Məhkəmə qərarları › İş №e-2(3-10)-741/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-741/2026

05.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-741/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh Istehsalat Birliyinə və X2 Istismarı Idarəsinə qarşı “qaz xəttinə qoşulma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh Istehsalat Birliyinə və X2 Istismarı Idarəsinə qarşı “qaz xəttinə qoşulma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il il tarixli, e-2(033)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh Istehsalat Birliyinə və X2 Istismarı Idarəsinə qarşı “qaz xəttinə qoşulma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh X5 X3 Idarəsi tərəfindən Zaqatala rayonu, Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin qoşulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdə məhkəməyə iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh təşkilatla aralarında qazın sərfiyyatına dair və qiymətinə dair ##.##.2019-cu il tarixli müqavilə imzalanaraq sərf edəcəyi hər bir kub qaz üçün 0,10 manat, 2019-cu ilin # ### tarixindən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kub.m-dən çox olan hissəsi üçün isə 0,20 manatdan ödənilməsi müəyyənləşdirilmişdir. Cavabdeh onun smart kart tipli sayğac işlətməsinə baxmayaraq həmin dövrdə sayğaca əsassız borclar, daha sonra isə smart kart tipli sayğacı dəyişərək mexaniki sayğac quraşdırmasına baxmayaraq, yenə də əsassız borclar yazmış, bununla da onu borca salmışdır. Qeyd olunanlara əsasən 2019-cu ilin sentyabr ayından bu günədək işlətdiyi qazın müqavilədə qeyd olunmuş şərtlərlə yenidən hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı İddiaçı məxsus Zaqatala şəhəri, Təbriz küçəsi **A saylı evdə 2019-cu ilin sentyabr ayından iddiaçının məhkəməyə müraciət etdiyi ##.##.2026-cı il tarixədək sərf edilmiş qaz ## ######## 2019-cu il tarixli ***** nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilədə qeyd olunmuş şərtlərə uyğun yenidən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh Istehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Cavabdeh Cavabdeh Istehsalat Birliyi həmin qərardaddan şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Istehsalat Birliyinin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayətinin verilməsi üçün son tarix ##.##.2026-cı il olmuşdur. Apellyasiya şikayətindən də görünür ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi apellyasiya şikayətini məhkəməyə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə göndərmişdir. Cavabdeh Cavabdeh X5 Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən qətnaməni aldıqları gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, buna riayət etməmiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Şikayətdə göstərilmişdir ki, Zaqatala Rayon Məhkəməsi iddiaçı İddiaçı iddia tələbinin qismən təmin edilməsinə dair e-*(***)-****/**** nömrəli qətnaməsi ## ##### 2026-cı il tarixdə elan edilmişdir. Cavabdeh IB-nin Elektron məhkəmə sistemində yaradılmış elektron kabinetində həmin işin bildirişlər bölməsində Zaqatala Rayon Məhkəməsi tərəfindən yerləşdirilmiş məlumatlardan görünür ki, mübahisəli qətnamə elekton kabinetə ##.##.2026cı il tarixdə yerləşdirilmiş, bu barədə tərəflərə elektron kabinet vasitəsilə rəsmi qaydada ##.##.2026-cı il saat 15:21, 15:41, ##.##.2026-cı il tarixdə saat 10:03, 10:04-də məlumat verilmişdir və qətnamədən şikayət vermə müddətinin son günü ##.##.2026-cı il tarixdə bitir. Eyni zamanda məhkəmə həmin qətnaməni poçt vasitəsilə X4 istismarı Idarəsinə ##.##.2026-cı il tarixdə təqdim etmişdir. Cavabdeh IB isə həmin qətnamədən poçt vasitəsi ilə ##.##.2026-cı ildə, elektron kabinet vasitəsilə isə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi ##.##.2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş qətnamədən Cavabdeh IB bir aylıq prossesual müddəti ötürmədən şikayəti vermişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Zaqatala Rayon Məhkəməsi də öz növbəsində mübahisəli qətnaməni elektron kabinetə yerləşdirilməsi ilə bağlı Cavabdeh IB-yə elektron qaydada ##.##.2026-cı il tarixdə, poçt vasitəsi ilə ##.##.2026-cı il tarixdə məlumat vermiş, Birlik tərəfindən apellyasiya şikayəti isə 16-##.##.2026-cı il tarixdə göndərilmişdir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün bir aylıq prosessual müddət ötürülməmişdir. Ona görə də apellyasiya şikayəti geri qaytarılmadan aidiyyatı üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməli idi. Həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə ilə bağlı artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərardadı mövcuddur. Həmin qərarda göstərilir ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir. Hazırkı halda isə maraqlı şəxs elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (email) qeyd edilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin şəxsə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə sənədinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürülməsi mümkün olmadığına görə maraqlı şəxsin birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürdüyü barədə gəlinən nəticə qanuni hesab edilə bilməz. Kollegiya qeyd edir ki, iş materiallarında olan “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən Çıxarışdan (i/v 136) görünür ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Istehsalat Birliyinə məxsus şəxsi elektron kabinetində yerləşdirilməklə rəsmi qaydada verilmişdir. Cavabdeh Cavabdeh Istehsalat Birliyi apellyasiya şikayətini məhkəməyə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar