Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-737/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş barədə (Açar sözlər: borcun ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 479.88 manat məbləğində Qızıl zəmanət Ultra 2 il xidməti, IMEI kodu 49309/64S800451 XIAOMI REDMI PAD SE markalı telefon, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 219.96 manat məbləğində Tüklü ayaqaltı , ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 714.42 manat məbləğində 2 ədəd Qızıl zəmanət Ultran 1 il xidməti, Blender Braun, Samsung markalı mikrodalğalı soba, dondurma düzəldəni Cavabdeh vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-“xxxx” MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət Ultra 2 il xidməti, IMEI kodu 49309/64S800451 XIAOMI REDMI PAD SE markalı telefon üçün 291.02 (iki yüz doxsan bir manat iki qəpik) manat ödənilməmiş hissə, 29.10 (iyirmi doqquz manat on qəpik) manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən tüklü ayaqaltı üçün 146.47 (bir yüz qırx altı manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 14.65 (on dörd manat altmış beş qəpik) manat cərimə, ##.##.2023-cü il tarixli müqaviləsinə əsasən 2 ədəd Qızıl zəmanət Ultran 1 il xidməti, Blender Braun, Samsung markalı mikrodalğalı soba, dondurma düzəldən üçün 78.70 (yetmiş səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 7.87 (yeddi manat səksən yeddi qəpik ) manat cərimə ümumilikdə 567.81 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2023-cü il tarixli müqavilələrə əsasən, Imei kod 49309/64S800451 XIAOMI REDMI PAD SE, QIZIL ZƏMANƏT ULTRA 2 IL xidməti, TÜKLÜ AYAQALTI, 2 ədəd QIZIL ZƏMANƏT ULTRA 1 IL xidməti, BLENDER BRAUN, MIKRODALĞALI SOBA SAMSUNG, DONDURMA DÜZƏLDƏN almış və nəticədə 567.81 (beş yüz altmış yeddi manat, səksən bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 479.88 (dörd yüz yetmiş doqquz manat, səksən səkkiz qəpik) manat (18 ay x 26.66 manat + 0 manat ilkin ödəniş) olan Imei kod 49309/64S800451 XIAOMI REDMI PAD SE, QIZIL ZƏMANƏT ULTRA 2 IL xidməti üçün ümumilikdə, 320.12 (üç yüz iyirmi manat, on iki qəpik) manat olmaqla ondan, 291.02 (iki yüz doxsan bir manat, iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.10 (iyirmi doqquz manat, on qəpik) manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 219.96 (iki yüz on doqquz manat, doxsan altı qəpik) manat (18 ay x 12.22 manat + 0 manat ilkin ödəniş) olan TÜKLÜ AYAQALTI üçün ümumilikdə, 161.12 (bir yüz altmış bir manat, on iki qəpik) manat olmaqla ondan, 146.47 (bir yüz qırx altı manat, qırx yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.65 (on dörd manat, altmış beş qəpik) manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 714.42 (yeddi yüz on dörd manat, qırx iki qəpik) manat (18 ay x 39.69 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd QIZIL ZƏMANƏT ULTRA 1 IL xidməti, BLENDER BRAUN, MIKRODALĞALI SOBA SAMSUNG, DONDURMA DÜZƏLDƏN üçün ümumilikdə, 86.57 (səksən altı manat, əlli yeddi qəpik) manat olmaqla ondan, 78.70 (yetmiş səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.87 (yeddi manat, səksən yeddi qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 898.07 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2026-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 479.88 manat məbləğində Qızıl zəmanət Ultra 2 il xidməti, IMEI kodu 49309/64S800451 XIAOMI REDMI PAD SE markalı telefon, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 219.96 manat məbləğində Tüklü ayaqaltı , ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 714.42 manat məbləğində 2 ədəd Qızıl zəmanət Ultran 1 il xidməti, Blender Braun, Samsung markalı mikrodalğalı soba, dondurma düzəldəni alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəllərinin 2.6-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür.
5. Göründüyü kimi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh Qızıl zəmanət Ultra 2 il xidməti, IMEI kodu 49309/64S800451 XIAOMI REDMI PAD SE markalı telefon, Tüklü ayaqaltı , 2 ədəd Qızıl zəmanət Ultran 1 il xidməti, Blender Braun, Samsung markalı mikrodalğalı soba, dondurma düzəldən verilərək ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli və ******* nömrəli ##.##.2023-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini cavabdeh Cavabdeh tələb etməkdə haqlıdır.
6. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 291.02 manat məbləğində əsas borc, ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 146.47 manat məbləğində əsas borc və ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən 78.70 manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.
7. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 29.10 manat, ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 7.87 manat, ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 14.65 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir.
8. Məhkəmə hesab etmişdir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 29.10 manat cərimə 10 manat, ******* nömrəli ##.##.2023cü il tarixli müqaviləyə əsasən hesablanmış 7.87 manat cərimə 03 manat, ##.##.2025-cü il tarixli müqaviləyə əsasən hesablanmış 14.65 manat cərimə 06 manat həddində təmin edilməlidir.
9. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 291.02 (iki yüz doxsan bir manat iki qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu, ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən 78.70 (yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas borc və 03 (üç) manat cərimə borcu, ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 146.47 (bir yüz qırx altı manat qırx yeddi qəpik) manat əsas borc və 06 (altı) manat cərimə borcu olmaqla, cəmi 535.19 (beş yüz otuz beş manat on doqquz qəpik) manat borcun tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdeh Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 448.2, 458.1, 462.1, 465.2, 467, 598.2, 600.1, 601.1 və 600.4-cü maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli ##.##.2023-cü il tarixli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli; ## #### 2026-cı il tarixli maliyyə və ödəniş cədvəli; ##.##.2026-cı il tarixli xəbərdarlıq; ##.##.2026-cı il tarixli mədaxil qəbzi.
12. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin pulu ödəməyə imkanı yoxdur. Maddi vəziyyəti çətindir. Həmçinin həmin qətnamədən yeni məlumatı olmuş, məhkəmə icraat barədə onu lazımi qaydada məlumatlandırmamışdır.
14. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə qarşılıqlı iddia verilərsə, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə və iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa, işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş mübahisələndirilən hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 13-cü bəndində qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin qətnamədən yeni məlumatının olması, məhkəmənin icraat barədə onu lazımi qaydada məlumatlandırmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh elektron kabinetində yerləşdirilmiş, lakin Cavabdeh telefonunda nasazlıq olduğundan qətnamədən ##.##.2026-cı il tarixdə məlumatı olmuşdur. Cavabdeh Cavabdeh Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə vermiş, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilərək apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Apellyasiya şikayətinin digər dəlili isə bundan ibarət olmuşdur ki, cavabdeh pulu ödəməyə imkanı olmadığını, maddi vəziyyətinin çətin olduğunu bildirərək Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******** nömrəli, ##.##.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə dəyəri 479.88 (dörd yüz yetmiş doqquz manat səksən səkkiz qəpik) manat məbləğində Qızıl zəmanət Ultra 2 il xidməti, IMEI kodu 49309/64S800451 XIAOMI REDMI PAD SE markalı telefon əldə etmiş, onun dəyərini “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******** nömrəli, ##.##.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 219.96 (iki yüz on doqquz manat doxsan altı qəpik) manat məbləğində tüklü ayaqaltı əldə etmiş, onun dəyərini “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli ##.##.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 714.42 (yeddi yüz on dörd manat qırx iki qəpik) manat məbləğində 2 ədəd Qızıl zəmanət Ultran 1 il xidməti, Blender Braun, Samsung markalı mikrodalğalı soba, dondurma düzəldən əldə etmiş, onun dəyərini “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəllərinin 2.6ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. ## #### 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh“xxxx” MMC-yə ******** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə 291.02 manat əsas borcu, 29.10 manat cərimə borcu, olmaqla cəmi 320.12 manat borcu, ******** nömrəli, ##.##.2024cü il tarixli müqavilə üzrə 146.47 manat əsas borcu, 14.65 manat cərimə borcu, olmaqla cəmi 161.12 manat borcu, ******* nömrəli ##.##.2023-cü il tarixli müqavilə üzrə 78.70 manat əsas borcu, 7.87 manat cərimə borcu olmaqla cəmi 86.57 manat borcu, cəmi 567.81 manat borcu ödənilməmişdir. ##.##.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2023-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir.
24. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh Qızıl zəmanət Ultra 2 il xidməti, IMEI kodu 49309/64S800451 XIAOMI REDMI PAD SE markalı telefon, Tüklü ayaqaltı , 2 ədəd Qızıl zəmanət Ultran 1 il xidməti, Blender Braun, Samsung markalı mikrodalğalı soba, dondurma düzəldən verilərək ##.##.2024-cü il tarixli, ##.##.2024cü il tarixli və ******* nömrəli ##.##.2023-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir.
25. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 291.02 manat məbləğində əsas borc, ******** nömrəli, ##.##.2024cü il tarixli müqaviləyə əsasən 146.47 manat məbləğində əsas borc və ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən 78.70 manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.
26. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 29.10 manat, ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 7.87 manat, ******** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 14.65 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir.
27. Məhkəmə hesab etmişdir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı ##.##.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 29.10 manat cərimə 10 manat, ******* nömrəli ##.##.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 7.87 manat cərimə 03 manat, ##.##.2025-cü il tarixli müqaviləyə əsasən hesablanmış 14.65 manat cərimə 06 manat həddində təmin edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticədə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.