Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-828/2026 17.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkil Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmış 16000 manat məbləğində əsas borcun, habelə iddiaçının çəkdiyi 320 manat məbləğində iddia ərizəsinin tərtibi və məhkəmədə vəkilnümayəndəlik xərclərinin və 138 manat dövlət rüsumunun, cəmi 16458 manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Bala qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X1 vərəsəsi kimi, cavabdeh Cavabdeh satılmış kənd təsərrüfatı məhsullarının (arpa və buğda) dəyəri üzrə qalan borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. Mərhum X1 cavabdeh Cavabdeh nisyə şərti ilə kənd təsərrüfatı məhsulları satmışdır. 21 ton buğda və 33 ton 583 kq arpa. Cavabdeh malı qəbul etmiş, lakin ödənişi tam etməmişdir. Ödəniş edilmədiyinə görə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuş, cavabdeh prokurorluqda və polisdə verdiyi izahatlarda həqiqətən göstərilən qaydada arpa və buğda aldığını, 4700 manat ödədiyini, 16000 manat borcunun qaldığını açıq şəkildə etiraf etmişdir. Sonradan X1 vəfat etmişdir. Vərəsəlik sənədlərindən görünür ki, mərhumun vərəsəsi olaraq mərhuma məxsus əmlaklar vərəsəlik qaydasında qəbul edilmişdir. Hazırda cavabdehin malın dəyəri üzrə qalıq öhdəliyi 16000 manat təşkil edir və bu məbləğ könüllü ödənilmir.
3. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ruqiyyə Cəfərova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 16000 (on altı min) manat məbləğində əsas borc və 138 manat dövlət rüsumu, cəmi 16138 (on altı min yüz otuz səkkiz) manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 380.1, 385.1, 389.1, 425.1, 442, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: -Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Göyçay rayon Qarayazı kəndində yaşayan arvadı İddiaçı əmlakdan ½ irs almışdır. - ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən barəsində cinayət işi başlanması rədd edilmişdir. ##.##.2024-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Göyçay rayon Polis şöbəsinə göndərilmişdir. ##.##.2025-ci il tarixli **/*-****/**** saylı Göyçay Rayon Polis şöbəsinin məktubundan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. - “Ölüm haqqında şəhadətnamənin” sürətindən görünür ki, X1 ##.##.2025-ci il tarixdə Göyçay rayon Qarayazı kəndində vəfat etmişdir. - ##.##.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 138.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkil Vəkil/Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkil Vəkil/Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, onunla iddiaçı arasında olan münasibət 2022-ci ildə olub. Mən bu barədə etirazında bildirmişdir. Məsələ odur ki, 2022-ci ilin müxtəlif vaxtlarında aralarında nisyə alğı-satqı müqaviləsi bağlanılıbdır. Yəni, o 21 ton buğda, 33 ton isə arpa almışdır. Onun ona 16000 manat borcu qalmışdır. Ancaq məsələ odur ki, o 4700 manat məbləğində pulu 2-3 ay ərzində ödəyərək 2023-cü ilin mart ayına kimi həmin məbləği ödəmişdir. Bundan sonra heç bir ödəniş etməmişdir. Onun həmin tələblə bağlı mövqeyi ərizəsində əks olunmuşdur. Həmin ərizə məhkəməyə verilibdir. Tərəfindən müddətin tətbiq edilməsi məhkəmədən xahiş edilibdir. Ancaq məhkəmə onun müddətlə bağlı tələbini təmin etməyibdir. Bu səbəbdən də o hazırkı qərarla razılaşmır. Məhkəmə iddia müddətini tətbiq etməyibdir. Halbuki, iddiaçı hazırkı iddia tələbini verərkən prosessual müddəti ötürmüşdür. Nəticə etibarilə prosessual müddəti ötürəndən sonra qərar qəbul etmişdir. Bununla da maddi hüquq normalarını pozmaqla öz qərarını qəbul etmişdir. Onun heç bir ifadəsində nisyə alğı-satqı müqaviləsinin mart 2023-cü ildə bağlanıldığını müəyyən edən heç bir sübut yoxdur. O belə bir sözü deməmişdir. Hesab edir ki, məhkəmə doğru qərar qəbul etməmişdir. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Ən əvvəl onun iştirakı təmin edilməyib. Bundan başqa o müddətlə bağlı ərizə məhkəməyə təqdim edərkən məhkəmə bu halları onun da iştirakını təmin etməklə aydınlaşdırmadı. Nəticə etibarı ilə onun maraqlarının əleyhinə onun iştirakı olmadan qərar qəbul etdi. Hər bir halda cavabdehin maraqlarına toxunan iş üzrə hallara onun iştirakı olmadan baxılması prosessual hüquqlarımın pozulması kimi qiymətləndirilməlidir. Hesab edir ki, cavabdeh kimi prosesdə iştirakı təmin edilsə idi, iddiaçının irəli sürdüyü tələblər və mübahisə ilə bağlı öz mövqeyini ortaya qoya bilərdi. Iş üzrə icraatda cavabdeh kimi iştirakı təmin olunmadığı üçün qətnamənin birtərəfli qaydada qəbul edildiyi qənaətindədir. Bundan başqa, birinci instansiya məhkəməsi hər hansı əsaslandırma aparmamış, MülkiProsessual Məcəllənin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı 217.1-ci və 217.3-cü maddələrinin tələblərini də pozmuşdur. Məhkəmə faktiki halları araşdırmadı. Çünki işdə mənim müddətin tətbiq edilməsinə dair ərizəsi vardır. Həmin ərizə məhkəmə tərəfindən düzgün müəyyənləşdirilmədi. Nəticədə müddətlə bağlı mövqe diqqətə alınmadı, heç bir şahidi olmayan və iddiaçının fikirlərinin təsdiqlənmədiyi bir halda, yalnız iddiaçının özü tərəfindən onun mövqeyi əsasında birtərəfli olaraq qərar qəbul edildi. 2022-ci ilin müxtəlif vaxtlarında taxıl və buğda götürmüşdür. 2023-cü ilin mart ayınadək yəni, fevral ayında 4700 manat borcu hissə-hissə ödəmişdir. Bununla da iddiaçının iddia müddəti bitmişdir. Sonuncu məbləği ## ###### 2023-cü il tarixində vermişdir. Bu faktı şahidləri ilə də təsdiq edə bilər. Bu səbəbdən də iddia müddəti bitəndən sonra iddiaçı müddətin bərpasına dair ərizə vermədən hazırkı iddianı qaldıraraq iddianı təmin etdirmişdir.
8. Ona görə də, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddələrinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkil Vəkil/Nümayəndə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tələbkarın varisi (arvadı) İddiaçı rəsmi qaydada vərəsəlik şəhadətnaməsi almış və mirası qəbul etmiş, qanunvericiliyə görə tələbkarın ölümü öhdəliyə xitam vermədiyindən tələbkarın bütün hüquq və vəzifələri o cümlədən borcları geri almaq hüququ vərəsələrə keçdiyindən İddiaçı məhkəmədə borcludan “pul” tələbinə dair iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında və ##.##.2024-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi” barədə qərarlardan da görünür ki, mərhum Ə.Cavadov və cavabdeh K.Abdullazadə arasında nisyə olaraq taxıl məhsullarının verilməsi 2023-cü ilin mart ayında olmuşdur. Cavabdeh K.Abdullazadənin qərarlarda əks olunan izahatından da görünür ki, aralarında taxıl məhsullarına aid olan nisyəalqı satqı müqaviləsi 2023-cü ilin mart ayında olmuş və 20700 manat məbləğində borcu yaranmış, 4700 manat pulu qaytardıqdan sonra 2023-cü ilin avqust ayında tam ödəyəcəyini bildirsə də müəyyən səbəblərdən qaytara bilməmiş və 2024-cü ilin yanvar ayından 1000 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış şifahi müqavilədən irəli gələn pul tələbinə dair iddia müddətinin axımının (iddiaçının hüququnun pozulduğunun) hansı andan başladığını, iddia müddətinin keçib-keçmədiyini müəyyən etməlidir. Sözügedən qərarlarda həm mərhum Ə.Cavadovun, həm də cavabdeh K.Abdullazadənin izahatlarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi 2023-cü ilin mart ayında bağlanmış, iddiaçı tərəfindən “pul” tələbinə dair iddia isə ##.##.2026-cı il tarixdə verilmişdir. Göründüyü kimi iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
23. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını, iş üzrə əlavə sübutlar əldə edilərək iş materiallarına əlavə olunmadığını, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri qiymətləndirilmədiyini, eyni zamanda yalnız iddiaçının göstərdiyi faktlara əsaslandığını, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə düzgün qiymət verilmədiyini göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
24. Bununla bağlı məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə nəzər salaraq qeyd etməyi zəruri hesab edir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir.
26. Bundan başqa, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iştirakının təmin edilməməsinə dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili də əsassızdır.
27. Belə ki, işdə olan SMS bildirişdən görünür ki, cavabdeh ##.##.2026-cı il tarixdə saat 12:30-da keçiriləcək məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış, buna baxmayaraq məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin işdə olan xəbərnamədən görünür ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi ##.##.2026-cı il tarixində şəxsən imzalayaraq qəbul etmişdir. Lakin yenidən məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
28. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
30. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkil Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkil Vəkil/Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.