Məhkəmə qərarları › İş №e-2(3-10)-797/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-797/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-797/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbinə dair, rədd) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 542.9 manat əsas 81.4 manat cərimə ümumilikdə 624.3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq verilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixinə yaranmış ##.##.2025-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 542.9 manat əsas 81.4 manat cərimə ümumilikdə 624.3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdehdan tutularaq « xxxx» MMC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılması xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixli, ********* saylı müqavilə bağlanmışdır. Müqavilə məbləği: 574,90 manat, müqavilənin aylıq ödənişi 32 manat, müddəti 18 aydır. Müqavilə üzrə cavabdeh tərəfindən Honor markalı mobil telefon əldə edilmişdir. Son ödəniş məbləği və tarixi: 37 manat ##.##.2025-ci il. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində “xxxx” MMC qarşısında ödənilməmiş əsas borc məbləği: 542,90 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin №* saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 814 manatdir.

4. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) iddia təmin edilmiş, ##.##.2025-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 542.9 manat əsas 81.4 manat cərimə ümumilikdə 624.3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.

6. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin danılmaz faktıdır ki, iddiaçı ilə onun arasında ## #### 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən ona 18 ay müddətində ödəmək şərti ilə 574.99 manat dəyərində “Homor X8c” markalı mobil telefon verilmişdir. Mobil telefonu təhvil aldıqdan 15 gün sonra həyat yoldaşının səhhəti pisləşdiyindən, telefonun aylıq pulunu ödəyə bilməyəcəyindən qablaşdırma pozulmadan, hətta telefona nömrə (sim kart) belə daxil etmədən aparıb iddiaçıya qaytamışdır. Telefonu təhvil verən zaman iddiaçının nümayəndələri tərəfindən ona hər hansı sənəd, təhvil-təslim aktı təqdim edilməmişdir. Bu barədə tələb etdikdə isə ona telefonu Baş ofisə (servis xidmətinə) göndərəcəklərini, bundan sonra müqaviləyə xitam verəcəklərini bildirmişlər. Həmin vaxtdan sonra 3-4 dəfə iddiaçı “xxxx” MMC-yə müraciət edərək telefonu qaytarmağına dair hər hansı sənəd tələb etsə də, ona narahat olmamağını, müqaviləyə xitam verildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini əldə etdikdən sonra ona məlum olmuşdur ki, mobil telefonu istifadə etmədən qaytarmağına və onunla bağlanmış ## #### 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə xitam verildiyi bildirilməsinə baxmayaraq, “xxxx” MMC tərəfindən ona qarşı borcun tutulması ilə bağlı iddia qaldırılmışdır. Hətta iddiaçı tərəfindən birinci instansiya məhkəməsi aldadılmış, işin həqiqi halları, yəni mobil telefonun qaytarılması bildirilməmişdir. Məhkəmə də haqlı olaraq təqdim edilmiş sübutlar əsasında işə baxmış və iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Qeyd etdiyi kimi, həyat yoldaşı ağır ürək xəstəsi olduğundan, onun əməliyyat və müalicəsi üçün mütəmadi olaraq Bakı şəhərinə getmək zərurəti yarandığından birinci instansiya məhkəməsinə bu barədə, yəni iddiaçı ilə aralarında hər hansı müqavilə münasibətlərinin qalmadığını, mobil telefonun artıq iddiaçıya qayatarıldığını bildirməmişdir. Iddiaçı da hüquqdan sui istifadə edərək əsassız varlanmışdır. Istifadə etmədiyi, hazırda onun mülkiyyətimdə olmayan əşyaya görə ondan əsassız olaraq pulun tələb edilməsi və ya tutulması onun hüquqlarının pozulması deməkdir. Məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və bunun nəticəsində də düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Yuxarıda sadalanan maddi hüquq normalarının nəzərə alınmaması və tətbiq edilməməsi buna əyani sübutdur.

8. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 bildirdi ki, dəfələrlə olub ki, alıcılar malı alır sonradan maddi imkanının olmaması, malın pulunu verə bilmədiyi üçün geri qaytarırlar. Alıcının malı alıb sonra qaytardıqda həmin malın yenidən satılması ilə bağlı problem olur, çünki onlar ikinci əl mal satmırlar. Qarşı tərəfə bildirilmişdir ki, telefonu satsın və həmin pulla telefonun borcunu ödəsin, qalan pulu da hissəhissə ödəsin. Telefon cavabdeh tərəfindən qaytarılmışdır. Təhvil-təslim aktı rəsmi olaraq tərtib olunmasa da, telefon hal-hazırda “xxxx” MMC-dədir. Sonda isə şikayətin təmin edilməməsini Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.

13. «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olması, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və duzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımı keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni manafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüquqlarına malikdirlər. 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Iri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Istehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Istehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. Istehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada aparılır. Istehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. 13.1-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıı maraqlandıran malın (isin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, saglamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şartləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsındə istehlakçıya zəruri və duzgün məlumat verməlidir. 26-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Cavabdeh Şəki Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

23. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında ## #### 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 18 ay müddətində ödəmək şərti ilə 574.99 manat dəyərində “Homor X8c” markalı mobil telefon verilmişdir. Mobil telefonu təhvil aldıqdan bir müddət sonra iddiaçının həyat yoldaşının səhhəti pisləşdiyindən, telefonun aylıq pulunu ödəyə bilməyəcəyindən, qablaşdırma pozulmadan, hətta telefona nömrə (sim kart) belə daxil etmədən telefon iddiaçıya qaytarılmışdır. Telefonu təhvil verən zaman iddiaçının nümayəndələri tərəfindən cavabdehə hər hansı sənəd, təhvil-təslim aktı təqdim edilməmişdir. Bu barədə tələb etdikdə isə cavabdehə telefonu Baş ofisə (servis xidmətinə) göndərəcəklərini, bundan sonra müqaviləyə xitam verəcəklərini bildirmişlər. Hal-hazırda da mobil telefon iddiaçının sahibliyindədir.

24. Məhkəmə kollegiyası hesab edir ki, satılmış mobil telefonla (telefonun qaytarıldığı və faktiki olaraq cavabdehin istifadəsində olmadığı halda) bağlı qanunvericilik istehlakçıya yuxarıda sadalanan hüquqlardan hər hansı birindən istifadə etmə imkanı verdiyindən və iddia tələbi həmin mala görə ödənilmiş pulun geri qaytarılması ilə əlaqədar olduğundan, həmin telefona görə ödənilmiş pul məbləğinin geri qaytarılması əsaslı ola bilməz və təmin edilməməlidir.

25. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 542.9 manat əsas, 81.4 manat cərimə, ümumilikdə 624.3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar