Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-780/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə aralarında ## ######## 2013-cü il tarixdə 25 nömrə ilə Balakən rayonu Gərəkli kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmiləşdirdikləri nikahın pozulması,ərizənin verildiyi vaxtdan başlayaraq ##.##.2014-cü ildə doğulmuş Qardaşov Emir Hicran oğlunun və ##.##.2016-cı ildə doğulmuş Qardaşova Zəhra Hicran qızının baxılıb saxlanmaları üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsası ilə iddiaçıya geri qaytarılmışdır. Iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə qərardaddan şikayət verərək , şikayətin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən icraata qəbul edilmiş sayılması və işin məhkəmənin hazırlıq iclasında baxılması barədə qərardad çıxarılması xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi iddia ərizəsini imzalamağa səlahiyyəti olmayan şəxs, İddiaçı vəkili Nümayəndə tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1 və 150.1.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı işin materiallarından görünür ki, iddiaçı İddiaçı vəkili Nümayəndə Türkiyə Respublikasında tərtib edilmiş ***** nömrəli, ##.##.2026-cı il tarixli etibarnamə vermişdir. Həmin etibarnamədə iddia ərizəsinin imzalanması xüsusi olaraq qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd olmaması əsası ilə iddia ərizəsini geri qaytarsa da, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası MPM-in tələbi pozulmamışdır. Belə ki, işdə olan Türkiyə Respublikasında tərtib edilmiş, notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Nümayəndə aşağıdakıları etibar etmişdir: “Istər həyat yoldaşım - Cavabdeh adlı şəxsin mənim əleyhimə qaldırdığı və ya bundan sonra qaldıracağı, istərsə də mənim həyat yoldaşımın əleyhinə qaldırdığım və ya qaldıracağım nikahın ləğv edilməsi və ayrılıq iddialar, bu iddialarla bağlı olaraq digər iddia və məhkəmə prosesləri ilə bağlı Azərbaycan Respublikası Məhkəmələrinin, məclislərinin, idarə və qurumlarının istənilən bölmə və instansiyalarında istənilən tərzdə və şəkildə məni təmsil etməyi, hüquqlarımı qorumağı təmin etməyi, müdafiə və mühafizəsi üçün məqsədəuyğun hesab edəcəyi bütün işlərə nəzarət etməyi, başa çatdırmağı, iddia qaldırmağı, lazım olduqda yenidən iddia qaldırmağı, yazıb imzalayaraq zəruri ərizə və sənədləri aidiyyəti üzrə idarə və orqana təqdim etməyi, bildiriş verməyi və bildirişləri qəbul etməyi, qərarların elan edilməsini və düzəliş edilməsini tələb etməyi, apellyasiya şikayəti verməyi, iddianı şikayət etməyi, Regional Apellyasiya Məhkəmələri, Regional Inzibati Məhkəmələri, Ali Məlikəmə, Dövlət Şurası və digər inzibati, maliyyə və məhkəmələrdə təmsil etməyi və məhkəmə iclası keçirilməsini və qərarın düzəldilməsini tələb etməyi, şahidlərə qulaq asdırmağı, şikayət etməyi, şikayətini geri götürməyi, fərdi müraciət etmək hüququmdan istifadə edərək Konstitutsiya Məhkəməsində iddia qaldırmağı, Avropa Insan Hüquqları Məhkəməsində iddia qaldırmağı, bu məhkəmə işlərinə nəzarət etməyi və başa çatdırmağı, ekspert, mühasib, hakim təyin etməyi və ləğv etməyi, araşdırma tələbi etməyi cavablara etiraz etməyi, müəyyənləşdirməyi, yazılı və şifahi xəbərdarlıq etməyi və etiraz etməyi və cavab verməyi, ləğv edilmə ilə bağlı xəbərdarlıq etməyi, mənim əvəzimdən açar təhvil almağı və ya təhvil verməyi, təhvil-təslim aktlarını imzalamağı, hökm və qərarların bütövlükdə tətbiq edilməsini təmin etməyi, məhkəmə iclasına çağırılmamağım barədə tələb irəli sürməyi, icra və tədbir məqsədli sekvestr qərarlarını qəbul etməyi, məhdudiyyət və girov qoydurmağı, icra proseslərində qiymət təklifi verməyi, əvəzləri qəbul etməyi və toplamağı, mənim iştirakım olmadan keçiriləcək məhkəmə proseslərində iştirak etməyi, Sığorta Arbitraj Komissiyası və alternativ mübahisə həlli yollarına müraciət etməyi, mediasiya üsuluna müraciət etməyi, mediator seçməyi, mediasiya prosesində və müzakirələrində məni tam səlahiyyətlə təmsil etməyi, istəyərsə, prosesi başa çatdırmağı, istənilən növ akt və razılıq sənədlərini imzalamağı, işlərə nəzarət etməyi və başa çatdırmağı, Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən razılığa gəlməyi, razılığa gəlməyi qəbul etməyi və ya razılığa gəlməkdən imtina etməyi, Cinayət Prosessual Məcəlləsinin maddələrinə əsasən qərarın bildirilməsini dayandırmağı və təxirə salınmasını tələb etməyi, xarici ölkələrdən verilmiş məhkəmə qərarlarının tanınması və icrasını tələb etməyi, məhkumluğumun olub-olmadığı haqqında arayışımı və arxiv məlumatlarımı tələb edib almağı, əmlak haqqında bildiriş verməyi, barışığa gəlməyi, hakimlərə etiraz etməyi, məhkəmə işini tamamilə ləğv etməyi, and təklif etməyi, and təklifini qəbul etməyi və ləğv etməyi, girovu ləğv etməyi, məhkəmə işindən və ya qanuni yollardan imtina etməyi, imtinanı qəbul etməyi, qarşı tərəfin bəraət və iddiasını qəbul etməyi, məhkəmə prosesindən geri çəkilməyi, hakimlərin hərəkətləri barədə dövlət əleyhinə kompensasiya tələbi qaldırmağı, X1 Satış Idarələrində satış tələbi etməyi, zəmanət qoymağı, təklif verməyi, zəmanəti geri almağı, satış tələbindən imtina etməyi, Məhkəmələrdən Vərəsəlik Işi Üzrə Hökmü və notariat ofislərindən Vərəsəlik Şəhadətnaməsini tələb edib almağı, səlahiyyətli olmaqla ata adı RAUF, doğulduğu tarix ##.##.1982-ci il olan, Azərbaycanda vəkillik fəaliyyəti göstərən Vəkil Nümayəndə adlı şəxsə etibar edirəm. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi etibarnaməyə hərfi yanaşaraq qərar qəbul etmişdir. Ona görə də kollegiya hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin materialları Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-780/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-780/2026
18.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver