamış və ona baxış iclası barədə məlumat veriləcəyi deyilmişdir. Həmçinin, yuxarıda qeyd olunan qanunvericiliyin imperativ tələblərindən məlum olduğu kimi məhkəmə xəbərdarlığı bildiriş formasında rəsmi qaydada həyata keçirməlidir. Məhkəmə isə qərəzli mövqe ortaya qoyaraq baxış iclası barədə ona xəbərdarlıq etmədən baxış iclasını keçirmiş və haqlı olduğu halda əleyhinə qərar çıxarmışdır. Bundan başqa qeyd etməlidir ki, elektron kabinetə yüklənmiş e*(***)-****/**** saylı iş üzrə yekun qərar qanunvericiliyin tələblərinə uyğun qəbul olunmadığından həmin qərarla razılaşmır və pozulmuş hüquqlarının bərpası üçün apellyasiya şikayəti vermək məcburiyyətindədir. Lakin sözügedən iş ## ##### 2026 tarixindən qanuni qüvvəyə mindiyindən hazırda apellyasiya şikayəti vermək mümkün deyil. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh qətnamədən şikayət verilməsi müddətini ötürmüşdür. Lakin müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdeh sübut təqdim etmək hüququ məhdudlaşdırıldığını bildirsə də, məhkəmə qeyd edir ki, ## ###### 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı ona əlavə sübutunun olub-olmaması barədə verilən suala sübutunun olmadığını, işin məhkəmə baxışı iclasına təyin olunmasına etirazının olmadığını bildirmişdir. Bundan başqa, cavabdeh məhkəmə baxışı iclası barədə məlumatının olmadığını bildirsə də, məhkəmə qeyd edir ki, ## ###### 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı məhkəmə iclasının qərardadı elan edilərkən məhkəmə baxışı iclasının ## ###### 2026-cı il tarixə saat 11:30-a təyin olunduğu elan edilmiş, cavabdeh isə həmin qərardadın surətini qəbzə imza etməklə əldə etmişdir.Məhkəmə həmçinin, onu da qeyd etməyi vacib hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən apellyasiya şikayəti verilərək ona yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququn mahiyyətinə ziddir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” ##.##.1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa qələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim edən bütün prosessual təminatlarla dəqiqliklə nəzərdə tutmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasılmaz olardı. Konvensiyanin 6-cı maddəsi yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X5 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin ## ###### 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamənin şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsində göstərilir ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses ştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmiş, eyni zamanda cavabdeh üzrlü səbəbdən qətnamədən apellyasiya şikayətini vaxtında təqdim edə bilməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Iş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh elektron kabinetinə ##.##.2026-ci il tarixdə saat 14:11-də yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur.Cavabdeh tərəfindən sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-621/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-621/2026
10.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver