Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-873/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçıİddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər cavabdeh1 və cavabdeh2 lizinq obyekti olan “VGV U75” markalı, ** YV *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 22301.12 manat məbləğində pulun və ödənilmiş 160.12 manat dövlət rüsumu məbləğinin müştərək qaydada iddiaçı İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçıİddiaçı MMC tərəfindən ##.##.2026-cı il tarixdə elektron qaydada şikayət verərək Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(5- ***)-***/**** saylı qərardadından verdikləri şikayətə 3 gün müddətində baxaraq, qərardadın ləğv edilməsi və ya şikayətə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli ** saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq iddia tələbində olan nöqsanların aradan qaldırılması təklif edilsə də, həmçinin məhkəmə iclaslarını təxirə salmasına baxmayaraq iddiaçı tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində göstərilən nöqsanlar aradan qaldırılmadığından Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 259-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin baxılmamış saxlanılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə qərardadında iddiaçı ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq iddia tələbində olan nöqsanların aradan qaldırılması təklif edilsə də, həmçinin məhkəmə iclaslarını təxirə salmasına baxmayaraq iddiaçı tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində göstərilən nöqsanlar aradan qaldırılmadığını qeyd etsə də hansı nöqsanların olduğunu, eyni zamanda iddiaçıya həmin nöqsanların aradan qaldırılması barədə məlumat verildiyini iş materialları ilə və məhkəmə qərardadı ilə müəyyən etmək mümkün olmamışdır. Ona görə də kollegiya hesab edir ki, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin materialları Ismayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-873/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-873/2026
10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver