Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-773/2026 14.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında ## ####### 2018-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində akt qeydləri kitabında **** nömrəli qeyd edilməklə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında Bakı ** saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2026-cı il tarixli MŞB/**/****-**** nömrəli barışıq sazişinin ləğv olunması, ##.##.2019cu il təvəllüdlü övladları X2 anası Cavabdeh yanında saxlanılması, ##.##.2019-cu il təvəllüdlü övladları X2 yetkinlik yaşına çatana kimi atası İddiaçı anası Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində sabit pul məbləğində alimentin müəyyən olunması və ##.##.2019-cu il təvəllüdlü övladları X2 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “Barışıq sazişinin ləğv olunması, uşağın yanında saxlanması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh Cavabdeh qaytarılması, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun (##.##.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən cavabdeh Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunla müəyyən edilmiş prosessual müddət daxilində məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddia ərizəsi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş, cavabdehə məhkəmə bildirişi və iddia ərizəsinin surəti ## ##### 2026-cı il tarixdə göndərilmiş, cavabdeh məhkəmə bildirişini ## ##### 2026-cı il tarixdə rəsmi qaydada almış, buna baxmayaraq ## ### 2026-cı il tarixdə saat 14:40-a təyin olunmuş məhkəmə hazırlıq iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş, etiraz mülahizələrini bildirməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini xeyli müddət (65) gün) sonra ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmiş, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh şikayətində göstərmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında ## ####### 2018-ci ildə Sumqayıt “Asan xidmət” mərkəzin Qeydiyyat şöbəsində akt qeydləri kitabında **** nömrəli qeyd etdirməklə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ilkin iddia üzrə cavabdeh Cavabdeh ilkin iddia ərizəsini məhkəməyə müraciət edərək aldıqdan sonra, onunla tanış olmuş və qarşılıqlı iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, məhkəmədə “mediasiyada bağlanmış barışıq sazişinin ləğv olunması, birgə nikahdan doğulmuş azyaşlı övladlarının onun yanında saxlanması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı il tarixinə saat 15:00-a təyin edilmiş ilkin hazırlıq iclası iddiaçı tərəfin məhkəmə iclasına gəlməməsi səbəbi ilə baş tutmamış və hazırlıq iclası ##.##.2026-cı il tarixinə təyin edilmişdir. Həmin məhkəmə hazırlıq iclasında iddia ərizələri ilkin və qarşılıqlı iddia ərizələri müzakirə edilərək məhkəmə qarşılıqlı iddianın, yəni Cavabdeh iddiasının geri qaytarılması barəsində qanunsuz və əsassız qərardad qəbul etmişdir. O, məhkəmə qərardadını tam qanunsuz, əsassız və ədalətsiz sayaraq, ondan apellyasiya şikayəti verir. Bildirir ki, məhkəmə qərardadını əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-nin 154, 155 və 156-cı maddələrinə müraciət etmiş və belə qənaətə gəlmişdir ki, ilkin iddia olan “nikahın ləğvi tələbi” ilə qarşılıqlı iddiada qoyulmuş tələblər “ birgə nikahdan doğulmuş azyaşlı övladlarının kimin yanında saxlanılması, uşağın atadan alınaraq anaya verilməsi və aliment tələbi” nin bir-biri ilə qarşılıqlı əlaqəsi yoxdur, ona görə bu tələblərə eyni icraatda baxıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsində göstərilmişdir ki, məhkəmə boşanma həyata keçirən vaxt boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında saxlanılması və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir. Bu maddədən göründüyi kimi hətta tərəflər qarşılıqlı iddiada göstərilən tələblərlə çıxış etməsə də, məhkəmə özü tərəflər arasında qeydə alınmış nikahın ləğvi qərarına gəlirsə, yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında saxlanılması və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir. Yəni bu iki iddiaya məhkəmə birlikdə baxmalı və onu həll etməlidir. Məhkəmə qərardadında göstərir ki, qarşılıqlı iddia 65 gün sonra verilmişdir. Onda sual olunur ki, niyə, hansı səbəbə iddia üzrə birinci hazırlıq iclası ## #### 2026-cı il tarixinə təyin edilmişdir. Çünki, ilkin iddia ərizəsinin surəti cavabdeh tərəfə verilməmişdir, ## #### 2026-cı il tarixdə vəkilin müraciətindən sonra ilkin iddianın surəti tərəfə verilmiş və qarşılıqlı iddia hazırlanaraq ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155- ci maddəsinin həmin Məcəllənin 43,4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2022-ci il tarixli qərarına istinad etsə də, düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunan qərarda çox aydın olaraq yazılmışdır ki, MPM-nin 156.1.1 və 156.1.2-ci maddələrdəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmənin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olar. Qarşılıqlı iddiada qoyulmuş tələblər birbaşa ilkin iddia ilə əlaqəli olan və Ailə Məcəlləsinin 22-ci maddəsi ilə müəyyən olunduğu kimi birlikdə baxılmalı tələblərdir və məhkəmə işinin yüngülləşdirilməsinə, işin azaldılmasına, fəaliyyətin səmərəliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinə xidmət edir. Ilkin iddia barışıq sazişinə əsaslanaraq verilmiş və sazişin mətnindən də göründüyü kimi saziş ancaq bir tərəfin, yəni ilkin iddia üzrə iddiaçının mənafeyini əks etdirir, könüllü sazişdir və qarşı tərəf artıq ona etiraz edir. Bu halda həmin sazişə əsasən ilkin iddiaya tək baxaraq nəticəyə gəlinməsi tam qanunsuz və əsassız olmaqla həm azyaşlı uşağın, həmdə ananın mənafeyinə ziddir. Azyaşlı bir övladın ana nəvazişindən, ana qayğısından məhrum etmək tam qanunsuzdur. Ona görə də məhkəmənin ##.##.2026-ci il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı, Cavabdeh “mediasiyada bağlanmış barışıq sazişinin ləğv olunması, birgə nikahdan doğulmuş azyaşlı övladlarının onun yanında saxlanması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddiası qəbul edilərək birlikdə araşdırılması haqqında yeni məhkəmə qərardadı çıxarılmalıdır. Məhkəmə qərardadında istinad etdiyi maddi hüquq normalarını düzgün tövsif olunmayıb, iş üzrə sübutları düzgün qiymətləndirməyib, iş materiallarında olan sənədlərə yox, ilkin iddiaçı kimi qəbul elədiyi şəxsin nümayəndəsinin fikirlərinə istinad edərək qərardad qəbul etmişdir. Yəni, məhkəmə təqdim olunmuş sübutları yuxarıda göstərdiyi kimi düzgün qiymətləndirməmiş, iş üzrə faktiki halları tam aydınlaşdırmamışdır. Ilkin iddianın və tərəfin etiraz etdiyi barışıq sazişi bir tərəfin mənafeyinə uyğun tərtib edildiyi və qarşı tərəf haqqında rüsvayedici material yayılacağı ilə əlaqədar məcburiyyət qarşısında, kənar təsir nəticəsində, azad iradə ifadəsi olmadan imzalandığı üçün heç bir hüquqi nəticə doğura bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsində göstərilir ki, “qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnərsə, qarşılıqlı iddia icraata qəbul edilərək birlikdə baxılmalıdır. Iş materiallarından göründüyi kimi ilkin iddia ilə qarşılıqlı iddiada qoyulan tələblər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsi ilə tənzimlənən tələblər olmaqla mütləq birlikdə həllini tapmalı olan tələblərdir. Məhkəmə qəbul etdiyi qərardadı tam əsaslandırmamış, qarşılıqlı iddianı niyə geri qaytarmalı olduğunu və Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın ləğvi ilə birlikdə həll etməli olduğu tələbləri necə həll edəcəyini göstərməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi, şikayət etdiyi qərardadı heç bir sübutla əsaslandırmamış, tətbiq etdiyi prosessual hüquq normalarını düzgün tövsif etməmişdir. Ona görə də şikayətin təmin edilərək qərardadın ləğv olunması, qarşılıqlı iddianın qəbul edilməsi və hər iki iddianın bir icraatda araşdırılmasına dair yeni qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan xəbərnamədən görünür ki, (i/v 22) cavabdeh Cavabdeh məhkəmə bildirişini ## ##### 2026-cı il tarixdə rəsmi qaydada almışdır. Qarşılıqlı iddia ərizəsini isə ##.##.2026-cı il tarixdə, yəni iddia ərizəsini rəsmi qaydada aldıqdan 65 gün sonra məhkəməyə təqdim etmişdir ki, bununla da qarşılıqlı iddia vermək üçün Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bununla yanaşı cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların qarşılıqlı iddianın verildiyi (##.##.2026-cı il tarixdə) müddətdə əmələ gəldiyini və ya qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3, 4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2022-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır. Məhkəmə kollegiyası hesab edir ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*- ***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-773/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-773/2026
14.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver