Məhkəmə qərarları › İş №e-2(3-10)-654/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-654/2026

20.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-654/2026 20.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İrşad Electronics” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı “İrşad Electronics” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair cavabdeh Cavabdeh ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərаrdаdındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İrşad Electronics” MMC cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixinə yaranmış ##.##.2025-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 542.9 manat əsas 81.4 manat cərimə ümumilikdə 624.3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdehdan tutularaq « İrşad Electronics» MMC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “İrşad Electronics” MMC cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2 (075)-2935 /**** nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinə ötürülmüş müddətin bərpasına dair ərizə əlavə edilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı ilə iddiaçı “İrşad Electronics” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi qeyd edilən mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi cavabdehə poçt vasitəsilə göndərilmiş və ## #### 2026-cı il tarixdə Cavabdeh Yasəf qızı tərəfindən qəbul edilmişdir. Belə oduğu halda Cavabdeh Yasəf qızının həmin qətnamədən 1 ay müddətədək apellyasiya şikayəti verməli olduğu halda o, həmin müddətdə şikayət verməmiş və onun şikayəti ## ##### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda X1 etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. ## ##### 2026-cı il tarixdə Cavabdeh Yasəf qızının Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh Yasəf qızı ərizəsində həyat yoldaşı ağır ürək xəstəsi olduğundan onun əməliyyatı və müalicəsi üçün mütəmadi olaraq Bakı şəhərinə gedib-gəldikləri üçün iddia tələbinə münasibət bildirə bilmədiyini və apellyasiya şikayəti vermək üçün müddəti ötürdüyünü vurğulasa da, məhkəmə bunu ötürülmüş müddətin bərpası üçün üzürlü hal hesab etmir. Belə ki, iş materialından da göründüyü kimi Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ## #### 2026-cı il tarixdə Cavabdeh Yasəf qızı tərəfindən qəbul edilmiş və cavabdeh Cavabdeh Yasəf qızı həmin qətnamədən 1 ay müddətədək şikayət verməli olmuşdur. Lakin cavabdeh Cavabdeh Yasəf qızı həmin müddətdə şikayət verməmiş və onun şikayəti ## ##### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə ərizəni (vəsatəti) əsaslı hesab etmir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdından cavabdeh Cavabdeh tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərardadını əsassız hesab edərək məhkəmənin müddəti bərpa etməyərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşmır, belə ki, həyat yoldaşının xəstəliyi ilə bağlı həkim rəyini müddət bərpasında dair ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyini, lakin məhkəmə, həmin rəyi nəzərə almamışdır. Həmçinin mahiyyəti üzrə də ailəsinin maddi vəziyyəti olduqca aşağı olduğunu qeyd etmişdir. O, tərəfindən istifadə edilməmiş, götürüldüyü vaxtdan qısa müddət sonra istifadə edilmədən geri qaytarılmış, hazırda da iddiaçının mülkiyyətində olan əşyaya görə ondan pul tutulmasının ədalətli olmadığını qeyd etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı ilə şikayətin təmin edilməməsi, şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdı. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qətnaməsi cavabdehə xəbərnaməli zərflə poçt vasitəsilə göndərilmiş və ##.##.2026-cı il tarixdə cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. Cavabdeh ##.##.2026-cı il ildə həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət əlavə etmişdir.Cavabdeh sözügedən qətnamədən qanunvericilikdə müəyyən edilmiş müddətdə apellyasiya şikayətini verə bilməməsini həyat yoldaşının ağır ürək xəstəsi olması, həmin ərəfədə onun əməliyyat və müalicəsi üçün mütəmadi olaraq Bakı şəhərinə gedib-gəlməsi ilə əsaslandırmış və vəsatətə ərinin xəstəliyi ilə bağlı müvafiq sənədləri əlavə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətə əalvə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət öz iradəsindən asılı olmayan səbəblərdən (ərinin xəstəliyi, müalicəsi ilə əlaqədar) buraxıldığından üzrlü hesab edilməli və apellyasiya şikayəti icraata qəbul edilərək baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı ləğv edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı ləğv edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilsin. Apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar